Xəbərlər, Ziyalılar
29 dekabr 2018
338

Dünyanın müxtəlif nüfuzlu universitetlərində, tədqiqat mərkəzlərində çalışan azərbaycanlı alimlərin uğurları hər birimiz üçün iftixar mənbəyidir.


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

Dünyanın müxtəlif nüfuzlu universitetlərində, tədqiqat mərkəzlərində  çalışan azərbaycanlı alimlərin  uğurları hər birimiz üçün iftixar  mənbəyidir.

 

 
Anar Əhmədov Humboldt Fondunun təqaüdünü qazandı


Dünyanın müxtəlif nüfuzlu universitetlərində, tədqiqat mərkəzlərində  çalışan azərbaycanlı alimlərin  uğurları hər birimiz üçün iftixar  mənbəyidir. Ötən il  dünyanın  elmi əsərlərinə ən çox   istinad olunan gənc alimləri arasında  adı çəkilərək  Harvard Universitetinə  dəvət edilmuş və  hazırda dünyanın ən reytinqli  ali təhsil müəssisəsində tədqiqatlar aparan riyaziyyat professoru Anar Əhmədov bu yaxınlarda daha  bir uğura imza atıb.  A.Əhmədov  Almaniyanın Humboldt  Fondunun təcrübəli tədqiqatçılar üçün  Humboldt Təqaüdünə ("Humboldt Research Fellowship for Experienced Researchers”)  layiq görülüb.   "Azərbaycan müəllimi” qəzetinə eksklüziv açıqlamasında Harvard  Universitetinin  professoru  aşağıdakıları söylədi:

 

- Bu təqaüd  daimi professorlara və Almaniyada uzun müddətli tədqiqatlar  aparmaq məqsədi ilə  verilir. Mən və ailəm  3-4 illik müddətə Almaniyaya  dəvət olunmuşuq.   Almaniyada ortaq çalışdığım bir professor məni  may ayında bu təqaüdə təqdim etmişdi. Bundan əlavə,  mənim apardığım  tədqiqatlarla bağlı   Humboldt  Fonduna  ("Humboldt Foundation” ) Amerikadan bir neçə  əlavə məktublar yazılmışdı.  Qaydalara əsasən, 6 aya yaxın bir zamanda layihələrə  baxılır  və bütün  sahələr üzrə verilən layihələrin  1/3-i   "Humboldt Foundation”  tərəfindən mükafatlandırılır.   Təqaüd əsasən əvvəl qazanılan uğurlar və yeni təqdim olunan ortaq layihələrə görə verilir. Səhv etmirəmsə,  riyaziyyatdan bu il 10-a  yaxın layihə  mükafatlandırılıb.  Mən 3-4 il Almaniyanın  Bayrot Universitetində (University of Bayreuth) tədqiqat aparacağam və Avropada olan bir neçə  professorlarla ortaq çalışacağam. Almaniyanın müxtəlif şəhərlərində yerləşən tədqiqat mərkəzləri ilə tanışlıq da bu proqrama daxildir.   Bundan əlavə, proqram çərçivəsində Almaniyanın baş naziri ilə görüşümüz də planlaşdırılır.

 

Qeyd edək ki, Humboldt Fondu hər il bütün dünyadan 2000-dən çox tədqiqatçıya Almaniyada tədqiqatlar aparmağa imkan verir.  Hazırda 140-dan çox ölkədə Fondun təqaüdünü almış 29 000-dən çox alim yaşayır. Onların arasında 55 Nobel mükafatı laureatı var.

 

Fondun təqaüdünə yaxşı akademik ixtisaslaşmaya və doktorluq  elmi dərəcəsinə malik, öz tədqiqat  istiqaməti, bir neçə illik müstəqil tədqiqatçılıq təcrübəsi olan,  alman və ya ingilis dillərini mükəmməl bilən alimlər layiq görülür.

 

A.Əhmədov  1976-cı ildə  hazırda erməni işğalı altında olan Cəbrayıl rayonunda anadan olub. 1993-cü ildə  Bakı  şəhərindəki  58 nömrəli tam orta məktəbi  bitirib.  Elə  həmin ildə Bakı  Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinə  daxil olub. 1996-cı  ildən Amerika Birləşmiş Ştatlarına köçərək ali  təhsilini Kaliforniya Dövlət Universitetində  fərqlənmə ilə  bitirib. 2006-cı ildə  Kaliforniya Universitetində  riyaziyyat sahəsində  doktorluq elmi dərəcəsi  alıb. Həm də  2001 və  2003-2004-cü  illərdə ABŞ-ın nüfuzlu Berkli və Prinston universitetlərində doktorantura təhsili alıb. 2006-2009-cu illərdə ABŞ-ın Corciya Texnologiya İnstitutunda, Kolumbiya Universitetində, İsveçrənin Sürix, Avstriyanın Vyana universitetlərində köməkçi professor və  alim kimi çalışıb.  2018-ci  ildə Minnesota Universitetinin professoru olaraq  Amerikanın "Simons”  Fondunun  (The Simons Foundation) təqaüdünə də layiq görülüb. Riyaziyyat və nəzəri fizika üzrə xüsusi təqaüdə (Simons Fellows in Mathematics and Theoretical Physics Announced)  layiq  görülən ilk azərbaycanlı alim-tədqiqatçıdır.   Bu təqaüd A.Əhmədova 2018-2019-cu illərdə Harvard Universitetində  professorluq etməyə imkan verib. 

