Xəbərlər
11 fevral 2019
308

Prosesi gərginləşdirmək vəziyyətdən çıxış yolu deyil


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

Prosesi gərginləşdirmək vəziyyətdən çıxış yolu deyil

 

 
"Respublika Təhsil Şurası ətrafında baş verənlərə görə təəssüf hissi keçirirəm… Bu hal, ən azından Əjdər müəllimin ruhuna hörmətsizlikdir…” 

Ekspert şuranın son yığıncağından söz açıb: 

"Şura üzvü olmasam da, son ümumi yığıncaqda qonaq qismində iştirak etdim. Məndən başqa dəvətlilər də vardı. Həmin yığıncaqdakıməruzə və çıxışlardan sonra Təhsil Şurasının İdarə Heyəti və yeni sədri seçildi. İndi deyilir ki, "17 noyabr 2018-ci ildə bir qrup şəxs Təhsil Şurasının Ümumi Yığıncağı adı ilə qanunsuz iclas keçirib. Həmin iclasda Təhsil Şurasının qanuni sədri, sədr müavini və katibi iştirak etməyib”. İddiaya görə, həmin iclasda iştirak edən, Şura üzvü olmayan bəzi kənar şəxslər İdarə Heyətinə daxil edildiyi halda, uzun illər Şuranın inkişafında böyük əməyi olan şəxslər iştiraksız, fikirləri dinlənilmədən, heç bir məlumat verilmədən İdarə Heyətindən uzaqlaşdırılıblar.” 

Şuranın daxili işlərinə müdaxilə xarakterli mövqe sərgiləmək mənim səlahiyyətim çərçivəsidə deyil. Buna görə də artıq ictimailəşdirilən iddialara subyektiv münasibət bildirməyim kimlərəsə yersiz görünə bilər. Bu, Təhsil Şurasının daxili məsələdir, İdarə Heyətinin daxilində də həll olunmalıdır. Görünür, Şuranın yaradıcısı və əvəzsiz sədri olan Əjdər müəllimin səhhəti ilə bağlı ümumi yığıncağın işində iştirak edə bilməməsi hadisələrin belə bir məcraya yönəlməsinə gətirib çıxarıb”. 

Ekspert Təhsil Şurasının yaradılması tarixinə də nəzər salıb: 

"1998-ci il, Azərbaycan müəllimlərinin XI qurultayında Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə təsis olunmuş Təhsil Şurası mərhum pedaqoq Əjdər Ağayevin rəhbərliyi ilə fəaliyyətə başlayıb. 

Azərbaycan təhsilinin, məktəb problemlərinin həllində yaxından iştirakının təmin edilməsi üçün ölkənin  görkəmlielm və təhsil xadimlərinin, xüsusilə də qabaqcıl  müəllimlərinin bir araya gətirilməsi, fəaliyyətlərinin öyrənilməsi və təbliği kimi məsələlər Təhsil Şurasının işində mühüm yer tutmaqla yanaşı,onu nüfuzluQeyri hökumət statuslu bir təşkilata çevirib. Bu mənada Respublika Təhsil Şurası böyük pedaqoqumuzun adını, nüfuzunu, əməllərini yaşatmağa borcludur. Çünki, Əjdər müəllim, hadisələrin hansı məcraya yönəlməsindən asılı olmayaraq bundan sonra da böyük əmək və zəhmət hesabına yaratdığı bu Şuranın Fəxri sədri olaraq xatirələrdə yaşayacaq”. 

Ekspert hesab edir ki, tezliklə İdarə heyətinin keçmiş və yeni üzvləri bir araya gəlməli, yekdil mövqe nümayiş etdirməli, məsələnin yeni aspektlərdən hallandırılmasının, hüquqi və digər müstəvilərə daşınmasının qarşısını almalıdırlar: 

"Çünki prosesi gərginləşdirmək vəziyyətdən çıxış yolu deyil. Məsələyə xeyli sayda sosial şəbəkə istifadəçisinin də cəlbini nəzərə alsaq, bu gedişat nəinki Təhsil Şurasına, bütövlükdə ölkənin təhsil ictimaiyyətinə baş ucalığı gətirməz. Ümid edirəm ki, vəziyyət tezliklə normallaşacaq və əvvəlki axarı ilə davam edəcək”.




Whatsapp'ta Paylaş



Загрузка...
loading...

Həmçinin oxuyun:
İlahiyyat İnstitutunun rektoru İctimai Nəzarət Şurasının üzvləri ilə görüşüb

İlahiyyat İnstitutunun rektoru İctimai Nəzarət Şurasının üzvləri ilə görüşüb

“Müəllimlər müəllimi” filmi təqdim olunub

“Müəllimlər müəllimi” filmi təqdim olunub

Pedaqoji Şura  haqqında  Əsasnamə

Pedaqoji Şura haqqında Əsasnamə

Məleykə Abbaszadə vətəndaşlarla görüşdü, müraciətlər yerindəcə həll edildi

Məleykə Abbaszadə vətəndaşlarla görüşdü, müraciətlər yerindəcə həll edildi

DİM Direktorlar Şurasının sədri Salyanda vətəndaşları qəbul edib

DİM Direktorlar Şurasının sədri Salyanda vətəndaşları qəbul edib

RAYON (ŞƏHƏR) TƏHSIL ŞÖBƏSI ŞURASI HAQQINDA TƏLIMAT

RAYON (ŞƏHƏR) TƏHSIL ŞÖBƏSI ŞURASI HAQQINDA TƏLIMAT

Ali məktəblər publik hüquqi şəxs statusunda...

Ali məktəblər publik hüquqi şəxs statusunda...

UNEC Gənc Müəllimlər Şurası yaradıldı

UNEC Gənc Müəllimlər Şurası yaradıldı

KİVDF müsabiqə elan etdi

KİVDF müsabiqə elan etdi

Təhsil Nazirliyinin şöbə müdiri:

Təhsil Nazirliyinin şöbə müdiri: "Tarix İnstitutu xəritə ilə bağlı heç bir irad bildirməyib "

Nazir müavini BMU-nun mütəxəssis hazırlamaq potensialından danışıb

Nazir müavini BMU-nun mütəxəssis hazırlamaq potensialından danışıb

"Biz illərdir məhz belə idarəetmə mexanizmi arzulayırdıq"

AzMİU-da “İnşaat mühəndislərinin peşə inkişafına yardım” İB-nin təqdimat mərasimi keçirildi

AzMİU-da “İnşaat mühəndislərinin peşə inkişafına yardım” İB-nin təqdimat mərasimi keçirildi

Dərslikləri Qiymətləndirmə Şurasının tərkibi yenilənir

Dərslikləri Qiymətləndirmə Şurasının tərkibi yenilənir

Məleykə Abbaszadə:

Məleykə Abbaszadə: "Təəssüf ki, ictimai Şuraya üzv olmaq üçün valideynlər bizə müraciət etmədi"

DİM: İctimai Şuraya üzv olmaq istəyənlərin qeydiyyatı başa çatıb

DİM: İctimai Şuraya üzv olmaq istəyənlərin qeydiyyatı başa çatıb

ADPU-nun rektoru,professor Cəfər Cəfərov Dissertasiya Şurasının üzvləri ilə görüşüb

ADPU-nun rektoru,professor Cəfər Cəfərov Dissertasiya Şurasının üzvləri ilə görüşüb

ADPU-da hesabat-seçki iclası keçirilib

ADPU-da hesabat-seçki iclası keçirilib

ADNSU-da Elmi Şuranın iclası keçirilib

ADNSU-da Elmi Şuranın iclası keçirilib

Ümumi təhsil müəssisəsinin Pedaqoji Şurası haqqında Əsasnamə

Ümumi təhsil müəssisəsinin Pedaqoji Şurası haqqında Əsasnamə

ADNSU-da YAP ilk təşkilatının hesabat - seçki yığıncağı keçirilib

ADNSU-da YAP ilk təşkilatının hesabat - seçki yığıncağı keçirilib

Ümumi təhsil müəssisəsinin Pedaqoji Şurası haqqında Əsasnamə

Ümumi təhsil müəssisəsinin Pedaqoji Şurası haqqında Əsasnamə

Pedaqoji şura - bir kollektivdə işləyən peşəkarların şurasıdır.

Pedaqoji şura - bir kollektivdə işləyən peşəkarların şurasıdır.

Ümummilli lider Heydər Əliyevin 93 yaşı tamam olur

Ümummilli lider Heydər Əliyevin 93 yaşı tamam olur