Xəbərlər / Müəllim / Abituriyent
13 noyabr 2018
16 233


Ana dili və Ədəbiyyat fənlərində qəbul proqramından çıxarılan və əlavə olunan mövzular

 

 
 
2019-cu ildən qəbul imtahanları kurikulum sistemi əsasında keçiriləcək. Bakalavriat səviyyəsinə qəbul modelinə uyğun olaraq, hər blokda 3 imtahan fənni nəzərdə tutulub.

Şagirdlərə hər fənn üzrə 30 test tapşırığı təqdim olunur. Bu tapşırıqların 22-si qapalı, 8-i isə açıq formalıdır. Açıq formalı tapşırıqlardan 3-ü yazılı şəkildə cavablandırılması tələb olunan situasiya və yaxud mətn əsasında hazırlanan tapşırıqlardır. Digər açıq formalı tapşırıqlar uzun müddətdir istifadə olunan hesablama, seçim, xronologiya, uyğunluğu müəyyənetmə tipli tapşırıqlardır. 

Yeni qəbul modeli öncədən məlum olsa da, əksər detallar, xüsusilə də qəbul proqramı hələ də öz təsdiqini tapmayıb. Yalnız mütəmadi olaraq keçirilən seminarlarda fənlər üzrə hansı mövzuların proqrama əlavə edildiyi və ya çıxarılması barədə müzakirələr aparılır.

 Azərbaycan dili fənni üzrə qəbul proqramından çıxarılan mövzular:

Vurğu, heca;

Təsirli, təsirsiz fel;

Əməli yazı növləri ;

Tabeli və tabesiz mürəkkəb cümlə;

Neologizmlər və dialekt sözlər ;

Obrazlılığın səviyyə göstəriciləri ;

Proqrama əlavə olunan mövzu:

Xülasə və tezisin yazılması.

Azərbaycan dili üzrə bir neçə ildən sonra xarici dildə tətbiq olunacaq formada  dinləyib-anlama standartına uyğun mətnlərin də proqrama əlavə edilməsi nəzərdə tutulub.

Dəyişikliklər yalnız Azərbaycan dili fənni istiqamətində aparılmayıb. Eyni zamanda, Ədəbiyyatda da bir çox yeniliyə rast gəlmək mümkündür.

Məsələn, Ədəbiyyat üzrə qəbul proqramı V-XI sinifləri əhatə edəcək. Nəzəriyyə materialları əvvəllər olduğu kimi qalır. V-XI siniflərin dərsliklərindəki son səhifədə ədəbiyyatşünaslıq terminlərindən test düşə bilər. Ədəbiyyatda əsas qəbul proqramı X -XI sinif dərslikləri üzrədir. Sözügedən fənn üzrə aşağı siniflərdən 100-ə qədər əsər seçilib proqrama əlavə ediləcək. Əsas olan proqram isə yenə də X-XI sinif dərsliklərini əhatə edəcək.

Bəzi əsərlər ixtisarla veriləcək. İmtahana da həmin qısa mətndən suallar düşəcək. Növbəti illərdə xarici ədəbiyyatdan da sualların qəbul imtahanına salınması nəzərdə tutulub. Proqrama icmal mövzuları əlavə edilib.

Azərbaycan dili fənni həm buraxılış imtahanlarında, həm də III fən blokunda var. Ədəbiyyat fənni isə sadəcə III blokun fənnidir. 

III qrup:

Azərbaycan (rus) dili - 30 tapşırıq (22-qapalı+5 açıq + mətn əsasında yazılması tələb olunan 3 tapşırıq). 
Çəki əmsalı: 1,5 -Əsas fənn

Ədəbiyyat - 30 tapşırıq 
(22 qapalı+5 açıq + mətn əsasında yazılması tələb olunan 3 tapşırıq)
Çəki əmsalı: 1

Buraxılış imtahanı ( IX illik bazada) I mərhələ:

Tədris dili 
(Azərbaycan dili, rus dili)Maksimal bal:302 mətn (bədii, publisistik) hər mətnə aid 10 tapşırıq (5 yazı tələb olunan açıq + 5 qapalı ). Cəmi: 20 tapşırıq
II mərhələ:

Tədris dili (Azərbaycan dili, rus dili)maksimal bal:7030 qapalı
 

Buraxılış imtahanı (XI illik bazada) - sadəcə I mərhələ:

Tədris dili (Azərbaycan dili, rus dili)maksimal bal:100Oxuyub anlamaya dair 2 mətn (bədii, publisistik), hər mətnə aid 10 tapşırıq ( 5 yazı tələb olunan açıq + 5 qapalı ) və dil qaydalarına dair 10 qapalı tapşırıq. 
Cəmi: 30 tapşırıq
Xatırladaq ki, gələn il yalnız qəbul imtahanlarında sualların modeli dəyişməyəcək. Belə ki 2019-cu ildəki buraxılış imtahanlarında olan fənlər indiki buraxılış imtahanlarında olan fənlər olacaq - Ana dili, riyaziyyat və xarici dil. Amma buraxılış imtahanının formatı bu il 9-cu sinif buraxılış imtahanındakı birinci mərhələdəki kimi olacaq. 2019-cu ildə buraxılış imtahanında şagirdlər tərəfindən toplanan nəticələr qəbul imtahanlarında topladığı nəticələrin üstünə gələrək cəmlənəcək və bununla da ümumi nəticə əldə olunması nəzərdə tutulub. Məsələn, buraxılış imtahanında toplanan bal 300-dürsə, o bal qəbul imtahanında olan nəticənin üstünə gəlir və beləliklə, ümumi balla müsabiqə keçirilir.azedu.az
 
 

 








Загрузка...
Həmçinin oxuyun:
XI sinif şagirdlərinə bəd xəbər

XI sinif şagirdlərinə bəd xəbər

XI sinif buraxılış imtahanlarının yeni qaydaları-Nələr dəyişib?

XI sinif buraxılış imtahanlarının yeni qaydaları-Nələr dəyişib?

Buraxılış imtahanlarında İngilis dilindən dinləmə bacarığı bu səbəbdən mütləq yoxlanılacaq -RƏSMİ

Buraxılış imtahanlarında İngilis dilindən dinləmə bacarığı bu səbəbdən mütləq yoxlanılacaq -RƏSMİ

İmtahanların qaranlıq tərəfləri

İmtahanların qaranlıq tərəfləri

“Təkcə bir fəndən milyonlarla sual yoxlanılmalıdır, bunu kim edəcək?!- Riyaziyyatçıdan qəbul qaydalarına etiraz

“Təkcə bir fəndən milyonlarla sual yoxlanılmalıdır, bunu kim edəcək?!- Riyaziyyatçıdan qəbul qaydalarına etiraz

“Ədəbiyyat fənninin bütün V-XI sinif proqramı qəbul imtahanına düşə bilər” – Abituriyentlərə bəd xəbər

“Ədəbiyyat fənninin bütün V-XI sinif proqramı qəbul imtahanına düşə bilər” – Abituriyentlərə bəd xəbər

Tarix fənni üzrə yenilik – Bu mövzular qəbul proqramından çıxarıldı

Tarix fənni üzrə yenilik – Bu mövzular qəbul proqramından çıxarıldı

Qəbul və buraxılış imtahanları belə olacaq - Şərtlər açıqlandı

Qəbul və buraxılış imtahanları belə olacaq - Şərtlər açıqlandı

2019-cu ildə qəbul imtahanında ballar belə hesablanacaq - AÇIQLAMA

2019-cu ildə qəbul imtahanında ballar belə hesablanacaq - AÇIQLAMA

Bu il kəsilən abituriyentlər gələn il necə imtahan verəcəklər? – DİM-dən açıqlama

Bu il kəsilən abituriyentlər gələn il necə imtahan verəcəklər? – DİM-dən açıqlama

Buraxılış və qəbul imtahanları ilə bağlı yeni model açıqlanıb

Buraxılış və qəbul imtahanları ilə bağlı yeni model açıqlanıb

Çox çətinləşdirilən detallar

Çox çətinləşdirilən detallar

Qəbul imtahanları hansı fənlərdən olacaq? - BÜTÜN YENİLİKLƏR AÇIQLANDI

Qəbul imtahanları hansı fənlərdən olacaq? - BÜTÜN YENİLİKLƏR AÇIQLANDI

Qəbul imtahanında yeniliklər- AÇIQLANDI

Qəbul imtahanında yeniliklər- AÇIQLANDI

Şəhadətnamə ilə kolleclərə sənəd verənlərin balı bu qayda ilə hesablanacaq

Şəhadətnamə ilə kolleclərə sənəd verənlərin balı bu qayda ilə hesablanacaq

Qəbul imtahanlarında hansı ixtisaslara dəyişiklik olacaq? - Məleykə Abbaszadədən AÇIQLAMA

Qəbul imtahanlarında hansı ixtisaslara dəyişiklik olacaq? - Məleykə Abbaszadədən AÇIQLAMA

Sabah   ilk sınaq imtahanı keçiriləcək

Sabah ilk sınaq imtahanı keçiriləcək

Test toplularında heç bir yenilik yoxdur deyən müəllimlərə DİM-dən reaksiya - "Qapalı testlərdən daha çox istifadə olunacaq!"

Test toplularında heç bir yenilik yoxdur deyən müəllimlərə DİM-dən reaksiya - "Qapalı testlərdən daha çox istifadə olunacaq!"

II qrupa hazırlaşanlar  əlavə 12 kitab da oxuyacaqlar – Müəllif çətinlikləri sadaladı

II qrupa hazırlaşanlar əlavə 12 kitab da oxuyacaqlar – Müəllif çətinlikləri sadaladı

Bugünkü imtahanın şərtləri – Qapalı test 1 bal

Bugünkü imtahanın şərtləri – Qapalı test 1 bal

Gələn il imtahanlar necə təşkil olunacaq? - DİM-dən AÇIQLAMA

Gələn il imtahanlar necə təşkil olunacaq? - DİM-dən AÇIQLAMA

Məzunlar  imtahanı necə verəcəklər? –DİM-dən CAVAB

Məzunlar imtahanı necə verəcəklər? –DİM-dən CAVAB

"Yeniliklərlə bağlı detalların gecikdirilməsi haqsızlıqdır"-Ekspert yeni qəbul qaydalarından danışdı

"Yeniliklərlə bağlı detalların gecikdirilməsi haqsızlıqdır"-Ekspert yeni qəbul qaydalarından danışdı

Yeni test modeli nə vaxt təqdim olunacaq? -AÇIQLAMA

Yeni test modeli nə vaxt təqdim olunacaq? -AÇIQLAMA