Xəbərlər, Ziyalılar
14 dekabr 2018
193

İlahiyyat İnstitutunun rektoru İctimai Nəzarət Şurasının üzvləri ilə görüşüb


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

İlahiyyat İnstitutunun rektoru İctimai Nəzarət Şurasının üzvləri ilə görüşüb

 

 
 
Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) rəhbərliyi yanında İctimai Nəzarət Şurası yaradılıb və 9 nəfərdən ibarət tərkibi formalaşıb.

  Elmi Şuranın Azərbaycan İlahiyyat İnstitutunun rəhbərliyi yanında İctimai Nəzarət Şurasının yaradılması haqqında qərarından, Şuranın Əsasnaməsinin qəbulundan sonra, İnstitut rektorunun əmri ilə İctimai Nəzarət Şurasının tərkibi təsdiq edilib.

Şuranın tərkibinə Konstitusiya Araşdırmaları Fondunun rəhbəri, İnsan Haqları Birgə Qrupun üzvü Əliməmməd Nuriyev, təhsil üzrə ekspert, professor Şahlar Əsgərov, təhsil üzrə ekspert Nadir İsrafilov, "Trend” İnformasiya Agentliyi Baş direktorunun korporativ inkişaf üzrə müavini Arzu Nağıyev, "İki sahil” qəzetinin Baş redaktoru Vüqar Rəhimzadə, İctimai Televiziya və Radio Yayımları Şirkətinin İctimai-Siyasi Proqramlar Departamentinin direktoru Anar Yusifoğlu, Modern.az saytının rəhbəri Elşad Eyvazlı, "525-ci qəzet”in müxbiri Sevinc Qarayeva, Azərbaycan İlahiyyat İnstitutunun birinci kurs tələbəsi Fərid Qasımzadə daxil edilib.

Dekabrın 13-də İctimai Nəzarət Şurasının ilk iclası keçirilib və təşkilati məsələlər müzakirə olunub. Konstitusiya Araşdırmaları Fondunun rəhbəri, İnsan Haqları Birgə Qrupun üzvü Əliməmməd Nuriyev sədr, təhsil üzrə ekspert Nadir İsrafilov sədr müavini, "525-ci qəzet”in müxbiri Sevinc Qarayeva katib seçilib. 

Şura üzvləri iclasdan sonra Aİİ rektoru Ceyhun Məmmədovla görüşüblər. Cəmiyyətdə təhsilin xüsusi rolunu vurğulayan rektor Aİİ-nin məqsəd və vəzifələri haqqında məlumat verib. Bildirilib ki, bu sahədə qazanılan nailiyyətlər Prezident İlham Əliyevin təhsilin inkişafına göstərdiyi diqqət və qayğının nümunəsidir.

C.Məmmədov, həmçinin Aİİ-də imtahanların təşkili haqqında da məlumat verib. O, qeyd edib ki, imtahanlar yazılı formada aparılmaqla yanaşı, zərurət olduğu hallarda, bəzi fənlər üzrə şifahi dialoq və ya test formasında keçirilir.

Sonra tədris prosesinin təşkili, elm və təhsilin inteqrasiyası, tələbələrin elmi fəaliyyətə cəlb edilmələri, müəllim-tələbə münasibətləri və digər məsələlər barədə müzakirələr aparılıb.

Məlumat üçün bildiririk ki, İctimai Nəzarət Şurasının əsas məqsədi Aİİ-nin fəaliyyətinə ictimai nəzarətin həyata keçirilməsi, İnstitut ilə ictimaiyyət arasında səmərəli qarşılıqlı əlaqələrin təşkili, əməkdaşlarının və təhsilalanların hüquqlarının müdafiəsi, fəaliyyətinin təkmilləşdirilməsi və şəffaflığın təmini üçün təkliflərin verilməsindən ibarətdir.azedu.az









Whatsapp'ta Paylaş

Загрузка...
loading...

