Xəbərlər, Valideyn, MÜƏLLİM, Səhiyyə
19 yanvar 2019
216

Su çiçəyi dəridə ömürlük izlər buraxa bilər


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

 

 
Su çiçəyi - yoluxucu infeksion xəstəlikdir, uşaq vaxtında yüngül formada keçir; südəmər uşaqlarda, böyüklərdə, həmçinin immuniteti zəyifləmiş insanlarda xəstəlik daha ağır keçə bilər.
 
Su çiçəyi adətən hava-damcı yoluyla yayılır. Xəstə ilə kontaktdan 10-21 gün keçdikdən sonra simptomlar büruzə verməyə başlayır. Yoluxmuş insan xəstəliyindən xəbərsiz olaraq başqalarını da yoluxdura bilər. Yoluxucu dövr xəstəliyin özünəməxsus səpkisinin əmələ gəlməsindən 1-2 gün əvvəl başlayır və yeni səpkilərin əmələ gəlməsi dayanıb, köhnələrin isə üzəri qabıq qoyana qədər davam edir.

Simptomlar

Su çiçəyinin simptomları titrətmə, hərarət, qarın nahiyyəsində ağrı, baş ağrıları və ümumi naxoşluqdan başlayır. Ondan bir neçə gün öncə bədənin üzərində səpki əmələ gələ bilər. Səpkinin (üz, baş, çiyin, sinə və kürək dərisində kiçik, qaşınan, qırmızı rəngdə) ilk günlərində hərarət daha çox arta bilər. Səpki həmçinin ağızda, göz qapaqlarında və cinsi orqanlarda da ola bilər. Bir xəstədə bir-iki səpki ola bilər, başqasının bədəni isə səpkilərlə örtülə bilər. Əvvəlcə bu duru uçuqlu qırmızı nöqtələrdir. Onlar çox tez yox olub qabıqla örtülürlər. Bu qabıq iki həftə ərzində yox olub gedir. İlk 4-5 gündə yeni səpkilərin əmələ gəlməsi davam edir, buna görə də dəri səpkisinin bütün mərhələləri eyni zamanda keçir.

Su çiçəyinin fəsadları

Bir qayda olaraq, insan su çiçəyini həyatda bir dəfə keçirir. Buna baxmayaraq, immun sistemə virus daxil olur. Bu virus özünü heç cür göstərmir, lakin yaşa dolduqdan sonra yenidən aktivləşərək səpkilər törəyir. Bu cür səpkilər sarıyan herpes adlanır.

Su çiçəyi dəridə ömürlük izlər buraxa bilər, əsasən də yeniyetmələrdə. Müvəqqəti izlər 6 aydan 1 ilədək qala bilər.

Əgər hamilə qadın su çiçəyinə doğuşdan bir neçə gün əvvəl yoluxarsa, yenidoğulmuş uşaq xəstəliyin ağır formasını keçirə bilər.

Su çiçəyi ciddi ikinci dərəcəli infeksiyalara yol aça bilər, həmçinin virus sətəlcəminə (ağ ciyərin hərarətlə, öskürək və təngnəfəsliklə müşaiət olunan virus mənşəli infeksiyası); ensefalitə. Ensefalit - beyinn viruslu xəstəliyidir, su çiçəyinin nadir ağırlaşmalarındandır. Buna baxmayaraq, onun simptomlarını bilmək vacibdir: şüurun dolaşıqlığı, yaddaşsızlıq, tez yorulma və əl-ayağa yayılan güclü ağrılar (bel ağrıları).

Oxşar simptomlar aşkar edildikdə xəstəni dərhal xəstəxanaya çatdırmaq gərək.

Siz nə edə bilərsiniz?

Düşünmədən həkimə müraciət etmək lazımdır. Ümumi vəziyyət ağır olduqda və dəri simptomları açıq-aşkar bilinəndə hospitalizasiya lazım ola bilər, əsasən də simptomlar sinir sistemi tərəfindən olanda (güclü baş ağriları, ayaqlara yayılan ağrı) yaxud xəstə nəfəs almaqda çətinlik çəkirsə.

Çoxlu sərin su içmək lazımdır. Parasetamol hərarəti yendirməyə kömək edər. Asetilsalisil turçusundan (aspirin) istifadə etmək olmaz. Ağızda yaralar olduqda yumşaq xörəklər yemək gərək, duzlu məhsullardan, situs meyvələrdən və şirələrdən uzaq olmaq lazımdır.

Cinsi organlarda ağrılı və qaşınan səpkilər olduqda ağrıkəsici effektli dərmanlar sürtmək lazımdır. Seçim etdikdə həkimlə və ya aptek işçisiylə məsləhətləşməniz yaxşı olar.




Whatsapp'ta Paylaş



Загрузка...
loading...

Həmçinin oxuyun:
Kəklikotunun faydaları

Kəklikotunun faydaları

Nar insan üçün ən xeyirli bitkilərdən biridir

Nar insan üçün ən xeyirli bitkilərdən biridir

Çobanyastığı çiçəyinin  faydaları

Çobanyastığı çiçəyinin faydaları

İsti havada   necə qorunmalı

İsti havada necə qorunmalı

Möcüzəvi   faydalı  bitkilər.

Möcüzəvi faydalı bitkilər.

Beyini, ürəyi və böyrəyi zədələyən xəstəlik- yüksək qan təzyiqi haqqında nə bilirik?

Beyini, ürəyi və böyrəyi zədələyən xəstəlik- yüksək qan təzyiqi haqqında nə bilirik?

Yazın məktəblərə gətirdiyi xəstəliklər: Pediatr valideynlərə çağırış etdi

Yazın məktəblərə gətirdiyi xəstəliklər: Pediatr valideynlərə çağırış etdi

“Bağçalarda xəstəlik yayılıb” şayiəsi təşviş yaratdı - Baş pediatrdan valideynlərə xəbərdarlıq

“Bağçalarda xəstəlik yayılıb” şayiəsi təşviş yaratdı - Baş pediatrdan valideynlərə xəbərdarlıq

DİQQƏT !:SU ÇİÇƏYİ XƏSTƏLİYİ GENİŞ YAYILIB - AĞIR FƏSADLAR

DİQQƏT !:SU ÇİÇƏYİ XƏSTƏLİYİ GENİŞ YAYILIB - AĞIR FƏSADLAR

Ukraynada virus səbəbindən məktəblər bağlandı

Ukraynada virus səbəbindən məktəblər bağlandı

Yeni virus aşkar edildi -DİQQƏT

Yeni virus aşkar edildi -DİQQƏT

Azərbaycanda bu xəstəliklər niyə artıb? - ARAŞDIRMA

Azərbaycanda bu xəstəliklər niyə artıb? - ARAŞDIRMA

Təbaşir uşaqlarda dəri xəstəliklərinə səbəb ola bilərmi?

Təbaşir uşaqlarda dəri xəstəliklərinə səbəb ola bilərmi?

"Bəzi revmatizm xəstəlikləri şikəstliklə nəticələnə bilər” - EHTİYATLI OLUN

Burun əti uşağı kar edə bilər – VALİDEYNLƏR, DİQQƏTLİ OLUN

Burun əti uşağı kar edə bilər – VALİDEYNLƏR, DİQQƏTLİ OLUN

Bakıda uşaqlar “koksaki” virusuna tutulub? - VALİDEYNLƏR NARAHATDIR

Bakıda uşaqlar “koksaki” virusuna tutulub? - VALİDEYNLƏR NARAHATDIR

Soyuq havalarda uşaqları xəstəliklərdən necə qoruyaq? – PEDİATR TÖVSİYƏSİ

Soyuq havalarda uşaqları xəstəliklərdən necə qoruyaq? – PEDİATR TÖVSİYƏSİ

Uşağınız tez-tez su içir, doymur, oynamaq istəmirsə...- Bunlara DİQQƏT!

Uşağınız tez-tez su içir, doymur, oynamaq istəmirsə...- Bunlara DİQQƏT!

Azərbaycanda bu xəstəlik geniş yayılıb- DİQQƏT

Azərbaycanda bu xəstəlik geniş yayılıb- DİQQƏT

Bir çay qaşığı bala limon sıxın və... - Soyuqdəyməni aparan TƏBİİ VASİTƏLƏR

Bir çay qaşığı bala limon sıxın və... - Soyuqdəyməni aparan TƏBİİ VASİTƏLƏR

Əgər virusa yoluxma baş veribsə… Pediatrdan MƏSLƏHƏT

Əgər virusa yoluxma baş veribsə… Pediatrdan MƏSLƏHƏT

Uşaqlar niyə torpaq yeyir? – Bu xəstəlik ölümə də səbəb olur

Uşaqlar niyə torpaq yeyir? – Bu xəstəlik ölümə də səbəb olur

İnsultun əlamətləri - 2 dəqiqəniz var!

İnsultun əlamətləri - 2 dəqiqəniz var!

Yarım litr suya bir ovuc nar qabığı töküb qaynatsanız... – ŞƏFAVERİCİ TƏSİRLƏRİ

Yarım litr suya bir ovuc nar qabığı töküb qaynatsanız... – ŞƏFAVERİCİ TƏSİRLƏRİ