Xəbərlər
03 noyabr 2016
4 360


Bakı şəhəri 84 №-li nömrəli tam orta məktəbdə mütaliə vərdişlərinin inkişafı ilə bağlı sistemli iş aparılır

Bakı şəhəri  84 №-li nömrəli tam orta məktəbdə mütaliə vərdişlərinin inkişafı ilə bağlı sistemli iş aparılır

 


"Bir insanın dəyəri onun oxuduğu kitablarla ölçülür"  Herbert Spenser
" Əsrlərdən bəri yaranıb inkişaf edərək bəşəriyyətin söz sənəti xəzinəsinə incilər bəxş etmiş Azərbaycan ədəbiyyatının, eləcə də dünya ədəbiyyatının humanizm ruhlu seçmə nümunələri onları mütaliə edən hər bir şəxs üçün əsl həyat məktəbidir.
Azərbaycan Respublikasının təhsil nazirinin 16 dekabr 2014-cü il №1279-li əmrindən .
Məktəbin FƏALİYYƏT PLANININ 1.3.9-cu bəndinə uyğun olaraq Məktəblilərin mütaliə vərdişlərinin təkmilləşdirilməsi və onlarda mütaliə mədəniyyətinin formalaşdırılması məqsədilə məktəbimizdə müntəzəm tədbirlərin həyata keçirilməsinə çalışırıq. Bu məqsədlə şagirdlərə bir anket sorğusu verilmişdi. Bu gün həmin sorğunun nəticələri anket sorğusunda iştirak edən şagirdlərin iştirakı ilə müzakirə olundu.
Müstəqillik yollarında inamla irəliləyən Azərbaycan Respublikası müstəqil bir dövlət kimi möhkəmlənmək, iqtisadiyyat, elm və təhsil sahəsində inkişaf etmiş ölkələrin sırasında özünəməxsus yer tutmaq, təhsil sistemində də əsaslı islahatların aparılmasını zəruri etdi.İnkişaf etmiş dünya ölkələrinə inteqrasiya milli-mənəvi dəyərlərimizin inkişaf etdirilməsi, yeni keyfiyyətlərin daşıyıcıları olan gənclər yetişdirilməsi, təhsilin şəxsiyyətyönümlü olması bu gün Azərbaycan təhsilinin qarşısında duran başlıca vəzifələrdən biridir.
İbtidai siniflərdə oxunun müxtəlif növlərindən istifadə emək, şagirdlərdə düzgün, sürətli və ifadəli oxu vərdişləri yaratmaqla onun şüurluluğuna da təsir göstərir. Oxu prosesi həm səsli, həm də səssiz gedir. Oxunun bu növlərinin təlim prosesində öz yeri və əhəmiyyəti var. Müəllim şagirdlərə oxunun məzmununu dəqiq çatdırmaq, onların eşitmə və dinləmə bacarıqlarını inkişaf etdirmək, yol verdikləri nöqsanları tutmaq, onlara qarşı mübarizə aparmaq, nitqlərini canlı danışıq dilinə yaxınlaşdırmaqdırsa, bu zaman səsli oxudan istifadə olunmalıdır.
Britaniyalı psixoloqlar kitab oxumağın orqanizm üçün faydasını araşdırıblar. Uzun illərin tədqiqatları göstərir ki, cəmi 6 dəqiqə kitab oxumaq insanda stressin səviyyəsini üç dəfə endirir. 
Kitab oxumaq başqa üsullarla müqayisədə insana sakitləşməyə və yüngülləşməyə tez bir zamanda kömək olur. Qiraət edərkən əzələlərin gərginliyi aradan qalxır və ürək döyünməsi normallaşır. Bundan başqa kitab oxumağın insan üçün digər əvəzedilməz faydaları da var. Kitablar xüsusilə uşaqların zehni, hissi, sosial və dil inkişafında önəmli tədris vasitəsidir. O uşağın yaradıcı təxəyyül gücünü genişləndirir, inkişaf etməkdə olan daxili və xarici dünyasına öz müsbət təsirini göstərir. Psixoloqlar hesab edir ki, kitab oxumaq vərdişi ilk əvvəl ailədə qazanılmalıdır. Bu səbəbdən də valideynlər uşağı müxtəlif kitablarla təmin etməli, ona tez-tez kitab oxumalıdırlar.
Mütəxəssislər kitab oxumağın 5 faydalı tərəfin göstərmişdilər:

