Xəbərlər
22 fevral 2019
128

Gənclərin sahibkarlıq fəaliyyətinə dəstək


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

Gənclərin sahibkarlıq fəaliyyətinə dəstək

 

 
Avropa Birliyinin maliyyə dəstəyi ilə həyata keçirilən "Gənclərin sahibkarlıq fəaliyyətinə dəstək” layihəsi çərçivəsində Estoniyanın Tallin şəhərinə təhsil səfəri təşkil edilib.

Səfər "Azərbaycan Gənclərinin Nailiyyəti” İctimai Birliyi və "Junior Achievement Estoniya”nın təşkilatçılığı ilə həyata keçirilib. 5 günlük səfərin əsas məqsədi sahibkarlığın və maliyyə savadlılığının tədrisi sahəsində Estoniya təcrübəsini öyrənmək olub.

Səfərdə layihənin işçi qrupunun üzvləri - Təhsil Nazirliyinin Təhsilin inkişafı proqramları şöbəsinin baş məsləhətçisi Orxan Abbasov, "Azərbaycan Gənclərinin Nailiyyəti” İctimai Birliyinin icraçı direktoru Sevinc Məmmədova, layihə meneceri Aytən Paşayeva, Azərbaycan Mikromaliyyə Assosiasiyasının maliyyə meneceri Sevinc Rüstəmova, "Barama” İnnovasiya və Sahibkarlıq Mərkəzinin əməkdaşı İradə Məmmədova və "Azercell Telekom”un əməkdaşı Fidan Tofidi iştirak ediblər. Səfər iştirakçıları sahibkarlığın gənclər arasında təşviqi və tədrisi üzrə təcrübə qazanıblar.

Səfərin ilk günü Azərbaycan nümayəndə heyəti məktəblilərin təmsil olunduğu şirkətlərin sərgisində iştirak ediblər. Növbəti günlərdə dövlət, biznes qurumları, inkubasiya mərkəzləri və yerli məktəblərdə müəllim və tələbələrlə görüşlər keçirilib.

Səfər çərçivəsində "Junior Achievement Estoniya” tərəfindən sahibkarlığın və maliyyə savadlılığının tədrisi üzrə milli siyasət və srategiya ilə yaxından tanış olmaq üçün Təhsil, Maliyyə və İqtisadiyyat nazirliklərinin rəsmiləri ilə də görüş təşkil edilib.

"Junior Achievement Estoniya” orta məktəblərdə sahibkarlığın, maliyyə savadlılığının tədrisində iştirak edən və dövlət tərəfindən dəstəklənən aparıcı təşkilatlardan biridir. Səfər zamanı Azərbaycan nümayəndə heyəti təşkilatın təlim proqramları, sahibkarlığın, maliyyə savadlılığının tədrisində vətəndaş cəmiyyətinin iştirakı və rolu haqqında ətraflı məlumat əldə edib.




Whatsapp'ta Paylaş



Загрузка...
loading...

Həmçinin oxuyun:
Tvinninq layihəsi çərçivəsində Litva və Latviyaya səfər

Tvinninq layihəsi çərçivəsində Litva və Latviyaya səfər

Tvinninq layihəsi çərçivəsində avropalı ekspertlərin səfəri

Tvinninq layihəsi çərçivəsində avropalı ekspertlərin səfəri

Tvinninq layihəsi çərçivəsində Azərbaycana səfər

Tvinninq layihəsi çərçivəsində Azərbaycana səfər

Peşə təhsili sahəsində Böyük Britaniya təcrübəsi öyrənilir

Peşə təhsili sahəsində Böyük Britaniya təcrübəsi öyrənilir

Təhsil nazirinin başçılıq etdiyi nümayəndə heyəti Dünya Təhsil Forumunda

Təhsil nazirinin başçılıq etdiyi nümayəndə heyəti Dünya Təhsil Forumunda

Təhsil Nazirliyinin nümayəndə heyəti Türkiyədə səfərdə olub

Təhsil Nazirliyinin nümayəndə heyəti Türkiyədə səfərdə olub

İkili diplomların verilməsi ilə bağlı müqavilə imzalandı

İkili diplomların verilməsi ilə bağlı müqavilə imzalandı

Nümayəndə heyəti Ukrayna Respublikasının İrpen şəhərinə işgüzar səfər edib

Nümayəndə heyəti Ukrayna Respublikasının İrpen şəhərinə işgüzar səfər edib

ADPU –nun nümayəndə heyəti LDU-ya səfər edib

ADPU –nun nümayəndə heyəti LDU-ya səfər edib

Xaricdə təhsilin maliyyələşməsinə dair yeni prosedur müəyyənləşdi

Xaricdə təhsilin maliyyələşməsinə dair yeni prosedur müəyyənləşdi

ADNSU Çin üçün magistr və doktorant hazırlayacaq

ADNSU Çin üçün magistr və doktorant hazırlayacaq

Qalib tələbələrə 10 min manat mükafat verildi

Qalib tələbələrə 10 min manat mükafat verildi

Bakının məktəb direktorları İsrailə səfər ediblər

Bakının məktəb direktorları İsrailə səfər ediblər

AzTU-da tələbələrə müasir peşələr haqda çarxlar göstərilib

AzTU-da tələbələrə müasir peşələr haqda çarxlar göstərilib

Bakıda ilk peşə-ixtisas təhsili müəssisələrində təhsil alanlar üçün mentorluq proqramı təşkil ediləcək

Bakıda ilk peşə-ixtisas təhsili müəssisələrində təhsil alanlar üçün mentorluq proqramı təşkil ediləcək

Paytaxt müəllimlərinə sertifikatlar təqdim olunub

Paytaxt müəllimlərinə sertifikatlar təqdim olunub

Təhsil naziri Estoniya Respublikasının dövlət idarəçilik naziri ilə görüşüb

Təhsil naziri Estoniya Respublikasının dövlət idarəçilik naziri ilə görüşüb

Təhsil Nazirliyinin təşkilatçılığı ilə Cocuq Mərcanlıya səfər edilib

Təhsil Nazirliyinin təşkilatçılığı ilə Cocuq Mərcanlıya səfər edilib

Cocuq Mərcanlıya səfər ediləcək

Cocuq Mərcanlıya səfər ediləcək

İngilis dili müəllimləri Londonda səfərdə olublar

İngilis dili müəllimləri Londonda səfərdə olublar

ADU-da Çin nümayəndə heyəti ilə görüş keçirildi

ADU-da Çin nümayəndə heyəti ilə görüş keçirildi

UNEC-lə Süleyman Dəmirəl Universiteti arasında gələcək əməkdaşlıq imkanları müzakirə edilib

UNEC-lə Süleyman Dəmirəl Universiteti arasında gələcək əməkdaşlıq imkanları müzakirə edilib

ADPU-da “Twinning” layihəsinin özünütəhlil hesabatının növbəti təqdimatı keçirilib

ADPU-da “Twinning” layihəsinin özünütəhlil hesabatının növbəti təqdimatı keçirilib

UNEC pilot universitet seçilib

UNEC pilot universitet seçilib