Xəbərlər / Abituriyent
24 oktyabr 2018
3 335


Universitetlərdə vahid forma tətbiqi olacaqmı?- Tələbə bəzən, elə formada dərsə gəlir ki...”

Universitetlərdə vahid forma tətbiqi olacaqmı?- Tələbə bəzən, elə formada dərsə gəlir ki...”

 

 
Müəllimlərin qeyri-düzgün geyim forması onun peşə nüfuzuna, şagirdlərin, tələbələrin tərbiyəsinə, tədrisin keyfiyyətinə ciddi təsir göstərən əsas amillərdən biri kimi hesab edilir.

Orta məktəblərdə vahid geyim formasının olduğu bəllidir. Bəs, tələbələr?

Son günlərdə  tələbələrin geyimi, bununla bağlı qoyulan qadağalar gündəmə gəlib.

Maraqlıdır, tələbələrin geyimləri  ilə bağlı qadağa qoymaq doğru və mümkündürmü? Onların geyimi necə olmalıdır?

Milli Məclisin Elm və Təhsil Komitəsinin üzvü Kamilə Əliyeva AzEdu.az-a danışarkən qeyd edib ki, universitetlərdə tələbələrin geyimləri ilə bağlı ümumi qayda-qanun qəbul etmək düzgün deyil:

"Hər bir şəxs – tələbə, müəllim – geyimində məsuliyyət hiss etməlidir. Tələbənin tələbə, müəllimin  müəllim  geyimi olmalıdır. Bilirsiniz, orta məktəblərdə xüsusi geyim forması var və bu, çox gözəldir.

Ali məktəblərdə isə bu, sərbəstdir və  qadağaların olması yanlışdır, insan hüquqlarının pozulması deməkdir. Amma hər kəs bilməlidir ki, hər bir yerin öz geyimləri var.
 
 
 

 

Bəzən, görürsən, universitetlərə tələbə elə bir formada  gəlib ki... Məsələn, bu, hansısa gecə, ziyafət, yığıncaq  geyimi ola bilir. Hər kəs azaddır, amma bu o demək deyil ki, sən ali məktəbə istədiyin formada gələ bilərsən. Həmişə sadə, təmiz, səliqəli geyimlərə üstünlük verirəm. Düşünürəm ki, bu,  hər bir yaşda olan insanlar üçün keçərli olmalıdır”.

Sosioloq-alim Əhməd Qəşəmoğlu deyib ki, universitetlərin geyimlərə qarşı münasibəti yumşaq şəkildə olsa, çox yaxşı olar:

"Əks halda, müəyyən problemlər yarana bilər. Bu baxımdan birdən-birə qadağalar qoymaq  düzgün deyil. Əvvəla, tələbələrin bir çoxu evdən aldığı pulu toplayıb bir paltar alır. Və bu adam dərsə gəldiyi zaman qadağalarla qarşılaşanda başqa paltar almağa pulu çatmır.  Əgər geyimlərlə bağlı tələblər olacaqsa, ən azından yarım il öncədən universitetdə işlər aparılmalıdır. İnsanlar həm mənəvi-psixoloji, həm də maddi cəhətdən hazır olmalıdırlar. Yəni kəskin olaraq qərar qəbul etməyi doğru hesab etmirəm.
 
 

 

Lakin  tədris müəssisəsi üçün bir mühit vacibdir. Çünki hər bir insanın davranışını formalaşdıran üç əsas amil var: mühit, aldığı informasiyalar və üstünlük verdiyi dəyərlər. Əgər gənclər tələbədirsə, onların  həyatında  təhsil aparıcı rol oynamalıdır. Qalan məsələlər tədris prosesindən kənardır. Ona görə də insanları tədrisə, təhsilə yönləndirə bilən mühit önəmlidir. Bir-biriləri ilə geyimlər üzərindən yarışmaq, dəblə ayaqlaşmaq və.s  kimi amillər tələbələrin psixologiyasında mənfi rol oynayır və təhsil prosesinə birbaşa neqativ təsir edir.  Bu baxımdan prinsip etibarilə, ali məktəblərdə təhsil mühitinin yaranmasını vacib hesab edirəm. Amma kəskin şəkildə  qərarların qəbul edilməsinin əleyhinəyəm”.