1. Söz ehtiyatının genişlənməsi.
Öz fikrini sözlər vasitəsilə ifadə etmək qabiliyyəti bizə anadangəlmə verilməyib. Fikrimizi düzgün ifadə etmək üçün biz bir neçə söz arasından lazım olanını seçirik. Danışan zaman "deməli”, "məsələn”, "prinsipcə”, "şey”, "onun adı nə idi?” tipli sözlərdən istifadə etsək, o zaman heç kim bizə qulaq asmaz. Rəvan nitqi isə hər kəs dinləmək istəyir və bu, insanların diqqətini cəlb edir. Bundan əlavə, kitab oxumaq insanın savadını artırır.

2. İnsanlarla ünsiyyət.
Kitab oxuyan insanlar çox vaxt kitab qurdu kimi qorxunc və ya gözündə iri eynəklə təsvir edilir. Əslində, isə bu belə deyil. Kitab oxuyanlar insanlarla daha asan ünsiyyətə girirlər.

3. Əminlik.
Hansısa yanaşmanı sübut etmək lazım gələndə kitab oxuyan insanlar pis vəziyyətdən tez çıxa bilirlər. 

4. Mütaliə fikirlərdən uzaqlaşmaqda kömək edir. 
Başqa dillə desək, kitab oxumaq stressdən çıxmağa kömək edir. Fikriniz yayınır və siz həqiqətdən uzaqlaşıb fantaziyalar dünyasına düşərək problemləri unudursunuz. Psixoloqlar hər hansı problemi olan insanlara çox vaxt kitab oxumağı məsləhət görür.

5. Oxumaq yaddaşı möhkəmləndirir.
Əlbəttə, süjet xəttini izləmək və qəhrəmanların adlarını yadda saxlamağa cəhd etmək yaddaşı gücləndirir. Bundan əlavə, kitab oxumaq təfəkkürü də inkişaf etdirir.

Nəsimi Qiliyev .Bakı şəhəri A.Muradov adına 84 nömrəli tam orta məktəbin direktoru
 

Bakı şəhəri  84 №-li nömrəli tam orta məktəbdə mütaliə vərdişlərinin inkişafı ilə bağlı sistemli iş aparılır

 

Bakı şəhəri  84 №-li nömrəli tam orta məktəbdə mütaliə vərdişlərinin inkişafı ilə bağlı sistemli iş aparılır

 

Bakı şəhəri  84 №-li nömrəli tam orta məktəbdə mütaliə vərdişlərinin inkişafı ilə bağlı sistemli iş aparılır

 

Bakı şəhəri  84 №-li nömrəli tam orta məktəbdə mütaliə vərdişlərinin inkişafı ilə bağlı sistemli iş aparılır

 


Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
KİTAB oxumaq mədəniyyətdir ! Sizdə KİTAB OXUYUN !

KİTAB oxumaq mədəniyyətdir ! Sizdə KİTAB OXUYUN !

BİLİRSİNİZMİ ? Kitab oxumaq üzü gözəlləşdirir.

BİLİRSİNİZMİ ? Kitab oxumaq üzü gözəlləşdirir.

Uşağın tərbiyəsi haqqında kitab oxumağ lazımdır.

Uşağın tərbiyəsi haqqında kitab oxumağ lazımdır.

