Qax rayonu ümumtəhsil məktəblərində yerli səhiyyə orqanları ilə birgə maarifləndirmə tədbirləri davam edir


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş
 

Qax rayonu ümumtəhsil məktəblərində yerli səhiyyə orqanları ilə birgə maarifləndirmə tədbirləri davam edir

 

Zəyəm kənd tam orta məktəbində  "Övladlarınız sizin gələcəyinizdir, gələcəyinizi sağlam düşünün” adlı  talassemiyanın profilaktikasına həsr olunmuş tədbir keçirilib. Tədbirdə Tasmalı sahə  xəstəxanasının baş həkimi Sayalı Rəsulova iştirak edib. 
Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 10 fevral tarixli 1044 nömrəli Sərəncamı ilə " Talassemiya ilə mübarizəyə dair 2015-2020-ci illər üçün Dövlət Proqramı” nın tələbləri baxımından əhalinin geniş maarifləndirilməsi məqsədilə təşkil olunmuş tədbirdə talassemiya nədir, xəstəliyin əlamətləri hansılardır, xəstəliyin əsas səbəbi  və s. kimi suallar cavablandırılıb. Şagirdlərə bildirilib ki,  talassemiya hemoqlobin istehsalı zamanı yaranan zülal çatışmazlığıdır. Bu zülal qırmızı qan hüceyrəsində olur, oksigeni ağciyərlərdən bütün bədən hissələrinə nəql edir və qana qırmızı rəng verir. Talassemiya xəstəliyinin əsas səbəbi qohum evlilikləridir. Xəstəliyin heç bir əlaməti olmasa da, xəstələrdə immunitet zəifliyi, qan azlığı müşahidə edilir. Yəni, bir balaca soyuq olan kimi rəngləri avazıyır, tez-tez xəstələnirlər. Talassemiya daşıyıcıları zahirən çox sağlam görünürlər və heç bir problemləri olmur. Ancaq talassemiya daşıyıcılarının evliliyi zamanı xəstə uşaqlar doğulur. Buna görə də insanlar ailə həyatı qurmamışdan öncə qan testləri etməli, sağlamlıqlarına əmin olduqda ailə həyatı qurmalıdırlar. Talassemiya xəstəliyi isə davamlı müalicə tələb edən bir xəstəlikdir. 
Tədbir bu fikirlərlə sona çatdırlıb: "Dünyaya xəstə övlad gətirmək istəmirsinizsə, ailə həyatı qurmamışdan öncə mütləq həkim müayinəsindən keçin. Nə qədər sevsəniz də, talassemiya daşıyıcısınızsa, övladlarınızın gələcəyini düşünüb daşıyıcı ilə ailə həyatı qurmayın.  Siz daşıyıcı olduğunuz halda sağlam biri ilə ailə həyatı qursanız, övladlarınızda heç bir problem olmayacaq. Ancaq daşıyıcı ilə ailə həyatı xəstə övladın dünyaya gəlməsi deməkdir. Çalışın ailə quranda sağlamlıq haqqında arayış alın və mütləq müayinələrdən keçin. Övladlarınız sizin gələcəyinizdir, gələcəyinizi sağlam düşünün".
Günay Məmmədova . Qax.
 

Qax rayonu ümumtəhsil məktəblərində yerli səhiyyə orqanları ilə birgə maarifləndirmə tədbirləri davam edir

 

Qax rayonu ümumtəhsil məktəblərində yerli səhiyyə orqanları ilə birgə maarifləndirmə tədbirləri davam edir

 









Reklam yeri:

loading...

xtehsil





Həmçinin oxuyun:

Əhməd Zeynallı adına 302 saylı tam orta məktəbdə  “Talassemiyasız həyat naminə” adlı xeyriyyə konserti keçirilib .

Əhməd Zeynallı adına 302 saylı tam orta məktəbdə “Talassemiyasız həyat naminə” adlı xeyriyyə konserti keçirilib .

Müstəqilliyimizin bərpasının 25-ci il dönümünə həsr olunmuş silsilə bayram tədbirləri Lənkəran məktəblərində davam etdirilir.

Müstəqilliyimizin bərpasının 25-ci il dönümünə həsr olunmuş silsilə bayram tədbirləri Lənkəran məktəblərində davam etdirilir.

