Xəbərlər, Direktor, MÜƏLLİM
29 noyabr 2018
288

“Özümün və ailəmin ünvanına hələ də müəyyən təhdidlər var” – Məşhur direktorun “canlı şikayəti”

Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

"Ailəm və özümə təhdidlər davam edir. Məndən onlara reaksiya verməyimi gözləməsinlər. Çünki əxlaq mənəvi kateqoriyadır və təfəkkürdən başlayır. Başqasını  təhqir edib, iftira ataraq özünün əxlaqlı olduğunu sübut edə bilməzsən”

AzTehsil.com xəbər verir ki, bu sözləri 220 saylı məktəbin direktoru Tural Mirzəliyev müsavat.com-a canlı yayım zamanı deyib. O, bir müddət əvvəl aktyor Rza Rzayevlə arasında yaşanan insidentə aydınlıq gətirib. Hadisənin təfərrüatını liseyə direktor təyin olunduğu gündən başlayaraq izah edən Tural müəllim əsas səbəbləri izah edib:

"Məsələ belədir, məni  220 saylı liseyə oradakı müəyyən məsələlərlə bağlı vəziyyətə nəzarət etmək üçün direktor kimi göndərdilər. Mən ora getdiyim gündən vəzifəmin layiqincə icrasına çalışmışam. Valideyn, müəllimlərə öz vəzifə funksiyalarımı düzgün izah etmişəm. Onlardan ümumi qaydalara uyğun iş tələb etmişəm.

Bir müddət sonra Zeynəb Rzayevanın vəzifə funksiyasında dəyişiklik etməyə qərar verdim. Çünki vəzifəsini doğru icra etmirdi. Müəllimləri təhdid və şantaj etməsi ilə bağlı şikayətlər vardı. Müəyyən kursları buraxmışdı.

Qeyd edim ki, vəzifə və ya maaş  dəyişikliyi olmayacaqdı. Zeynəb xanım  təlim-tərbiyə işləri üzrə müavin idi və elə də qalacaqdı. Hətta ibtidai siniflər üzrə müavinlikdən  daha yuxarı siniflər üzrə müavinliyə keçəcəkdi. İnsident buradan qaynaqlanıb”

Müəllim onu məsələni ictimailəşdirməkdə  qınayanlara bildirib ki, bunu o etməyib:

"Tam səmimi deyirəm, mən o videonun yayılmasını istəmirdim. Onu 3 aidiyyatı quruma təqdim etmişdim. O, heç də bütün video deyil, kifayət qədər abıra salınmış videodur.

Bəzən məni bunu ictimailəşdirməkdə qınayırlar. Bunu mən etməmişəm. Rza Rzayev yayımladı və nəticədə cavab olaraq ictimailəşdirildi. Bu barədə ittihamlar yanlışdır. Ən azından qarşı tərəf qadındır. Mən buna sığınıb  adını  çox  hallandırmaq istəmirdim. Amma görürəm ki, o özü bunu başa düşmmür.

Mən həmişə sülh tərəfdarı olmuşam. Çünki təhsil işçisi belə olmalıdır.

Kollektivdə mənə deyirlər ki, müəllim, nə deyirsən edək. Amma mən sakitlədirməklə məşğulam . Çünki, inanın dava adamı deyiləm. Heç kim deməz ki, mənim Tural müəllimlə filan insidentim olub”.
 
 "Rza Rzayev məni rüşvətxor kimi  tanıyırdısa, onda niyə  hadisədən 10 gün əvvəl film təqdimatına dəvət  edirdi?”

Tural Mirzəliyev eyni zamanda sosial şəbəkələrdə hələ də müxtəlif təhdidlərlə üzləşdiyini, amma bunlara reaksiya verməyəcəyini bildirib:

"Mən saxta sosial şəbəkələrindən xeyli təhdid mesajları almışam. Buna görə də hər şeyə hazır idim. Elə indi də hazıram. Heç nədən qorxmuram. Sadəcə, demək istəyirəm ki, o, ailəm və özüm haqda təhdidlərini davam etdirir. Məndən onlara reaksiya verməyimi gözləməsinlər. Çünki əxlaq mənəvi kateqoriyadır və təfəkkürdən başlayır. Başqasını  söyərək, iftira ataraq özünün əxlaqlı olduğunu sübut edə bilməzsən. Ən böyük əxlaqsızlıq elə kiməsə iftira atmaqdır.

Rza məni rüşvətxor kimi tanıyırdısa, onda niyə hadisədən 10 gün əvvəl öz film təqdimatına dəvət  edirdi?”

Xatırladaq ki, bir müddət əvvəl aktyor Rza Rzayevlə direktor Tural Mirzəliyev arasında yaşanan insident nəticəsində məhkəmə iclasında sonra isə tərəflər arasında mübahisə düşüb. Rza Rzayev məktəb direktoruna bədən xəsarətləri yetirib. Direktorun döyülmə hadisəsinin bir neçə ay əvvəl aktyorun qohumunun işdən çıxarılması səbəbindən baş verdiyi bildirilir.
 
Whatsapp'ta Paylaş

Загрузка...
loading...

Həmçinin oxuyun:
Ekspertdən  döyülən direktorla bağlı müraciət –“Bu qədər qabartmayın, belə olmaz!”

Aktyor döydüyü direktordan danışdı – “O, xəstəxanada elə-belə yatır, heç bir zədəsi yoxdur”

Aktyor döydüyü direktordan danışdı – “O, xəstəxanada elə-belə yatır, heç bir zədəsi yoxdur”

Anam özümə qarşı güclü güvən duyğusu bəsləməyimi təmin etdi.

Anam özümə qarşı güclü güvən duyğusu bəsləməyimi təmin etdi.

Müəllim və valideynlərlə saçyolduya çıxan qadın direktor barədə yeni faktlar üzə çıxıb.

Müəllim və valideynlərlə saçyolduya çıxan qadın direktor barədə yeni faktlar üzə çıxıb.

Kənd məktəbində direktor müəllim mübahisəsi – “Vakansiyalar gizlədilir, qanunsuzluqlar var”

Kənd məktəbində direktor müəllim mübahisəsi – “Vakansiyalar gizlədilir, qanunsuzluqlar var”

“Aşağı bal toplayanlarla eyni statusu bölüşmək məni biraz narahat edir” ...Qəbulda 600 dən çox bal toplayan müəllimlər

“Aşağı bal toplayanlarla eyni statusu bölüşmək məni biraz narahat edir” ...Qəbulda 600 dən çox bal toplayan müəllimlər

“Direktor dedi ki, yalnız yaxın qohumunu işə düzəldəcək” – Müəllimdən MİQ-lə bağlı etiraz

“Direktor dedi ki, yalnız yaxın qohumunu işə düzəldəcək” – Müəllimdən MİQ-lə bağlı etiraz

MİQ-in  müsahibə mərhələsinin eksperti: “Burada gördüklərimə mat qalmışam, cəmi bircə müəllim...”

MİQ-in müsahibə mərhələsinin eksperti: “Burada gördüklərimə mat qalmışam, cəmi bircə müəllim...”

Saxta diplom ilə məni şantaj edir - Məktəb direktoru

Saxta diplom ilə məni şantaj edir - Məktəb direktoru

"Repçi " müəllim polisə niyə çağrıldı ?

Gənc müəllimdən məktəbdə yığılan pula etiraz - Dərsi boykot etdi

Gənc müəllimdən məktəbdə yığılan pula etiraz - Dərsi boykot etdi

Növbəti ildən dərslər saat 9-da başlayacaq? - Nazirlikdən reaksiya

Növbəti ildən dərslər saat 9-da başlayacaq? - Nazirlikdən reaksiya

Valideynlər HƏR ŞEYİ ÜZƏ ÇIXARTDI - Son günlər gündəmdə olan məktəbdən - VİDEO

Valideynlər HƏR ŞEYİ ÜZƏ ÇIXARTDI - Son günlər gündəmdə olan məktəbdən - VİDEO

Bakıda məktəb-liseydə RÜŞVƏT QALMAQALI - Direktorun otağına girdi və...

Bakıda məktəb-liseydə RÜŞVƏT QALMAQALI - Direktorun otağına girdi və...

Direktora deyilən nalayiq sözlər kameraya düşüb - Açıqlama

Direktora deyilən nalayiq sözlər kameraya düşüb - Açıqlama

Sabirabadda direktor şagirdə qarşı təcavüz etdi VİDEO

Sabirabadda direktor şagirdə qarşı təcavüz etdi VİDEO

Müəllimlərdən rüşvət istəyən direktorla bağlı rəsmi AÇIQLAMA

Müəllimlərdən rüşvət istəyən direktorla bağlı rəsmi AÇIQLAMA

Gənc müəllim ittihamlara cavab verdi -

Gənc müəllim ittihamlara cavab verdi - "Hansısa uşaq erməni, yəhudi, gürcü doğulursa, bu, onun günahı deyil"

700 bal toplamış tələbə:

700 bal toplamış tələbə: "Özümə verdiyim suallar məni bir ünvana istiqamətləndirdi"

Beyləqanda məktəbli qızı zorlayıb videoya çəkənlər bu şəxslərdir - TƏFƏRRÜATLAR

Beyləqanda məktəbli qızı zorlayıb videoya çəkənlər bu şəxslərdir - TƏFƏRRÜATLAR

Məktəbli qız məhkəmədə onu zorlayanların adını deyib- Həbs olunacaqlar

Məktəbli qız məhkəmədə onu zorlayanların adını deyib- Həbs olunacaqlar

Təhsil şöbəsinin iclasında dava – Müavin müdirə əl qaldırdı?

Təhsil şöbəsinin iclasında dava – Müavin müdirə əl qaldırdı?

"Cənab Mikayıl Cabbarov, sizdən diqqət, qayğı gözləmirəm" - NARAZILIQ