Xəbərlər / Abituriyent
26 oktyabr 2018
3 230


“Universitetlər qrup nümayəndəsi anlayışından qurtulmalıdırlar”- Ekspertlərdən fərqli mövqe

 

 
Ali məktəblər tələbələrə elmi biliklər verməklə yanaşı, həm də insan yetişdirən, ona şəxsiyyət qazandıran müəssisədir. Bu baxımdan universitetlərdə qrup nümayəndələrinin seçilməsi, onların düzgün fəaliyyəti  xüsusi əhəmiyyət kəsb edir.

Lakin bu vəzifənin tələbənin təhsilinə mane yaratdığını, qrup nümayəndəsinin işinin kifayət qədər ağır olduğunu düşünənlər də var.  

Bu baxımdan maraqlıdır, ali məktəblərdə qrup nümayəndələrinə ehtiyac varmı?

Bakı Dövlət Universiteti, jurnalistika fakültəsinin dekanı Vüqar Əliyev AzEdu.az-a açıqlamasında deyib ki,  qrup nümayəndələrinin öz funksiyaları var:

"Onlar qrup uşaqlarının tədris-təhsillə bağlı problemlərini nəzərə çatdırır - istər dekanlıq, istərsə də, başqa tələbə təşkilatları qarşısında. Əlavə olaraq, qrup nümayəndələri bir sıra işlərə nəzarət edir. Məsələn, dərs jurnallarına nəzarətdən tutmuş, müəyyən kağız-sənədləşmə işlərinə kimi. Tyutorla qrup nümayəndəsinin müştərək fəaliyyətindən çox şey aslıdır. Hesab edirəm ki, hər sinfə qrup nümayəndəsi lazımdır. Orta məktəblərdə deyə bilmərəm, amma  ali məktəblərdə bu vəzifəyə ehtiyac var.

Sənədləşmə, tələbələrlə işin kordinator edilməsi və.s.  Təsəvvür edin, elə qruplar olur ki, tələbələrin sayı çox olur.  Belə olan zaman , hamı ilə bir-bir əlaqə yaratmaqdansa, qrup nümayəndəsi onları təmsil edir, dərdlərini dilə gətirir, problemləri ilə maraqlanır. Bu , çox vacib məsələdir”.

"Qrup nümayəndəsi  aktiv olmalıdır”

V.Əliyev bildirib ki, qrup nümayəndəsi məsuliyyətli işdir:

"Onun tələbə yoldaşları, qrup qarşısında vəzifə və öhdəlikləri var. Bu mənada onların işi ağırdır. Hər tələbə qrup nümayəndəsi funksiyasını daşıya bilmir, ağır olur. İşləri tədrislə uyğunlaşdırmaq məsələsi var. Qrup nümayəndəsi isə aktiv olmalıdır. Ümumiyyətlə, funksional işlər görülməlidir. Bəzən elə tələbə olur ki, bunun öhdəsindən gələ bilmir və o, başqası ilə əvəz edilir. Amma uşaqlarla  daha çevik münasibətlərin qurulması, tədrisdə müəyyən proseslərin idarə edilməsi baxımından bu status çox yaxşıdır və lazımlıdır.

Bizdə ən yüksək bal toplayan tələbə avtomatik olaraq qrup nümayəndəsi seçilir. Bəzən həmin tələbə bu vəzifədən imtina edə bilir. Tələbə təhsilinə daha çox zaman ayırmaq istəyir, nəinki, əlavə ictimai işlər görmək. Çünki qrup nümayəndəsi ictimai işdir. Belə olan halda,  qrupun ikinci daha çox bal toplayan tələbəsi qrup nümayəndəsi seçilir”.

"Universitetlər qrup nümayəndəsi  anlayışından qurtulmalıdırlar”

Azərbaycan Turizm və Menecment Universitetinin Elm və İnkişaf məsələləri üzrə prorektoru Anar Eminov fərqli düşüncədədir:

"Ümumiyyətlə, Avropada, qabaqcıl universitetlərdə jurnal anlayışı demək olar ki, tam aradan qaldırılıb, nəinki, qrup nümayəndəsi anlayışı. İstər müəllimin qeydiyyat məsələsi, istərsə də tələbənin qiymətləndirilməsi elektron formatda həyata keçir. Elektron  universitet sistemi Baloniya sisteminin tələblərinə uyğun olaraq, Avropa ölkələrində tətbiq olunur. Tətbiq olunmayan Avropa universitetləri əsasən, bu təcrübəni başqa bir formatda da yekun olaraq həyata keçirdilər. İndi Azərbaycanda onun reallaşdırılması məsləhət görülür.

Bilirsiniz, qanunvericiliyə uyğun olaraq, universitet tərəfindən 100 nəfər tələbəyə bir tyutor təyin olunmalıdır. Həmin tyutorlar dərs prosesi başlananda qeydiyyat vərəqəsi tutur və bu, müəllimə təqdim olunur. Müəllim də öz növbəsində vərəqəni tələbələrə təqdim edir, onlar imza atır və tyutora ötürülür. Tyutorlar qeydiyyatları onlayn sistemə vururlar. Bəzi universitetlərdə isə, otaqların hər birində kompüter quraşdırılıb və müəllim onlayn olaraq tələbələrin qeydiyyatını aparır. 10 dəqiqədən sonra sistem bağlanır, müəllim özü belə orda düzəliş etmək ixtiyarına malik olmur.

