Xəbərlər, Ziyalılar
30 oktyabr 2018
437

"İfritələşmək müasirləşmək demək deyil"..Təhsil ocaqarında Halloven şənliyi keçirilməlidirmi?


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

 

 Bu günlərdə Qərbi Avropa ölkələrində, Amerikada Halloven çılğınlığı başlanıb. Bu ölkələrdə "İfritələr bayramı”na əcaib-qəraib maskalar, aksesuarlar və partilərlə hazırlaşırlar. Bu dalğa son bir neçə ildə Azərbaycana da çatıb. Hazırda Bakı məktəbliləri, xüsusən də mərkəzdə, rus bölməsi şagirdləri arasında bu ənənə geniş yayılıb. Şagirdlər müəyyən formalarda bu bayramı keçirməyi planlaşdırırlar. Məktəb otaqlarında parti təşkil edənlərlə yanaşı, şəhərin müxtəlif  restoranlarında bu münasibətlə keçirilən partilərə qatlılanlar sayca azlıq təşkil etmir.

 

"Yeni Müsavat” bu cür parti təşkil edən hotel və gecə klublarının siyahısı ilə maraqlanıb. Məlum olub ki, əksər əyləncə məkanları belə partiləri təşkil edir və partiyə giriş qiyməti 20-50-100 manat arasında dəyişir. Əyləncəyə qatılan DJ-lərin, müğənnilərin kimliyi, limitli-limitsiz içki və  cadugər aksesuarlarının paylanmasından asılı olaraq, qiymətlər fərqlidir. Amma bunun məktəblilər üçün olanları da var. Təbii ki, azyaşlı uşaqlar gecə klublarına girə bilməzlər.

 

Bir məktəblinin partiyə girişi 18, valideyninki isə 8 manatdır


Buna görə də bəzi tur agentlikləri "daxili tur” adı altında belə bayram şənlikləri təşkil edirlər. Onlardan biri ilə sizi tanış edək. Demək, partidəki qiymətə daxildir:


- Nəqliyyat xidməti


- "Yunaland studio”da "Halloven” şənliyi (Halloven uyğun bəzədilmiş xüsusi zalımızda)


- Halloven şirniyyatının hazırlanması (hər uşağa 1 ədəd)


- Face art (İstəyə uyğun əlavə 3 AZN)


- Halloven oyuncaqlarının hazırlanması


- Çay


- Kokteyl


- Şar şousu


- Fotoçəkiliş


- Tur rəhbəri


- Limitsiz musiqi və əyləncə


- Valideynlər üçün kokteyl, çay və şirniyyat


Qiymət:


1 məktəbli üçün - 18 AZN


1 valideyn üçün - 8 AZN


Qeyd:


Hər qrup üçün bir müəllimə ödənişsizdir.


Bu tur yalnız qrup şəklində təşkil olunur və minimal say 20 məktəbli olmalıdır.


Amma bəzi təşkilatçı firmalar evlərdə, kafelərdə də bu partilərin təşkilini təklif edir. Məkanların siyahısında məktəblər də istisna deyil. Sinif belə bir arzuya düşsə, məktəb otaqlarından birində belə bir parti təşkil edilə bilir. Ən azı internet elanlarında bununla bağlı məlumatlar qeyd edilib.


Amma məlumdur ki, sözügedən bayramın Azərbaycanla, azərbaycançılıqla, milliliklə heç bir əlaqəsi yoxdur. Hər nə qədər bizlər təhsildə dünyəviliyə can atsaq da, belə bayramların bizim arzuladığımız dünyəviliyə zərrə qədər də aidiyyəti olmadığı görünür. Bilməyənlər üçün "Yeni Müsavat” bayramın detallarını nəzərə çatdırır.


Balqabaq Hallovenin əsas atributlarından biri hesab olunur. İnsanlar məhz bu gün balqabaqları ovub, içərisinə şam qoyur. Onlar hazırladıqları bir-birindən maraqlı balqabaq fiqurları ilə bayramı qeyd edirlər. Halloven kostyumu ilk dəfə 1985-ci ildə Şotlandiyada qeydə alınıb. Araşdırmalara görə, ABŞ-da Halloveni qeyd edənlərin yarıdan çoxu Halloven paltarına 38 dollardan artıq pul xərcləməyi lazım bilmirlər. Məşhur "Trick or Threat” oyununa görə uşaqlar qapı-qapı gəzib ev sahibindən şirniyyatlar istəyirlər. Halloven zamanı evlər bayram süfrəsi ilə dolu olur.


halloween party ile ilgili görsel sonucu


 İngilis kilsələri bayramın "Müqəddəslər günü” ilə bəzi uyğunluğu oldugundan kecirilməsini dəstəkləyirlər. Ümumiyyətlə, Halloven xristianlara aid bir bayramdır, ancaq buna baxmayaraq, bir çox xristian din mənsubları qəti olaraq bu bayramın keçirilməsinə qarşı çıxırlar. Buna misal kimi Provaslav kilsəsini deyə bilərik.


Dünyanın bir çox ölkəsi 31 oktyabrı "Ölülər və ya Cadugərlər Bayramı” (Halloven) olaraq qeyd edir. Bu gündən bir əvvəlki gecə "All hallow Eve” - yəni bütün əzizlərin gecəsi, zaman içində Hallovenə çevrilərək "Cadugərlər Bayramı” adı altında, ancaq bizimlə uzaqdan-yaxından əlaqəsi olmayan, yalnız ticari istiqamətdən böyük şəhər fəaliyyətlərinə qatdığımız bir bayram olaraq qeyd olunmaqdadır.


 Yaxşı, kim yaradıb, niyə yaradıb bu bayramı? Bayram müasir Böyük Britaniya və İrlandiya ərazisində yaşayan Keltlərin adətləri əsasında formalaşıb. Əsasən ABŞ, Böyük Britaniya, İrlandiya, Rusiya, eyni zamanda Asiya qitəsi və bir çox dünya ölkələrində təntənəli şəkildə qeyd olunur.


Katolik ölkələrdə isə Əzizlər və Ruhlar Günü olaraq qeyd olunan bu günün Meksikada heç bir ölkədə olmadığı qədər xüsusi bir yeri var. 31 oktyabr gecəsi başlayan və Meksikada, Ölülər Bayramı olaraq qeyd olunan bu bayram, tam 3 gün davam edir və ölkənin ən əhəmiyyətli bayramı olaraq qeyd olunur.


Bir məqamı da xatırladım ki, inanclara əsasən, ölülərin yollarını tapa bilməsi üçün 31 oktyabr gecəsindən 2 noyabra qədər gecə-gündüz hər ölü üçün bir şam yandırarlar.


halloween party ile ilgili görsel sonucu


Halloven ("Hellouin”) sözü ilk dəfə XVI əsrdə ingilis ifadəsi olan "All-Hallows-Even” (Bütün müqəddəslərin axşamı) sözündən yaranıb.


"Hellouin” bayramını digər bayramlardan fərqləndirən əsas əlaməti, həmin gün insanların bir-birindən maraqlı, qeyri-adi qiyafələr geyinməklə bir yerə toplaşmasıdır. Bəziləri düşünür ki, həmin gün "o dünya” və bu dünya arasındakı darvazalar açılır. İnsanlar ölmüş yaxınları ilə birlikdə dünyaya gəlmək istəyən ziyanverici ruhları qorxutmaq üçün iyrənc makiyajlar edir, qorxuducu qiyafələr geyinirlər.


Ümumilikdə isə 19-cu əsrdə qaçqınlar sayəsində Amerikaya çatan "İfritələr bayramı” əndazəni aşan amerikan mədəniyyəti sayəsində o qədər böyüdü ki, bütün dünyada bu ritualın Amerikadan çıxdığına inanırlar.

 

"İfritələşmək müasirləşmək demək deyil"..Təhsil ocaqarında Halloven şənliyi keçirilməlidirmi?

 

Cəsarət Valehov: "Bayramı qadağan edə bilmərik”


Məlumatları oxudunuz. Bayrama da sayılı günlər qalıb. Bizə heç bir aidiyyəti olmayan bu tədbirin Bakı məktəblərində, məktəblilər arasında keçirilməsi nə dərəcədə düzgündür? Təhsil Nazirliyi bu duruma hansısa formada müdaxilə edə bilərmi?


