Xəbərlər / Müəllim
14 noyabr 2018
2 021


“Məlum yenilik heç də dövlət təhsil müəssisələrinin pullu olması anlamına gəlmir”

 

 
 
Nadir İsrafilov: "Bu, məktəblər üçün bir növ yeni motivasiya, əlavə üstünlükdür”


Məlum olduğu kimi, Nazirlər Kabineti "Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi"ndə dəyişikliklər edib. Məlum dəyişikliyə görə, bəzi dövlət təhsil müəssisələrinə dövlət standartlarından əlavə tədris edilən beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramlarını ödənişli əsaslarla təşkil etmək hüququ verilib.

Bu dəyişiklik nə dərəcədə zəruridir? Bu yeniliyin müsbət və mənfi tərəfləri nədən ibarətdir?

Moderator.az-a açıqlama verən təhsil eksperti Nadir İsrafilov təhsil sahəsində davamlı yeniliklərin zəruri olduğunu vurğuladı:

 "Hər şeydən əvvəl onu qeyd edim ki, təhsil elə sahələrdən biridir ki, təkmilləşmə, yeniləşmə, bir sözlə inkişaf və tərəqqiyə daim ehtiyac duyur. Bu isə öz növbəsində Təhsil Qanunvericiliyində müəyyən zəruri dəyişikliklər aparılmasını qaçılmaz edir. Əbəs yerə deyil ki, son bir ildə təkcə "Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa onlarca dəyişiklik edilib, əlavə maddələr salınıb. Bu baxımdan da təhsil sahəsində inkişafa və tərəqqiyə yönəlik hər hansı bir zəruri dəyişikliyin edilməsi qaçılmazdır.

 Bu mənada bəzi məktəblərə pullu xidmətlər göstərmək hüququn verilməsini də belə dəyişikliklərdən biri kimi qəbul etmək olar. Daha konkret və anlaşıqlı dildə desək, Nazirlər Kabinetinin "Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”ndə etdiyi dəyişiklik o deməkdir ki, nizamnamənin indiyədək mövcud olan variantına əsasən, dövlət ümumtəhsil məktəblərində təhsilin pulsuz olması nəzərdə tutulmuşdu, dövlət məktəblərinin dövlət standartlarından əlavə tədris edilən beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramlarını ödənişli əsaslarla təşkil etmək hüququ yox idi. Yeni dəyişikliyə əsasən isə "Təhsil haqqında” qanuna uyğun olaraq, Dövlət təhsil müəssisələri dövlət standartlarından əlavə tədris edilən beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramlarını ödənişli əsaslarla təşkil etmək hüququna malikdirlər.

 Bu əlbəttə ki, məktəblər üçün bir növ yeni motivasiya, əlavə üstünlükdür, baxmayaraq ki, "Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi"ndə əvvəllər də ödənişli xidmət göstərməklə bağlı ayrıca maddə nəzərdə tutulmuşdu: "Ümumtəhsil məktəbi qanunvericiliklə müəyyən edilmiş qaydada fiziki və hüquqi şəxslərə ödənişli müxtəlif təhsil xidmətləri göstərmək, fiziki və hüquqi şəxslərdən ianələr və könüllü yardımlar almaq hüququna malikdir. Bu mənbələrdən əldə olunan vəsait və digər əmlak dövlət təhsil müəssisəsinə büdcədən ayrılan vəsaitlərin miqdarına təsir göstərmir və onun nizamnaməsinə uyğun olaraq sərbəst istifadə edilir.” (10.1)

 Məktəblərimizin əksəriyyət qismi 5 günlük tədris həftəsi və bir növbəli rejimdə çalışır. Bu dəyişiklik məktəblərə qanunvericiliklə nəzərdə tutulmuş əlavə xidmətlər göstərməsinə və öz maliyyə mənbələrini və digər çıxarlarını tənzimləməsinə geniş imkan yaradır. Bununla belə, bəzi məktəblərə pullu xidmətlər göstərmək hüququnun verilməsi heç də dövlət təhsil müəssisələrinin pullu olması anlamına gəlmir və "Dövlət təhsil müəssisələrinin dövlət standartlarından əlavə tədris edilən beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramlarını ödənişli əsaslarla təşkil etməsi” heç də bunun kütləvi xarakter alması və könüllülük prinsipinin pozulması demək deyil...”
 
 

 








Загрузка...
Həmçinin oxuyun:
“Təhsil haqqında” qanuna dəyişiklik edilir

“Təhsil haqqında” qanuna dəyişiklik edilir

Orta məktəblərə yeni səlahiyyət verilir

Orta məktəblərə yeni səlahiyyət verilir

Təhsil naziri əmr verib -Ümumtəhsil məktəblərinin 2016/2017-ci dərs ilinə aid tədris planlarında qismən dəyişiklik ediləcək.

Təhsil naziri əmr verib -Ümumtəhsil məktəblərinin 2016/2017-ci dərs ilinə aid tədris planlarında qismən dəyişiklik ediləcək.

Azərbaycanda dərslər sentyabrın 18-dən başlayacaq?

Azərbaycanda dərslər sentyabrın 18-dən başlayacaq?

Ümumtəhsil məktəbinin idarə olunması - Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsindən

Ümumtəhsil məktəbinin idarə olunması - Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsindən

TƏDRİS İLİNİN müddəti ilə bağlı 1140 №-li ƏMR

TƏDRİS İLİNİN müddəti ilə bağlı 1140 №-li ƏMR

“Peşə təhsili haqqında” qanun layihəsi 2-ci oxunuşda qəbul edildi

“Peşə təhsili haqqında” qanun layihəsi 2-ci oxunuşda qəbul edildi

DİM-in publik hüquqi şəxsin Nizamnaməsində dəyişikliklər edildi... YENİ SƏLAHİYYƏTLƏR ƏLAVƏ EDİLİB

DİM-in publik hüquqi şəxsin Nizamnaməsində dəyişikliklər edildi... YENİ SƏLAHİYYƏTLƏR ƏLAVƏ EDİLİB

"Təhsil Nazirliyinin səlahiyyətinin artırılması təhsildə varislik və fasiləsizliyi daha da gücləndirəcək" - EKSPERT

"Təhsil Nazirliyinin səlahiyyətinin artırılması təhsildə varislik və fasiləsizliyi daha da gücləndirəcək" - EKSPERT

Təhsil Nazirliyinin səlahiyyəti artırılıb

Təhsil Nazirliyinin səlahiyyəti artırılıb

Peşə təhsili üçün böyük stimullaşdırma- Peşə təhsili hüququ kimlərə verilir?

Peşə təhsili üçün böyük stimullaşdırma- Peşə təhsili hüququ kimlərə verilir?

Uşaq evlərinə məktəbəqədər yaşlı uşaqların təhsilini təşkil etmək hüququ verilib

Uşaq evlərinə məktəbəqədər yaşlı uşaqların təhsilini təşkil etmək hüququ verilib

“İstənilən statusda universitetlərə dövlət dəstəyi zəruridir…”

“İstənilən statusda universitetlərə dövlət dəstəyi zəruridir…”

Tələbə qəbulu qaydaları dəyişdi - Hər kəs üçün əlçatan təhsil imkanı olacaqmı?

Tələbə qəbulu qaydaları dəyişdi - Hər kəs üçün əlçatan təhsil imkanı olacaqmı?

Dərslər bu tarixdə başlayacaq

Dərslər bu tarixdə başlayacaq

Publik hüququ şəxs statusu nə əhəmiyyət daşıyır?-ekspert rəyi

Publik hüququ şəxs statusu nə əhəmiyyət daşıyır?-ekspert rəyi

TEST 2 Direktor olmaq istəyənlər üçün Təhsil müəssisələrinin  tipləri və növləri

TEST 2 Direktor olmaq istəyənlər üçün Təhsil müəssisələrinin tipləri və növləri

Orta məktəblər pullu olmayacaq - RƏSMİ AÇIQLAMA

Orta məktəblər pullu olmayacaq - RƏSMİ AÇIQLAMA

Mövcud qanunvericilikdə isə belə göstərilib

Mövcud qanunvericilikdə isə belə göstərilib

Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi

Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi

Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi

Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi

Əgər sinifdə 15 nəfər şagird olarsa, həmin sinif bağlanılmalı və ya paralel sinfə birləşdirilməlidirmi ?

Əgər sinifdə 15 nəfər şagird olarsa, həmin sinif bağlanılmalı və ya paralel sinfə birləşdirilməlidirmi ?

Bu il Azərbaycanda dərslər sentyabrın 15-də başlamayacaq

Bu il Azərbaycanda dərslər sentyabrın 15-də başlamayacaq

“Bu qərar DİM-in qazancına xidmət edir” - ŞƏRHLƏR

“Bu qərar DİM-in qazancına xidmət edir” - ŞƏRHLƏR