Xəbərlər, MÜƏLLİM
28 noyabr 2018
619

Qazanılan uğurlar Azərbaycan müəlliminin fədakar əməyinin bəhrəsidir - İlham Əliyev


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

 

 
Prezident İlham Əliyev Azərbaycan müəllimlərinin XV qurultayının iştirakçılarına təbrik məktubu ünvanlayıb.

 "Sizi – Azərbaycan müəllimlərinin XV qurultayının iştirakçılarını səmimi salamlayır, ölkəmizin bütün təhsil işçilərinə ən xoş arzularımı yetirir, hər birinizə çətin və şərəfli fəaliyyətinizdə yeni nailiyyətlər arzu edirəm.

Müəllimlərin bu ali məclisinin Azərbaycan Xalq Cümhuriyyətinin əlamətdar 100 illik yubileyi ilə bir vaxta təsadüf etməsinin rəmzi mənası vardır. Ölkəmizdə anadilli təhsil sistemi və təhsil quruculuğunun təməli məhz Xalq Cümhuriyyəti dövründə qoyulmuşdur. Xalq Cümhuriyyətinin varisi müstəqil Azərbaycan bu gün dinamik inkişaf tempinə malik dövlətlərdəndir. İqtisadiyyatımızın tərəqqisi ölkəmizdə təhsilin inkişafına da öz müsbət təsirini göstərmişdir. Sosial siyasətimizin əsas prioritetlərindən biri ölkəmizdə zamanın çağırışlarına cavab verən və beynəlxalq standartlara uyğun milli təhsil sisteminin qurulmasıdır.

"Bilik iqtisadiyyatı”na keçid və ölkənin modernləşməsi üçün həlledici amil kimi insan kapitalının inkişafını təmin edəcək "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın icrasına başlanılmasından beş il keçir. Bu müddətdə ölkəmizdə müasir təhsil quruculuğu istiqamətində uğurlu addımlar atılmış və Azərbaycan təhsilinin dünya təhsil sisteminə inteqrasiyası sürətlənmişdir. Ümumi təhsildə yeni proqramların tətbiqi başa çatdırılmış, tədrisdə müasir texnologiya və innovasiyaların istifadəsi genişlənmiş, "2007–2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” müvəffəqiyyətlə başa çatmış və bu günlərdə yeni "2019–2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” qəbul olunmuşdur.

Müəllim əməyinin stimullaşdırılması tədbirləri nəticəsində cəmiyyətimizdə müəllimin nüfuzu yüksəlmiş, istedadlı gənclərin müəllimlik peşəsinə marağı əhəmiyyətli dərəcədə artmışdır. Qazanılan uğurlar dövlətin təhsil sahəsinin davamlı inkişafına diqqət və qayğısının təzahürü, eyni zamanda, Azərbaycan müəlliminin fədakar əməyinin bəhrəsidir.

Ali məclisinizin təhsil sahəsində ötən dövr ərzindəki fəaliyyəti lazımınca dəyərləndirərək gələcək strateji hədəfləri düzgün müəyyənləşdirəcəyinə və ölkənin intellektual potensialını təhsilin inkişafı məqsədi ətrafında səfərbər edəcəyinə əminəm. İnanıram ki, müəllimlərimiz bundan sonra da vəzifələrinin öhdəsindən layiqincə gələcək, təhsilin bütün pillələrində keyfiyyətin yüksəldilməsi, ölkədə müasir təhsil sisteminin qurulması və insan kapitalının formalaşmasına töhfələr verəcək, gənc nəsli vətənpərvərlik, milli-mədəni irsə bağlılıq və azərbaycançılıq məfkurəsi ruhunda yetişdirəcək, yüksək peşəkarlığa və səriştəliliyə malik, rəqabətə davamlı mütəxəssislər hazırlanması üçün əzmlə çalışacaqlar”.azedu.az




Whatsapp'ta Paylaş



Загрузка...
loading...

