Xəbərlər / Müəllim
19 noyabr 2018
2 713


DİM dərsliklərlə bağlı apardığı monitorinqlər zamanı maraqlı faktları üzə çıxardı

 

 
Dövlət İmtahan Mərkəzi orta məktəb dərsliklərində mütəmadi olaraq monitorinqlər aparır.

Bu məsələnin vacibliyi başlıca olaraq, Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2012-ci il tarixdə verdiyi Fərmandan irəli gəlir. Həmin Fərmana əsasən Komissiyaya ümumtəhsil müəssisələrində istifadə edilən dərslik, dərs vəsaiti və digər tədris vəsaitlərinin elmi-metodiki monitorinqinin aparılması vəzifəsi həvalə olunub.

Monitorinqin aparılması üçün ardıcıl olaraq: Beynəlxalq təcrübə öyrənilib; meyarlar müəyyənləşdirilib; dərsliklər haqqında rəylər toplanılıb.

Bu sahədə təcrübəyə malik, lakin monitorinqi aparılası dərsliklərin müəllifi olmayan mütəxəssislər sırasından ekspertlər seçilib, onlar haqqında məlumat  "Elektron məlumat bazası”na daxil edilib.

I-XI siniflər üzrə istifadədə olan 391 dərsliyin, 154 müəllim üçün metodik vəsaitin meyarlar üzrə elmi-metodiki monitorinqi aparılıb və yekun rəylər Təhsil Nazirliyinə göndərilib.

Dövlət İmtahan Mərkəzinin Əsasnaməsinə (2016) görə hazırda dərsliklərin monitorinqi və qiymətləndirilməsi Azərbaycan Respublikası Təhsil Nazirliyinin sifarişi əsasında aparılır.

Yuxarıda göstərildiyi kimi, Mərkəzdə qəbul proqramlarının tərtibi, yeni imtahan modellərinin işlənilməsi, siniflər üzrə qiymətləndirmə tapşırıqları kitabçalarının və vəsaitlərin hazırlanması üçün dərsliklərin meyarlar üzrə monitorinqi yenə də aparılır və onların hazırlanmasında dərsliklərdəki səhvlər, mübahisəli məqamlar, uyğunsuzluqlar, faktların qeyri-dəqiqliyi nəzərə alınır.

Məzmun standartlarının reallaşdırılması üçün dərsliklərdə verilmiş tədris materialları və tapşırıqlar bir çox hallarda şagirdlərdə yeni tipli tapşırıqlarla işləmək bacarıqlarının formalaşmasına tam imkan vermir. Ona görə də 2012-ci ildən indiyədək Mərkəzdə fənn kurikulumları əsasında hazırlanmış siniflər üzrə kitabçalarda yeni tipli qiymətləndirmə tapşırıqlarının verilməsini imtahanların keçirilməsi üçün bir növ aprobasiya prosesi kimi göstərmək olar. Kitabçalarda mətn və onlara verilən tapşırıqlar, situasiya yönümlü tapşırıqlar, Eyler-Venn diaqramları, klasterlər və s. verilməsi şagirdlərdə belə tapşırıqları həll etmək bacarıqlarının formalaşdırılmasına, onların koqnitiv bacarıqlarının inkişafına kömək edir. 2013-cü ildən başlayaraq Mərkəz tərəfindən monitorinq imtahanlarında sadalanan formalarda tapşırıqlar istifadə edilir. Statistik göstəricilər əsasında demək olar ki, ilk dəfə tətbiq edilən tapşırıqların cavablandırılmasında nəticələr aşağı olur. Hər il monitorinq imtahanlarından sonra həmin formalı tapşırıqlar təkmilləşdirilərək yenidən kitabçalara daxil edilir və bu, növbəti monitorinq imtahanlarının nəticələrinə müsbət təsir göstərir.

Hazırda ümumi və tam orta təhsil bazasında buraxılış imtahanları üçün "Abituriyent” jurnalının xüsusi buraxılışları dərc edilib. Həmin jurnallarda təqdim edilmiş imtahan modellərinə ilk dəfə olaraq xarici dil fənlərindən dinləmə mətnlərinə aid tapşırıqlar daxil edilib. Qeyd etmək lazımdır ki, dinləmə mətnləri ilk dəfə ötən il keçirilmiş monitorinq imtahanlarında istifadə edilib. İmtahan nəticələrinin təhlili əsasında həmin mətnlərə qoyulmuş tələblər təkmilləşdirilib və həmin tələblərə uyğun hazırlanmış mətnlər imtahan modelinə daxil edilib. Həmçinin 11-ci siniflər üçün yenicə çapdan çıxmış "İngilis dili” kitabçasında yuxarıda qeyd etdiyimiz kimi, saytda verilmiş dinləmə mətnlərinin tapşırıqları dərc edilib.

Dərslik siyasətinə görə dərsliklər 4 ildən bir tam tirajla yenidən nəşr olunduğu üçün monitorinq nəticəsində bildirilən irad və təkliflərin qısa müddətdə düzəldilməsi mümkün deyil. Bununla bağlı dərsliklərdə mövcud olan problemlərin həllində müəllimlərə kömək məqsədilə  Dərslik portalı yaradılıb və yekun rəylərin pdf variantı portalda yerləşdirilib.

Hər bir istifadəçi ona uyğun vaxtda portala daxil olaraq rəylərlə tanış  ola, müzakirələrdə iştirak edə, sorğu ünvanlaya bilər.Sorğular müəlliflər və ya ekspertlər tərəfindən cavablandırılır.  Hazırda portala baxış sayı 3 milyonu ötüb.azedu.az
 
 

 


Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
DİM: X sinif dərsliklərində səhvlərə yol verilib

DİM: X sinif dərsliklərində səhvlərə yol verilib

Təhsil Nazirliyi hansı siniflərdə dərslikləri təzələyəcək?

Təhsil Nazirliyi hansı siniflərdə dərslikləri təzələyəcək?

Buraxılış və qəbul imtahanları ilə bağlı yeniliklər açıqlandı

Buraxılış və qəbul imtahanları ilə bağlı yeniliklər açıqlandı

DİM 10-cu sinif şagirdləri üçün ingilis dili fənnindən monitorinq imtahanı keçirib

DİM 10-cu sinif şagirdləri üçün ingilis dili fənnindən monitorinq imtahanı keçirib

DİM ingilis dili fənni üzrə monitorinq imtahanı keçirilib

DİM ingilis dili fənni üzrə monitorinq imtahanı keçirilib

Qəbul imtahanının qaydaları dəyişir: 5 deyil 3 fəndən imtahan olacaq

Qəbul imtahanının qaydaları dəyişir: 5 deyil 3 fəndən imtahan olacaq

“Abituriyent” jurnalının xüsusi buraxılışı- 9-cular oxusun

“Abituriyent” jurnalının xüsusi buraxılışı- 9-cular oxusun

Bakıda 10-cuların monitorinq imtahanı keçiriləcək

Bakıda 10-cuların monitorinq imtahanı keçiriləcək

İki yüz min şagirdin taleyi ilə necə oynamaq olar?! – Ekspetdən DİM-ə sərt ittihamlar

İki yüz min şagirdin taleyi ilə necə oynamaq olar?! – Ekspetdən DİM-ə sərt ittihamlar

Qəbul imtahanlarının qaydası dəyişdirilir - Yeni qaydalar

Qəbul imtahanlarının qaydası dəyişdirilir - Yeni qaydalar

DİM 6 minə qədər şagird üçün monitorinq imtahanı keçirəcək

DİM 6 minə qədər şagird üçün monitorinq imtahanı keçirəcək

Almaz Həsrət-“Bütün dərsliklərin monitorinqinin aparılmasına ehtiyac var”

Almaz Həsrət-“Bütün dərsliklərin monitorinqinin aparılmasına ehtiyac var”

Buraxılış imtahanı vermiş şagirdlərin nəzərinə

Buraxılış imtahanı vermiş şagirdlərin nəzərinə

Azərbaycanda dərsliklər pulla satılır?

Azərbaycanda dərsliklər pulla satılır?

“Qəbul imtahanlarında 700 ballıq sistem saxlanılacaq” - YENİLİKLƏR

“Qəbul imtahanlarında 700 ballıq sistem saxlanılacaq” - YENİLİKLƏR

Universitetlərə qəbulda MÜHÜM YENİLİK - fənlərin sayı 3-ə endirildi, buraxılış imtahanı isə...

Universitetlərə qəbulda MÜHÜM YENİLİK - fənlərin sayı 3-ə endirildi, buraxılış imtahanı isə...

Ümumtəhsil məktəblərində məktəbdaxili qiymətləndirmənin aparılması QAYDALARI

Ümumtəhsil məktəblərində məktəbdaxili qiymətləndirmənin aparılması QAYDALARI

İbtidai siniflər üçün ehtiyat dərsliklər hazırlanacaq

İbtidai siniflər üçün ehtiyat dərsliklər hazırlanacaq

“Yeni təhsil proqramı (kurikulum) üzrə qiymətləndirmə tapşırıqları” vəsaitləri -Buraxılış imtahanlarına hazırlaşanların nəzərinə

“Yeni təhsil proqramı (kurikulum) üzrə qiymətləndirmə tapşırıqları” vəsaitləri -Buraxılış imtahanlarına hazırlaşanların nəzərinə

Ehtiyat və ya alternativ dərsliklərə ehtiyac var?

Ehtiyat və ya alternativ dərsliklərə ehtiyac var?

Qəbul imtahanlarında köklü dəyişiklik ediləcək - 3 fəndən imtahan veriləcək - VİDEO

Qəbul imtahanlarında köklü dəyişiklik ediləcək - 3 fəndən imtahan veriləcək - VİDEO

Təhsil Nazirliyinin şöbə müdiri:  "Tarix İnstitutu xəritə ilə bağlı heç bir irad bildirməyib "

Təhsil Nazirliyinin şöbə müdiri: "Tarix İnstitutu xəritə ilə bağlı heç bir irad bildirməyib "

Buraxılış imtahanlarında xarici dilin seçimi ilə bağlı qaranlıq məqamlar

Buraxılış imtahanlarında xarici dilin seçimi ilə bağlı qaranlıq məqamlar

“10-cu sinif “Azərbaycan tarixi” dərslik layihəsi plagiatdır, elmi qüsurlar və uyğunsuzluqlar çoxdur"

“10-cu sinif “Azərbaycan tarixi” dərslik layihəsi plagiatdır, elmi qüsurlar və uyğunsuzluqlar çoxdur"