Xəbərlər
13 fevral 2019
472

“O, universitetə hazırlaşırdı...”- “Mavi balina”nın qurbanı olan gəncin anası...


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

 

Kürdəxanı qəsəbəsində 16 yaşlı Ə.Quluzadənin özünü asaraq intihar etməsi ilə bağlı məlumat vermişdik. Moderator.az-ın əməkdaşı bu gün mərhumun ailəsigilə yollanıb və Ə.Quluzadənin anası, nənəsi, babası və digər yaxınları ilə həmsöhbət olub. 

Bizi Ə.Quluzadənin bibisi qarşılayıb evə dəvət etdi. Anası İlhamə xanım "Qurani-Kərim” oxuyurdu. Bizim gəldiyimizi bilib kitabı Əlinin böyüdülən şəklinin yanına qoydu. Hamı pərişandır, nə baş verdiyindən xəbərsizdilər. Amma bircə şübhələndikləri şey var, telefonunda olan "Mavi balina” oyunu. Anası deyir ki, Əli universitetə hazırlaşırdı, həkim olacaqdı:

"Özüm həkiməm bir oğlum və bir qızım var. Əli ikinci övladımdı. M.Rəsulzadə qəsəbəsində yerləşən 100 saylı məktəbin rus dili bölməsində təhsil alırdı. Doqquzuncu sinifdə oxuyurdu. Belə bir şeyin başımıza gələcəyi heç yatsaq, yuxumuza girməzdi. Fevralın 9-da biz işdə olanda nənəsi və babası evdə olarkən özünü otaqdan asıb”.

Fevralın 9-da Əli dərsləri ilə məşğul olub. Axşamüstü nənəsi Şükufə xanım deyib ki, Əli, gəl yeməyini ye! Əligil babası ilə birlikdə bir həyətdə ayrı-ayrı evdə yaşayırlar. Əli deyib ki, "Yox nənə, hələ yemirəm namazını qıl sonra yeyərəm”. Təxminən saat 18:00 radələrində nənəsi Əlinin dalınca yaşadığı evə gedib və görüb ki, o, özünü otaqdan asıb. Qışqırıb kömək istəyib və səsə Əlinin babası Mobil kişi qaçıb, bundan sonra qonşular da evə gəliblər. Əlini kəndirdən açsalar da, artıq gec olub, onun boynu qırılıb. 

Babası Mobil müəllimin dedikləri:

"Əlini Sabunçu rayonuna çatdırdıq. Ekspertiza etdilər və bildirdilər ki, ani ölüm olub. Nə iş idi başımıza gəldi heç özümüz də bilmirik”. 

Əlinin anası İlhamə xanım deyir ki, həmin gün üç nəfər gənc özünü asıb:

"Polislər birinci əlinin dırnaqlarına baxdılar və dedilər ki, bu da o ondandır, amma bilmədim söhbət nədən gedir. Sonradan məlum oldu ki, Əli internetdə hansısa oyun oynayırmış. Deyilənə görə "Mavi balina” oyunudur. Əlinin dırnaqlarını bu cür uzatmasına görə bir neçə dəfə iradımı bildirmişdim və elə bilirdim ki, cavan oğlandı özü istəyir ki, dırnaqları belə görünüşlü olsun. İndi xəbər tuturam ki, bu o oyuna işarə edib. İkinci bir səbəb isə onun qaranlığı xoşlaması idi, qaranlıqda telefona baxırdı, dərslərini telefon işığında oxuyurdu. Neçə dəfə dedim ki, Əli, belə necə oxuyursan, gözlərinə ziyandır axı. Deyilənə görə bu oyunu oynayanlar belə olurlar. 

"Mən qəza keçirəndə Əlinin telefonuna mesaj gəlib...”

"Bir müddət öncə yüngül qəza keçirdim və idarə etdiyim maşının ön hissəsi yüngül əzildi. Onda Əli mənlə sorğu-sual etdi. Yenə bir şey başa düşmədim, amma deyilənə görə bu qəzadan sonra onun telefonuna mesaj gəlib. Nə bilim, bəlkə də bizi qorumaq üçün özünü asaraq intihar etdi. Bütün əşyalarını polisə aparıblar araşdırırlar. Polislər onun məktəb çantasında gizli saxladığı balaca kitabça tapıblar və bildirirlər ki, içində xüsusi işarələrlə yazılar var. Xahiş edirəm bu məsələlər araşdırılsın. Nə qədər gənclərimiz özünü asaraq intihar edir. Özümüz də bunun səbəbini bilmək istəyirik. Bu qədər çalışan bir uşağın qəfildən özünü asması hamımızı şoka salıb”. 

Yaxınları deyir ki, onların yaşadığı küçədə Əli altıncı gəncdir ki, özünü asaraq intihar edib. 




Whatsapp'ta Paylaş



Загрузка...
loading...

Həmçinin oxuyun:
Məktəb direktoru şagirdin intiharından danışdı -

Məktəb direktoru şagirdin intiharından danışdı - "SONUNCU DƏFƏ..."

Azərbaycanda DƏHŞƏTLİ OLAY: 53 yaşlı məktəb mühafizəçisi...

Azərbaycanda DƏHŞƏTLİ OLAY: 53 yaşlı məktəb mühafizəçisi...

Azərbaycanda abituriyent intihar etdi - DƏHŞƏTLİ SƏBƏB

Azərbaycanda abituriyent intihar etdi - DƏHŞƏTLİ SƏBƏB

May ayında intihar etmiş abituriyentin anası da intihar etdi

May ayında intihar etmiş abituriyentin anası da intihar etdi

Ucarda yaşlı müəllim intihar edib

Ucarda yaşlı müəllim intihar edib

DƏHŞƏTLİ   OLAY

DƏHŞƏTLİ OLAY

Həkim olmaq istəyirdi, özünü öldürdü - Abituriyentin intiharının DƏHŞƏTLİ TƏFSİLATLARI - FOTOLAR

Həkim olmaq istəyirdi, özünü öldürdü - Abituriyentin intiharının DƏHŞƏTLİ TƏFSİLATLARI - FOTOLAR

Abşeronda məktəb direktorunun müavini intihar etdi - TƏFƏRRÜATLAR

Abşeronda məktəb direktorunun müavini intihar etdi - TƏFƏRRÜATLAR

4-cü sinif şagirdinin özünü asmasının təfərrüatı açıqlanıb

4-cü sinif şagirdinin özünü asmasının təfərrüatı açıqlanıb

15 yaşlı qız bacısı ilə özünü 10-cu mərtəbədən atdı - Son sözləri ŞOK ETDİ / VİDEO

15 yaşlı qız bacısı ilə özünü 10-cu mərtəbədən atdı - Son sözləri ŞOK ETDİ / VİDEO

SOCAR-ın binasında intihar – Özünü 8-ci mərtəbədən atdı

SOCAR-ın binasında intihar – Özünü 8-ci mərtəbədən atdı

Sürpriz yumurtadan çıxan oyuncaq valideyni dəhşətə gətirdi - FOTO

Sürpriz yumurtadan çıxan oyuncaq valideyni dəhşətə gətirdi - FOTO

Ağdaşda 7-ci sinif şagirdinin intiharında

Ağdaşda 7-ci sinif şagirdinin intiharında "Mavi Balina" izi

Ağdaşda məktəbli niyə intihar edib? -

Ağdaşda məktəbli niyə intihar edib? - "Anasından gizli..."

“Mavi Balina” Hövsan məktəbində – İki şagird oyunun qurbanına çevrildi?

“Mavi Balina” Hövsan məktəbində – İki şagird oyunun qurbanına çevrildi?

Ağdamda 11-ci sinif şagirdi intihar edib - “Mənsur dərsdən evə gəlib…”

Ağdamda 11-ci sinif şagirdi intihar edib - “Mənsur dərsdən evə gəlib…”

10-cu sinif şagirdinin müəmmalı intiharı:  “Sinif yoldaşlarından ayrılandan sonra...”

10-cu sinif şagirdinin müəmmalı intiharı: “Sinif yoldaşlarından ayrılandan sonra...”

Azərbaycanlı tələbə oğlandan kövrəldici intihar mesajı:

Azərbaycanlı tələbə oğlandan kövrəldici intihar mesajı: "Ata mən getdim"

Azərbaycanda məktəbli qız özünü öldürdü

Azərbaycanda məktəbli qız özünü öldürdü

Tarix müəllimi özünü mal tövləsinin çardağından asaraq intihar etdi - Zaqatalada dəhşətli hadisə

Tarix müəllimi özünü mal tövləsinin çardağından asaraq intihar etdi - Zaqatalada dəhşətli hadisə

8-ci sinif şagirdi özünü fındıq ağacından asdı - “Bax, Elman özünü belə asmışdı”

8-ci sinif şagirdi özünü fındıq ağacından asdı - “Bax, Elman özünü belə asmışdı”

16 yaşlı məktəbli intihar etdi

16 yaşlı məktəbli intihar etdi

Azərbaycanda məktəbli oğlanın DƏHŞƏTLİ SONU - TƏFƏRRÜAT

Azərbaycanda məktəbli oğlanın DƏHŞƏTLİ SONU - TƏFƏRRÜAT

Sumqayıtda müəllim məktəbdə intihar etdi

Sumqayıtda müəllim məktəbdə intihar etdi