230 №-li tam orta məktəbdə Xəzər RPİ-nin birgə təşkilatçılığı ilə

230 №-li tam orta məktəbdə Xəzər RPİ-nin birgə təşkilatçılığı ilə " Narkomaniya sosial bəladır " adlı maarifləndirici tədbir keçirilmişdir.

Texniki – Humanitar liseydə “Talassemiya ilə Mübarizə” adlı tədbir keçirilmişdir

Texniki – Humanitar liseydə “Talassemiya ilə Mübarizə” adlı tədbir keçirilmişdir

Azərbaycanın Dövlət Müstəqilliyinin 25-ci ildönümü münasibətilə Kəngərli rayon Xok kənd tam orta məktəbində tədbir keçirilib

Azərbaycanın Dövlət Müstəqilliyinin 25-ci ildönümü münasibətilə Kəngərli rayon Xok kənd tam orta məktəbində tədbir keçirilib

Qax rayonunda  “Müstəqilliyimiz əbədidir”  adlı tədbir keçirildi.

Qax rayonunda “Müstəqilliyimiz əbədidir” adlı tədbir keçirildi.

Elə bu kənddə müəllimlik fəaliyyətimi davam etdirməyi çox istərdim - Kənd məktəbini seçən Samirə Məmmədli

Elə bu kənddə müəllimlik fəaliyyətimi davam etdirməyi çox istərdim - Kənd məktəbini seçən Samirə Məmmədli

Samuxda güllə atıcılığı üzrə rayon birinciliyi keçirilib

Samuxda güllə atıcılığı üzrə rayon birinciliyi keçirilib

230 №-li məktəbdə Şəhidə həsr olunmuş sənədli filmin təqdimatı keçirilmişdir.

230 №-li məktəbdə Şəhidə həsr olunmuş sənədli filmin təqdimatı keçirilmişdir.

Azərbaycanda nə qədər skolioz xəstəsi var ?

Azərbaycanda nə qədər skolioz xəstəsi var ?

ADPU-da 15 sentyabr – Bilik Gününə həsr edilmiş tədbir keçirilib

ADPU-da 15 sentyabr – Bilik Gününə həsr edilmiş tədbir keçirilib

Sizi pis müdir edən 8 QAYDA

Sizi pis müdir edən 8 QAYDA

600 manatlıq dilənçi...Hekayə

600 manatlıq dilənçi...Hekayə

Azərbaycan məktəblərində belə Son Zəng olmamışdı - VİDEO

Azərbaycan məktəblərində belə Son Zəng olmamışdı - VİDEO

Qan verməyin faydaları

Qan verməyin faydaları

Uşağın tərbiyəsi haqqında kitab oxumağ lazımdır.

Uşağın tərbiyəsi haqqında kitab oxumağ lazımdır.

“Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının hazırlanması barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının hazırlanması barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Tədrisin təmayüllər üzrə  təşkil olunacağı Məktəblər məlum oldu - Sİyahı

Tədrisin təmayüllər üzrə təşkil olunacağı Məktəblər məlum oldu - Sİyahı

Psixoloq kimdir? Vəzifəsi nədir?

Psixoloq kimdir? Vəzifəsi nədir?

Ailə tərbiyəsinin pedaqoji prinsipləri

Ailə tərbiyəsinin pedaqoji prinsipləri

Ailə tərbiyəsində əsas vəzifələr  -

Ailə tərbiyəsində əsas vəzifələr -

Sinif rəhbərləri oxuyun ! Şagird şəxsiyyətinin öyrənilməsi qaydaları

Sinif rəhbərləri oxuyun ! Şagird şəxsiyyətinin öyrənilməsi qaydaları

230 № -li tam orta məktəbdə

230 № -li tam orta məktəbdə "Biz ordumuzla fəxr edirik " adlı tədbir keçirilib -VİDEO

29 nömrəli Uşaq Yaradıcılıq Mərkəzində  “Yaşasın Heydər Əliyevin şah əsəri olan müstəqil Azərbaycan Respublikası” adlı dəyirmi masa keçirilib

29 nömrəli Uşaq Yaradıcılıq Mərkəzində “Yaşasın Heydər Əliyevin şah əsəri olan müstəqil Azərbaycan Respublikası” adlı dəyirmi masa keçirilib