Xəbərlər, Ekspert
16 yanvar 2019
405

Cəmiyyətə “təhsil eksperti” kimi tanınan Kamran Əsədovla bağlı fikirlər


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

Cəmiyyətə “təhsil eksperti” kimi tanınan Kamran Əsədovla bağlı fikirlər

 

 Bu gün ölkəmizdə yaşanan əsas problemlərdən biri də ekspertlərlə bağlıdır. Bəziləri ayrı-ayrı sahələrlə bağlı özlərini ekspert kimi təqdim etsələr də, əslində bu işin əlifbasını belə bilmirlər. Əksər sahələrdə yaranan bu naqislik özünü təhsil sahəsində daha qabarıq şəkildə büruzə verir.

Ötən yazımızda professor Şahlar Əskərovla bağlı yazımız geniş rezonans doğurdu və əksəriyyət sabiq deputatı təhsil eksperti kimi qəbul edir. Bu həm də Şahlar müəllimin bioqrafiyasından görünür. Şahlar müəllim necə deyərlər təhsil sahəsində saç-saqqal ağardıb, elmi titullar qazanıb, pedaqoji təcrübə yiyəsidir və sair.

Amma cəmiyyətə "təhsil eksperti” kimi sırınan Kamran Əsədovla bağlı fikirlər tamam başqadır.

Öncə ondan başlayaq ki, saytımızın rəsmi sorğusuna Bakı Dövlət Universitetindən Kamran Əsədovun hüquq  fakültəsini bitirmədiyi barədə məlumat verilib. Halbuki Kamran Əsədov hüquq məzunu olduğunu dəfələrlə bəyan edib. Bunu hətta K.Əsədov öz facebook profilində də qoyub.
 
 

 

 

 Maraqlıdır, təhsil eksperti kimi tanınan adam, həqiqət haqqında danışmağı özünə borc bilən şəxs necə olur ki, imic dəftərinə yalandan oxumadığı ali məktəbin adını həkk edir?! Bu, ucuz şöhrətpərəstlikdir, yoxsa..


Eynu zamanda fəlsəfə doktoru olmaması barədə də rəsmi  cavab almışıq. Bütün bu rəsmi cavablardan sonra onun özünü dinləmək daha maraqlı olardı.


"Ölkədə 10 nəfər təhsili bilən varsa, onlardan heç də zəif deyiləm, amma özümü heç vaxt ekspert hesab etmirəm. Mənə görə, təhsil eksperti ictimaiyyətin səsi olmalıdır. Gördüyü problem, çatışmazlığı çəkinmədən deməli, onu müdafiə etməlidir. Bununla bərabər uğurlu islahatları, görülən işləri də təbliğ edə bilər” – Kamran Əsədov


AzEdu.az saytına mövzu ilə bağlı fikirlərini bildirən təhsil eksperti Kamran  Əsədov deyir ki, Azərbaycanda "ekspert məsələsi” bir az mürəkkəb, təhsil sahəsində isə çox qəlizdir..


Orta mövqedə olmaq, doğrunu deyərək təkliflər vermək çox çətindir. Həmişə demişəm ki, "təhsil eksperti deyiləm”. Azərbaycanda təhsil ekspertləri rəhmətlik pedaqoq, professor  Əjdər Ağayev idi, görkəmli fizik, professor Şahlar Əsgərov, elmi və təhsili mükəmməl bilən filosof Etibar Əliyevdir. Məktəb tədrisini gözəl bilən Nadir İsrafilov  və orta məktəb müəllimi Nabatəli Qulamoğlu, təhsil sahəsində xeyli uğurlu layihələrin müəllifləri Məlahət Mürşüdlü, Elmina Kazımzadədir.


Mənim təhsil ekspertliyi iddiam olmayıb. Sadəcə olaraq, təhsilin bakalavr, magistr, doktorantura pilləsini uğurla  bitirən, kitab və dərslik müəllifi, xarici jurnallarda elmi-tədqiqat məqalələri yazan araşdırmaçıyam...”.


"Məni ilk dəfə ekspert olaraq 2008-ci ildə ANS TV-də yayımlanan "Ağıl Dəryası” verilişində təqdim ediblər. O verilişdə test tapşırıqlarının tərtibində iştirak edirdim. Sonradan yenə ANS-də dəfələrlə "Xəbərçi”, "Günəbaxan”  və digər proqramlarda təhsilin müxtəlif pillələri ilə bağlı məsələlərə münasibətimi bildirdim. Təhsil eksperti adlandırılmağım bu kanaldan başladı…” - deyə K.Əsədov əlavə edib.


Maraqlıdır ki  Kamran Əsədov bir çox hallarda təhsillə bağlı verdiyi rəy və izahatlarda yanlış mövqe sərgilədiyindən cəmiyyətdə çaşqınlıq,qeyri-müəyyənlik yaradan nüanslarla yadda qalıb. Görünür bu həm də Kamranın özünəməxsus imicidir.


Sözardı...


Sosial şəbəkə və mediada Kamran Əsədovu fəlsəfə doktoru (əvvəlki elmlər namizədi elmi dərəcəsi) kimi qeyd edirlər. Bu günə qədər bu titula qarşı səsini çıxarmayan müsahib bununla bağlı suala cavab verərkən, fəlsəfə doktoru olmadığını  bildirib.


Bütün bunlar həm də onu deməyə əsas verir ki, hörmətli K.Əsədov özü bilərəkdən hüquq məzunu olduğunu, fəlsəfə doktoru olduğunu mediaya ötürüb. Əksi olsaydı, adam nədən sahibi olmadığı məsələlərə öz adını yazdırmaq istəyərdi ki.. 










Whatsapp'ta Paylaş

Загрузка...
loading...

Həmçinin oxuyun:
Təhsil eksperti necə olmalıdır?

Təhsil eksperti necə olmalıdır?

Məktəb direktorundan Kamran Əsədova sərt İTTİHAMLAR

Məktəb direktorundan Kamran Əsədova sərt İTTİHAMLAR

“Azərbaycanda magistr təhsili almaq mənasızdır” - SƏBƏB

“Azərbaycanda magistr təhsili almaq mənasızdır” - SƏBƏB

DİM Kamran Əsədovu məhkəməyə verir

DİM Kamran Əsədovu məhkəməyə verir

Meksikada 12 yaşlı uşağın tələbə olmasına təhsil ekspertinin rəyi—

Meksikada 12 yaşlı uşağın tələbə olmasına təhsil ekspertinin rəyi—"Belə halların təhsilin inkişafına təsiri ola bilməz”

"Sual konkretdir və konkret də cavabı var..Kamran Əsədov bunu bilmirsə, öz günahıdır”

DİM - in mütəxəssisləri Azərbaycan Konstitusiyasını açıb oxusunlar – EKSPERTDƏN “səhv” sualla bağlı SƏRT İTTİHAM

DİM - in mütəxəssisləri Azərbaycan Konstitusiyasını açıb oxusunlar – EKSPERTDƏN “səhv” sualla bağlı SƏRT İTTİHAM

Təyinatların keyfiyyətsizliyini kim ölçüb, kim bu qərarı verib?

Təyinatların keyfiyyətsizliyini kim ölçüb, kim bu qərarı verib?

“İmtahanda 4 bal toplayan müəllimlər də var” - Ekspert

“İmtahanda 4 bal toplayan müəllimlər də var” - Ekspert

"Bu müəllimlər işdən azad olunmalıdır" - Ekspert

Ekspertdən Təhsil Nazirliyinə irad - Bu sualları düşmən yazıb?

Ekspertdən Təhsil Nazirliyinə irad - Bu sualları düşmən yazıb?

BDU-da bu qədər elmi iş müdafiə olunub – Prorektordan AÇIQLAMA

BDU-da bu qədər elmi iş müdafiə olunub – Prorektordan AÇIQLAMA

Nazirin “Böyük Ermənistan” aşiqi olan dostuna cinayət işi açıla bilər- Təfsilat

Nazirin “Böyük Ermənistan” aşiqi olan dostuna cinayət işi açıla bilər- Təfsilat

Qalmaqallı dərsliyin müəllifi: Bəzi tarixi faktları çatdıra bilmirik

Qalmaqallı dərsliyin müəllifi: Bəzi tarixi faktları çatdıra bilmirik

"İndi mən Ermənistanın adını silsəm yerinə xəritədə nə yazmalıyam?"

600 ballı abituriyentlərin şərəfli “müəllim” seçimində tərəqqi var…

600 ballı abituriyentlərin şərəfli “müəllim” seçimində tərəqqi var…

669 bal topladı, universitetə qəbul ola bilmədi - AZƏRBAYCANDA İNANILMAZ OLAY

669 bal topladı, universitetə qəbul ola bilmədi - AZƏRBAYCANDA İNANILMAZ OLAY

Qarabağ Dövlət Universiteti açmaq lazımdır – Kamran Əsədov

Qarabağ Dövlət Universiteti açmaq lazımdır – Kamran Əsədov

10-cu sinif tarix dərsliyi plagiatdırmı? - Müəllifdən cavab

10-cu sinif tarix dərsliyi plagiatdırmı? - Müəllifdən cavab

Ötən il ölkədə 2723 nəfər doktorantura təhsili alıb

Ötən il ölkədə 2723 nəfər doktorantura təhsili alıb

İxtisasartırma yolu ilə müəllim olanların aqibətini nə gözləyir? – Ekspert

İxtisasartırma yolu ilə müəllim olanların aqibətini nə gözləyir? – Ekspert

Günah akademik Kamal Abdulladadır ki, sizin kimi birisini o liseyin direktoru qoyub-ekspertdən prorektora reaksiya

Günah akademik Kamal Abdulladadır ki, sizin kimi birisini o liseyin direktoru qoyub-ekspertdən prorektora reaksiya

Bizə iqtisadiyyatımızı yüksəldən elm lazımdır-Şahlar Əskərov

Bizə iqtisadiyyatımızı yüksəldən elm lazımdır-Şahlar Əskərov

“Şagirdin öz ana dilindən “2” alması biabırçılıqdır”- Nazirlikdən və ekspertdən şərh

“Şagirdin öz ana dilindən “2” alması biabırçılıqdır”- Nazirlikdən və ekspertdən şərh