Bu, beynəlxalq  təcrübədir. Azərbaycanda əfsuslar olsun ki, jurnal, qrup nümayəndəsi anlayışı var. Bununla, istər-istəməz tədris prosesində ləngiləmələr, müəyyən boşluqlara yol verilir. Mən bu yeniliyin tərəfindəyəm. Yaxşı olar ki, universitet qrup nümayəndələri, jurnal anlayışından ümumiyyətlə, qurtulsun. Daha praktik, təcrübəli, müasir, innovativ metodlara keçsinlər”.
 
 

“Universitetlər qrup nümayəndəsi  anlayışından qurtulmalıdırlar”- Ekspertlərdən fərqli mövqe

 


Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
Təqaüd   alan   tələbələr.

Təqaüd alan tələbələr.

Ali təhsil müəssisələrinin ixtisas seçiminin başa çatmasına 3 gün qalıb!

Ali təhsil müəssisələrinin ixtisas seçiminin başa çatmasına 3 gün qalıb!

Minə yaxın abituriyent ərizəsini təsdiq etmədi

Minə yaxın abituriyent ərizəsini təsdiq etmədi

Məktəblərdə ölmüş “vəzifə”  - “Sinif nümayəndəsinin işi bu səbəbdən təcili gücləndirilməlidir”

Məktəblərdə ölmüş “vəzifə” - “Sinif nümayəndəsinin işi bu səbəbdən təcili gücləndirilməlidir”

Qrup işinin təşkilində müəllimin vəzifələri

Qrup işinin təşkilində müəllimin vəzifələri

Bu il qəbul imtahanlarında iştirak edən abituriyentlərin nəticələri və orta balı açıqlanıb

Bu il qəbul imtahanlarında iştirak edən abituriyentlərin nəticələri və orta balı açıqlanıb

Qrup işində müəllimlərin və şagirdlərin davranış qaydaları

Qrup işində müəllimlərin və şagirdlərin davranış qaydaları

Qəbul imtahanına düşən suallar - I qrup

Qəbul imtahanına düşən suallar - I qrup

Qəbul imtahanında daha bir YENİLİK: İki qrup üzrə imtahan vermək mümkün olacaq

Qəbul imtahanında daha bir YENİLİK: İki qrup üzrə imtahan vermək mümkün olacaq

II qrup üçün 150 ballıq ixtisaslar - SİYAHI

II qrup üçün 150 ballıq ixtisaslar - SİYAHI

Qrup işi zamanı qarşıya çıxan çətinliklər və onlardan çıxış yolları

Qrup işi zamanı qarşıya çıxan çətinliklər və onlardan çıxış yolları

III qrup üzrə verilən imtahanların düzgün cavabları

III qrup üzrə verilən imtahanların düzgün cavabları

Təhsil naziri BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı Nümayəndəsi ilə görüşü

Təhsil naziri BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı Nümayəndəsi ilə görüşü

Bir qrup müəllim təltif olundu

Bir qrup müəllim təltif olundu

Bölgə universitetlərinin tələbələri paytaxt tələbələrinə həsəd aparırlar: “Bizdən öndədirlər”

Bölgə universitetlərinin tələbələri paytaxt tələbələrinə həsəd aparırlar: “Bizdən öndədirlər”

Dünənki imtahanların düzgün cavabları açıqlanıb

Dünənki imtahanların düzgün cavabları açıqlanıb

İmtahan başa çatdı

İmtahan başa çatdı

Abituriyentlərin nəzərinə! Düzgün cavablar açıqlandı

Abituriyentlərin nəzərinə! Düzgün cavablar açıqlandı

Dünənki imtahanın cavabları çıxdı..II və III qruplar diqqət

Dünənki imtahanın cavabları çıxdı..II və III qruplar diqqət

ADPU bir qrup heyəti Asəf Zeynallı adına Musiqi Kollecində olub

ADPU bir qrup heyəti Asəf Zeynallı adına Musiqi Kollecində olub

Bu  gün  31904 abituriyent imtahan verəcək

Bu gün 31904 abituriyent imtahan verəcək

I qrup üzrə qəbul imtahanının BÜTÜN CAVABLARI

I qrup üzrə qəbul imtahanının BÜTÜN CAVABLARI

“I qrupda aşağı bal toplayanların bəziləri universiteti qırmızı diplomla bitirir” - MARAQLI GÖSTƏRİCİ

“I qrupda aşağı bal toplayanların bəziləri universiteti qırmızı diplomla bitirir” - MARAQLI GÖSTƏRİCİ

“WhatsApp”dan istifadəçilər üçün daha bir – yenilik

“WhatsApp”dan istifadəçilər üçün daha bir – yenilik