Xəbərlər, Valideyn, MÜƏLLİM
28 oktyabr 2018
1116

Şagirdləri sinifdə saxlayacaq qaib limiti - Ən çox nə qədər dərs buraxmaq olar?

Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

Şagirdləri sinifdə saxlayacaq qaib limiti - Ən çox nə qədər dərs buraxmaq olar?

Ali təhsil müəssisələrində tələbələrin semestr imtahanlarına buraxılması üçün bəlli bir qaib limiti tətbiq olunur. Semestr imtahanlarında iştirak edə bilmək üçün tələbələr dərslərdə daim iştirak etməyə çalışırlar.

Bəs, orta məktəblərdə şagirdin dərsə davamiyyətlə bağlı məsuliyyət hiss etməsi üçün hansı qaydalar  tətbiq olunur.

Doğrudur, orta məktəb sistemində də qaib anlayışı var. Amma bu, bir şagirdin uğur  göstəricilərinə nə dərəcədə təsir edir? Formal qaib işarəsi onda davamiyyətə məsuliyyət yarada bilirmi?

Qanunvericiliyə əsasən,  müvafiq sinfi bitirdikdən sonra təhsilini davam etdirməyən və ya hər hansı dərs ilində dərs məşğələlərində iştirak  etmədiyi  üçün fənn üzrə biliyi  qiymətləndirilməyən  buraxılış sinif şagirdləri yekun attestasiyaya, o cümlədən buraxılış imtahanına buraxılmırlar.

Bəs aşağı siniflərdə bununla bağlı hansı intizam qaydaları tətbiq olunur?

Mövzu ilə bağlı  AzEdu.az-a danışan təhsil eksperti  Kamran  Əsədov  bildirib ki, bir fənn üzrə 45 gün dərsdə iştirak etməyən şagird o fəndən müsbət qiymətləndirilə bilməz.

Eyni zamanda, davamlı olaraq 6 ay dərs prosesində iştirak etməyən  növbəti sinfə keçirilmir. Bu qaydanın orta məktəblərdə nə dərəcədə real tətbiq olunması məsələsinə gəldikdə  isə ekspert qeyd edib ki, bu, qanunvericilik aktlarına görə  həyata keçirilir:

"Hətta hər il ölkə üzrə 300-400-dən çox şagird sinifdə qalır və növbəti mərhələyə keçmir.  Bundan başqa, dərsə davamiyyəti aşağı olan şagirdlərin 2 qiymət alması faktı kifayət qədərdir”.

Bəs 6 aydan az müddətdə dərsdə iştirak etməyən şagirdin yenidən həmin sinifdə davam etməsi nə dərəcədə düzgündür sualına isə ekspert belə cavab verib:

"Təhsil  hamıya eyni imkanlar açmaq deməkdir. O, məhdudiyyətləri sevmir. Bəli, 6 ay çox görünə bilər. 6 aya bütün ilin proqramını mənimsəyə bilən şagirdlər var. Həmin məktəblilərin proqrama uyğunlaşması üçün əlavə dərslər təşkil olunur. O,  evdə təhsilə, inkulisiv təhsilə cəlb olunur. Onun üçün fakültətiv məşğələlər keçirilərək fərdi proqram tərtib olunur”.
 
Şagirdləri sinifdə saxlayacaq qaib limiti - Ən çox nə qədər dərs buraxmaq olar?

Whatsapp'ta Paylaş

Загрузка...
loading...

Həmçinin oxuyun:
Nazir 11-ci sinif buraxılış imtahanlarındakı yenilikdən danışdı

Nazir 11-ci sinif buraxılış imtahanlarındakı yenilikdən danışdı

Məktəblərdə vahid forma necə müəyyənləşdirilir?- Dizayn və qiymət fərqləri

Məktəblərdə vahid forma necə müəyyənləşdirilir?- Dizayn və qiymət fərqləri

“İki” alanların diqqətinə

“İki” alanların diqqətinə

Ümumi təhsil məktəblərində məktəbdaxili qiymətləndirmənin aparılmasına dair MÜVƏQQƏTİ TƏLİMAT

Ümumi təhsil məktəblərində məktəbdaxili qiymətləndirmənin aparılmasına dair MÜVƏQQƏTİ TƏLİMAT

Şagirdlərin sinifdən-sinfə keçirilməsi  haqqında müvəqqəti Qaydalar

Şagirdlərin sinifdən-sinfə keçirilməsi haqqında müvəqqəti Qaydalar

Dərsə verilən müasir tələblər

Dərsə verilən müasir tələblər

Qəbul imtahanlarının qaydası dəyişdirilir - Yeni qaydalar

Qəbul imtahanlarının qaydası dəyişdirilir - Yeni qaydalar

Azərbaycanda imtahan sisteminin dəyişdirilməsi təklif edilir

Azərbaycanda imtahan sisteminin dəyişdirilməsi təklif edilir

Qəbul imtahanı PROBLEMİ -

Qəbul imtahanı PROBLEMİ - "Son dəyişikliklər abituriyentlərin işini çətinləşdirəcək"

Şagirdlərimiz niyə oxumur?

Şagirdlərimiz niyə oxumur?

Orta ixtisas təhsilində YENİLİK - VİDEO

Orta ixtisas təhsilində YENİLİK - VİDEO

Orta ixtisas təhsili müəssisələrində kredit sistemi ilə tədrisin təşkili qaydalarına dəyişiklik edilib

Orta ixtisas təhsili müəssisələrində kredit sistemi ilə tədrisin təşkili qaydalarına dəyişiklik edilib

Universitetdən inanılmaz addım: 1 gün dərsə gəlməyən tələbəni qovurlar

Universitetdən inanılmaz addım: 1 gün dərsə gəlməyən tələbəni qovurlar

Ümumi təhsil müəssisələrində şagirdlərin sinifdən-sinfə keçirilməsi haqqında müvəqqəti Qaydalar

Ümumi təhsil müəssisələrində şagirdlərin sinifdən-sinfə keçirilməsi haqqında müvəqqəti Qaydalar

Qəbul imtahanlarında 700 bal sistemi ləğv olunur?

Qəbul imtahanlarında 700 bal sistemi ləğv olunur?

Şagird sinfə girən müəlliminə “Nasist salamı” verdi – VİDEO

Şagird sinfə girən müəlliminə “Nasist salamı” verdi – VİDEO

212 məktəbdə təmayül sinifləri fəaliyyət göstərəcək - BAKIDA

212 məktəbdə təmayül sinifləri fəaliyyət göstərəcək - BAKIDA

"Tələbələr ali məktəbi 4 ildən tez bitirə bilərlər"

Müəllimlərin nəzərinə! Müəllim məktəbə gələrkən ....

Müəllimlərin nəzərinə! Müəllim məktəbə gələrkən ....

Şəhadətnaməni attestatla əvəz etdik. Farslar demiş, xub...

Şəhadətnaməni attestatla əvəz etdik. Farslar demiş, xub...

“Ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsinin (attestasiyasının) aparılması Qaydaları təsdiq edilmişdir”.

“Ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsinin (attestasiyasının) aparılması Qaydaları təsdiq edilmişdir”.

Ümumtəhsil məktəblərində məktəbdaxili qiymətləndirmənin aparılması QAYDALARI

Ümumtəhsil məktəblərində məktəbdaxili qiymətləndirmənin aparılması QAYDALARI

Uşaqların (şagirdlərin) ümumi təhsil müəssisələrinə qəbulu və yerdəyişməsi QAYDALARI