Xəbərlər
29 yanvar 2019
2 577


Azərbaycan İlahiyyat İnstitutu dünyəvi təhsil müəssisəsidir.

Azərbaycan İlahiyyat İnstitutu dünyəvi təhsil müəssisəsidir.

 

 
Son zamanlar Azərbaycan İlahiyyat İnstitutu barədə sosial şəbəkələrdə bir sıra fikirlər dolaşır. Sözügedən ali təhsil müəssisəsində, dünyəvi deyil, yalnız dini dərslərin tədris olunduğunadair iddialar səslənir. 

  
Mətbuat xidmətindən AzEdu.az-a bildiriblər ki, yayılan informasiyalar tamamilə əsassızdır. 

Məlumatda qeyd olunur ki, 2018-ci ilin iyun ayından etibarən, institutda təhsil standartlarının müəyyənləşdirilməsi, strukturun təşkili, tələbə qəbulu, ilk tədris ilinə hazırlıq, habelə maarifləndirmə istiqamətində ardıcıl və məqsədyönlü işlər görülüb. İnstitutun müəllim və işçi heyəti, habelə strukturunun təşkili üçün prioritetlər müəyyənləşdirilərək, ictimaiyyətə elan olunub və şəffaf  şəkildə həyata keçirilib. 

Dinşünaslıq və İslamşünaslıq ixtisasları üzrə təhsil standartları hazırlanaraq, Azərbaycan Respublikasının Təhsil Nazirliyinə təqdim edilib və nazirliyin müvafiq şöbəsindən müsbət rəy alınıb. 

İnstitutun təhsil standartlarının müəyyənləşdirilməsindəHarvard, Oksford və Kembric kimi aparıcı dünya universitetlərinin, eləcə də Şərqin qabaqcıl ali təhsil müəssisələrinin təcrübəsi geniş araşdırılaraq tətbiq olunub. 

Ali təhsil müəssisəsində dünya dinlərinin inanc, ibadət, əxlaq sistemi və ictimai strukturları tədris olunmaqla yanaşı, eyni zamandaMüqayisəli dinlər tarixi, Din psixologiyası, Müqəddəs mətnlərin hermenevtikası, Elm və din, Müqayisəli teologiya, Mistisizm, Din fəlsəfəsi, Din sosiologiyası, Din psixologiyası, Müqəddəs kitabların müqayisəsi, Yeni dini hərəkatlar, Qərbdə İslam tədqiqatları, Sosial elmlərin metodologiyası, Yəhudilik və xristianlıq, Hind-Çin dinləri öyrədilir. 

Həmçinin Aİİ-dəAzərbaycan tarixi, Azərbaycan dili və nitq mədəniyyəti,İnformatika və kompüter texnologiyası, Mülki müdafiə,Multikulturalizmə giriş, İslam ölkələri tarixi və coğrafiyası kimi fənlər geniş tədris olunur.  

Tələbələr,ingilis, ərəb, klassik ibrani və fars dillərini yüksək səviyyədə öyrənmək imkanına malikdirlər. Bütün xarici dillər peşəkar mütəxəssislər tərəfindən müasir metodlar əsasında 4 dil bacarığının -    oxuma, dinləmə, danışma, yazma inkişafı istiqamətində tədris edilir.

Aİİ Azərbaycan xalqının tarixi ənənələrinə söykənən və dövlət siyasətinin məntiqi nəticəsi olan yüksək dini-mənəvi mühitin qorunub saxlanılması, inkişafı və dini fəaliyyətin təşkili sahəsində yüksəkixtisaslı kadrların hazırlanmasının təmin olunması məqsədilə müasir təhsil standartları və dünya təcrübəsi əsasında təsis edilən yeni ali dünyəvi təhsil müəssisəsidir.

Qeyd edək ki, Azərbaycan İlahiyyat İnstitutu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 9 fevral 2018-cu il tarixli Sərəncamı ilə yaradılıb.
Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
İlahiyyat İnstitutu bizə nə verəcək?! - Deputat sərəncamı şərh etdi

İlahiyyat İnstitutu bizə nə verəcək?! - Deputat sərəncamı şərh etdi

İlahiyyat İnstitutunda neçə tələbə təhsil alacaq? - Açıqlama

İlahiyyat İnstitutunda neçə tələbə təhsil alacaq? - Açıqlama

İlahiyyatçı alimlər, tədqiqatçılar və mütəxəssislərlə görüş keçirilib.