Azərbaycanın ən böyük kitab mağazası Gəncədə fəaliyyətə başladı - FOTO

Azərbaycanın ən böyük kitab mağazası Gəncədə fəaliyyətə başladı - FOTO

Riyaziyyat həvəskarları üçün “Natural və tam ədədlər” adlı  kitab  çap olundu

Riyaziyyat həvəskarları üçün “Natural və tam ədədlər” adlı kitab çap olundu

Qurani-Kərimə, Peyğəmbərimizin(s) və İmamların(ə) hədislərinə əsasən yaxşı müəllim aşağıdakı xislətlərə malik olmalıdır:

Qurani-Kərimə, Peyğəmbərimizin(s) və İmamların(ə) hədislərinə əsasən yaxşı müəllim aşağıdakı xislətlərə malik olmalıdır:

Şagirdlərimiz nə fikirləşir?! - Pedaqoji təcrübə

Şagirdlərimiz nə fikirləşir?! - Pedaqoji təcrübə

"HƏDƏF" nəşriyyatı şagirdlər üçün "YAY TƏTİLİ TAPŞIRIQLARI"nı satışa buraxdı-VİDEO

"HƏDƏF" nəşriyyatı şagirdlər üçün "YAY TƏTİLİ TAPŞIRIQLARI"nı satışa buraxdı-VİDEO

Zamanın tələbi: “Həmkara dəstək”

Zamanın tələbi: “Həmkara dəstək”

Necə edək ki,insanlar bizi bəyənsin?!

Necə edək ki,insanlar bizi bəyənsin?!

“Edə bilmərəm!” cümləsini ətrafınızda çox eşidirsiniz?

“Edə bilmərəm!” cümləsini ətrafınızda çox eşidirsiniz?

Bizim almanlardan fərqimiz nədir? Alman xalqını formalaşdıran təhsil sistemi

Bizim almanlardan fərqimiz nədir? Alman xalqını formalaşdıran təhsil sistemi

Müəllim mütaliə etmədiyi gün ölür- Siz mütaliə edirsinizmi ?

Müəllim mütaliə etmədiyi gün ölür- Siz mütaliə edirsinizmi ?

Sinif rəhbərləri oxuyun ! Şagird şəxsiyyətinin öyrənilməsi qaydaları

Sinif rəhbərləri oxuyun ! Şagird şəxsiyyətinin öyrənilməsi qaydaları

Fiziki tərbiyənin mahiyyəti və məqsədi,  Fiziki tərbiyənin vəzifələri, Fiziki tərbiyənin vasitələri

Fiziki tərbiyənin mahiyyəti və məqsədi, Fiziki tərbiyənin vəzifələri, Fiziki tərbiyənin vasitələri

Həqiqi müəllim adını daşıyan insan həmişə......

Həqiqi müəllim adını daşıyan insan həmişə......

Məktəblilər üçün əxlaq və davranışa aid 41 qızıl qayda

Məktəblilər üçün əxlaq və davranışa aid 41 qızıl qayda

Tərbiyə prosesinin səciyyəvi xüsusiyyətləri

Tərbiyə prosesinin səciyyəvi xüsusiyyətləri

Təlim prinsiplərinin səciyyəsi və vəhdəti

Təlim prinsiplərinin səciyyəsi və vəhdəti

Müəllimlərimizin neçə faizi adi kompütüri açıb, bağlamağın yolunu bilir?-Müəllim fikri..

Müəllimlərimizin neçə faizi adi kompütüri açıb, bağlamağın yolunu bilir?-Müəllim fikri..

Kiçik məktəblilərin psixoloji xüsusiyyətləri

Kiçik məktəblilərin psixoloji xüsusiyyətləri

Tərbiyənin metodları

Tərbiyənin metodları

Bütün uşaqlar əlaçı olmalıdır? - XEYR– Araşdırma

Bütün uşaqlar əlaçı olmalıdır? - XEYR– Araşdırma

Sinif rəhbərləri üçün anket sorğusu - “Sən və sənin sinifin”

Sinif rəhbərləri üçün anket sorğusu - “Sən və sənin sinifin”