Xəbərlər / Dünya
14 dekabr 2018
1 928


42 dilənçi uşağı təhsilə cəlb edən gənc müəllim - FOTO

 

 
Müəllimlərin Nobeli hesab edilən Global Teacher Prize mükafatının 2019-cu il üzrə 50 finalçının adı artıq açıqlanıb. İkinci mərhlədə isə namizədlərin sayı 10-a enəcək.

Əlliliyə düşməyi bacaran müəllimlər isə İngiltərə, Fransa, Hindistan, Seneqal, Amerika, Braziliya, Libanon, Somali, Kanada, İndoneziya, Yaponiya və s.  kimi ölkələrin vətəndaşlarıdır.

Müsabiqə gedişində Azərbaycandan TOP 50-liyə düşən olmasa da, Türkiyə bunu bacarıb. İzmir məkətblərindən birinə rəhbərlik edən Samet Başkonuş  müsabiqədə Türkiyəni təmsil edərək 50-likdə təmsil olunub.

Beynəlxalq səviyyyəli müsabiqənin finalçıları sırasəna düşməyi bacaran müəllimin hansı keyfiyyətlərə görə seçildiyini və fəaliyyətini təqdim edir:

Müəllimlik fəaliyyətinə 2006-cı ildə başlayan Başkonuş  3  il sonra iş yerini dəyişərək əqli geriliyi olan şagirdlərə xidmət etməyi qərara alıb.  O,  bu məkətbdə daun, autism və digər sindromlardan əziyyət çəkən şagirdlərin dərslərinə kömək edib. İl yarım burada çalışdıqdan sonra başqa bir məkətbə direktor təyin edilib.

O, bu məkətbə rəhbərlik etdiyi müddətdə 24 000 dollardan çox vəsait toplayaraq məktəbdə oyun zalı, kitabxana, sənət mərkəzləri, kompüter otaqları yaradıb.

Direktorluq etdiyi müddətdə müxtəlif iş yerlərində valideynlərə dərs keçmək, artıq kağızları toplayaraq yenidən istehsalata vermək və şagirdlərin onlardan istifadəsinə şərait yaratmaq kimi xeyriyyə işləri ilə məşhurlaşıb.

O, ölkəyə yeni gələn, adaptasiya olmaqda çətinlik çəkən Suriyalı şagirdlərə dəstək olmaq üçün də xeyli işlər görüb. Nəticədə 42 dilənçi uşaq orta məktəbdə təhsilə başlayıb.

Gənc müəllim şagirdlərin digital bacarıqlarının inkişafı üçün də xeyli layihələr reallaşdırıb. O, şagirdlərə onlayn dərslərdən də yararlanmaq imkanı yaradıb. Elektron layihələr çərçivəsində  14 fərqli ölkə və 300-dən çox məktəblə ortaq layihə həyata keçirərək, şagirdlərin beynəlxalq miqyasda yetişməsinə şərait yaradıb.

Bu günəcən şagirdlərə dərsdən kənar müxtəlif təlimlər verən, 2 kitabı işıq üzü görən Samet Başkonuş digər mükafatların da sahibidir. O, 2018-ci ildə "Ətrafa Xidmət”, "Qızıl Qələm”, 2017-ciildə "İlin müəllimi” mükafatlarının sahibi olub.azedu.az
Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
Azərbaycanlı müəllimlər 1 milyon dollar qazana bilər - SON TARİX...

Azərbaycanlı müəllimlər 1 milyon dollar qazana bilər - SON TARİX...

Nazir şagirdlərin dərsləri ilə maraqlandı

Nazir şagirdlərin dərsləri ilə maraqlandı

Müəllimlik peşəsində pedaqoji  bacarıq və vərdişlər

Müəllimlik peşəsində pedaqoji bacarıq və vərdişlər

Bakı məktəblərinin şagird və müəllim sayı AÇIQLANDI

Bakı məktəblərinin şagird və müəllim sayı AÇIQLANDI

Təhsil Nazirliyi şagirdlərə və valideynlərə müraciət edib

Təhsil Nazirliyi şagirdlərə və valideynlərə müraciət edib

Britaniyalı müəllim 1 milyon dollar qazandı

Britaniyalı müəllim 1 milyon dollar qazandı

Yuxusuzluq təhsillə bağlı bütün mərhələlərdə yaddaş və təhsil üçün ciddi problemdir

Yuxusuzluq təhsillə bağlı bütün mərhələlərdə yaddaş və təhsil üçün ciddi problemdir

Təhsil Nazirliyi şagirdlərə qızıl və gümüş medal verilməsi qaydalarını açıqlayıb

Təhsil Nazirliyi şagirdlərə qızıl və gümüş medal verilməsi qaydalarını açıqlayıb

Dünya ölkələrində müəllim əməyinin xüsusiyyətlərinə dair hesabat açıqlanıb

Dünya ölkələrində müəllim əməyinin xüsusiyyətlərinə dair hesabat açıqlanıb

Bakıda “Öyrənməyi öyrənək” layihəsi çərçivəsində İkinci Beynəlxalq Təlim Konfransı keçirilir

Bakıda “Öyrənməyi öyrənək” layihəsi çərçivəsində İkinci Beynəlxalq Təlim Konfransı keçirilir

Təhsil Nazirliyindən müəllimləri sevindərəcək AÇIQLAMA: "50 min müəllimin əmək haqqı ARTIRILACAQ"

Təhsil Nazirliyindən müəllimləri sevindərəcək AÇIQLAMA: "50 min müəllimin əmək haqqı ARTIRILACAQ"

Azərbaycanda ilk dəfə beynəlxalq riyaziyyat müsabiqəsi keçiriləcək

Azərbaycanda ilk dəfə beynəlxalq riyaziyyat müsabiqəsi keçiriləcək

Son 5 ildə yüksək nəticə göstərən şagirdlərin sayı artıb - Təhsil Nazirliyi

Son 5 ildə yüksək nəticə göstərən şagirdlərin sayı artıb - Təhsil Nazirliyi

ABŞ-da xüsusi klubu olan azərbaycanlı müəllim – “Pedaqoqlarımız Amerika səviyyəsindədirlər, çünki...”

ABŞ-da xüsusi klubu olan azərbaycanlı müəllim – “Pedaqoqlarımız Amerika səviyyəsindədirlər, çünki...”

Olimpiadaların "qızıl qaydaları" - beynəlxalq uğurun şərtləri

Olimpiadaların "qızıl qaydaları" - beynəlxalq uğurun şərtləri

Yeni orfoqrafiya lüğətinin istifadə vaxtı məlum oldu

Yeni orfoqrafiya lüğətinin istifadə vaxtı məlum oldu

“eTwinning Plus” layihəsi çərçivəsində seminar

“eTwinning Plus” layihəsi çərçivəsində seminar

Müəllimlərin “Nobel”inə namizəd olan yeganə azərbaycanlı: “MDB məkanı və ölkəmizi təmsil edən yeganə müəllim idim”

Müəllimlərin “Nobel”inə namizəd olan yeganə azərbaycanlı: “MDB məkanı və ölkəmizi təmsil edən yeganə müəllim idim”

Gənc müəllim Ruqiyət Murtuzəliyeva-Balakən rayonu

Gənc müəllim Ruqiyət Murtuzəliyeva-Balakən rayonu

Şagirdlərə dərsi sevdirəcək sehrli peçenye – Gürcüstanda təhsil ilki-FOTO

Şagirdlərə dərsi sevdirəcək sehrli peçenye – Gürcüstanda təhsil ilki-FOTO

Məktəblilər üçün 20 000 dollarlıq mükafat şansı

Məktəblilər üçün 20 000 dollarlıq mükafat şansı

"1 uşaq, 1 ümid"  XEYRİYYƏ AKSİYASI

"1 uşaq, 1 ümid" XEYRİYYƏ AKSİYASI

Elə bu kənddə müəllimlik fəaliyyətimi davam etdirməyi çox istərdim - Kənd məktəbini seçən Samirə Məmmədli

Elə bu kənddə müəllimlik fəaliyyətimi davam etdirməyi çox istərdim - Kənd məktəbini seçən Samirə Məmmədli

“eTwinning Plus” layihəsi çərçivəsində seminar

“eTwinning Plus” layihəsi çərçivəsində seminar