Xəbərlər
21 fevral 2019
1 791


Dövlət başçısının sərəncamları onların məmnunluğuna səbəb olub

Dövlət başçısının sərəncamları onların  məmnunluğuna səbəb olub

 

 

Ölkə başçısı İlham Əliyevin doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin AMEA-nın magistratura səviyyəsində təhsil alan tələbələrə təqaüdlərin verilməsi, ali məktəb tələbələri üçün Prezident təqaüdünün məbləğinin  artırılması ilə bağlı verdiyi sərəncamlardan bəhrələnənlər təbii ki, gənclərimizdir. Martın 1-dən onlar təqaüdlərini yeni artımla alacaqlar. Artıq tələbələr arasında rəqabət güclənib.Onlar yaxşı bilirlər ki, kim daha yaxşı oxuyacaqsa, kimin  akademik göstəriciləri yüksək olacaqsa, o da artımdan faydalana biləcək. Bakalavriat təhsilindən sonra magistraturada, daha sonra isə  doktorantura təhsili almaq istəyənlərin sayında da artım proqnozlaşdırılır. Təhsil mütəxəssisləri belə deyir... Bəs tələbələr özləri nə düşünür? 


 

 

Elmir Sadıqov (Azərbaycan Dövlət İqtisad Universitetinin SABAH qruplarının maliyyə ixtisası üzrə III kurs tələbəsi):


-Hazırda UNEC-də Azərbaycanda ilk dəfə əsası qoyulan Tələbə-Rektor İnstitunun tələbə-rektor vəzifəsini icra edirəm. Məlumat üçün bildirim ki, bu bizim universitetdə  yaradılan bərabər hüquqlu idarəetmə orqanıdır. Tələbələrlə rektor arasında əlaqələri quran vasitəçi  və tələbə təşkilatlarının işinə nəzarət edən orqandır. Mənim üçün  belə bir məsuliyyətli vəzifəni aparmaq qürurvericidir.  Universitet daxilində ictimai fəaliyyətlə məşğul olmağımdan və strateji vəzifəni icra etməyimdən asılı olmayaraq, elmi yöndə olan fəaliyyətimə və akademik göstəricilərimin yüksəlməsinə də xüsusi diqqət ayırıram. Oxuduğum 3-il ərzində, bir neçə dəfə dövlət təqaüdündən, eləcə də Təhsil Nazirliyinin SABAH qruplarında təhsil alan gənclərə  ayırdığı təqaüddən yararlanmışam. Təhsil aldığım dövrdə akademik göstəricilərimin yüksəkliyinə əsasən əldə etdiyim ümumi təqaüd məbləğlərində illər üzrə kifayət qədər fərqlər olmuşdur.


Belə ki, ölkə başçısı İlham Əliyevin tələbələrə göstərdiyi xüsusi diqqət və qayğısı nəticəsində tələbə təqaüdlərinin məbləği bir neçə sərəncamla, əvvəlki illərlə müqayisədə ən yüksək həddə çatmışdır.Təkcə bakalavriat səviyyəsi üzrə əlaçı təqaüdünün dəyəri üzərindən müqayisə aparsaq görərik ki, "Doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələrinə və şagirdlərinə verilən təqaüdlərin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 30 avqust tarixli 3108 nömrəli Sərəncamında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2016-cı ildən qüvvəyə minən artımına  əsasən əlaçı təqaüdü 95 manat idi. Lakin cənab Prezidentin ötən həftə  verdiyi sərəncama əsasən bakalavriat səviyyəsi üzrə əlaçı təqaüdü 130 manat dəyərində müəyyənləşib. Əvvəlki ilə yeni təqaüd arasında 35 manat fərq var.  Ardıcıl olaraq verilən məqsədyönlü sərəncamlar  və onların verdiyi yüksək nəticələr,  tələbə məmnunluğunun səviyyəsinin artımı Prezident İlham Əliyevin gənclərə və gəncliyə olan həssas niyyətindən xəbər verir.   Ölkəmizdə gənclər sektoru üzrə aparılan uğurlu siyasət, artıq bütün  gənclərdə sözün əsl mənasında gələcəyə nikbin baxışın vacibliyini aşılayıb. Maddi durumu çətin olan hər hansı tələbə, təhsil aldığı dövrdə qarşılaşdığı çətin situasiyalarda dövlətin ona olan xüsusi qayğısını hiss edir.