Təhsil Nazirliyi İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Cəsarət Valehov "Yeni Müsavat”a açıqlamasında bildirdi ki, Təhsil Nazirliyinin bilavasitə müəyyən etdiyi tədbirlər və bayramlar məktəblərdə qeyd olunur. Müsahibimizin sözlərinə görə, Halloven Təhsil Nazirliyinin tövsiyə etdiyi bayramlar siyahısında deyil: "Bu, məktəblərdə tövsiyə olunmur. Amma bəzən valideynlər kənarda, restoranda öz uşaqları ilə bərabər, şəxsi təşəbbüsləri ilə bu və ya digər bayramlar keçirirlər. Belə olan halda onlara bu bayramı keçirməyi qadağan etmək mümkün deyil. Amma bu bayram Təhsil Nazirliyi  tərəfindən illik məktəb tədris proqramları tutularkən tədbirlər siyahısına daxil deyil. Həmin  günün qeyd olunması proqramda yoxdur”.


C.Valehov eyni zamanda sözügedən bayramın qadağan olunması ilə bağlı hər hansı əmrin və ya tapşırığın olmadığını dedi: "Ümumiyyətlə, bayramı qadağan etmək absurd görünür. Hansısa ölkənin bayramını qadağan etmək necə mümkündür? Hansısa məkanda qeyd olunması, valideynlərin özlərinin təşəbbüsü ilə olur. Buna da məktəb rəhbərliyi müdaxilə edə bilməz”.

 

 

Kamran Əsədov: "Bizim gələcəyimiz olan uşaqların beynini zəhərləyəcəklər, buna imkan vermək olmaz”


Təhsil eksperti Kamran Əsədov isə nazirliyin mövqeyi ilə razılaşmır. Onun sözlərinə görə, orta təhsil müəssisələrinin fəaliyyət planı və hər bir təhsil müəssisəsinin keçirdiyi tədbirlər planı var.  Müsahibimiz hesab edir ki, ondan kənar hansısa tədbirin keçirilməsinə icazə verilməməlidir: "Buna bilavasitə Təhsil Nazirliyi müdaxilə etməli, onun keçirilməsinə icazə verməməlidir. "Təhsil haqqında” Qanuna əsasən, təhsil müəssisələri yerli dəyərlərə zidd olan şəxsiyyət yetişdirməməlidir. Əsas məqsəd milli dəyərləri qiymətləndirən təhsilin qurulmasıdır. Məktəblər də bu dəyərləri formalaşdırmalıdır.  Hellouen bizim milli dəyərlərimiz deyil. Onun əvəzində məktəblər mərasim bayramları keçirsinlər. Bizim əkinçilik, nar bayramı kimi bayramlarımız var. Məktəblərin inzibati ərazisi Təhsil Nazirliyinə tabedir. Nazirlik öz ərazisi daxilində Hallouen kimi bayramların keçirilməsinə imkan verməməlidir".


Bu sayaq bayramların məktəblərdən kənarda, restoran-kafelərdə keçirilməsi ehtimalına gəlincə, K.Əsədov dedi ki, buna da müdaxilə edilməlidir. Müsahibimizin fikrincə, məktəblilərin sinifdənxaric  fəaliyyəti var: "Şagird məktəbin subyektidir. Sinifdənxaric və məktəbdənkənar fəaliyyət də məktəbin nəzarəti daxilindədir. Tədbirlər, təbliğat elə qurulmalıdır ki, məktəblilər cadugərlər bayramına meyllənməsin. Məktəblərin rəhbərliyi və əməkdaşları buna xüsusi diqqət etməlidilər. Yoxsa ki, görürsən, bir direktor cadugər geyimli uşaqların fonunda şelfi edir ki, mən belə tədbir keçirdim. Ayıbdır, sadəcə. Təhsilin müasir standartlara cavab verməsi dəyərlərin itirilməsi demək deyil. İfritələşmək müasirləşmək demək deyil. Bu, eradan əvvəlki cadugərliyin bir növü və onun təbliğidir. Onun yerinə bir obraz yaradın. ”Meyvələrin söhbəti", oxu materialları var bizdə. Təhsil Nazirliyi bu məsələdə bütün gücünü səfərbər etməli və ictimai fəaliyyətini gücləndirməlidir. Biz işləməsək, hansısa qüvvələr işləyəcək. Bizim gələcəyimiz olan uşaqların beynini zəhərləyəcəklər. Buna imkan vermək olmaz".





