Xəbərlər / Valideyn / Müəllim
01 dekabr 2018
3 403


Çətin idarə olunan şagirdlərlə davranış qaydaları

Çətin idarə olunan şagirdlərlə davranış qaydaları

 

 
 
Müəllimin mənfi münasibəti çətin xarakterli şagirdlərin rəftarının dəyişməsinə kömək etmir. Təklif edilən üsulun tətbiqi isə sinfin abu-havasını dəyişə bilər.

 Mənfi münasibət və ya cəzalandırıcı ünsiyyət nədir? Bu,  öyrəşdiyi mühitin  təhlükəli və ya idarəedilməz olduğunu hiss edərkən müəllimin  düşünmədən seçdiyi müdafiə vərdişidir. Müəllim öz işinin pozulduğunu gördükdə qəzəblənərək, qeyri-iradi olaraq bu cür münasibət göstərə bilər. Amma cəzalar çətin şagirdlərə təsir etmir. Adətən məktəblərdə intizam qaydaları dəcəl şagirdlərə aid olunur. Gəlin bu birtərəfli baxışı dəyişək və müəllimə baxaq. Yaxşı olardı ki, müəllimlər həm fiziki, həm emosional  baxımdan sinifdə özlərini həmişə təhlükəsiz hiss etsinlər. Çətin davranışa qarşı (öz çətin davranışları da daxil olmaqla) hazır və rahat olsunlar, empatiya hissi inkişaf etmiş olsun.

Nansi Rappaport və Cessika Minahan "Davranış kodu: Ən çətin şagirdləri başa düşmək və öyrətmək üçün təlimat”ında yazırlar: "Davranış ünsiyyətdir. Davranışın funskiyası var. Davranış müxtəlif nümunələrdə özünü göstərir.”

Təəssüf olsun ki, eyni fikirlər mənfi münasibətə də aiddir. Mənfi münasibət göstərir ki, müəllim şagird ilə münasibət qurmaq üçün başqa dil bilmir. Mənfi münasibətin funksiyası özünümüdafiədir və o, insanları ayırır. Mənfi münasibət kobud səslənir və bacarıqsızlıq nümayiş etdirir.

Rappaport və Minahanın fikrinə əsasən, "Müəllim yalnız öz davranışını  idarə edə bilər”. Bu isə o deməkdir ki, müəllimlər çətin idarə olunan, dəcəl uşaqlara qarşı münasibətlərini dəyişməlidir.

Davranış xəritəsi

Sinif otağının bütün əhəmiyyətli əşya və hissələrini daxil etməklə (qapı, pəncərələr, masalar, lövhə və s.) xəritəsini çəkin. Artıq siz ən dəcəl şagirdlərin adətən harada oturduğunu aydın gördünüz. İndi isə gündəlik  dərsinizi təsəvvür edin. Sinifdə adətən hərəkət etdiyiniz istiqamətdə irəliləyin. Bəzən müəyyən səbəbə görə sürəti artırırsınızmı? Sürətinizi artırdığınız yeri xəritədə qalın xətlə qeyd edin.

Bu yolda dayandığınızı hər yeri dairə ilə qeyd edin. Baxış istiqamətinizi göstərmək üçün hər dairədən başqa rənglə xətt çəkin. Kimə və ya nəyə baxırsınız? Gündəlik "baxış” qaydalarınızdan xatırladığınız hər istiqaməti qeyd edin. Oturaraq dərs keçməyə üstünlük verirsinizsə, oturduğunuz yerdən baxış istiqamətlərinizi qeyd edin.

Səsinizi qaldırırsınızsa, hər hədəfi təmsil edən oxlar çəkin.

İndi isə öz nəfəsinizi də xəritəyə əlavə edin. Dərs zamanı necə nəfəs aldığınıza fikir vermisinizmi? Yeni rəngdən istifadə edərək öncədən çəkdiyiniz xətt və oxların üzərinə dalğalı xətlər əlavə edin. Dalğalı xətt hamar görünürmü, yoxsa qarışıq və əsəbi ziqzaqlar çəkdiniz? Ola bilərmi ki, bəzən nəfəs almağı unudursunuz? Belə anları düz xətlə çəkərək eyni rəngdən istifadə edin.

Dərs zamanı tez-tez ağlınıza gələn fikirləri xatırlayırsınızmı? Bu bütün şagirdlərə,  yoxsa bir neçəsinə aid olur? Həmin düşüncəni xəritədə onun aid olduğu şagirdin oturduğu masanın yaxınlığında qeyd edin. Xüsusi fikriniz olan hər şagirdiniz üçün bunu təkrarlayın. Düşüncələriniz özünüzə yönəlmiş olurmu? Xəritədə həmin düşüncələrin yarandığı yerləri qeyd edin. Fikirləriniz bütün sinfə  aiddirsə, həminki kimi qeyd edin.

Bu xəritə sizə dərs zamanı özünüzü müşahidə etməyə, emosional və fiziki xüsusiyyətlərinizi görməyə, mənfi münasibət anları da daxil olmaqla öz davranışınızı qiymətləndirməyə imkan verir. Xəritə sizə mənfi münasibətin meydana çıxdığı vəziyyətləri görməyə kömək edəcək, çünki harada özünüzü müdafiəsiz hiss etdiyinizi görürsünüz. İndi özünüzü sinif otağında, sizi əhatə edən əşyalar və qarşılıqlı münasibətdə olan şagirdlərlə birlikdə təsəvvür etməyə başladınız. Xəritə vasitəsi ilə görəcəksiniz ki, siz çox tez-tez diqqət mərkəzində olursunuz.

Diqqət çəkmək şagird davranışının bir xüsusiyyətidir, mənfi münasibət isə buna qeyri-adekvat cavabdır. Odur ki, şagirdlərinizi müşahidə etməyin vaxtı gəlib çatıb.

Gözə görünməyən müəllim

Xəritəyə baxın və sinifdə şagirdlər iş görərkən müdaxilə etmədən onları müşahidə edə biləcəyiniz ən yaxşı nöqtəni tapın. Sonra şagirdlərinizə sevdikləri bir işi tapşırın və kənara çəkilin. Sadəcə şagirdlərinizin öz işlərini idarə etmələrini seyr edin.

Bu sınaq zamanı öz müşahidə nöqtənizi tərk etməyin  və susun. Məqsəd budur ki, adətən verdiyiniz sözlü və ya fiziki mənfi münasibətdən fərqli bir vəziyyət yaransın və şagirdlərinizin ehtiyaclarını daha dərindən anlayasınız.

Hər bir şagirdi yaxşı müşahidə edə biləcəyiniz nöqtəni tapana qədər bu təcrübəni davam edin. Bu addım ona görə vacibdir ki, qeyri-iradi mənfi münasibət göstərdiyiniz vaxtla müqayisədə fərqi görəsiniz.  

Bu təcrübəni sınaqdan keçirən müəllimlər sinifdə müsbət abu-havanın yaranması haqqında məlumat verirlər. Onlar həm də qeyd edir ki, dərslərin gedişatında da dəyişikliklər vardır.   

İntizam pozuntusunu qəzəblə gözləmək əvəzinə tədris mühiti ilə fiziki və emosional vəhdət qurmağa  vaxt sərf etməklə müəllim sinfə, şagirdlərlə qarşılıqlı münasibətə, onların özünüidarə bacarığına baxışını dəyişir. Mənfi münasibət artıq həll yolu deyil, əksinə şagirdlərin ehtiyaclarını anlamaq üçün bir maneədir.

Müəllif: Tommaso Lana
 
 

 


Məqalə Göndər








Загрузка...