Xəbərlər / Abituriyent
13 noyabr 2018
2 498


Yeni və köhnə qəbul imtahanı qaydaları arasında çaş-baş qalanlar – Onlar üçün ən yaxşı çıxış yolu

Yeni və köhnə qəbul imtahanı qaydaları arasında çaş-baş qalanlar – Onlar üçün ən yaxşı çıxış yolu

 

 
2019-cu ildən ali məktəblərə qəbul imtahanları  yeni qaydalar əsasında təşkil olunacaq. Yenilik bir il öncədən elan olunsa da, ötən il X sinifdə təhsil alan şagirdlərin əksəriyyəti imtahanlara ənənəvi qaydalar əsasında hazırlaşıblar.

Bunun da əsas səbəbi DİM tərəfindən yeni imtahan modeli ilə bağlı detalların ictimaiyyətə gec elan olunmasıyla bağlıdır.

Mövzuyla bağlı AzEdu.az-a danışan təhsil eksperti Elnur Hacıyevin sözlərinə görə, ötən il X sinif şagirdləri ənənəvi qaydalarla qəbul imtahanlarına hazırlaşıblar:

"Həmin şagirdlər köhnə, ənənəvi tədris proqramı ilə hazırlanmış dərslik və digər vəsaitlərdən istifadə ediblər. Köhnə qaydalar abituriyentlər üçün daha rahat idi.

Ona görə ki, abituriyentə dərs deyən müəllim də, hazırlıq keçən repetitor da bu qaydalara uyğun tədris apara bilirdi. Sanki bu qaydaların bir ənənəsi olub.

Bu ilki qaydalarda isə köklü fərqlər var.

Ona görə ki, tədris yeni proqramla (kurikulumla) aparılıb və bu işin nəticəsinin qiymətləndirmə üsulu, qiymətləndirmə vasitələri və  qiymətləndirmə  meyarları da yenilənib. Bu tamamilə normal haldır”.

Ekspert hesab edir ki, builki məzunlar və bundan sonrakı illərin məzunlarının  aqibəti onlara dərs deyən müəllimlər və repetitorların yeni qaydalara uyğun tədris qurmağından asılı olacaq:

"Qiymətləndirmədə tətbiq olunan yenilikləri kim çevik və düzgün qəbul edə bilsə, həmin abituriyentlər üçün imtahanlar rahat olacaq. Bu işə müəllimlər və hazırlıq keçən repetitorlar da dəstək verməlidirlər. Arzu edirəm ki, abituriyentlər bu yenilikləri çevik və düzgün qəbul edə bilsinlər”.

Yardımlı rayonu Şıxhüseynli kənd orta məktəbinin Tarix və Coğrafiya müəllimi Posu Mansırlı yenilikləri bu ildən etibarən DİM-in yeni tipli sualları ilə hazırlaşdırdığı barədə söz açıb:

"Əvvəllər internetdən əldə etdiyim vəsaitlər və məktəb kitabları ilə, indi isə DİM-in nəşr etdiyi vəsaitlərlə çalışırıq. Artıq DİM yeni tipli qaydalarla qəbul imtahanı aparacağını elan edəndən sonra fənlər üzrə bir çox kitablar nəşr olunub. Bu da, həm müəllimlərin, həm də şagird və abituriyentlərin köməyinə gəlir. Lakin vaxt baxımından bəzi çətinliklər yaranır. Yeni qaydalarla imtahanın təşkil olunacağını ötən ildən bilsək də, detallar barədə dəqiq məlumat yox idi. Ona görə indi daha sürətli hazırlaşırıq. Çətinliklər abituriyentdən fərqli olaraq dəyişir. Bəziləri üçün heç bir çətinlik olmur. Bəziləri üçün isə xüsusi problemlər yaşanır. Onlar üçün əlavə saatlarda məşğul oluram”.

Xatırladaq ki, 2019-cu ildən qəbul imtahanları kurikulum sistemi əsasında təşkil olunacaq.

Buraxılış imtahanında şagirdlər tərəfindən toplanan nəticələr qəbul imtahanlarında topladığı nəticələrin üstünə gələrək cəmlənəcək və bununla da ümumi nəticə əldə olunması nəzərdə tutulub. Məsələn, buraxılış imtahanında toplanan bal 300-dürsə, o bal qəbul imtahanında olan nəticənin üstünə gəlir və beləliklə, ümumi balla müsabiqə keçirilir.
 
 

 








Загрузка...
Həmçinin oxuyun:
XI sinif şagirdlərinə bəd xəbər

XI sinif şagirdlərinə bəd xəbər

"Yeniliklərlə bağlı detalların gecikdirilməsi haqsızlıqdır"-Ekspert yeni qəbul qaydalarından danışdı

"Yeniliklərlə bağlı detalların gecikdirilməsi haqsızlıqdır"-Ekspert yeni qəbul qaydalarından danışdı

Məzunlar  imtahanı necə verəcəklər? –DİM-dən CAVAB

Məzunlar imtahanı necə verəcəklər? –DİM-dən CAVAB

Qəbul imtahanlarının qaydası dəyişdirilir - Yeni qaydalar

Qəbul imtahanlarının qaydası dəyişdirilir - Yeni qaydalar

Gələn il imtahanlar necə təşkil olunacaq? - DİM-dən AÇIQLAMA

Gələn il imtahanlar necə təşkil olunacaq? - DİM-dən AÇIQLAMA

İmtahanların qaranlıq tərəfləri

İmtahanların qaranlıq tərəfləri

Qəbul imtahanlarında hansı ixtisaslara dəyişiklik olacaq? - Məleykə Abbaszadədən AÇIQLAMA

Qəbul imtahanlarında hansı ixtisaslara dəyişiklik olacaq? - Məleykə Abbaszadədən AÇIQLAMA

Ana dili və Ədəbiyyat fənlərində qəbul proqramından çıxarılan və əlavə olunan mövzular

Ana dili və Ədəbiyyat fənlərində qəbul proqramından çıxarılan və əlavə olunan mövzular

“Təkcə bir fəndən milyonlarla sual yoxlanılmalıdır, bunu kim edəcək?!- Riyaziyyatçıdan qəbul qaydalarına etiraz

“Təkcə bir fəndən milyonlarla sual yoxlanılmalıdır, bunu kim edəcək?!- Riyaziyyatçıdan qəbul qaydalarına etiraz

Buraxılış və qəbul imtahanları ilə bağlı yeniliklər açıqlandı

Buraxılış və qəbul imtahanları ilə bağlı yeniliklər açıqlandı

Qəbul imtahanının qaydaları dəyişir: 5 deyil 3 fəndən imtahan olacaq

Qəbul imtahanının qaydaları dəyişir: 5 deyil 3 fəndən imtahan olacaq

Buraxılış imtahanlarında İngilis dilindən dinləmə bacarığı bu səbəbdən mütləq yoxlanılacaq -RƏSMİ

Buraxılış imtahanlarında İngilis dilindən dinləmə bacarığı bu səbəbdən mütləq yoxlanılacaq -RƏSMİ

Bundan sonra imtahandan 700 bal yığmaq mümkün olmayacaq

Bundan sonra imtahandan 700 bal yığmaq mümkün olmayacaq

Əvvəlki illərin məzunları ali məktəblərə necə imtahan verəcəklər?- Hamı niyə narahatdır?

Əvvəlki illərin məzunları ali məktəblərə necə imtahan verəcəklər?- Hamı niyə narahatdır?

Universitetlərə qəbulda MÜHÜM YENİLİK - fənlərin sayı 3-ə endirildi, buraxılış imtahanı isə...

Universitetlərə qəbulda MÜHÜM YENİLİK - fənlərin sayı 3-ə endirildi, buraxılış imtahanı isə...

Qəbul imtahanlarında köklü dəyişiklik ediləcək - 3 fəndən imtahan veriləcək - VİDEO

Qəbul imtahanlarında köklü dəyişiklik ediləcək - 3 fəndən imtahan veriləcək - VİDEO

“Qəbul imtahanlarında 700 ballıq sistem saxlanılacaq” - YENİLİKLƏR

“Qəbul imtahanlarında 700 ballıq sistem saxlanılacaq” - YENİLİKLƏR

Qəbul imtahanında maksimum 400 bal olacaq- YENİ MODEL AÇIQLANDI

Qəbul imtahanında maksimum 400 bal olacaq- YENİ MODEL AÇIQLANDI

Test toplularında heç bir yenilik yoxdur deyən müəllimlərə DİM-dən reaksiya - "Qapalı testlərdən daha çox istifadə olunacaq!"

Test toplularında heç bir yenilik yoxdur deyən müəllimlərə DİM-dən reaksiya - "Qapalı testlərdən daha çox istifadə olunacaq!"

Çox çətinləşdirilən detallar

Çox çətinləşdirilən detallar

Yeni qəbul imtahanlarında xarici dil seçimi ilə bağlı vacib izahlar – Bütün abituriyentlər diqqətli olmalıdırlar

Yeni qəbul imtahanlarında xarici dil seçimi ilə bağlı vacib izahlar – Bütün abituriyentlər diqqətli olmalıdırlar

"Əvvəlki ilə müqayisədə “Yeni model” daha sadə, müasir və mütərəqqidir…"

"Əvvəlki ilə müqayisədə “Yeni model” daha sadə, müasir və mütərəqqidir…"

Buraxılış imtahanı bir, qəbul imtahanı bir neçə dəfə keçiriləcək - YENİ MODEL

Buraxılış imtahanı bir, qəbul imtahanı bir neçə dəfə keçiriləcək - YENİ MODEL

2019-cu ildə qəbul imtahanında ballar belə hesablanacaq - AÇIQLAMA

2019-cu ildə qəbul imtahanında ballar belə hesablanacaq - AÇIQLAMA