Məktəbəqədərhazırlıq qrupları ilə bağlı 15 SUAL - 15 CAVAB


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş
 

Məktəbəqədərhazırlıq qrupları ilə bağlı 15 SUAL - 15 CAVAB

 

Sual 1: Məktəbəhazırlıq qruplarında məşğələlər nə vaxt başlanacaq?
Cavab: Dövlət ümumi təhsil məktəblərində yaradılan məktəbəhazırlıq qruplarında məşğələlər hər il, bir qayda olaraq, oktyabrın oktyabrın 1-də başlanacaq və mayın 31-də başa çatacaq. Bununla belə, 2016-cı ildə oktyabr ayının 1-i şənbə gününə təsadüf etdiyindən bu il məşğələlər oktyabrın 3-dən başlanacaq.

Sual 2: Məktəbəhazırlıq qruplarında məşğələlər ödənişli olacaq?
Cavab: Məktəbəhazırlıq qruplarında təhsil dövlət hesabına aparılacaq.

Sual 3: Məktəbəhazırlıq qrupları bütün şəhər və rayonlarda fəaliyyət göstərəcək?
Cavab: Məktəbəhazırlıq qrupları ölkənin bütün şəhər və rayonlarında fəaliyyət göstərəcək.

Sual 4: Məktəbəhazırlıq qruplarına neçə yaşlı uşaqlar cəlb ediləcək?
Cavab: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 11 iyul tarixli 272 nömrəli qərarına əsasən, dövlət ümumi təhsil məktəblərində yaradılmış məktəbəhazırlıq qruplarına 5 yaşı həmin il tamam olmuş uşaqlar qəbul olunurlar. Bununla belə, valideynlərin çoxsaylı müraciətlərini nəzərə alaraq, yaradılmış qrupların sayını artırmamaq şərti ilə uşaq sayı norması imkan verdiyi halda, 2010-cu ildə anadan olmuş, lakin məktəb yaşına çatmamış uşaqların da valideyninin arzusuna görə, məktəbəhazırlıq qruplarına cəlbi yerli təhsili idarəetmə orqanlarına tövsiyə edilib.

Sual 5: Məktəbəhazırlıq qruplarında hansı müəllimlər dərs deyəcək?
Cavab: Məktəbəhazırlıq qruplarında məşğələlər yalnız ibtidai sinif müəllimi ixtisaslı və müəyyən iş təcrübəsinə malik müəllim tərəfindən aparılacaq.

Sual 6: Məktəbəhazırlıq qruplarında ümumilikdə neçə müəllim dərs deyəcək?
Cavab: Məktəbəhazırlıq qruplarında dərs deyəcək müəllimlərin sayı qrupların sayına müvafiq olaraq müəyyən ediləcək.

Sual 7: Məktəbəhazırlıq qruplarında həftədə neçə saat dərs keçiriləcək?
Cavab: Məktəbəhazırlıq qruplarının 2016-2017-ci dərs ilinə aid tədris (məşğələ) planına əsasən, məktəbəhazırlıq məşğələlərində həftədə 12 saat tədris aparılması nəzərdə tutulub.

Sual 8: Məktəbəhazırlıq qruplarında hansı dərs məşğələləri tədris olunacaq?
Cavab: Məktəbəhazırlıq qruplarında Ətraf aləmlə tanışlıq, Savad təliminə hazırlıq və nitq inkişafı, Bədii təfəkkürün inkişafı, Məntiqi və riyazi təfəkkürün inkişafı, Təsviri fəaliyyət, Musiqi və Fiziki mədəniyyət dərs məşğələləri tədris ediləcək.

Sual 9: Bir məktəbəhazırlıq qrupunda neçə uşaq olacaq?
Cavab: Məktəbəhazırlıq qruplarında uşaqların sıxlığı aşağıdakı kimi müəyyənləşdiriləcək:- qəsəbə və kəndlərdə yerləşən ümumtəhsil məktəbləri üçün - ən azı 10 uşaq;- şəhərlərdə yerləşən ümumtəhsil məktəbləri üçün - ən azı 15 uşaq.- Dövlət ümumtəhsil məktəblərində yaradılan məktəbəhazırlıq qrupunda uşaqların sayının 30 nəfərdən artıq olmasına yol verilmir.

Məktəbəqədərhazırlıq qrupları ilə bağlı 15 SUAL - 15 CAVAB

 


Sual 10: Məktəbəhazırlıq məşğələləri həftədə neçə gün olacaq?
Cavab: Məktəbəhazırlıq məşğələləri həftədə 4 (dörd) gün keçiləcək.

Sual 11: Məktəbəhazırlıq məşğələləri gündə neçə saat olacaq?
Cavab: Məktəbəhazırlıq qruplarında bir gün ərzində 3 (üç) məşğələ tədris olunacaq.

Sual 12: Bir məşğələnin müddəti neçə dəqiqə müəyyən olunub?
Cavab: Bir məşğələnin müddəti 30 dəqiqə, məşğələlərarası fasilə 10 dəqiqə müəyyən edilib.

Sual 13: Məktəbəhazırlıq qruplarında təhsil alan uşaqlara ev tapşırıqları veriləcəkmi?
Cavab: Məktəbəhazırlıq qruplarında təhsil alan uşaqlar üçün ev tapşırıqları nəzərdə tutulmur.

Sual 14: Məktəbəhazırlıq qruplarında uşaqlara qiymət yazılacaqmı?
Cavab: Məktəbəhazırlıq qruplarında məşğələlərə davamiyyət və tədris olunan mövzu müvafiq sinif jurnalında qeyd ediləcək, uşaqların təlim nailiyyətləri şifahi formada qiymətləndiriləcək və bu barədə valideynlərə məlumat veriləcək.

Sual 15: Məktəbəhazırlıq qruplarında tədris ilinin təşkili necə müəyyənləşdirilib və tətillər olacaqmı?
Cavab: Məktəbəhazırlıq qruplarında dərs ili iki yarımilə bölünəcək:- I yarımil: 1 oktyabr-26 yanvar;- II yarımil: 1 fevral-31 may.Dərs ili ərzində aşağıdakı tətillər müəyyən olunub:- 5 gün payız tətili (16-20 noyabr);- 5 gün qış tətili (27-31 yanvar);- 5 gün əlavə tətil (1-5 may).





xtehsil


loading...



Həmçinin oxuyun:

Qax rayonunda məktəbəhazırlıq qruplarının müəllimləri ilə seminar keçirilib

Qax rayonunda məktəbəhazırlıq qruplarının müəllimləri ilə seminar keçirilib

Xəbərlər
SUAL -  Müəllimlərin işə qəbulu üzrə müsabiqədə kimlər iştirak edə bilərlər?

SUAL - Müəllimlərin işə qəbulu üzrə müsabiqədə kimlər iştirak edə bilərlər?

Sual
SUAL -  10 ildən artıq pedaqoji stajı olub 3 ildən az müddətə işdən ayrılan müəllimlərin yenidən işə qəbulu hansı qaydada həyata keçirilir?

SUAL - 10 ildən artıq pedaqoji stajı olub 3 ildən az müddətə işdən ayrılan müəllimlərin yenidən işə qəbulu hansı qaydada həyata keçirilir?

Sual
Təhsil naziri Mikayıl Cabbarovun Nazirlər Kabinetinin 2016-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasda çıxışı

Təhsil naziri Mikayıl Cabbarovun Nazirlər Kabinetinin 2016-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasda çıxışı

Xəbərlər
SUAL - Müəllim həftədə neçə saat dərs deyə bilər?

SUAL - Müəllim həftədə neçə saat dərs deyə bilər?

