Xəbərlər / Müəllim
15 fevral 2019
2 057


Təhsil robotlarının tətbiq olunduğu məktəbə mediatur

Təhsil robotlarının tətbiq olunduğu məktəbə mediatur

 

 
Fevralın 15-də Bakı şəhəri 162 nömrəli tam orta məktəbə mediatur keçirilib. 

Mediaturun məqsədi məktəblərdə keçirilən təhsil robotları məşğələləri haqqında media nümayəndələrini məlumatlandırmaq olub.  

Mediaturda bildirilib ki, "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın uğurla həyata keçirilməsi nəticəsində məktəblərdə təhsil robotlarının tədrisə inteqrasiyasına xüsusi diqqət yetirilir. Belə ki, Təhsil Nazirliyi tərəfindən son iki ildə Bakı, Sumqayıt, Lənkəran və Mingəçevir şəhərlərində 20 ümumtəhsil müəssisəsi təhsil robotları ilə təmin olunub.

Təhsil robotları ilə təmin olunan məktəblərin informatika otaqlarına "Lego Education" təhsil həllərinə uyğun tərtibat verilib, otaqlar avadanlıqlar üçün mebellərlə təchiz olunub. İnformatika, fizika, riyaziyyat və ibtidai sinif müəllimləri xüsusi sertifikatı olan xarici mütəxəssislər tərəfindən keçirilən təlimlərdə iştirak edib, robotların proqramlaşdırılması, təhsildə tətbiqi və inteqrasiyası barədə biliklərə yiyələniblər.

Qeyd olunub ki, təcrübəyə əsasən robot texnologiyasından istifadə gündəlik məktəb təcrübəsinə innovasiya və yaradıcılıq gətirir. Şagirdlərin konstruktorlar ilə qarşılıqlı fəaliyyəti yalnız fiziki fəaliyyətlə məhdudlaşmır, həm də rəqəmsal texnologiyalardan istifadə ilə ənənəvi tədris metodlarından kənara çıxır. Bu cür dərslərdə şagirdlər qərar vermək, öz seçimləri üzərində düşünmək imkanı əldə edir və həmyaşıdları ilə komanda şəklində işləyərək ən yaxşı nəticələri əldə etmək qabiliyyətlərini inkişaf etdirirlər.

Elm və texnologiyalara olan marağı artırmaq və təhsil robotlarından istifadə edərkən yaradıcı, orijinal düşüncə bacarıqlarını inkişaf etdirmək məqsədi ilə şagirdlər üçün beynəlxalq yarışlarda iştirak imkanları yaradılır. Cari ildə Təhsil Nazirliyi, ADA Universiteti və "Mars Academy” şirkətinin birgə təşkilatçılığı ilə məktəblilər arasında "First Lego League (FLL) Azerbaijan” mühəndislik və robototexnika yarışına start verilib. Yarışda iştirak etmək üçün ölkə üzrə 31 məktəbin komandası qeydiyyatdan keçib.

Hər il dünyanın 98 ölkəsindən yarım milyon məktəblinin qatıldığı FLL yarışına Azərbaycan ilk dəfə 2017-2018-ci tədris ilində qoşulub. Yarışın yerli turnirində qalib gələn komanda Azərbaycanı Estoniyada keçirilən beynəlxalq  yarışda uğurla təmsil edib.

Qeyd edək ki, cari ildə FLL mühəndislik və robototexnika yarışında iştirak etmək üçün qeydiyyat 2018-ci ilin oktyabrın 22-dən başlayıb və noyabrın 15-dək davam edib. Yarışın yerli turnir və mükafatlandırma mərasiminin aprel ayının 6-da baş tutacağı planlaşdırılır.
Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
Mühəndislik və robototexnika yarışı keçiriləcək

Mühəndislik və robototexnika yarışı keçiriləcək

“Ali məktəb tələbələri arasında informatika üzrə Ümumrespublika Olimpiadası”na start verilib

“Ali məktəb tələbələri arasında informatika üzrə Ümumrespublika Olimpiadası”na start verilib

Təhsil Nazirliyi Qubaya mediatur təşkil edib

Təhsil Nazirliyi Qubaya mediatur təşkil edib

Beynəlxalq olimpiadalara hazırlıq mərkəzinə mediatur

Beynəlxalq olimpiadalara hazırlıq mərkəzinə mediatur

V sinif şagirdlərinə İT sistemləri öyrədilir – 45 məktəbdə möhtəşəm layihə

V sinif şagirdlərinə İT sistemləri öyrədilir – 45 məktəbdə möhtəşəm layihə

İntellektual yarışda tələbələrdən ibarət 17 komanda mübarizə aparıb

İntellektual yarışda tələbələrdən ibarət 17 komanda mübarizə aparıb

İngilis və rus dili fənnlərindən bilik yarışı keçirilib.

İngilis və rus dili fənnlərindən bilik yarışı keçirilib.

“British Council” Təşkilatının məktəblərlə əməkdaşlığının məqsədi nədir?! -RƏSMİ AÇIQLAMA

“British Council” Təşkilatının məktəblərlə əməkdaşlığının məqsədi nədir?! -RƏSMİ AÇIQLAMA

“Rəqəmsal bacarıqlar” layihəsinə daha bir məktəb qoşulub

“Rəqəmsal bacarıqlar” layihəsinə daha bir məktəb qoşulub

6 məktəb Beynəlxalq “eTwinning Məktəbi” mükafatına layiq görülüb

6 məktəb Beynəlxalq “eTwinning Məktəbi” mükafatına layiq görülüb

İnformatika fənninin tədrisi üzrə pilot layihəyə qoşulan məktəblərin sayı 40-a çatdırılacaq

İnformatika fənninin tədrisi üzrə pilot layihəyə qoşulan məktəblərin sayı 40-a çatdırılacaq

Nazir şagirdlərin dərsləri ilə maraqlandı

Nazir şagirdlərin dərsləri ilə maraqlandı

“Sabahın alimləri” VIII Respublika müsabiqəsində 311 şagird iştirak edəcək

“Sabahın alimləri” VIII Respublika müsabiqəsində 311 şagird iştirak edəcək

Kaspi Liseyi beynəlxalq olimpiadaya ev sahibliyi edir - Fotolar

Kaspi Liseyi beynəlxalq olimpiadaya ev sahibliyi edir - Fotolar

Respublika Yaradıcılıq Festivalının keçirilməsinə dair təlim

Respublika Yaradıcılıq Festivalının keçirilməsinə dair təlim

Bakının 8 məktəbində YENİLİK

Bakının 8 məktəbində YENİLİK

Azərbaycanlı şagirdlər beynəlxalq müsabiqədə mükafat aldılar - FOTO

Azərbaycanlı şagirdlər beynəlxalq müsabiqədə mükafat aldılar - FOTO

Fənn olimpiadalarının iştirakçılarından 1.221-i növbəti mərhələyə vəsiqə qazanıb

Fənn olimpiadalarının iştirakçılarından 1.221-i növbəti mərhələyə vəsiqə qazanıb

Son 5 ildə yüksək nəticə göstərən şagirdlərin sayı artıb - Təhsil Nazirliyi

Son 5 ildə yüksək nəticə göstərən şagirdlərin sayı artıb - Təhsil Nazirliyi

“Sabahın alimləri” VIII Respublika müsabiqəsinin qalibləri mükafatlandırılıb

“Sabahın alimləri” VIII Respublika müsabiqəsinin qalibləri mükafatlandırılıb

Sumqayıtda yalnız bu məktəbdə: həsəd aparılan siniflər...

Sumqayıtda yalnız bu məktəbdə: həsəd aparılan siniflər...

Modul tipli məktəblərlə tanışlıq üçün mediatur keçirilib

Modul tipli məktəblərlə tanışlıq üçün mediatur keçirilib

Qubada modul tipli məktəb istifadəyə verildi

Qubada modul tipli məktəb istifadəyə verildi

Olimpiadaların "qızıl qaydaları" - beynəlxalq uğurun şərtləri

Olimpiadaların "qızıl qaydaları" - beynəlxalq uğurun şərtləri