Xəbərlər, Valideyn, MÜƏLLİM
02 noyabr 2018
243

Səriştələrin tanınması peşə təhsilinə yanaşmanı dəyişəcək


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş


Səriştələrin tanınması peşə təhsilinə yanaşmanı dəyişəcək

 

 

 

Əmək bazarındakı orta ixtisas və peşə təhsilinə malik şəxslərə yeni imkanlar yaradılacaq


Azərbaycanda informal və qeyri-formal təhsil formaları vasitəsilə əldə edilən bilik, bacarq, səriştə və təcrübənin qiymətləndirilmə si və tanınması məqsədi ilə imtahanların keçirilməsi, onlara peşə ixtisasını təsdiq edən sənədin verilməsi qaydası hazırlanıb. Bu addımın qısa zamanda öz müsbət nəticəsini verəcəyi şübhə doğurmur. Belə ki, bu mexanizmin işə düşməsi ilə hazırlanan kadr potensialının əmək bazan ilə daha çevik əlaqəsinin qurulması, eyni zamanda, indiyədək müxtəlif üsullarla əldə edilən kompetensiyalarm əmək bazan ilə uzlaşması təmin ediləcək.


Ümumiyyətlə, "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na uyğun olaraq peşə təhsili istiqaməti üzrə bir sıra tədbirlər həyata keçirilir. Yeni qanunvericilik təşəbbüsləri, "Peşə təhsili haqqında” qanun və ona dair hazırlanan bir sıra normativ hüquqi sənədlər ətrafında aktiv müzakirələr apanlır. Beynəlxalq təşkilatlann nümayəndələrinin və ekspertlərin iştirakı ilə apanlan növbəti müzakirələrin mövzusu "İnformal və qeyri-formal üsullarla əldə edilmiş səriştələrin tanınması” olub. "Gəncədə Sənaye üzrə Regional Peşə Kompetensiya Mərkəzinin yaradılmasına dəstək” layihəsi çərçivəsində keçirilən bu müzakirələrdə təhsil naziri Ceyhun Bayramov, əmək və əhalinin social müdafiəsi naziri Sahil Babayev, BMT-nin Rezident Əlaqələndiricisi Qulam İshaqzai, Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin, dövlət qurumlarının, peşə təhsili müəssisələrinin əməkdaşları, beynəlxalq təşkilatların nümayəndələri, layihə və özəl sektorun təmsilçiləri, ekspertlər iştirak edib.


Peşə təhsilinə yeni yanaşma


Peşə təhsili ölkənin sosial-iqtisadi inkişafına təkan verən, iqtisadiyyatın bütün sahələri üçün ixtisaslı kadr hazırlığını təmin edən aparıcı təhsil pilləsidir.


Peşə təhsilinin inkişafı insan kapitalının formalaşmasına, işsizliyin aradan qaldırılmasına, xüsusən, gənclər arasında məşğulluğun təmin olunmasına xidmət edir. Bunu nəzərə alaraq Azərbaycan hökuməti son illərdə insan kapitalının inkişafı, keyfiyyətli əmək bazarının formalaşdırılması üçün ixtisaslı işçi qüvvəsinin hazırlanması istiqamətində mühüm tədbirlər həyata keçirir. "Peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi”nin təsdiq edilməsi, peşə təhsili müəssisələrində çalışanların bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi, işçilərin əmək haqqının əhəmiyyətli dərəcədə artırılması belə tədbirlərin, sadəcə, bir neçəsidir.


Həmin tədbirlərə diqqət çəkən təhsil naziri Ceyhun Bayramov "Peşə təhsili haqqında” qanunun qəbul edilməsini yaxın gələcəkdə bu sahənin inkişafı ilə bağlı əhəmiyyətli dəyişikliklərə nail olunması istiqamətində təkanverici addım kimi dəyərləndirir. Onun fikrincə, qanunda peşə təhsilinə yeni yanaşma əksini tapıb. Beynəlxalq təcrübəyə uyğun olaraq bu pillənin peşə təhsili sisteminin ilk peşə, texniki peşə və yüksək peşə təhsili olmaqla, 3 səviyyədə fəaliyyət göstərməsi müəyyən edilib. Ümumi təhsil müəssisələrində ilk peşə təhsili üzrə təmayüllü siniflərin yaradılması, peşə təhsili müəssisələrində oxuyanlara tələbə statusunun verilməsi, yüksək texniki peşə təhsili alanlara subbakalavr peşə-ixtisas dərəcəsinin verilməsi, tələbələrə iş yerində təcrübə müqaviləsi bağlamaq və minimum əməkhaqqından az olmamaq şərtilə əməkhaqqının ödənilməsi, sosial müdafiəyə ehtiyacı olan şəxslər üçün güzəştlərin müəyyən edilməsi kimi yeni müddəalar təsbit edilib.


