Xəbərlər / Müəllim
11 dekabr 2018
2 546


“Kurikulum dərsliklərinə vikipediya və quql materialları salınır?” – Etiraz

 

 
 
2019-cu ildə Azərbaycanda tətbiq olunan kurikulum sistemi əsasında təhsil alan XI-lər kurikulumun ilk məzunları adını qazanacaqlar.

Bu sistemin ibtidai siniflərdən tədrisi, qəbul imtahanlarının yeni qaydalar əsasında təşkil olunması, müəllimlərin işə qəbulu imtahanlarında sistemə uyğun sualların tərtib olunması artıq ənənəvi sistemlə yavaş-yavaş vidalaşmalı olduğumuzun xəbərçisidir.

Bəs, doğurdan da, 11 ilə yaxındır, tətbiq olunan kurikulum Azərbaycan təhsilinə öz töhfəsini verə bilibmi?

Elə ibtidai siniflərdən başlayaraq müəllimlərin işə qəbulu imtahanlarına qədər bu sistem Azərbaycanda düzgün tədris olunubmu?

Təəssüf ki, əksər mütəxəssisin bu istiqamətdə fikirləri o qədər də ürəkaçan deyil. İPG Tədris Mərkəzinin rəhbəri Ravil Rzayev kurikulumun tədrisi və dərsliklərdə, kitablarda əksi barədə AzEdu-az-a danışarkən bir sıra ciddi məqamlara toxunub.

Orta təhsil müəssisələrində kurikulum: "Dərsliklərdə birbaşa olaraq "vikipedia”dan və ya "google”dan götürülmüş məlumatlar əks olunub”

Ravil Rzayevin sözləriylə desək, kurikulum müsbətlərlə dolu bir sistem olsa da, Azərbaycanda tətbiqi çoxlu yanlışlıqlara gətirib çıxarıb:

"Bu ideyanı Azərbaycana gətirəndə burdakı mühiti, müəllimi, dərsi də nəzərə almaq lazım idi. Kitabların tərcüməsində elə fikirlər yer alır ki, onlar hələ bizim şagirdlər üçün tezdir və yaxud ümumiyyətlə, lazım deyil. Dərsliklərin tərtibatçıları kimlərdir? Fizika kitablarına baxıram. Düzdür, tamamilə kəsib atmaq olmaz ki, bu məlumatlar heç kimə lazım deyil. Amma dərsliklərdə birbaşa olaraq "vikipedia”dan və ya "google”dan götürülmüş məlumatlar əks olunub”

"Arının hansı prosesi necə həyata keçirdiyini nəinki şagird, heç müəllim də başa düşmür”

Müsahibimiz dərslikdə yazılanları ingilis dilində axtarışa verən zaman "vikipediya”da 20 səhifəlik elmi məqalə çıxdığının şahidi olub:

"Məqaləni götürüb qısaldaraq dərsliyə salıblar və uşaq həmin mətni əzbərləməlidir. Bunun üçün böyük vaxt lazımdır. Bunu heç biz müəllimlər araşdıra bilmirik. Orta məktəb dərsliklərinə belə mövzuların əlavə olunmağının heç bir mənası yoxdur. Orta məktəb insan formalaşdırır.

Sən burda Fizika öyrətmirsən. Elmlər arasında əlaqəni uşağın beynində formalaşdırmırsan” 

Tövsiyə: "İxtisasçı müəllimlərin sayını artırmaq lazımdır” 

Ravil Rzayev ixtisasçı müəllim deyəndə dili bilib "google”a girərək müəyyən məlumatları axtara bilən şəxsi nəzərdə tutmur:

"Bu gün ixtisasçı müəllimlər dili bilmədiklərinə görə araşdırma edə bilmirlər. Dünyanın nə etdiyindən xəbərləri olmadığından götürüb ordan-burdan köçürürlər. Fizika dərsliyi yazılırsa, ölkə səviyyəsində elan verilsin, həqiqətən də o kitabı yazmağa layiq olan şəxslər tapılsın və bir neçə gənc onlara qoşulsun. Arı haqqında bir şey tapmaq lazımdırsa və müəllim "google”dan istifadə edə bilmirsə, gənc onunçün axtarış etsin. Amma dərslik 25 yaşlı biri tərəfindən yazıla bilməz. Bu gəncin özünüformalaşdırma prosesi hələ bitməyib. Cəlilabad rayonunda savadlı Fizika müəllimi var. Onun adı Təhsil Nazirliyində dəftərin küncündə belə yoxdur. Bir müəllim liseydə işləyir və məşhurdur deyə, kitabı onun yazmağı doğru deyil. Kitab yazmaq tamam başqa dünyadır. Bunun ancaq illərin pedaqoqu yaza bilər” .
Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
Qəbul imtahanlarının qaydası dəyişdirilir - Yeni qaydalar

Qəbul imtahanlarının qaydası dəyişdirilir - Yeni qaydalar

Məleykə Abbaszadə: “Müəllimlər kurikulum sistemindən istifadə etməyi bacarmırlar"

Məleykə Abbaszadə: “Müəllimlər kurikulum sistemindən istifadə etməyi bacarmırlar"

Buraxılış imtahanlarında İngilis dilindən dinləmə bacarığı bu səbəbdən mütləq yoxlanılacaq -RƏSMİ

Buraxılış imtahanlarında İngilis dilindən dinləmə bacarığı bu səbəbdən mütləq yoxlanılacaq -RƏSMİ

"Bunu çoban da bilir müəllim niyə bilməsin?"...