İlahiyyat üzrə fəlsəfə doktoru Əkrəm Həsənov bildirib ki, İslam dini baxımından yanaşdıqda, geyim formaları hər xalqın mədəniyyətinin özünə uyğun olması əsas götürülür:

"Bu gün bir çox gənclər bəzən bizim geyim mədəniyyətimizi pozurlar. Əlbəttə, elm almaq istəyən gənc normal ədəb çərçivələri daxilində rəsmi universitetə gəldikdə səliqəli geyinməlidir. Çünki geyimin insanın əxlaqına, davranışına güclü təsiri var. Həmçinin normal ədəb dairəsində geyindikdə gəncdə elmə həvəs daha çox olur. Lakin normadan kənar geyimlər həm gəncin öz diqqətini cəlb edir, həmçinin, ətrafdakıların fikirlərinin dağılmasına səbəb olur. Bu baxımdan İslam dini nöqteyi-nəzərdən yanaşdıqda, universitetlərdə təhsil almağa gələn gənclər normal geyim mədəniyyətinə riayət etməlidirlər”.
 
 
 

Universitetlərdə vahid forma tətbiqi olacaqmı?- Tələbə bəzən, elə formada dərsə gəlir ki...”

 

Müsahibimizin sözlərinə görə, bu məsələdə institut və universitet rektorları da məsuliyyət daşıyır:

"Çünki dərsə normadan kənar geyinib gələn tələbənin fikri dərsdən yayındığı üçün digərlərinin də fikirlərinin yayılmasına zəmin yaratmış olur. Belə halda, universitet artıq elm ocağından daha çox bayağı bir yerə dönür. Əlbəttə, bu məsələdə ciddi olmaq lazımdır. Universitet tələbələri səliqəli geyinməli, normal geyim mədəniyyətini qorumalıdırlar.

Həddən artıq dar geyinmək, qızların dizdən yuxarı geyinməsi halları olmamalıdır. Xüsusi ilə oğlanların deşilmiş şalvar geyinmələri yol verilməz olmalıdır. İslam dini bu məsələdə abırlı geyinməyi tövsiyə edir. Bu baxımdan ali təhsil müəssisələrində çalışan müəllimlər də geyim ədəbinə riayət edib bunu öz tələbələrinə aşılamalıdırlar. Lap ən son dəblə geynimiş olsa belə, hər bir müəllim və tələbə geyim əxlaqına riayət etməlidirlər. Çünki, dinimiz əxlaqlı olmağı tövsiyə edi
 
 

Universitetlərdə vahid forma tətbiqi olacaqmı?- Tələbə bəzən, elə formada dərsə gəlir ki...”

 


Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
Şagirdlərin saç düzümünə məhdudiyyət qoyulmalıdırmı?

Şagirdlərin saç düzümünə məhdudiyyət qoyulmalıdırmı?

Müəllimlər oxuyun !!! Qadın müəllimlərin iş vaxtı  geyimləri necə  olmalıdır ?

Müəllimlər oxuyun !!! Qadın müəllimlərin iş vaxtı geyimləri necə olmalıdır ?

Bölgələrdə məktəbli forması problemi

Bölgələrdə məktəbli forması problemi

Məktəblərdə vahid forma necə müəyyənləşdirilir?- Dizayn və qiymət fərqləri

Məktəblərdə vahid forma necə müəyyənləşdirilir?- Dizayn və qiymət fərqləri

"Əgər Bakı Tikiş Evinin tikdiyi geyimlər gigiyenik normalara cavab verirsə alın, yoxsa məsləhət deyil”

"Əgər Bakı Tikiş Evinin tikdiyi geyimlər gigiyenik normalara cavab verirsə alın, yoxsa məsləhət deyil”

Peşə məktəblərində şagirdlərə xüsusi geyim formaları veriləcək

Peşə məktəblərində şagirdlərə xüsusi geyim formaları veriləcək

Müəllimlər vahid geyim formasına keçdilər - FOTOLAR

Müəllimlər vahid geyim formasına keçdilər - FOTOLAR

Azərbaycanda bu universitetə hicablı və saqqallı tələbələr buraxılmayacaq – SƏBƏB

Azərbaycanda bu universitetə hicablı və saqqallı tələbələr buraxılmayacaq – SƏBƏB

Mingəçevir Dövlət Universitetində hicablı tələbələrə qadağa qoyuldu

Mingəçevir Dövlət Universitetində hicablı tələbələrə qadağa qoyuldu

Deputatla direktor məktəbdə pul yığımının əsas günahkarı kimi valideyn və müəllimləri suçladı

Deputatla direktor məktəbdə pul yığımının əsas günahkarı kimi valideyn və müəllimləri suçladı

DİM imtahan nəzarətçilərinə xəbərdarlıq etdi:-"mini yubka geyinməyin"

DİM imtahan nəzarətçilərinə xəbərdarlıq etdi:-"mini yubka geyinməyin"

Universitetlərdə rektor seçkisi keçirilsə, nə baş verər...

Universitetlərdə rektor seçkisi keçirilsə, nə baş verər...

Tələbələrin çözülməyən yataqxana problemi

Tələbələrin çözülməyən yataqxana problemi

“Deyəcəm ki, səni leylək gətirib” - Müəllim olmaq istəyən namizəd

“Deyəcəm ki, səni leylək gətirib” - Müəllim olmaq istəyən namizəd

Dövlət Komitəsi: Orta məktəblərdə dinin tədrisindən söhbət gedə bilməz

Dövlət Komitəsi: Orta məktəblərdə dinin tədrisindən söhbət gedə bilməz

Məktəblərdə telefon qadağan olunsun – TƏKLİF

Məktəblərdə telefon qadağan olunsun – TƏKLİF

Eskpert: "Məktəblilərin ayrı-ayrı geyimdə olması düzgün deyil"

Eskpert: "Məktəblilərin ayrı-ayrı geyimdə olması düzgün deyil"

Müəllimlər ciddi psixoloji sarsıntı keçirir - Əsas səbəblər

Müəllimlər ciddi psixoloji sarsıntı keçirir - Əsas səbəblər

"Bİliyi məhsuldar şəkildə istifadə edəcək keyfiyyətli müəllimlərə ehtiyac var"MAGİSTRATURA təhsili olan müəllimlərin əslində fərqli üstünlükləri..

"Bİliyi məhsuldar şəkildə istifadə edəcək keyfiyyətli müəllimlərə ehtiyac var"MAGİSTRATURA təhsili olan müəllimlərin əslində fərqli üstünlükləri..

Azərbaycanlı tələbələr xaricdə fərqlənirlər, üstündürlər - AÇIQLAMA

Azərbaycanlı tələbələr xaricdə fərqlənirlər, üstündürlər - AÇIQLAMA

"Bolonya sisteminin bizdə sadəcə adı var, özü isə demək olar yox"-Nadir İsrafilov

"Bolonya sisteminin bizdə sadəcə adı var, özü isə demək olar yox"-Nadir İsrafilov

Yüksək balla ali məktəbə girən tələbə niyə kəsilir?

Yüksək balla ali məktəbə girən tələbə niyə kəsilir?

Dərsə gedən bir uşaq, əlində telefon qoçaq…

Dərsə gedən bir uşaq, əlində telefon qoçaq…

Azərbaycanda dini təhsil pulsuz olacaq

Azərbaycanda dini təhsil pulsuz olacaq