Xəbərlər, Ziyalılar
25 dekabr 2018
296

“Bəzi rektorlar gələndə mərtəbəni bağlayırlar ki, birdən tələbəylə qarşılaşıb, çəkisi düşər” – Fazil Mustafa


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

 

 
"Bizdə heç bağça müdirinin qəbuluna düşmək olmur” 

"Direktorlar müəllim heyətinə nə qədər yaxın olsalar, o qədər də çox hörmət qazanacaqlar. Kollektivdən bu formada uzaqlaşmaq, "şah” kimi yaşamaq səmimiyyəti azaldır. Bu, idarəetmənin qorxu modelidir”

Azərbaycanda məktəb direktorları ilə bağlı qeyri-adi stereotiplər mövcuddur. Çoxları düşünür ki, direktor aqressiv və zəhmli görkəmə sahib olmalı, səsi gəldikdə hamı gizlənməyə yer axtarmalıdır. Bunun nəticəsidir ki, direktorlar şagirdlərlə hədsiz  məsafəli davranır. Çox nadir hallarda şagird direktorun otağına keçib səmimi şəkildə onu narahat edən məsələləri dilə gətirə bilir. Bu, ilk baxışdan kiçik məsələ kimi görünə bilər, amma sonradan səmimiyyətdən kənar kollektivin, hislərini büruzə verə bilməyən şagirdin formalaşmasına səbəb olur. Üstəlik  kollektivin işə həvəsini də azaldır.

"Ənənə nədən qaynaqlanır direktorların niyə özlərini "şah” kimi aparırlar?” kimi suallar  hamıya maraqlıdır.

Mövzu ilə bağlı AzEdu.az-a danışan deputat Fazil Mustafa bildirib ki, bu, yalnız orta məktəb direktorları ilə bağlı deyil. Eyni problem universitet rektorlarında, ümumiyyətlə, müəssisə rəhbərlərində müşahidə edilir:

"Bağça müdirinin belə qəbuluna düşmək olmur”

"Çox vaxt hər hansı postu tutmalarına baxmayaraq, məmur mədəniyyətinin əlamətlərini mənimsəmirlər. Nə qədər çox məsafə qoysalar, o qədər hörmətli olacaqlarını düşünürlər. Bu, yanlış yanaşmadır. Özünəgüvənən, savadlı, ağıllı adamlar buna əməl etmirlər.

Düzdür, bu ənənə Azərbaycanda hər sahədə var. Amma təhsildə özünü daha qabarıq göstərir. Bağça müdirinin belə qəbuluna düşmək olmur. Bu, bir mədəniyyət məsələsidir və yalnız ictimai qınaqla aradan qalxa bilər. İnsanlar anlamalıdırlar ki, özlərini bu qədər çəpərlər arxasında gizlətməklə əmək məhsuldarlığını qaldıra bilməyəcəklər. Əksinə, insanlar daha çox görüntü üçün rəhbərə hörmət etməyə başlayacaq, ürəkdən fəaliyyət göstərməyəcəklər”.

"Bəzi universitetlərdə rektorun yemək yediyini görmək bir fəlakət sayılır”

O, kollektivdən bu formada uzaqlaşmağın, özünü əlçatmaz zənn etməyin gələcək fəsadlarını sadalayıb:
 
 

 

 
 
"Hələ tələbə olduğum illərdə rektor və ya dekana yaxınlaşmaq çətin iş idi. Nə cavab verəcəyi bəlli deyildi. O qədər sərt yanaşma var idi ki... Xarici ölkələrdə rektor tələbələrlə oturub yemək yeyir. Bizdə həmin yanaşma yalnız ADA Universitetində var. Bəzi universitetlərimizdə isə rektorun yemək yediyini görmək fəlakət sayılır. Belə şey olar?! Sadəlik tam başqa şeydir və hamıya nəsib olmur.

Direktorlar camiəyə nə qədər yaxın olsalar, o qədər çox hörmət qazanacaqlar. Kollektivdən bu formada uzaqlaşmaq, şah kimi yaşamaq səmimiyyəti azaldır. Bu, idarəetmənin qorxu modelidir. Çoxları bu modeli effektiv saysa da, mən səmimiyyət modelinə üstünlük verirəm. Səmimiyyət olan yerdə insanlar işə daha çox ürək qoyur və faydalı olmağa çalışırlar”.

