Xəbərlər, D.Qulluğu
26 yanvar 2019
460

Dövlət qulluqçularının maaşı özəl sektorda çalışanların məvacibi ilə eyni olacaq - Nazir müavini


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

 

"Dövlət qulluqçularının əməyinin ödənilməsi sistemi haqqında" yeni qanun layihəsi hazırlanıb və müvafiq dövlət orqanlarına təqdim olunub".

Aztehsil.com xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiə nazirinin müavini Mətin Kərimli "Azərbaycan dövlət qulluğu sistemində islahatların davam etdirilməsinə dəstək layihəsi"nin bağlanış mərasimində deyib.

Nazir müavini qeyd edib ki, gələcəkdə büdcədən maliyyələşən digər təşkilatlarda da əməyin ödənişi sistemi barədə qanun layihələrinin hazırlanması nəzərdə tutulur.

Onun sözlərinə görə, hazırda qüvvədə olan dövlət qulluğu haqqında qanunvericilik bazasının təkmilləşdirilməsinə ehtiyac yaranıb və buna uyğun olaraq yeni yanaşma müəyyən edilib.

Yeni yanaşmalar barədə məlumat verən M.Kərimlinin sözlərinə görə, dövlət qulluğu sahəsində maaşlar özəl sektorla müqayisə oluna biləcək səviyyədə müəyyən ediləcək: "İkincisi, sosial ədalət prinsipi əsasında bərabər əməyə görə bərabər haqq veriləcək. Üçüncüsü, dövlət qulluqçularının əməyinin ödənişi sistemində mövcud olan ödəniş səviyyələrinin sayının optimallaşdırılmasıdır. Bu say 400-ə yaxındır və bunun optimallaşdırması nəzərdə tutulur. Dördüncüsü, dövlət qulluqçularının eyni təsnifat çərçivəsində vəzifə yüksəlişində maddi motivasiyanın artırılmasıdır. Beşincisi, dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsinin, onların məvacib artımında nəzərə alınmasıdır".

O əlavə edib ki, dövlət qulluqçusunun vəzifə maaşı dövlət qulluqçularının vəzifələrinin təsnifatına əsaslanan əməyin ödəniş səviyyəsi, yəni şaquli istiqamət və dövlət qulluqçularının fəaliyyətini qiymətləndirilməsinə əsaslanan ödəniş pilləsi üfiqi istiqamət üzrə müəyyən ediləcək: "Həmçinin vəzifə maaşları rəqabət qabiliyyətli prinsip əsasında artırılacaq, aylıq vəzifə maaşları sistemi qanunla müəyyən ediləcək".









Whatsapp'ta Paylaş

Загрузка...
loading...

Həmçinin oxuyun:
Azərbaycanda yüksək vəzifələrə vakant yerlər açıqlandı

Azərbaycanda yüksək vəzifələrə vakant yerlər açıqlandı

Dövlət büdcəsindən maliyyələşən müəssisələrdə maaşlar artırılıb

Dövlət büdcəsindən maliyyələşən müəssisələrdə maaşlar artırılıb

Azərbaycanda əmək haqqına əlavə və mükafatdan 1 faiz işsizlikdən sığorta haqqı tutulacaq

Azərbaycanda əmək haqqına əlavə və mükafatdan 1 faiz işsizlikdən sığorta haqqı tutulacaq

Dövlət orqanında işləmək istəyənlərə - YENİ İMKAN

Dövlət orqanında işləmək istəyənlərə - YENİ İMKAN

DİM dövlət orqanlarında 165 vakant vəzifənin tutulması üçün müsahibə elan edib

DİM dövlət orqanlarında 165 vakant vəzifənin tutulması üçün müsahibə elan edib

Müəllimlərin maaşı artdı - Təhsil Nazirliyinə 2 ay vaxt verildi - YENİLƏNİB

Müəllimlərin maaşı artdı - Təhsil Nazirliyinə 2 ay vaxt verildi - YENİLƏNİB

Müəllimlərin maaşları müəyyənləşdi

Müəllimlərin maaşları müəyyənləşdi

Dövlət qulluğuna qəbul olmaq istəyənlər - Bu vəzifələri seçə biləcək

Dövlət qulluğuna qəbul olmaq istəyənlər - Bu vəzifələri seçə biləcək

Maaşlarımız nə qədər - ARTDI?

Maaşlarımız nə qədər - ARTDI?

Dövlət İmtahan Mərkəzi işçi axtarır

Dövlət İmtahan Mərkəzi işçi axtarır

14 dövlət qulluqçusu təltif edilib, 25-i isə...

14 dövlət qulluqçusu təltif edilib, 25-i isə...

Təhsil işçilərinin əməyinin yeni ödəniş dərəcələri müəyyənləşib

Təhsil işçilərinin əməyinin yeni ödəniş dərəcələri müəyyənləşib

Məleykə Abbaszadə qəbul və buraxılış imtahanları ilə bağlı Prezidentə hesabat verəcək

Məleykə Abbaszadə qəbul və buraxılış imtahanları ilə bağlı Prezidentə hesabat verəcək

Dövlət qulluğunun xüsusi növü olacaq - SİYAHI

Dövlət qulluğunun xüsusi növü olacaq - SİYAHI

Məleykə Abbaszadə iclas keçirdi – dövlət qulluğu ilə bağlı yeniliklərdən DANIŞDI

Məleykə Abbaszadə iclas keçirdi – dövlət qulluğu ilə bağlı yeniliklərdən DANIŞDI

DİM vakant vəzifələri müsabiqəyə təqdim etməyən dövlət orqanlarının adını açıqlayıb

DİM vakant vəzifələri müsabiqəyə təqdim etməyən dövlət orqanlarının adını açıqlayıb

DİM-in sədr müavini:

DİM-in sədr müavini: "Vakant yerlərin gizlədilməsinə görə monitorinq aparılır"

Dövlət qulluğu haqqında qanunvericiliyə dəyişikliklər layihəsi hazırlanıb

Dövlət qulluğu haqqında qanunvericiliyə dəyişikliklər layihəsi hazırlanıb

Dövlət qulluğu ilə bağlı yeni şərtlər və qaydalar Nazirlər Kabinetinə təqdim edilib

Dövlət qulluğu ilə bağlı yeni şərtlər və qaydalar Nazirlər Kabinetinə təqdim edilib

Prezident sərəncam imzaladı - Maaşlar artırıldı

Prezident sərəncam imzaladı - Maaşlar artırıldı

DİQQƏT! Keçid balları azaldıldı

DİQQƏT! Keçid balları azaldıldı

"Son 15 il ərzində Azərbaycanda yeni, müasir dövlət qulluğu sistemi yaradılıb"

DİM Gəncədə tədbir keçirib

DİM Gəncədə tədbir keçirib

Məleykə Abbaszadə Litvalı qonaqla görüşüb

Məleykə Abbaszadə Litvalı qonaqla görüşüb