Son illərdə Nazirlər Kabinetinin müvafiq qərarlarına əsasən, Bakı və Gəncə şəhərlərində, o cümlədən Qəbələ rayonunda yerləşən 34 peşə təhsili müəssisəsinin bazasında müxtəlif istiqamətlər üzrə ixtisaslaşmış 14 peşə təhsili mərkəzi yaradılıb. Kənd təsərrüfatı istiqamətində ixtisaslaşan Qəbələ Dövlət Peşə Təhsili, elektrik, mexanik, santexnik, tikişçi, İT istiqaməti üzrə ixtisaslaşan Mingəçevir "ASAN Peşə” Təhsil mərkəzləri istifadəyə verilib. Koreya İqtisadi İnkişaf və Əməkdaşlıq Fondu ilə imzalanan kredit sazişinə görə 8 ixtisas üzrə peşə hazırlığının təşkil ediləcəyi Sənaye və İnnovasiyalar üzrə Peşə Təhsil Mərkəzinin tikintisinə başlanılıb.


Peşə təhsilinin müasir məzmununun formalaşması istiqamətində 80-dən çox ixtisasın kurikulumu, o cümlədən 130-dan çox modul tipli dərslik hazırlanıb. 300-dən çox ixtisas müəlliminin təlimlərdə iştirakı təmin edilib.


Peşə təhsili sahəsində atılan addımlar həm də vətəndaşların rahatlığma xidmət edir. Təhsil naziri "ASAN Peşə” layihəsinin əhatə dairəsinin bu ildən genişləndirilyini xatırladaraq, artıq bütün "ASAN Xidmət” mərkəzlərində elektron sənəd qəbulunun təşkil edildiyini vurğulayıb. Peşə təhsili almaq üçün "ASAN Peşə” layihəsi çərçivəsində 16 mindən çox müraciət olub. Onların 15 mindən çoxu peşə təhsili müəssisələrinin tələbəsi adını qazamb.


2018-2019-cu tədris ilində əmək bazarının dəyişən tələblərini nəzərə alaraq 34-ü əlavə dəyər yaradan yeni ixtisas olmaqla 168 ixtisas üzrə tələbə qəbulu həyata keçirilib.


Peşə ixtisasını təsdiq edən sənədin icbariliyi peşə təhsilinə marağı artıracaq


Təhsil naziri peşə təhsili sahəsində beynəlxalq təşkilatlarla birgə layihələrin icrasını xüsusi qeyd edib. Hazırda Avropa İttifaqı tərəfindən Azərbaycanda "Peşə təhsili və təliminin inkişafına dəstək” texniki yardım layihəsinin icrası uğurla davam etdirilir. İcra olunan 4 qrant layihəsi hesabına Gəncə və Qəbələ şəhərləri, Cəlilabad, Qax, İsmayıllı və Bərdə rayonlarında peşə təhsilinin keyfiyyətinin artırılması, tədrisin əmək bazarının tələblərinə uyğunlaşdırılınası, təhsil müəssisələrinin işəgötürənlərlə əməkdaşlığı çərçivəsində iş yerində təcrübə proqramlarının həyata keçirilməsi, səriştə əsaslı məzmunun formalaşdırılması üçün kurikulum tədris materiallarının hazırlanması, səriştələrin tanınması mexanizminin tətbiq edilməsi kimi fəaliyyətlər həyata keçirilməkdədir.


Təhsil naziri 3 ay əvvəl Nazirlər Kabineti tərəfindən təsdiq edilən "Azərbaycan Respublikasında ömür boyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi”nə də diqqət ayırıb. Onun fikrincə, digər əhəmiyyətli cəhətləri ilə yanaşı, Milli Kvalifikasiyalar Çərçivəsi əmək bazarı ilə təhsil sistemi arasında əlaqələri gücləndirir, informal və qeyri-formal üsullarla əldə edilmiş səriştələrin tanınması sistemini təşviq edir: "İnformal və qeyri-formal üsullarla əldə edilmiş səriştələrin tanınması ömür boyu təhsil konsepsiyasının vacib elementlərindən hesab olunur, tnsan kapitalının əhəmiyyətinin artdığı və rəqabətin yüksək olduğu bir dövrdə fərdlər, cəmiyyət və iqtisadiyyatın inkişafı üçün bu bacarıqların və səriştələrin tanınması çox böyük əhəmiyyət kəsb edir. Ölkəmizdə bacarıqların bu yolla tanınması və bundan sonra əmək bazarına daxil olmaq istəyən şəxslərin peşə ixtisasını təsdiq edən sənədin icbariliyi peşə təhsilinə marağın əhəmiyyətli şəkildə artmasına və məşğulluğa bilavasitə təsir edəcək”.


Məşğulluq strategiyası çərçivəsində həyata keçiriləcək işlər böyük əhəmiyyət kəsb edəcək


Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev iqtisadiyyatda müasir meyillərin peşə təhsili qarşısında yeni tələblər irəli sürdüyünü və əmək bazarında rəqabətə davamlı ixtisaslı kadrlara tələbatın artdığını qeyd edib. O, kadr hazırlığı sisteminin inkişafı istiqamətində kompleks tədbirlərin həyata keçirilməsinin vacibliyini vurğulayıb.Nazirin fikrincə, Azərbaycanda yeni təsdiqlənən məşğulluq strategiyası çərçivəsində həyata keçiriləcək işlər böyük əhəmiyyət kəsb edəcək: "Azərbaycan əmək bazarına hər il 100 min nəfərə yaxın yeni şəxs daxil olur. Növbəti çətinliklər də bu insan resurslarını əmək bazarının tələbləri ilə, əmək bazarını isə insan resursları ilə uzlaşdırmaqdan ibarətdir”.


Növbəti dövrlər üçün hansı istiqamətlər üzrə əmək bazarının təşviq edilməli olduğu proqnozlaşdırılmalıdır:


"Məşğulluq bazarında kifayət qədər ixtisassız işçi qüvvəsinə malikik. Ancaq bu, o demək deyil ki, onların səriştəsi və bacarığı yoxdur. Əksinə, bu insanların nəsildən-nəslə ötürülən səriştə və bacarıqları mövcuddur. Lakin onların bacarıqlarının rəsmi təsdiq sənədi yoxdur. Bu baxımdan qeyri-formal və informal bacarıqların tanınması mexanizminin yaradılması böyük əhəmiyyətə malikdir”.


Azərbaycanda kifayət qədər insan hər hansı peşə təhsili müəssisəsini və ya ali təhsil müəssisəsini bitirməyib, tndi həmin insanlar üçün də yeni imkanlar yaratmaq lazımdır: "Ali təhsil müəssisələrinin məzunları heç də əmək bazarında olanların əksəriyyəti deyil, əmək bazarında olan insanların əksəriyyəti orta ixtisas və peşə təhsilinə malik insanlardır. Biz də həmin insanlar üçün yeni imkanlar tanımalıyıq. Növbəti dövrlər üçün əmək bazarını hansı peşə istiqamətləri üzrə təşviq etməli olduğumuzu müəyyənləşdirməliyik. Mövcud insan resurslarının potensialından tam istifadə etməyə çalışmalıyıq”.


S.Babayevin fikrincə, Milli Kvalifikasiya Çərçivəsi təsdiq olunduğundan 270 köhnə peşə standartı ona uyğunlaşdırılmalı, 8 pilləli təhsil modelinə keçidlə əlaqədar standartlar yenilənməli, ümumilikdə dünyada olan 6000 peşənin, Azərbaycanda mövcud olan peşələrin 95 faizini əhatə edən 1000 önəmli peşə üzrə standartların hazırlanması işləri yekunlaşdırılmalıdır.


Konkret peşə sahəsində formal universitet dərəcəsi olmayan insanlar üçün daha geniş imkanlar


BMT-nin Rezident Əlaqələndiricisi, BMT-nin İnkişaf Proqramının Azərbaycanda Rezident Nümayəndəsi Qulam İsaqzai həyata keçirilən layihələrin ölkədə peşə təhsili sisteminin məzmun və keyfiyyətinin yaxşılaşdırılmasına təkan verdiyi qənaətindədir. Onun fikrincə, informal və qeyri-formal qaydada səriştələrin tanınması Azərbaycanda formal məktəb sistemlərindən kənarda olan tədris imkanlarının tanınması və təsdiqlənməsi baxımından ilk cəhd olacaq. Beynəlxalq təşkilatlarla birgə icra edilən "İnformal və qeyri-formal üsullarla əldə olunmuş səriştələrin tanınması” layihəsi peşə təhsili imkanlarının genişləndirilməsinə yönəlib.


Q.İsaqzainin fikrincə, yerli əhalini iş yerləri ilə təmin etmək və daimi tədris mərkəzləri yaratmaq Azərbaycan xalqı üçün həyata keçirilən tədbirlərdən biridir: "Dünyanın bir sıra ölkələrində bu təcrübə milli əmək qüvvəsi sıralarında qanunvericiliyə qanuni şəkildə daxil edilib. Bu da konkret peşə sahəsində formal universitet dərəcəsi olmayan insanlara daha geniş imkanlar yaradacaq”.


...həmin insanların əmək bazarında iştirakı çox vacibdir


Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin Əməliyyatlar şöbəsinin rəhbəri vəzifəsini icra edən Aleksandra Nerisanu Avropa İttifaqı ilə Azərbaycan arasında qurulan əlaqələrin yüksələn xətt üzrə inkişaf etdiyi qənaətindədir. Bu əlaqələrdə peşə təhsili istiqaməti üzrə həyata keçirilən tədbirlərin, xüsusən birgə layihələrin xüsusi payı olduğunu vurğulayan A.Nerisanu Avropa İttifaqı tərəfindən Azərbaycanın təhsil sisteminə verilən dəstəyin bundan sonra da yüksək səviyyədə davam edəcəyini deyib.


Nerisanu bu fikirdədir ki, Azərbaycanda bir çoxları öz evində - formal təhsil sistemindən kənarda çox zəngin təcrübə, bacarıq və biliklər əldə edir: "Etiraf edirik ki, ölkənin milli səviyyədə inkişafı üçün həmin insanların əmək bazarında iştirak etməsi çox vacibdir. Onların cəmiyyətə verdikləri töhfə böyük ola bilər. Biz hesab edirik ki, vətəndaşlara bu kimi imkanlar verilməli və bununla bağlı sənədlər bazası hazırlanmalı, onların bacarıqları və səriştələri rəsmi şəkildə tanınmalıdır. Hətta onlar bunu əldə etdikdən sonra təhsil və tədrislərini davam etdirə bilərlər”.


İşəgötürənlərlə təhsil sistemi arasında əməkdaşlıq hər mərhələdə zəruridir


Əmək bazarının dəyişən tələblərinə uyğun olaraq mühüm ixtisaslar və istiqamətlər üzrə bugünkü tələbat işəgötürənlərlə təhsil sistemi arasında əməkdaşlığı zərurətə çevirir. Peşə Təhsili üzrə Dövlət Agentliynin direktor əvəzi Amil Əlili Strateji Yol Xəritəsinin əsas strateji hədəflərindən biri kimi bu məsələyə diqqət çəkib. Azəbaycanm əmək bazarında müəyyən qədər uyğunsuzluq yarandığını deyən A.Əlili bunu təhsil müəssisələrində hazırlanan kadrlarla əmək bazarında tələb olunan kadrlar arasında taraz inkişafın olmaması ilə izah edib. Onun fikrincə, Strateji Yol Xəritəsində qəbul edilən əsas strateji hədəflər yalnız peşə təhsili pilləsində deyil, təhsilin bütün pillələrində qeyri-formal və informal səriştələrin tanınmasını zəruri edib. Odur ki, gələcək fəaliyyətin müəyyən edilməsi istiqamətində yerli və beynəlxalq ekspertlərin iştirakı ilə işlək bir sənədin hazırlanması qərara alınıb. A.Əlilinin fikrincə bu, yəni sənədlərin hazırlanması prosesində də işəgötürənlərlə əməkdaşlıq çərçivəsində fəaliyyət zəruridir:"Hər yeni təhsil proqramının hazırlanmasında da, peşə standartının müəyyənləşdirilməsində də işəgötürənlərin maraqları, onların istəyinə uyğun kadr hazırlığı prioritet kimi müəyyən olunub”.


Səriştələrin tanınması imtahanla olacaq


Maraqlıdır, bəs, vətəndaşların peşə təhsili sahəsi üzrə qeyri-formal və informal təhsil formaları vasitəsilə əldə etdikləri səriştələrin tanınması prosesi hansı formada həyata keçiriləcək?


Peşə Təhsili üzrə Dövlət Agentliyinin Təhsil standartları və tədris resursları şöbəsinin müdiri Məcid Bayramlı səriştələrin tanınmasının iki hissədən ibarət proses olacağını açıqlayıb: "Prosesin bir hissəsini yazılı, yaxud digər formada keçirilən proses kimi, digər hissəsini praktik formada həyata keçirilən imtahan kimi görürük. Nəzəri hissə testlə keçirilə bilər. Prosesin praktik hissəsində imtahan götürəcək şəxslərin həmin sahə üzrə mütəxəssis olması vacibdir. Buna görə də ekspertlərin müəssisələri təmsil edən mütəxəssislərdən ibarət olmasına üstünlük veririk. Qiymətləndirilmənin təşkili üçün infrastrukturun olması da vacibdir. Odur ki, sertifikatlaşmanm keçiriləcəyi müəssisələr də müəyyənləşməlidir”.


M.Bayramlı qeyd edib ki, səriştələrin tanınması prosesini idarə edəcək Sertifikatlaşdırma Mərkəzinin qurulması nəzərdə tutulub. Sertifikatlaşma Mərkəzi səriştələrin tanınması üzrə bütün normativ sənədləri hazırlayan, bütün prosesləri təşkil edəcək qurum olacaq. Hazırda mərkəzin hansı formada qurulması üzrə danışıqlar aparılır. Yaxın gələcəkdə mərkəzin normativ hüquqi bazasının formalaşdırılması nəzərdə tutulur”.


M.Bayramlı əlavə edib ki, səriştələrin tanınması prosesinin məntiqi nəticəsi olaraq veriləcək sənədlər işə qəbul zamanı tanınacaq. Onun sözlərinə görə, səriştələrin tanınması prosesinin həyata keçirilməsi üçün ilkin olaraq sənədlərin qəbulu aparılacaq. Bu zaman müraciət edən şəxsin iddia etdiyi ixtisas üzrə bilik və bacarıq səviyyəsi şifahi olaraq yoxlanılacaq:


"İlkin proses yekunlaşandan sonra imtahan mərhələsi gəlir. Bu mərhələ yazılı və praktik olmalıdır, imtahanın nəticələrinə uyğun olaraq, müvəffəqiyyətli nəticə göstərən şəxs dövlət nümunəli sənəd əldə edəcək. İmtahanda aşağı nəticə göstərən şəxslərin təlimlərə cəlbini nəzərdə tuturuq. Şikayətləri olan şəxslər üçün apelyasiya şikayətinin verilməsi imkanının da yaradılması nəzərdə tutulub”.


Peşə təhsilinin sosial-iqtisadi inkişafda rolunu qəbul etməliyik


Dövlət-özəl əməkdaşlığı sahəsində beynəlxalq təcrübəyə dair beynəlxalq ekspert Brian Milton hesab edir ki, bazar iqtisadiyyatında dövlət və özəl sektorun tərəfdaşlığı təhsillə əmək bazarını əlaqələndirən bir vasitədir. Ekspert deyir ki, təhsil xidmətlərinin maliyyələşdirilməsi və həyata keçirilməsi ilə bağlı dövlət və özəl sektorun üstünlüklərini tamamlamaq və bu strukturları bir araya gətirmək məqsədi ilə çərçivə strukturu yaradılır. Avropa İttifaqı ölkələrində, Avstraliyada, ABŞ-da bundan istifadə edilir. Banqladeş, Almaniya, İrlandiya təcrübəsinin xüsusi cəhətlərinə diqqət yetirən mütəxəssis karyeranı düzgün istiqamətləndirmək üçün bu əməkdaşlığın xüsusi əhəmiyyətini qeyd edib: "Peşə təhsili və təliminin bütün səviyyələrində innovasiyalara töhfə vermək, sahibkarlığı təşviq etmək və iqtisadi mükəmməlliyi təbliğ etmək potensialını qiymətləndirməliyik. Peşə təhsili və təliminin sosial-iqtisadi inkişafda rolunu qəbul etməliyik. Bu və digər vətəndaşların bacarıqlarının biznes əməliyyatlarında istifadəsi baxımından peşə təhsili və təlimi çox vacibdir”. azedu.az

 

 

 

 


 

 








Whatsapp'ta Paylaş

Загрузка...
loading...

Həmçinin oxuyun:
Peşə təhsili müəssisələrinə sənəd qəbulu başlayır

Peşə təhsili müəssisələrinə sənəd qəbulu başlayır

Peşə təhsili və təliminin inkişafına dair strateji yol xəritəsi üzrə tədbirlərin 8%-i icra edilməyib

Peşə təhsili və təliminin inkişafına dair strateji yol xəritəsi üzrə tədbirlərin 8%-i icra edilməyib

Azərbaycanda peşə təhsilinin inkişafı ilə bağlı 3,4 milyon dollarlıq layihəyə start verilib

Azərbaycanda peşə təhsilinin inkişafı ilə bağlı 3,4 milyon dollarlıq layihəyə start verilib

Azərbaycanda 10 pilot peşə təhsili müəssisəsi yaradılacaq

Azərbaycanda 10 pilot peşə təhsili müəssisəsi yaradılacaq

Peşə məktəbi müəllimlərinin diaqnostik qiymətləndirilməsi keçiriləcək

Peşə məktəbi müəllimlərinin diaqnostik qiymətləndirilməsi keçiriləcək

Yeni Peşə Tədris Mərkəzinin təməli qoyulub

Yeni Peşə Tədris Mərkəzinin təməli qoyulub

Azərbaycanda peşə təhsilinə maraq artır

Azərbaycanda peşə təhsilinə maraq artır

Peşə-ixtisas məktəblərinin müəllimləri də diaqnostik qiymətləndirmədən keçəcək

Peşə-ixtisas məktəblərinin müəllimləri də diaqnostik qiymətləndirmədən keçəcək

Azərbaycanda özəl və bələdiyyə peşə təhsili müəssisələri yaradılacaq

Azərbaycanda özəl və bələdiyyə peşə təhsili müəssisələri yaradılacaq

Peşə təhsili ilə bağlı daha bir YENİLİK - Fond yaradılır

Peşə təhsili ilə bağlı daha bir YENİLİK - Fond yaradılır

Azərbaycanda peşə təhsilinin üç pilləli olması təklif edilir

Azərbaycanda peşə təhsilinin üç pilləli olması təklif edilir

Bakıda peşə təhsili ilə bağlı beynəlxalq seminar keçirilir

Bakıda peşə təhsili ilə bağlı beynəlxalq seminar keçirilir

Azərbaycanda özəl peşə təhsili müəssisələri yaradılacaq

Azərbaycanda özəl peşə təhsili müəssisələri yaradılacaq

"ASAN peşə” layihəsi üzrə əlavə ixtisas seçiminin vaxtı uzadılıb

Bu tələbələr maaş da ala biləcəklər - Yeni qanun

Bu tələbələr maaş da ala biləcəklər - Yeni qanun

“Asan peşə” layihəsi üzrə boş qalan yerlərə əlavə ixtisas seçimi başlayıb

“Asan peşə” layihəsi üzrə boş qalan yerlərə əlavə ixtisas seçimi başlayıb

Peşə-ixtisas təhsili müəssisələrinə qəbul olanların qeydiyyat vaxtı uzadılıb

Peşə-ixtisas təhsili müəssisələrinə qəbul olanların qeydiyyat vaxtı uzadılıb

Peşə məktəblərinin boş qalan yerlərinə əlavə ixtisas seçimi avqustun 28-də başlayacaq

Peşə məktəblərinin boş qalan yerlərinə əlavə ixtisas seçimi avqustun 28-də başlayacaq

Təhsil Nazirliyi: 8651 nəfər ilk peşə-ixtisas təhsili müəssisələrinə qəbul olub

Təhsil Nazirliyi: 8651 nəfər ilk peşə-ixtisas təhsili müəssisələrinə qəbul olub

Yeni tədris ilindən veb-dizayner ixtisası üzrə kadr hazırlığına başlanılır

Yeni tədris ilindən veb-dizayner ixtisası üzrə kadr hazırlığına başlanılır

“ASAN peşə” layihəsi üzrə sənəd qəbulu başlayır

“ASAN peşə” layihəsi üzrə sənəd qəbulu başlayır

Peşə təhsili və təlimi sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə olunub

Peşə təhsili və təlimi sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə olunub

"Peşə təhsil müəssisələrinin optimallaşdırılması bir çox imkanlara yol açır"

Cari ilin sonunadək rasionallaşdırılmış peşə təhsili müəssisələrində çalışan ixtisas fənn müəllimlərinin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi nəzərdə tutulur

Cari ilin sonunadək rasionallaşdırılmış peşə təhsili müəssisələrində çalışan ixtisas fənn müəllimlərinin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi nəzərdə tutulur