Xəbərlər, Valideyn, MÜƏLLİM
10 yanvar 2019
108

Daha bacarıqlı uşaqlar


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

 

 
Amerikalı alimlərin növbəti araşdırması iki dildə danışan uşaqların daha yaxşı empati qurmaq - özünü qarşısındakı insanın yerinə qoyaraq onu anlamaq və nə düşünə biləcəyini dərk etmək qabiliyyətinə malik olduqlarını sübuta yetirib.

Alimlərin apardıqları təcrübə zamanı 4-6 yaşlarında uşaqların qarşısına kiçik və orta böyüklükdə 3 ədəd oyuncaq maşın qoyulub. Bu oyuncaqlar onların ən kiçiyini nəzarət edən şəxsin görə bilməyəcəyi qaydada düzülüb. Həmin şəxs uşaqlardan ən kiçik maşını yerində hərəkət etdirməyi xahiş edib. Ən azı iki dildə danışan uşaqların 75 faizi nəzarətçinin ən kiçik maşını görə bilməyəcəyini düşünərək orta böyüklükdə maşını irəliyə çəkib. Bunu bir dil bilənlərin 50 faizi edə bilib.

Alimlər belə qənaətə gəliblər ki, iki dildən istifadə edilən ailələrdə böyüyən uşaqlar digərlərinə nisbətən problemlərdən tez çıxış yolu tapır, tez nəticə çıxararaq qərar vermək qabiliyyətinə malik olur və onların düşünmə bacarıqları daha yüksək olur. Bundan əvvəlki araşdırmada isə çox dil bilməyin beyin fəaliyyətinə müsbət təsiri olduğu sübut edilib.









Whatsapp'ta Paylaş

Загрузка...
loading...

Həmçinin oxuyun: