Xəbərlər
23 yanvar 2019
3 455


Şagirdlərdə platonik sevgi və aqressiya xəstəliyi: “Xüsusən də, qızlardan ehtiyatlı olun”

 

Yeniyetməlik dönəmindəşagird və tələbələrdə platonik sevgilərə tez-tez rast gəlinir. Onlar bəzən tanınmış müğənniyə, film ulduzuna, hətta müəllimlərinə belə aşiq olduqlarını zənn edirlər.

Türkiyəli psixoloq Murad Sarısoy,"platonik”sevgi yaşayan uşaq və tələbələrdə ailələrin davranışının xüsusi əhəmiyyət kəsb etdiyi qənaətindədir."Platonik” sevgi reallaşması xəyal olan, qeyri-real duyğu formasıdır. 

Aztehsil.com xəbər verir ki, bu sevginin, adətən gənc qızlarda daha çox müşahidə olunduğu iddia edilir. Ancaq araşdırmalar göstərib ki, duyğunun rast gəlinmə faizi oğlanlarda da qızlarda olduğu kimidir.

Belə yeniyetmələr sevgiləri uğruna bütün qayda-qanunları, hətta həyatlarını belə heçə saymağa meylli olurlar. Bu səbəbdən, intihar edən yeniyetmələrin sayı da az deyil. Belə halla qarşı-qarşıya qalan valideyn xüsusilə diqqətli olmalıdır.Çünki ailəsindən qınaq görən yeniyetmə beynində canlandırdığını sevgiyə daha çox bağlanır. Bu sevgi onun həyatının məqsədinə çevrilə bilər.Valideyn bilməlidir ki, cəzalandırılmaq istiqamətində atacağı hər hansı addım övladına mənfi təsir göstərməkdən başqa bir işə yaramayacaq.

Psixoloqlar ən məntiqli yanaşma kimi bunun keçid dövrünün məhsulu olduğunu qəbul etməyi və cəzalandırıcı davranışlardan qaçmağı məsləhət görürlər. Əgər, yeniyetmə,duyğularını valideyni ilə bölüşsə, ailə son dərəcə soyuqqanlı və anlayışlı davranmalı, hadisəni normal qəbul etməlidir.

Çünki platonik sevgi zamanla yerini real sevgiyə ötürür.

Qeyd olunan fikirlər Azərbaycanda da ciddiliyini qoruyur.

Pediatr Vaqif Qarayev hesab edir ki, valideynlər müəyyən yaşdan sonra uşaqları ilə dost olmalıdırlar. Onları dinləməyi bacarmalı, ünsiyyətdən qaçmamalı, səhv edibsə beləaqressivlikolmamalıdırlar:

"Aqressiya cavab olaraq, eləaqressiya yaradacaq! Xüsusilə qızlarla ehtiyatlı olmaq lazımdır. Ailə yeniyetmə qızın orqanizmində gedən fizioloji dəyişiklərdən xəbərdar olmalı və bunları olduğu kimi izah eləməlidir.

Bizdəövladla valideyn arasında "pərdə” məsələsi var.Bu, əksər hallarda nəticəyə mane olur. Uşaqlar pisi-yaxşını böyüdüyü ailədə eşitməlidirlər. Əks təqdirdə, ətrafdan, küçədən, ancaq pisi götürəcəklər”.

Pediatr uşaqların internetdən istifadə edərkən valideynləri daha diqqətli olmağa səsləyib:

"Hazırda internet əsridir.Yeniyetmələr internetdən istədikləri məlumatı əldə edirlər. Onlayn yazışmalar da indiki texnologiyanın məhsuludur. Valideyn gərək bu məsələdə diqqətli olsun. Uşaqları nəzarətsiz buraxmaq olmaz. Hamı üçün hazır resept yoxdur.Hər valideyn övladına fərdi yanaşmalıdır. Bu mənada anaların dünyagörüşü çox əhəmiyyətlidir. Cahil analar bir qayda olaraq uşaqlarını idarə edə bilmirlər. Ona görə də nəticəxoşagəlməz olur”.
Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
Valideyn-övlad münasibətləri necə olmalıdır?

Valideyn-övlad münasibətləri necə olmalıdır?

Uşaqlar üçün idman növü seçərkən diqqətli olun- Aqressiya yaradır

Uşaqlar üçün idman növü seçərkən diqqətli olun- Aqressiya yaradır

Uşağın yalan danışması nəyə işarədir? -VALİDEYNLƏR, DİQQƏTLİ OLUN!

Uşağın yalan danışması nəyə işarədir? -VALİDEYNLƏR, DİQQƏTLİ OLUN!

Uşaqlar üçün idman növü seçəndə diqqətli olun – Valideynlərə tövsiyə

Uşaqlar üçün idman növü seçəndə diqqətli olun – Valideynlərə tövsiyə

Valideyn münasibətləri və uşaqlar üzərindəki təsiri...

Valideyn münasibətləri və uşaqlar üzərindəki təsiri...

Hər bir valideyn övladını yaxşı tanımalı və fərdi xüsusiyyətlərini əsas götürməlidir..-Elşən Ramizoğlu

Hər bir valideyn övladını yaxşı tanımalı və fərdi xüsusiyyətlərini əsas götürməlidir..-Elşən Ramizoğlu

Uşaqlara dayə seçərkən nələrə diqqət etməli? -PSİXOLOQ RƏYİ

Uşaqlara dayə seçərkən nələrə diqqət etməli? -PSİXOLOQ RƏYİ

Bu gün döyülən uşaq, sabah döyən valideyn olacaq - EKSPERT

Bu gün döyülən uşaq, sabah döyən valideyn olacaq - EKSPERT

Uşaqların tez-tez ağlasığmaz səhvləri sizi narahat edir? -Övladınıza özünü sevməyi öyrədin

Uşaqların tez-tez ağlasığmaz səhvləri sizi narahat edir? -Övladınıza özünü sevməyi öyrədin

Valideynlər yeniyetmə övladlarına necə yanaşmalıdırlar?

Valideynlər yeniyetmə övladlarına necə yanaşmalıdırlar?

İnternet uşaqları haraya sürükləyir? - PSİXOLOQ RƏYİ

İnternet uşaqları haraya sürükləyir? - PSİXOLOQ RƏYİ

Uşağın yalan danışması nəyə işarədir?

Uşağın yalan danışması nəyə işarədir?

Uşaq tərbiyəsində 7 məqam - Valideynlərin Nəzərinə

Uşaq tərbiyəsində 7 məqam - Valideynlərin Nəzərinə

Müəllim və şagird arasında qarşılıqlı hörmət, sevgi olmalıdır.

Müəllim və şagird arasında qarşılıqlı hörmət, sevgi olmalıdır.

"Qısası, bəzi valideynlərin düşüncələri düzəlsə, o biri problemlər də düzələcək”..700 bal toplayanlar

"Qısası, bəzi valideynlərin düşüncələri düzəlsə, o biri problemlər də düzələcək”..700 bal toplayanlar

Qulaqcıq taxanlar üçün BÖYÜK TƏHLÜKƏ: “... şizofreniyanın başlanğıcıdır”

Qulaqcıq taxanlar üçün BÖYÜK TƏHLÜKƏ: “... şizofreniyanın başlanğıcıdır”

Azərbaycanda autizmli uşaqların sayı artır - Pediatr sirli səbəbdən danışdı

Azərbaycanda autizmli uşaqların sayı artır - Pediatr sirli səbəbdən danışdı

Uşağın üstünə qışqırmayın, yoxsa... - FƏSADLARI

Uşağın üstünə qışqırmayın, yoxsa... - FƏSADLARI

Uşaqlarda davranış pozuntusu və səbəbləri

Uşaqlarda davranış pozuntusu və səbəbləri

Davranış   pozuntusu   daha   cox  hansı  yaşda   olur.

Davranış pozuntusu daha cox hansı yaşda olur.

Oğlan və qız uşaqlarının tərbiyəsində fərq qoyulmalıdırmı? Psixoloqlardan tövsiyələr

Oğlan və qız uşaqlarının tərbiyəsində fərq qoyulmalıdırmı? Psixoloqlardan tövsiyələr

Uşaqlarda isterik hallar - Valideynlər nə etməli?

Uşaqlarda isterik hallar - Valideynlər nə etməli?

Hansı valideyn tipisən?- ÖYRƏN!

Hansı valideyn tipisən?- ÖYRƏN!

Valideynlər, diqqətli olun! - Bu amillər uşaqları məhvə aparır

Valideynlər, diqqətli olun! - Bu amillər uşaqları məhvə aparır