Xəbərlər
18 dekabr 2018
1 782


Abel Məhərrəmovun səfir oğluna fəxri ad verildi.

 

 
İspaniya Krallığı Diplomatiya Akademiyasının Madrid şəhərindəki mənzil-qərargahında bu akademiyanın yeni fəxri akademiklərinin təltif olunması mərasimi keçirilib.

AzTehsil.com Azərtac-a istinadən xəbər verir ki, tədbirdə akademiyanın icraçı prezidenti Santiyaqo Velo de Antelo, idarə heyətinin üzvləri, İspaniya Xarici İşlər, Avropa İttifaqı və Əməkdaşlıq Nazirliyinin yüksəkvəzifəli şəxsləri, İspaniyanın xarici ölkələrdəki səfirləri, bu ölkədə akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri və digər tanınmış şəxslər iştirak ediblər.

İspaniyanın xarici ölkələrdəki səfirləri və İspaniya Krallığının xarici işlər nazirlərinin təşəbbüsü və səyləri nəticəsində təsis edilmiş akademiya diplomatiya və beynəlxalq münasibətlər sahəsində ölkənin ən mötəbər qurumlarından biridir.

Tədbiri açan akademiyanın icraçı prezidenti Santiyaqo Velo de Antelo həm İspaniyanın xarici ölkələrdəki səfirləri, həm də bu ölkədə akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri üçün akademiyanın ən ali – fəxri akademik mükafatının təsis edildiyini bildirib. O qeyd edib ki, xarici ölkələrin İspaniyada akkreditə olunmuş səfirlərinin öz ölkələri ilə İspaniya arasında əlaqələrin inkişafına verdikləri töhfə fəxri akademik mükafatla təltif edilərkən əsas meyar kimi götürülür.

Tədbir zamanı İspaniyada akkreditə olunmuş dörd ölkənin – Azərbaycan, Avstriya, Rumıniya, Ekvatorial Qvineyanın səfirləri akademiyanın yeni fəxri akademiki adına layiq görülüblər. S.Velo de Antelo İspaniya ilə digər dövlətlər arasında münasibətlərdən bəhs edərək, Azərbaycanda hərtərəfli inkişaf fonunda əldə olunan nailiyyətlərin ölkələrimiz arasında münasibətlərin daha da inkişafına xidmət etdiyini vurğulayıb.

Azərbaycanın İspaniyadakı səfiri Anar Məhərrəmov fəxri akademik adına layiq görüldüyü üçün İspaniya Krallığı Diplomatiya Akademiyasının icraçı prezidentinə və idarə heyətinin üzvlərinə minnətdarlığını bildirib. O, Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi strategiyaya uyğun olaraq ölkəmizlə İspaniya arasında münasibətlərin bu gün yüksələn xətt üzrə inkişaf etdiyini söyləyib.

Sonda fəxri akademik adına layiq görülmüş şəxslərə İspaniya Krallığı Diplomatiya Akademiyasının fəxri diplomu və nişanları təqdim edilib.






Загрузка...
Həmçinin oxuyun:
AMEA-nın yeni prezidenti və vitse-prezidentləri seçiləcək

AMEA-nın yeni prezidenti və vitse-prezidentləri seçiləcək

Alla Vəzirova “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib

Alla Vəzirova “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib

AMEA-nın iki institutuna yeni direktor seçiləcək

AMEA-nın iki institutuna yeni direktor seçiləcək

Prezident bu şəxslərin təqaüdlərini 50-67%-ə qədər artırdı: martın 1-dən

Prezident bu şəxslərin təqaüdlərini 50-67%-ə qədər artırdı: martın 1-dən

Avrasiya Universitetində Özbəkistanın xalq şairinə fəxri doktor adı verildi

Avrasiya Universitetində Özbəkistanın xalq şairinə fəxri doktor adı verildi

Azərbaycan dilinin yeni orfoqrafiya qaydaları hazırlanıb

Azərbaycan dilinin yeni orfoqrafiya qaydaları hazırlanıb

Azərbaycanın yeni təhsil naziri Abel Məhərrəmov olur: BDU-da təhvil-təslim başladı

Azərbaycanın yeni təhsil naziri Abel Məhərrəmov olur: BDU-da təhvil-təslim başladı

Rusiyanın Azərbaycandakı yeni səfiri BSU-da qonaq olub

Rusiyanın Azərbaycandakı yeni səfiri BSU-da qonaq olub

Akademiyanın 70 illik tarixində belə bir təşəbbüs olmayıb

Akademiyanın 70 illik tarixində belə bir təşəbbüs olmayıb

BSU rektoru beynəlxalq mükafata layiq görülüb

BSU rektoru beynəlxalq mükafata layiq görülüb

Ali təhsil müəssisələrinin prorektorları attestasiyadan keçiriləcək

Ali təhsil müəssisələrinin prorektorları attestasiyadan keçiriləcək

BDU-nun tədqiqatçısı Leyla Rəşid beynəlxalq təşkilata fəxri üzv seçilib

BDU-nun tədqiqatçısı Leyla Rəşid beynəlxalq təşkilata fəxri üzv seçilib

ADU-nun əməkdaşı IREPI-nin fəxri üzvü seçilib

ADU-nun əməkdaşı IREPI-nin fəxri üzvü seçilib

Akif Əlizadə: “Magistrlər və doktorantlara mövzu seçiləndə xırdalığa yol verilməməlidir”

Akif Əlizadə: “Magistrlər və doktorantlara mövzu seçiləndə xırdalığa yol verilməməlidir”

Bu Universitetin əməkdaşlarına fəxri adlar verildi - SİYAHI

Bu Universitetin əməkdaşlarına fəxri adlar verildi - SİYAHI

ADU-da Azərbaycan-Çin diplomatik münasibətlərinin 25-ci ildönümü qeyd olundu

ADU-da Azərbaycan-Çin diplomatik münasibətlərinin 25-ci ildönümü qeyd olundu

ADU tələbəsi Koreyada Azərbaycanı təmsil edəcək

ADU tələbəsi Koreyada Azərbaycanı təmsil edəcək

Musiqi Akademiyasında dünya şöhrətli bəstəkarların əsərləri səslənib

Musiqi Akademiyasında dünya şöhrətli bəstəkarların əsərləri səslənib

Müəllimlərlə bağlı mühüm sərəncam

Müəllimlərlə bağlı mühüm sərəncam

ADU-da Azərbaycan-Çin münasibətləri haqqında kitabın təqdimat mərasimi keçirilib

ADU-da Azərbaycan-Çin münasibətləri haqqında kitabın təqdimat mərasimi keçirilib

Azərbaycanlı şərqşünas alim Tatarıstanda keçirilən ümumrusiya müşavirəsində ekspert kimi iştirak edib

Azərbaycanlı şərqşünas alim Tatarıstanda keçirilən ümumrusiya müşavirəsində ekspert kimi iştirak edib

MEK İştvan Seçeniyə həsr olunmuş tədbir keçirib

MEK İştvan Seçeniyə həsr olunmuş tədbir keçirib

Təhsil Nazirliyinə ən real namizəd o imiş - İDDİA

Təhsil Nazirliyinə ən real namizəd o imiş - İDDİA

ADU Xarici Dillər Universitetlərinin Qlobal Alyansına üzv seçildi

ADU Xarici Dillər Universitetlərinin Qlobal Alyansına üzv seçildi