Həmçinin oxuyun:
Prezident ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramını təsdiqlədi

Prezident ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramını təsdiqlədi

Təhsil naziri müəllimləri təbrik edib

Təhsil naziri müəllimləri təbrik edib

Təhsilin keyfiyyəti və aparılan islahatlar ekspertin gözü ilə...

Təhsilin keyfiyyəti və aparılan islahatlar ekspertin gözü ilə...

Yeni məktəbin açılışı oldu

Yeni məktəbin açılışı oldu

Dövlətimiz daima təhsilimizin qayğısına qalır

Dövlətimiz daima təhsilimizin qayğısına qalır

İlham Əliyev Cümhuriyyət abidəsini ziyarət etdi

İlham Əliyev Cümhuriyyət abidəsini ziyarət etdi

Yeni Təhsil Naziri ilə ümidlər ,gözləntilər...

Yeni Təhsil Naziri ilə ümidlər ,gözləntilər...

Xaricdə təhsilin maliyyələşməsinə dair yeni prosedur müəyyənləşdi

Xaricdə təhsilin maliyyələşməsinə dair yeni prosedur müəyyənləşdi

Azərbaycan müəllimləri prezident seçkiləri ilə əlaqədar bəyanat yayıb

Azərbaycan müəllimləri prezident seçkiləri ilə əlaqədar bəyanat yayıb

Azərbaycanda Gənclər Günü qeyd olunur

Azərbaycanda Gənclər Günü qeyd olunur

Məleykə Abbaszadə: Ali təhsilin keyfiyyəti yüksəldilməlidir

Məleykə Abbaszadə: Ali təhsilin keyfiyyəti yüksəldilməlidir

Magistr imtahanlarında hansı yeniliklər olacaq? - Məleykə Abbaszadə AÇIQLADI

Magistr imtahanlarında hansı yeniliklər olacaq? - Məleykə Abbaszadə AÇIQLADI

Təhsil işçilərinin əməyinin yeni ödəniş dərəcələri müəyyənləşib

Təhsil işçilərinin əməyinin yeni ödəniş dərəcələri müəyyənləşib

Türkiyə universiteti LDU ilə birgə işləyəcək

Türkiyə universiteti LDU ilə birgə işləyəcək

Sənayeləşmə dövrü - pedaqoji idarəetmənin mərhələləri

Sənayeləşmə dövrü - pedaqoji idarəetmənin mərhələləri

Mikayıl Cabbarov müəllimləri təbrik etdi

Mikayıl Cabbarov müəllimləri təbrik etdi

Bu gün yüzlərlə tələbə universitetə, tələbəlik həyatına əlvida deyir..SDU-da məzun günü

Bu gün yüzlərlə tələbə universitetə, tələbəlik həyatına əlvida deyir..SDU-da məzun günü

6 nömrəli məktəb-liseydə növbəti “Novruz mühazirəsi” keçirilib

6 nömrəli məktəb-liseydə növbəti “Novruz mühazirəsi” keçirilib

“Bağçaların, peşə məktəblərinin binalarını dəyər-dəyməzə satdıq” -Nadir İsrafilov

“Bağçaların, peşə məktəblərinin binalarını dəyər-dəyməzə satdıq” -Nadir İsrafilov

Bakıda “Təhsilin sosial-iqtisadi inkişafda rolu” mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçirilir

Bakıda “Təhsilin sosial-iqtisadi inkişafda rolu” mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçirilir

Qloballaşma dövründə şagird   şəxsiyyətinin formalaşması və  səriştəli müəllim amili

Qloballaşma dövründə şagird şəxsiyyətinin formalaşması və səriştəli müəllim amili

Həqiqi müəllim adını daşıyan insan həmişə......

Həqiqi müəllim adını daşıyan insan həmişə......

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV- İDARƏÇİLİYİN BARİZ NÜMUNƏSİ.

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV- İDARƏÇİLİYİN BARİZ NÜMUNƏSİ.

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası