Xəbərlər
26 dekabr 2018
1 902

Təhsil Nazirliyi jurnalistlər üçün mediatur təşkil etdi

Dekabrın 26-da Təhsil Nazirliyinin Vətəndaşların Qəbulu Mərkəzinə və Telefon Məlumat Mərkəzinə ("Qaynar xətt” xidməti) mediatur keçirilib.

Jurnalistlərə məlumat verilib ki, hər iki mərkəz 2014-cü ildə ölkə Prezidentinin "Dövlət orqanlarında elektron xidmətlərin göstərilməsi haqqında” fərmanından və "Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Qanundan irəli gələn vəzifələrin icrası işinin səmərəliliyinin artırılması məqsədi ilə yaradılıb.

Müasir avadanlıqlarla və sürətli kommunikasiya sistemləri ilə təchiz edilmiş mərkəzlər Təhsil Nazirliyinin struktur bölmələri və müvafiq təhsil qurumları ilə elektron qaydada əlaqələndirilib.

Mediatur zamanı bildirilib ki, mərkəzlərə müraciət edən vətəndaşlara metodiki və maarifləndirici məlumatlar verilir, müxtəlif növ hüquqi yardımlar göstərilir. Azərbaycan, rus və ingilis dillərində fəaliyyət göstərən mərkəzlər həftənin 5 günü saat 09:00-dan 18:00-dək  vətəndaşlara fasiləsiz xidmət edir.

Müraciət, şikayət və təkliflər xüsusi məlumat bazasına daxil edilir, elektron formada Təhsil Nazirliyinin müvafiq struktur bölmələrinə yönəldilir, araşdırıldıqdan sonra vətəndaşlara rəsmi cavab verilir.

Bundan əlavə, məlumat bazasında axtarış sistemi yaradılıb. Burada hər bir vətəndaşın müraciətini və onun Təhsil Nazirliyinə müraciətlərinin sayını axtarış meyarları əsasında tapmaq mümkündür.

Vətəndaşların Qəbulu Mərkəzinə və Telefon Məlumat Mərkəzinə daxil olan müraciətlərin gündəlik statistikası aparılaraq təhlil edilir. Mərkəzlərə xüsusi təlim keçmiş əməkdaşlar cəlb olunub. Xidmət səviyyəsinin və keyfiyyətin yüksəldilməsi üçün müasir avadanlıqlar vasitəsilə video-audio nəzarət aparılır və hər bir əməkdaşın fəaliyyəti xüsusi meyarlar əsasında qiymətləndirilir.

2018-ci ilin 11 ay ərzində  Vətəndaşların Qəbulu Mərkəzində  36 541 vətəndaşa xidmət göstərilib. Telefon Məlumat Mərkəzində isə  76 472 zəng qəbul edilib. Mərkəzlərə daxil olan müraciətlər daha çox müəllimlərin işə qəbulu, birinci sinfə şagird qəbulu, tələbələrin köçürülməsi, diplomların nostrifikasiyası ilə bağlıdır.
Məqalə Göndər

Загрузка...
Həmçinin oxuyun:
İyulda Təhsil Nazirliyinə daxil olan müraciətlərin sayı açıqlanıb

Ötən ay Təhsil Nazirliyinə 16 minədək müraciət daxil olub

Ötən ay Təhsil Nazirliyinə 27 minə yaxın müraciət daxil olub

İyul ayında Təhsil Nazirliyinin Vətəndaşlarla iş bölməsinə 9 329 müraciət daxil olub

Ötən ay Təhsil Nazirliyinə 20 mindən çox müraciət daxil olub

İyun ayında, əsasən, hansı məsələlər üzrə Təhsil Nazirliyinə müraciət daxil olub?

Ötən ay Təhsil Nazirliyinə 26 728 müraciət daxil olub

Aprel ayında Təhsil Nazirliyinin Vətəndaşlarla iş bölməsinə 16 593 müraciət daxil olub

Nazirliyə bir ayda 10 min müraciət edilib

Ötən ay Təhsil Nazirliyinə 12 mindən çox vətəndaş müraciət edib

Ötən ay Təhsil Nazirliyinə 15 mindən çox müraciət daxil olub

Vətəndaşlar Təhsil Nazirliyinə ən çox bu məsələlərlə bağlı müraciət ediblər

Ötən il Təhsil Nazirliyinə 262 minə yaxın müraciət daxil olub

Bağlanmış "Təfəkkür" Universitetinin tələbələri digər universitetlərə köçürülür

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin nəticələri bəlli olub

Nazirlik: Tələbələrin köçürülməsi prosesi davam edir

Müsahibə mərhələsindən keçməyən müəllimlərin nəzərinə - Təhsil Nazirliyi AÇIQLADI

"Təhsil Nazirliyinin qarşısında duran əsas məsələlərdən biri də vətəndaşların müraciətinə baxmaqdır"

Təhsil naziri Xızıda vətəndaşlarla görüşəcək

İşə qəbul müsabiqəsində hansı ixtisaslar üzrə müəllimlərin zəif nəticə göstərdiyi açıqlanıb

Təhsil naziri Qazax şəhərində vətəndaşları qəbul edəcək

Tanınan diplomlarla bağlı yeni məlumat bazası yaradılıb...

Müəllim olmaq istəyənlər üçün ŞANS: Bu qədər yer boş qalıb