Deputatın sözlərinə görə, bu, insanın mədəni səviyyəsi ilə əlaqədardır:

"Bəzi universitetlərimizdə rektor gələndə mərtəbəni bağlayırlar ki, birdən tələbə ilə üz-üzə gələr və çəkisi aşağı düşər. Baxırsan ki, bu adamın heç elmdə  az da olsa, çəkisi yoxdur. Bu, absurd, anormal yanaşmalardır və insanın mədəni səviyyəsi ilə bağlı məsələlərdir. Mədəni səviyyəsi yüksək adamları rəhbərliyə gətirməyə çalışmalıyıq. Belə olduqda yaxşı nümunələr də qoya bilək”.

"Direktor olmaq istəyənlərin çoxu vəzifəpərəstdirlər”

Təhsil eksperti Allahverdi Eminov isə bunun əsas səbəbini direktorların yaxşı müəllim olmamalarında görüb:
 

 

 
 
"Şagirdlərlə ünsiyyətdə olan əsl müəllimlər heç vaxt direktor olmaq istəmirlər. Bu, istisna hallarda olur. Çünki onlar şagirdlərə, sinfə bağlıdırlar. Direktor olmaq istəyənlərin çoxu vəzifəpərəstdirlər. Əl-ayağı düz kresloda oturub maaş alır, dərsə girmirlər. Direktor hər həftə ən azı 4-6 saat müəllimlərin dərsini dinləməli, təhlil etməlidir. İndiki direktorlar bu işlərdən uzaqdırlar.

Son vaxtlar direktorların müsabiqə yolu ilə seçilməsi isə bunu daha da optimallaşdırır. Müsabiqə iştirakçılarının nəzəri bilikləri olsa da, yaxşı müəllim deyillər. Əvvəl təhsil şöbəsinin müdirləri direktorları tanıyırdılar. Bilirdilər ki, bundan direktor olar, ya olmaz. İndi isə kim sənədini verib bal toplasa, onu direktor qoyurlar. Düzdür, istisnalar da var. Amma onların sayı bir rayonda 3, uzağı 4 olar.

Mən həqiqətən işimə bağlıyamsa, niyə direktor olmalıyam? Niyə həftədə 5 dəfə rayon mərkəzinə getməli, əmrlər yerinə yetirməliyəm? On müəllimdən yalnız ikisi yaxşı müəllim ola bilər. Buna görə də, məktəbdə rüşvət də davam edir”.

"Yaxşı müəllim heç vaxt direktor olmağa can atmaz”

Ekspert direktorların şablon fiqur halına gəlməsi, şagirdləri ilə bu qədər məsafəli davranması məsələsinə gəlincə bildirib ki, şagirdinə bağlı müəllim özünü bu şəkildə aparmaz:

"Hazırda məktəb direktorlarının 70%-i yerində deyil. Əksəriyyəti tədbirlərə getməklə işlərini bitmiş hesab edirlər. Yalnız keçmişdən qalan məktəb direktorları artıq formalaşdıqlarına görə işlərini layiqincə görürlər. Yoxsa, indiki kimi müsabiqədən keçməklə direktor olar?  Yaxşı müəllim heç vaxt direktor olmağa can atmaz.

Direktoru yaxşı gəlir mənbəyi kimi görürlər. Direktor tanıyıram ki, 3-4 maşını var. Məni çox yüksək vəzifələr tutmuşam. Niyə o maşınlardan ala bilməmişəm? Direktorlar da uşaq oxudur, təhsil haqqı köçürürlər. Müəllimdən də aşağı maaş alırlar. Bəs, bu qədər pul hardandır?!

Bunu nizamlamaq mümkün deyil. Getdikcə orta məktəbi uçuruma aparırlar. Nəyi nizamlayacayıq?! Belələri heç vaxt təhsil haqqında fikirləşə bilməzlər. Çünki onların pedaqoji təhsili yoxdu. Təkcə rus, ingilis dilini bilməklə özləri ilə fəxr edirlər”.

Ekspert bildirib ki, direktorların işə qəbul müsabiqəsi yalnız formal cəhətdən obyektivlik yaradıb:

"Həqiqətən obyektiv olmasını istəyirlərsə, həmin namizədin açıq dərsini təşkil etsinlər. Yaxşı dərs deyə bilənlər direktor olsunlar. Və ya namizəd bir müəllimin dərsində oturub onu təhlil etsin.  Bu müsabiqə heç vaxt layiqli direktoru seçə bilməz”.





Whatsapp'ta Paylaş



Загрузка...
loading...

Həmçinin oxuyun:
Rektorların seçilməsinin tərəfdarıyam - Fazil Mustafa

Rektorların seçilməsinin tərəfdarıyam - Fazil Mustafa

Ekspertdən  döyülən direktorla bağlı müraciət –“Bu qədər qabartmayın, belə olmaz!”