 

Oxucularımıza  Yeni il təbriklərini çatdıran  professor Anar Əhmədova elmdə daha yüksək zirvələr arzulayırıq.muallim.edu.az




Whatsapp'ta Paylaş



Загрузка...
loading...

Həmçinin oxuyun:
Abel Məhərrəmovu əvəzləyən İradə Əliyeva kimdir? -DOSYE

Abel Məhərrəmovu əvəzləyən İradə Əliyeva kimdir? -DOSYE

Gömrük Akademiyasında rəis təyinatı - Qulu Novruzov kimdir? - DOSYE

Gömrük Akademiyasında rəis təyinatı - Qulu Novruzov kimdir? - DOSYE

VI Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçıları BSU-da olublar

VI Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçıları BSU-da olublar

Prezident alimin vəfatı ilə əlaqədar başsağlığı verdi

Prezident alimin vəfatı ilə əlaqədar başsağlığı verdi

Nobel mükafatı qadın alimlərdən niyə üz döndərib?

Nobel mükafatı qadın alimlərdən niyə üz döndərib?

Nazir İqtisad Universitetinə yeni prorektor təyin etdi

Nazir İqtisad Universitetinə yeni prorektor təyin etdi

Turizm və Menecment Universitetində yeni prorektor təyinatı - FOTO

Turizm və Menecment Universitetində yeni prorektor təyinatı - FOTO

Texniki Universitetə yeni prorektor təyin olundu

Texniki Universitetə yeni prorektor təyin olundu

Dillər Universitetində Germanistika İnstitutu açılıb

Dillər Universitetində Germanistika İnstitutu açılıb

Azərbaycan Universitetinin tələbələri yaz semestrini Almaniyada oxuyacaq

Azərbaycan Universitetinin tələbələri yaz semestrini Almaniyada oxuyacaq

BDU-da bu qədər elmi iş müdafiə olunub – Prorektordan AÇIQLAMA

BDU-da bu qədər elmi iş müdafiə olunub – Prorektordan AÇIQLAMA

Beynəlxalq qrant müsabiqəsinin nəticələri AÇIQLANDI

Beynəlxalq qrant müsabiqəsinin nəticələri AÇIQLANDI

Gənc alimlərin “Mənim ilk qrantım” müsabiqəsinin nəticələri açıqlandı

Gənc alimlərin “Mənim ilk qrantım” müsabiqəsinin nəticələri açıqlandı

2017-ci ildə gənc elm adamları uğurlu elmi nailiyyətlərə imza atıblar - VİDEO

2017-ci ildə gənc elm adamları uğurlu elmi nailiyyətlərə imza atıblar - VİDEO

Təhsil Nazirliyinə ən real namizəd

Təhsil Nazirliyinə ən real namizəd

Dünyanın yaşayan ən zəkalı insanları

Dünyanın yaşayan ən zəkalı insanları

Bakı Dövlət Universitetində görkəmli alim Qoşqar Əhmədovun 100 illik yubileyi qeyd olunub

Bakı Dövlət Universitetində görkəmli alim Qoşqar Əhmədovun 100 illik yubileyi qeyd olunub

Lütfi Zadənin ölüm xəbəri yalan çıxdı

Lütfi Zadənin ölüm xəbəri yalan çıxdı

Azərbaycanlı tələbə universitetdə bölüm birincisi olub və qızıl medala layiq görülüb

Azərbaycanlı tələbə universitetdə bölüm birincisi olub və qızıl medala layiq görülüb

Aziz Sancar İqtisad Universitetində azərbaycanlıları nəyə çağırdı? - İBRƏT DƏRSİ...

Aziz Sancar İqtisad Universitetində azərbaycanlıları nəyə çağırdı? - İBRƏT DƏRSİ...

Azərbaycanlı doktorant ABŞ Milli Elm Fondunun mükafatına layiq görülüb

Azərbaycanlı doktorant ABŞ Milli Elm Fondunun mükafatına layiq görülüb

Odlar Yurdu Universitetinin tələbələri İsveçrə Ali məktəbinin də diplomunu ala biləcəklər

Odlar Yurdu Universitetinin tələbələri İsveçrə Ali məktəbinin də diplomunu ala biləcəklər

Azərbaycanlı alim Toronto universitetində dərs deyəcək

Azərbaycanlı alim Toronto universitetində dərs deyəcək

Qabaqcıl müəllim Səfər Raziyev-Zaqatala rayonu

Qabaqcıl müəllim Səfər Raziyev-Zaqatala rayonu