İlahiyyatçı alimlər, tədqiqatçılar və mütəxəssislərlə görüş keçirilib.

Azərbaycanda yeni ali məktəb yaradılır

Azərbaycanda yeni ali məktəb yaradılır

İlahiyyat İnstitutu yalnız İslam üzrə kadr hazırlamayacaq - Rəsmi

İlahiyyat İnstitutu yalnız İslam üzrə kadr hazırlamayacaq - Rəsmi

Rektor qadın məhbuslarla görüşüb

Rektor qadın məhbuslarla görüşüb

İlahiyyat İnstitutunda yalnız İslam üzrə mütəxəssislər hazırlanmayacaq - Komitədən AÇIQLAMA

İlahiyyat İnstitutunda yalnız İslam üzrə mütəxəssislər hazırlanmayacaq - Komitədən AÇIQLAMA

Dini dərsləri necə tədris etməli?.. - Komitə sədrindən AÇIQLAMA

Dini dərsləri necə tədris etməli?.. - Komitə sədrindən AÇIQLAMA

Azərbaycanda islam kollecləri yaradılır

Azərbaycanda islam kollecləri yaradılır

İlahiyyat institutunun rektoru Misir Mədəniyyət Mərkəzində oldu

İlahiyyat institutunun rektoru Misir Mədəniyyət Mərkəzində oldu

İlahiyyat İnstitutu ölkəmizdə dövlət–din münasibətlərinin təkmilləşməsində elmi mərkəz kimi böyük rol oynayacaq

İlahiyyat İnstitutu ölkəmizdə dövlət–din münasibətlərinin təkmilləşməsində elmi mərkəz kimi böyük rol oynayacaq

İlahiyyat İnstitutunda təhsil pulsuz olacaq - Detallar açıqlandı

İlahiyyat İnstitutunda təhsil pulsuz olacaq - Detallar açıqlandı

Dövlət Komitəsi: Orta məktəblərdə dinin tədrisindən söhbət gedə bilməz

Dövlət Komitəsi: Orta məktəblərdə dinin tədrisindən söhbət gedə bilməz

Deputat Bakı İslam Universitetinin bağlanmasını alqışladı

Deputat Bakı İslam Universitetinin bağlanmasını alqışladı

Yüksək etimada görə cənab prezidentə təşəkkürümü bildirirəm-İlahiyyat İnstitutunun rektoru

Yüksək etimada görə cənab prezidentə təşəkkürümü bildirirəm-İlahiyyat İnstitutunun rektoru

”Belə bir institutun yaradılması lazım idi...”

”Belə bir institutun yaradılması lazım idi...”

Bu institutun elmi nəticələri ali məktəblərin tədris proqramlarında tətbiq olunub

Bu institutun elmi nəticələri ali məktəblərin tədris proqramlarında tətbiq olunub

Məscidlərdə çalışanlar ölkədə dini təhsil alan şəxslər olmalıdır.

Məscidlərdə çalışanlar ölkədə dini təhsil alan şəxslər olmalıdır.

Təhsil Nazirliyi: – Orta məktəblərdə din tədrisi ilə bağlı heç bir fənn nəzərdə tutulmayıb

Təhsil Nazirliyi: – Orta məktəblərdə din tədrisi ilə bağlı heç bir fənn nəzərdə tutulmayıb

Bakıda ƏMƏLİYYAT: Azyaşlıların cəlb olunduğu gizli ibadət-tədris kompleksi aşkarlandı

Bakıda ƏMƏLİYYAT: Azyaşlıların cəlb olunduğu gizli ibadət-tədris kompleksi aşkarlandı

Azərbaycanda 10 islam kolleci yaradılıb

Azərbaycanda 10 islam kolleci yaradılıb

BDU-nun dekanı şeyxin müavini ilə razılaşmadı: “Jurnalistika fakültəsində buna ehtiyac yoxdur!”

BDU-nun dekanı şeyxin müavini ilə razılaşmadı: “Jurnalistika fakültəsində buna ehtiyac yoxdur!”

ADU-da “İxtisas ölkələrində dini həmrəylik və islam” mövzusunda dəyirmi masa keçirilib

ADU-da “İxtisas ölkələrində dini həmrəylik və islam” mövzusunda dəyirmi masa keçirilib

GDU-da “İslam Həmrəyliyi İli” adlı tədbir keçirildi

GDU-da “İslam Həmrəyliyi İli” adlı tədbir keçirildi