Xəbərlər
25 fevral 2019
182

Çinin ölkəmizdəki səfiri ilə görüş


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

 

Çinin ölkəmizdəki səfiri ilə görüş

 

 
 
Təhsil nazirinin müavini, Bakı Dövlət Universitetinin (BDU) rektoru vəzifəsini icra edən Firudin Qurbanov Çin Xalq Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Vey Cinxuanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Firudin Qurbanov son illər Azərbaycan ilə Çin arasında digər sahələrdə olduğu kimi, humanitar istiqamətdə də münasibətlərin inkişafından, elm və təhsil ocaqlarının səmərəli əməkdaşlığından bəhs edib. Firudin Qurbanov ölkə Prezidenti cənab İlham Əliyevin Çinə səfərinin və səfər zamanı imzalanmış sənədlərin ölkələrarası əlaqələrin daha da genişlənməsindəki rolundan danışıb.

Bakı Dövlət Universiteti haqqında məlumat verən Firudin Qurbanov bu təhsil ocağının dünyanın aparıcı universitetləri, o cümlədən Çinin tanınmış ali təhsil müəssisələri ilə əlaqələrindən söz açıb. 2004-cü ildə BDU-nun Şərqşünaslıq fakültəsində fəaliyyətə başlayan Çinşünaslıq ixtisası məzunlarının əksəriyyətinin Çinin müxtəlif universitetlərində təcrübə keçdiyini, onların öz təhsillərini magistratura və doktoranturada davam etdirdiklərini diqqətə çatdırıb.

Firudin Qurbanov BDU-nun nəzdində yaradılan Konfutsi İnstitutunun uğurlu fəaliyyət göstərdiyini, institut əməkdaşlarının Şərqşünaslıq fakültəsində Çin dili və ədəbiyyatını tədris etməklə yüksək xtisaslı kadrların hazırlanmasındakı fəal rolunu vurğulayıb, həmçinin səfirliyin dəstəyi ilə müxtəlif tədbirlərin, ənənəvi olaraq "Çin dili körpüsü” adlı müsabiqənin keçirilməsini yüksək dəyərləndirib.

Görüşdə  ikili diplom proqramı, akademik mübadilə, elmi tədqiqatların birgə aparılmasının vacibliyi qeyd olunub.

Azərbaycan-Çin münasibətlərinin yüksək səviyyədə olduğunu bildirən Çin Xalq Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Vey Cinxua ali təhsil müəssisələrinin ikitərəfli əlaqələrindən razılığını ifadə edib. Səfir BDU-da fəaliyyət göstərən Konfutsi İnstitutunun, Çin dili və ədəbiyyatının tədrisinin uğurlu nəticələrini qeyd edib. Həmçinin universitetlərarası müəllim-tələbə mübadiləsini, ikili diplom proqramını və mədəni tədbirlərin reallaşdırılmasını təqdirəlayiq hal hesab edərək gələcək əməkdaşlığa dəstək olacaqlarını bildirib.





Whatsapp'ta Paylaş



Загрузка...
loading...