MÜƏLLİM, Sual
ADPU-nun əməkdaşı Aynur Abdullayeva ADPU-nun baza məktəbində təlim keçdi

ADPU-nun əməkdaşı Aynur Abdullayeva ADPU-nun baza məktəbində təlim keçdi

Xəbərlər
MƏKTƏBƏHAZIRLIQ qruplarının TƏDRİS PLANI təsdiq edildi

MƏKTƏBƏHAZIRLIQ qruplarının TƏDRİS PLANI təsdiq edildi

H/N sənədlər, MÜƏLLİM
Bir daha MƏKTƏBƏQƏDƏR HAZIRLIQ QRUPLARI haqqında

Bir daha MƏKTƏBƏQƏDƏR HAZIRLIQ QRUPLARI haqqında

Xəbərlər
SUAL - Direktor məktəbi idarə edərkən nələri bilməlidir ?

SUAL - Direktor məktəbi idarə edərkən nələri bilməlidir ?

Direktor, Sual
Məhəbbət Vəliyeva:

Məhəbbət Vəliyeva: "Təhsildə yüksək keyfiyyətə mane olan amilləri aşağı siniflərdə axtarmaq lazımdır"

Xəbərlər
Hazırlıq siniflərinin ödənişi ləğv olunur ?

Hazırlıq siniflərinin ödənişi ləğv olunur ?

Xəbərlər
TƏDRİS İLİNİN müddəti ilə bağlı 1140 №-li ƏMR

TƏDRİS İLİNİN müddəti ilə bağlı 1140 №-li ƏMR

H/N sənədlər
Bu il V qrupda minimum keçid balı neçədir? - TQDK-dan CAVAB

Bu il V qrupda minimum keçid balı neçədir? - TQDK-dan CAVAB

Xəbərlər
Buraxılış imtahanında iştirakı nəzərdə tutulan 31256 şagirddən 318 nəfəri imtahana gəlməyib

Buraxılış imtahanında iştirakı nəzərdə tutulan 31256 şagirddən 318 nəfəri imtahana gəlməyib

Xəbərlər
2016-2017-ci ilin TƏDRİS PLANIna  dair qeydlər

2016-2017-ci ilin TƏDRİS PLANIna dair qeydlər

H/N sənədlər
Uşaqların (şagirdlərin) ümumi təhsil müəssisələrinə qəbulu və yerdəyişməsi QAYDALARI

Uşaqların (şagirdlərin) ümumi təhsil müəssisələrinə qəbulu və yerdəyişməsi QAYDALARI

H/N sənədlər
Peşə məktəbləri ilə bağlı 4 SUAL- 4 CAVAB

Peşə məktəbləri ilə bağlı 4 SUAL- 4 CAVAB

H/N sənədlər, Sual
Əgər sinifdə 15 nəfər şagird olarsa, həmin sinif bağlanılmalı və ya paralel sinfə birləşdirilməlidirmi ?

Əgər sinifdə 15 nəfər şagird olarsa, həmin sinif bağlanılmalı və ya paralel sinfə birləşdirilməlidirmi ?

H/N sənədlər, Sual
Sual:“Elektron məktəb” layihəsinin məqsədi nədir? Bu layihənin rayonlarda tətbiqi gözlənilirmi?

Sual:“Elektron məktəb” layihəsinin məqsədi nədir? Bu layihənin rayonlarda tətbiqi gözlənilirmi?

Sual
Sual  - Ödənişsiz Məzuniyyətin Maksimum Müddəti Nə Qədər Olmalıdır?

Sual - Ödənişsiz Məzuniyyətin Maksimum Müddəti Nə Qədər Olmalıdır?

H/N sənədlər
Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu Qaydaları

Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu Qaydaları

H/N sənədlər
.Akademik Zərifə Əliyeva adına lisey 2016/2017-ci tədris ili üçün 9-cu sinfə şagird qəbulu elan edir:

.Akademik Zərifə Əliyeva adına lisey 2016/2017-ci tədris ili üçün 9-cu sinfə şagird qəbulu elan edir:

Xəbərlər
Sual .. Valideyin iclaslarına niyə yalnız analar,nənələr gəlir ?

Sual .. Valideyin iclaslarına niyə yalnız analar,nənələr gəlir ?

Sinif rəhbəri, Valideyn
Məktəblilər üçün yeni dərs vəsaiti  -

Məktəblilər üçün yeni dərs vəsaiti - " Yaşıl paket"in təqdimatı keçirilib

Xəbərlər