"Bunu çoban da bilir müəllim niyə bilməsin?"...

Kurikulumun nə olduğunu başa düşən var?

Kurikulumun nə olduğunu başa düşən var?

Kurikulumun nə olduğunu başa düşən var?

Kurikulumun nə olduğunu başa düşən var?

Dərsliklər düzələcəkmi?

Dərsliklər düzələcəkmi?

"Kurikulum təkmilləşməlidir,  ləğv edilməməlidir.  Bunu tələb etmək çox gülünc görsənir”

"Kurikulum təkmilləşməlidir, ləğv edilməməlidir. Bunu tələb etmək çox gülünc görsənir”

Dərsliklər niyə qəliz yazılır?

Dərsliklər niyə qəliz yazılır?

“Ali məktəblərdə ciddi sistem olsa, MİQ imtahanları ləğv oluna bilər” – Ekspertlərdən TƏKLİFLƏR

“Ali məktəblərdə ciddi sistem olsa, MİQ imtahanları ləğv oluna bilər” – Ekspertlərdən TƏKLİFLƏR

MİQ-in  müsahibə mərhələsinin eksperti: “Burada gördüklərimə mat qalmışam, cəmi bircə müəllim...”

MİQ-in müsahibə mərhələsinin eksperti: “Burada gördüklərimə mat qalmışam, cəmi bircə müəllim...”

Azərbaycanda tədris olunan bu dərsliklərdə biabırçı səhvlər aşkarlanıb – MÜƏLLİMLƏR ÜSYANDA, NAZİRLİK SUSUR

Azərbaycanda tədris olunan bu dərsliklərdə biabırçı səhvlər aşkarlanıb – MÜƏLLİMLƏR ÜSYANDA, NAZİRLİK SUSUR

Qəbul imtahanı PROBLEMİ - "Son dəyişikliklər abituriyentlərin işini çətinləşdirəcək"

Qəbul imtahanı PROBLEMİ - "Son dəyişikliklər abituriyentlərin işini çətinləşdirəcək"

Müəllimlərin “kurikulum sınaq”ı narahatlığı – “Şagirdlərimi imtahana qoymadım”

Müəllimlərin “kurikulum sınaq”ı narahatlığı – “Şagirdlərimi imtahana qoymadım”

«Google» ənənəvi enerji mənbələrindən tamamilə imtina edəcək

«Google» ənənəvi enerji mənbələrindən tamamilə imtina edəcək

2018-ci il təhsil sistemində hansı dəyişikliklər gözlənilir?-İstəklər və proqnozlar

2018-ci il təhsil sistemində hansı dəyişikliklər gözlənilir?-İstəklər və proqnozlar

Azərbaycanda repetitorluğa ciddi zərbə vurulacaq

Azərbaycanda repetitorluğa ciddi zərbə vurulacaq

DEPUTATDAN ETİRAZ: "DƏRSLİYİ PARTA ARXASINDAN YENİCƏ DURANLAR YAZMAMALIDIR"

DEPUTATDAN ETİRAZ: "DƏRSLİYİ PARTA ARXASINDAN YENİCƏ DURANLAR YAZMAMALIDIR"

Müəllimlərin nəticələri şagirdlərdən aşağıdır – Rayon təhsil şöbələrinə sərt İTTİHAM

Müəllimlərin nəticələri şagirdlərdən aşağıdır – Rayon təhsil şöbələrinə sərt İTTİHAM

Təhsil Nazirliyindən kurikulumun ləğvi ilə bağlı AÇIQLAMA

Təhsil Nazirliyindən kurikulumun ləğvi ilə bağlı AÇIQLAMA

Kurikulum - qloballaşmanın yetirməsi -Dəyişikliklərə ehtiyac varmı?

Kurikulum - qloballaşmanın yetirməsi -Dəyişikliklərə ehtiyac varmı?

Əvvəlki illərin məzunları ali məktəblərə necə imtahan verəcəklər?- Hamı niyə narahatdır?

Əvvəlki illərin məzunları ali məktəblərə necə imtahan verəcəklər?- Hamı niyə narahatdır?

Kurikulum təhsilimizə nə verir? -EKSPERT RƏYİ

Kurikulum təhsilimizə nə verir? -EKSPERT RƏYİ

Müəllimlərdən MİQ imtahanları ilə bağlı qəribə təkliflər: “Məntiq, kurikulum və müsahibə ləğv olunsun!”

Müəllimlərdən MİQ imtahanları ilə bağlı qəribə təkliflər: “Məntiq, kurikulum və müsahibə ləğv olunsun!”