Həmçinin oxuyun:
İlahiyyat institutunun rektoru Misir Mədəniyyət Mərkəzində oldu

İlahiyyat institutunun rektoru Misir Mədəniyyət Mərkəzində oldu

İlahiyyat İnstitutu ölkəmizdə dövlət–din münasibətlərinin təkmilləşməsində elmi mərkəz kimi böyük rol oynayacaq

İlahiyyat İnstitutu ölkəmizdə dövlət–din münasibətlərinin təkmilləşməsində elmi mərkəz kimi böyük rol oynayacaq

Yüksək etimada görə cənab prezidentə təşəkkürümü bildirirəm-İlahiyyat İnstitutunun rektoru

Yüksək etimada görə cənab prezidentə təşəkkürümü bildirirəm-İlahiyyat İnstitutunun rektoru

Prezident İlahiyyat İnstitutuna rektor təyin etdi - SƏRƏNCAM

Prezident İlahiyyat İnstitutuna rektor təyin etdi - SƏRƏNCAM

İlahiyyat İnstitutunda neçə tələbə təhsil alacaq? - Açıqlama

İlahiyyat İnstitutunda neçə tələbə təhsil alacaq? - Açıqlama

İlahiyyat İnstitutu yalnız İslam üzrə kadr hazırlamayacaq - Rəsmi

İlahiyyat İnstitutu yalnız İslam üzrə kadr hazırlamayacaq - Rəsmi

İlahiyyat İnstitutu bizə nə verəcək?! - Deputat sərəncamı şərh etdi

İlahiyyat İnstitutu bizə nə verəcək?! - Deputat sərəncamı şərh etdi

Azərbaycanda yeni ali məktəb yaradılır

Azərbaycanda yeni ali məktəb yaradılır

Şura üzvləri: Apelyasiyaya müraciətlər 1 faizdən də aşağıdır

Şura üzvləri: Apelyasiyaya müraciətlər 1 faizdən də aşağıdır

“Ali təhsil ocaqları imtahanların təşkilini ictimaiyyət üçün açıq elan etməlidir”

“Ali təhsil ocaqları imtahanların təşkilini ictimaiyyət üçün açıq elan etməlidir”

Millət vəkili: “Yazılı imtahanlar savadlı mütəxəssis hazırlığında mühüm rol oynayacaq”

Millət vəkili: “Yazılı imtahanlar savadlı mütəxəssis hazırlığında mühüm rol oynayacaq”

KİVDF müsabiqə elan etdi

KİVDF müsabiqə elan etdi

Dendrologiya İnstitutunda şagirdlərin iştirakı ilə seminar-məşğələ keçirilib

Dendrologiya İnstitutunda şagirdlərin iştirakı ilə seminar-məşğələ keçirilib

DİM: İctimai Şuraya üzv olmaq istəyənlərin qeydiyyatı başa çatıb

DİM: İctimai Şuraya üzv olmaq istəyənlərin qeydiyyatı başa çatıb

Bakıda bu universitet digər ali məktəblərdən fərqli idarə ediləcək

Bakıda bu universitet digər ali məktəblərdən fərqli idarə ediləcək

ADPU-nun rektoru,professor Cəfər Cəfərov Dissertasiya Şurasının üzvləri ilə görüşüb

ADPU-nun rektoru,professor Cəfər Cəfərov Dissertasiya Şurasının üzvləri ilə görüşüb

ADPU-nun Elmi Şurasının iclası keçirilib

ADPU-nun Elmi Şurasının iclası keçirilib

İmtahan prosesini cəmiyyətə etibar edən universitet – UNEC

İmtahan prosesini cəmiyyətə etibar edən universitet – UNEC

UNEC magistrantları dissertasiyalarını ictimaiyyət nümayəndələri qarşısında müdafiə ediblər

UNEC magistrantları dissertasiyalarını ictimaiyyət nümayəndələri qarşısında müdafiə ediblər

ADNSU-da Elmi Şuranın iclası keçirilib

ADNSU-da Elmi Şuranın iclası keçirilib

ADU-da növbəti mediatur təşkil olunub - Fotolar

ADU-da növbəti mediatur təşkil olunub - Fotolar

"Rəhbərlik etmək, yəni adamları öyrətmək və tərbiyələndirmək üçün gərək mənəvi haqqın olsun“

ADPU-nun rektoru, professor Cəfər Cəfərov imtahanların çevik, şəffaf və obyektiv keçirilməsinə ciddi nəzarət edir.

ADPU-nun rektoru, professor Cəfər Cəfərov imtahanların çevik, şəffaf və obyektiv keçirilməsinə ciddi nəzarət edir.

Ümumi təhsil müəssisəsinin Pedaqoji Şurası haqqında Əsasnamə

Ümumi təhsil müəssisəsinin Pedaqoji Şurası haqqında Əsasnamə