 

 


 

 

Mədinə Əli (Azərbaycan Memarlıq və İnşaat Universitetinin Memarlıq fakültəsinin II kurs tələbəsi):


-Yaxşı oxuyan tələbə olaraq təqaüdümün artması xəbərini sevinclə qarşıladım.  Bu xoş  xəbər mənim kimi bir çox tələbənin də sevincinə səbəb oldu. Ölkə başçısına təşəkkürümü bildirirəm ki, biz gəncləri daim diqqət mərkəzində saxlayır, qayğı və dəstəyini əsirgəmir. Sosial şəbəkələri izləyən insan olaraq deyə bilərəm ki,  bu sərəncamlar hər kəs tərəfindən  rəğbətlə qarşılanıb. Belə ki, yazılan rəylər, söylənilən fikirlər bunu deməyə əsas verir. Prezidentimizin təhsilin inkişafına yönəlmiş islahatları bir gənc olaraq məni qürurlandırır, gələcəyə böyük inam yaradır. Təhsilimi bakalavr pilləsi ilə məhdudlaşdırmağı düşünmürəm. Gələcəkdə magistratura  və doktorantura səviyyələrində təhsil almaq qarşıma qoyduğum əsas hədəflərdəndir. Bilirəm ki,  təhsilin həmin pillələrində oxuyan gənclərin də təqaüdləri artıb. Həmin vəsaitlə  sosial xərclərimi ödəməyə, elmi işlərimi öz hesabıma yerinə yetirə biləcəyimə artıq əminəm.

 

 

 

 

Nəzrin Əliyeva (Azərbaycan Memarlıq və İnşaat Universitetinin Memarlıq fakültəsinin II kurs tələbəsi):



-Ölkə başçısı tərəfindən imzalanan sərəncamlar  biz tələbələrin sosial qayğılarının azalmasına əhəmiyyətli təsir göstərəcək. Düşünürəm ki, təhsil haqqı xərclərimizi üzərinə götürən ailələrimizə  yük olmayacağıq. Artıq  təqaüdlə özümüzün vacib ehtiyaclarımızı ödəyə, asudə vaxtımızı səmərəli keçirə bilərik. Və ya həmin vəsait hesabına  özümüzü inkişaf etdirə, dil  yaxud  kompüter biliklərimizi artıra  bilərik. Təqaüdlərin artırılması tələbələrin sosial rifah halının yaxşılaşdırılması ilə yanaşı, təhsilin keyfiyyətinin yüksəlməsinə də xidmət edəcək. Belə ki, biz tələbələr arasında yaxşı oxuyub təqaüdü qazanmaq uğrunda rəqabət güclənəcək. Bal kriteriyalarına görə fərqlənən təqaüdü əldə etmək üçün öz üzərimizdə daha çox çalışıb yüksək nəticələr əldə edəcəyik. Bir neçə il bundan əvvəl ali təhsil müəssisələrində ödənişli əsaslarla təhsil alan tələbələrə də təqaüdlərin verilməsi ilə bağlı qərarı xatırlatmaq istəyirəm. Bu addım tələbələr tərəfindən müsbət qarşılanmışdı. Nəhayət ki, belə bir ədalətli qərarın verilməsi biz  gəncləri çox sevindirmişdi. Məhz bu qərardan sonra təqaüd uğrunda yaxşı mənada "mübarizə" başlanmış, ən layiqlilər təqaüdü qazanmışdı və bu yarış hazırda da davam edir. Təqaüdlərimizin artması yəqin ki, bu prosesə bir az da təkan verəcək, ən yaxşılar, ən savadlılar onu qazanmaq üçün daha çox çalışacaqlar.


 


 Həmayə İSAYEVA (Azərbaycan Dövlət Pedaqoji Universitetinin İbtidai təhsil fakültəsinin I kurs tələbəsi):


-Təhsilimiz günü-gündən inkişaf edir. Bu inkişaf isə biz tələbələri çox sevindirir. Azərbaycanda təhsilə xüsusi diqqət və qayğı mövcuddur. Artıq 1 ildir ki, ADPU-nun İbtidai təhsil fakültəsində təhsil alıram. Burada rektor, professor  Cəfər Cəfərovun rəhbərliyi ilə aparılan məqsədyönlü işlər nəticəsində çox ciddi nizam-intizam, imtahan sessiyasında şəffaflıq, obyektivlik hökm sürür. Bu fakültədə oxumaqdan məmnunam. Bu günlərdə Prezident İlham Əliyev təqaüdlərimizin artırılması ilə bağlı sərəncam imzalayıb. Bu, biz tələbələr üçün xoş bir hadisədir. Dövlət sifarişi ilə oxuduğum üçün 60 manat alırdım. İmtahanlarda yüksək nəticə göstərdim və  zərbəçi oldum. İndi 110 manat təqaüd alacağam. Əlaçı tələbə yoldaşlarım isə 130 manat alacaq. Bu artım məni və bütün yoldaşlarımı təbii ki, çox sevindirir. Təqaüdüm yeni kitablar almağıma, müxtəlif dil kurslarında iştirak etməyimə kömək edəcək. Bu artım bizə yalnız maddi  deyil, həm də  mənəvi dəstəkdir. Belə ki, yoldaşlarımız arasında yaxşı mənada rəqabət hissini gücləndirib.