Whatsapp'ta Paylaş



Загрузка...
loading...

Həmçinin oxuyun:
Sumqayıtda 11 nömrəli məktəbdə məktəb pulu qalmaqalı – Nazirlik hərəkətə keçdi

Sumqayıtda 11 nömrəli məktəbdə məktəb pulu qalmaqalı – Nazirlik hərəkətə keçdi

"Kim nə deyir, mənə maraqlı da deyil" - Məktəb direktorundan konkret cavab + Səsyazısı

"Bu gün nə məktəb, nə də dərslik hazırlayanlarımız buna hazır deyil"...Qurban bayramı şagirdlərə necə çatdırılmalıdır?

Qurban bayramı münasibətilə Azərbaycan xalqına təbrik

Qurban bayramı münasibətilə Azərbaycan xalqına təbrik

5-ci sinif şagirdi tonqalda yanıb

5-ci sinif şagirdi tonqalda yanıb

Dərslər nə vaxt başlayacaq?

Dərslər nə vaxt başlayacaq?

Novruz bayramı ilə axır çərşənbə eyni gün olacaq? - RƏSMİ AÇIQLAMA

Novruz bayramı ilə axır çərşənbə eyni gün olacaq? - RƏSMİ AÇIQLAMA

Təhsil Nazirliyi məktəblilərin qış tətilini açıqladı - 5 gün olacaq

Təhsil Nazirliyi məktəblilərin qış tətilini açıqladı - 5 gün olacaq

20 Yanvar günü dərs və iş olacaqmı? – AÇIQLAMA

20 Yanvar günü dərs və iş olacaqmı? – AÇIQLAMA

20-22 yanvar günləri iş olacaqmı?

20-22 yanvar günləri iş olacaqmı?

Məktəblilər bu günlərdə dərsə getməyəcəklər - Rəsmi

Məktəblilər bu günlərdə dərsə getməyəcəklər - Rəsmi

Məktəblilər

Məktəblilər "Mavi balina"nın sehrinə düşüb - EKSPERT

Valideynlərə çağırış: övladlarınız məktəbdən çıxanda görəcəklər ki...

Valideynlərə çağırış: övladlarınız məktəbdən çıxanda görəcəklər ki...

Ramazan tətili başlayır

Ramazan tətili başlayır

Bayram günlərinin sayı azaldılır? - RƏYLƏR

Bayram günlərinin sayı azaldılır? - RƏYLƏR

Bakı Atatürk Liseyi uşaqlar üçün möhtəşəm bayram şənliyi təşkil etdi - FOTOLAR

Bakı Atatürk Liseyi uşaqlar üçün möhtəşəm bayram şənliyi təşkil etdi - FOTOLAR

Balakən şəhər 1 nömrəli tam orta məktəbdə Novruz bayramı münasibətilə şənlik keçirilib

Balakən şəhər 1 nömrəli tam orta məktəbdə Novruz bayramı münasibətilə şənlik keçirilib

Məktəblilər Novruz bayramı münasibətilə

Məktəblilər Novruz bayramı münasibətilə "N" saylı hərbi hissəyə gediblər

Ağstafada Novruz bayramı münasibətilə tədbir keçirilib

Ağstafada Novruz bayramı münasibətilə tədbir keçirilib

Martın 16-da Balakən şəhər İnteqrasiya təlimli internat tipli gimnaziyada Novruz bayramı münasibətilə şənlik keçirilib

Martın 16-da Balakən şəhər İnteqrasiya təlimli internat tipli gimnaziyada Novruz bayramı münasibətilə şənlik keçirilib

ADU-da Novruz bayramı qeyd olunub

ADU-da Novruz bayramı qeyd olunub

ADNSU-da Novruz şənliyi keçirilib

ADNSU-da Novruz şənliyi keçirilib

17 İyun Azərbaycanda Tibb İşçilərinin Peşə Bayramıdır

17 İyun Azərbaycanda Tibb İşçilərinin Peşə Bayramıdır

Lənkəran şəhər S.Kazımbəyov adına 6 saylı tam orta məktəb - liseydə ƏLİFBA BAYRAMI keçirilib

Lənkəran şəhər S.Kazımbəyov adına 6 saylı tam orta məktəb - liseydə ƏLİFBA BAYRAMI keçirilib