Ekspertdən döyülən direktorla bağlı müraciət –“Bu qədər qabartmayın, belə olmaz!”

Ekspertdən  döyülən direktorla bağlı müraciət –“Bu qədər qabartmayın, belə olmaz!”

Ekspertdən döyülən direktorla bağlı müraciət –“Bu qədər qabartmayın, belə olmaz!”

Azərbaycanda qadın məktəb direktorlarının sayı artıb

Azərbaycanda qadın məktəb direktorlarının sayı artıb

Deputatla direktor məktəbdə pul yığımının əsas günahkarı kimi valideyn və müəllimləri suçladı

Deputatla direktor məktəbdə pul yığımının əsas günahkarı kimi valideyn və müəllimləri suçladı

“Təhsilə vurulan zərbə”, “haram pul alan müəllim”, “pis gündə olan tələbə” haqqında söhbət

“Təhsilə vurulan zərbə”, “haram pul alan müəllim”, “pis gündə olan tələbə” haqqında söhbət

Valideynlər özləri də bilmədən şagirdləri bu cür məhv edirlər

Valideynlər özləri də bilmədən şagirdləri bu cür məhv edirlər

Kənd məktəbində direktor müəllim mübahisəsi – “Vakansiyalar gizlədilir, qanunsuzluqlar var”

Kənd məktəbində direktor müəllim mübahisəsi – “Vakansiyalar gizlədilir, qanunsuzluqlar var”

"Dedi-qodunun olduğu yerdə səmimiyyət də ola bilməz"..Yeni işə başlayacaq müəllimlərə təlimçidən iradlar

“Heç ali təhsilli müəllimlərə iş yoxdur, texnikumu bitirən nə iş görəcək?!

“Heç ali təhsilli müəllimlərə iş yoxdur, texnikumu bitirən nə iş görəcək?! "Mütəxəssisdən AÇIQLAMA

“Direktor dedi ki, yalnız yaxın qohumunu işə düzəldəcək” – Müəllimdən MİQ-lə bağlı etiraz

“Direktor dedi ki, yalnız yaxın qohumunu işə düzəldəcək” – Müəllimdən MİQ-lə bağlı etiraz

MİQ-in  müsahibə mərhələsinin eksperti: “Burada gördüklərimə mat qalmışam, cəmi bircə müəllim...”

MİQ-in müsahibə mərhələsinin eksperti: “Burada gördüklərimə mat qalmışam, cəmi bircə müəllim...”

"Bİliyi məhsuldar şəkildə istifadə edəcək keyfiyyətli müəllimlərə ehtiyac var"MAGİSTRATURA təhsili olan müəllimlərin əslində fərqli üstünlükləri..

Təyinatların keyfiyyətsizliyini kim ölçüb, kim bu qərarı verib?

Təyinatların keyfiyyətsizliyini kim ölçüb, kim bu qərarı verib?

300  direktora  töhmət verildi - 30-u işdən çıxarıldı

300 direktora töhmət verildi - 30-u işdən çıxarıldı

"Digər məmurlar dərs dediyi halda niyə təhsil işçiləri dərs deməsinlər?"

"Məktəb direktorları hələ də bu sahəyə dırnaqarası yanaşırlar" - Şagirdlərimiz nədən məhrumdular?

Məktəb direktorlarının müavinlərinə işə qəbul üçün məhdudiyyətlər tətbiq ediləcək

Məktəb direktorlarının müavinlərinə işə qəbul üçün məhdudiyyətlər tətbiq ediləcək

Azərbaycan təhsilində yeni dəb- Hansı müəllimin ki...

Azərbaycan təhsilində yeni dəb- Hansı müəllimin ki...

Cəlilabadda təyinat: İmtahandan kəsildi, yenə direktor oldu

Cəlilabadda təyinat: İmtahandan kəsildi, yenə direktor oldu

Direktorları ciddi sınaq gözləyir

Direktorları ciddi sınaq gözləyir

Ölkədə orta məktəblərə direktorların qəbulu şəffaf şəkildə aparılır - Təhsil Nazirliyi

Ölkədə orta məktəblərə direktorların qəbulu şəffaf şəkildə aparılır - Təhsil Nazirliyi

”2 “qiymət  alan şagirdlərin əsas günahkarı kimdir?”

”2 “qiymət alan şagirdlərin əsas günahkarı kimdir?”

Məktəb direktorunun şəxsiyyətinə verilən tələblər ..

Məktəb direktorunun şəxsiyyətinə verilən tələblər ..