Dövlət başçısı İlham Əliyevə biz gənclərə hər zaman qayğı və diqqət göstərdiyinə görə  ailəm, tələbə yoldaşlarım və öz adımdan dərin minnətdarlığımı bildirirəm.


 

 


Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
Prezident İlham Əliyev tələbə təqaüdlərini artırdı

Prezident İlham Əliyev tələbə təqaüdlərini artırdı

Təqaüdlərin əsaslı şəkildə artırılması tələbələrin motivasiyasını gücləndirəcək

Təqaüdlərin əsaslı şəkildə artırılması tələbələrin motivasiyasını gücləndirəcək

Yeni tələbə olanların nəzərinə - Bacarsanız, bu qədər təqaüd ala bilərsiniz!

Yeni tələbə olanların nəzərinə - Bacarsanız, bu qədər təqaüd ala bilərsiniz!

Təqaüdlə bağlı tələbələri çaş-baş salan bütün suallara cavablar –  Hesablanma qaydaları və istisnalar

Təqaüdlə bağlı tələbələri çaş-baş salan bütün suallara cavablar – Hesablanma qaydaları və istisnalar

Prezident bu təqaüdü 1450 manat etdi

Prezident bu təqaüdü 1450 manat etdi

Texniki Universitetdə ciddi pozuntular aşkarlandı

Texniki Universitetdə ciddi pozuntular aşkarlandı

Prezident bu şəxslərin təqaüdlərini 50-67%-ə qədər artırdı: martın 1-dən

Prezident bu şəxslərin təqaüdlərini 50-67%-ə qədər artırdı: martın 1-dən

“Gələcəyin müəllimi təqaüdü” LƏĞV EDİLİB?

“Gələcəyin müəllimi təqaüdü” LƏĞV EDİLİB?

Azərbaycanda Gənclər Günü qeyd olunur

Azərbaycanda Gənclər Günü qeyd olunur

Azərbaycanda bir tələbəyə düşən xərclər artır - RƏSMİ

Azərbaycanda bir tələbəyə düşən xərclər artır - RƏSMİ

Bu gün yüzlərlə tələbə universitetə, tələbəlik həyatına əlvida deyir..SDU-da məzun günü

Bu gün yüzlərlə tələbə universitetə, tələbəlik həyatına əlvida deyir..SDU-da məzun günü

Aqrar Universitetində 100 bal toplayan tələbələrə əlavə təqaüd verildi

Aqrar Universitetində 100 bal toplayan tələbələrə əlavə təqaüd verildi

Prezident Təqaüdü..

Prezident Təqaüdü..

Bölgə universitetlərinin tələbələri paytaxt tələbələrinə həsəd aparırlar: “Bizdən öndədirlər”

Bölgə universitetlərinin tələbələri paytaxt tələbələrinə həsəd aparırlar: “Bizdən öndədirlər”

UNEC-in Zaqatala tələbəsi bir semestrlik Bakıda təhsil alacaq

UNEC-in Zaqatala tələbəsi bir semestrlik Bakıda təhsil alacaq

Tələbələrə təqaüdlərin ödənilməsi qaydasında dəyişiklik edilib

Tələbələrə təqaüdlərin ödənilməsi qaydasında dəyişiklik edilib

Tələbələr diplom aldıqdan sonra iş tapa biləcəklərmi? -SORĞU

Tələbələr diplom aldıqdan sonra iş tapa biləcəklərmi? -SORĞU

Neft və Sənaye Universitetinin rektoru tələbələrə əlçatandırmı...

Neft və Sənaye Universitetinin rektoru tələbələrə əlçatandırmı...

Pedoqoji Universitetin rektoru tələbələrə əlçatandırmı...

Pedoqoji Universitetin rektoru tələbələrə əlçatandırmı...

Abituriyentlərin bilməsi lazım olan 10 mühüm fakt

Abituriyentlərin bilməsi lazım olan 10 mühüm fakt

Tələbə qəbulu və buraxılış imtahanının keçirilməsi üçün 5 milyon ayrılıb

Tələbə qəbulu və buraxılış imtahanının keçirilməsi üçün 5 milyon ayrılıb

Ali təhsil alan Millli Qəhrəman övladlarına 23 yaşınadək Prezident təqaüdü veriləcək

Ali təhsil alan Millli Qəhrəman övladlarına 23 yaşınadək Prezident təqaüdü veriləcək

Memarlıq və İnşaat Universitetinin rektoru tələbələrə əlçatandırmı…

Memarlıq və İnşaat Universitetinin rektoru tələbələrə əlçatandırmı…

Nazirlik: Təfəkkür Universiteti akkreditasiyadan keçmədiyi üçün tələbələrə diplom verilməyəcək - MÜSAHİBƏ

Nazirlik: Təfəkkür Universiteti akkreditasiyadan keçmədiyi üçün tələbələrə diplom verilməyəcək - MÜSAHİBƏ