Xəbərlər / Ekspert
23 oktyabr 2018
2 239


"Nazirlər Kabineti qanundan “tərbiyə” sözünü çıxarır, biz çinsi tərbiyə barədə “baş sındırırıq”"

 

 

 "Ölkə boyu yeni tədris proqramına başlanılacaq...!?

"Məktəblərdə cinsi tərbiyə: kim razıdır, kim yox?”, "Məktəblərdə seksual inqilabın səbəbi nədir?”, "Orta məktəblərdə cinsi tərbiyə: nə etməli?”, "Məktəblilərin cinsi inkişaf dərslərinə ehtiyacı varmı?” və digər bu kimi digər manşetlər uzun müddətdir ki, gündəmin əsas mövzularından biridir.

Kimlərsə cinsi tərbiyə ilə bağlı tədrisin şagirdlərə faydası olacağını, bu dərsin tədrisinə ciddi ehtiyac olduğunu, reproduktiv sağlamlıq üzrə xüsusi təlimlərin gənclərin düzgün, mənəvi və sağlam formalaşmasında əhəmiyyətli rol oynayacağını düşünürsə, digərləri hesab edir ki, yeni fənn dini və dünyəvi dünyagörüşlü insanlar arasında qarşıdurmaya səbəb ola bilər. Bundan başqa, şüuru hələ tam möhkəmlənməyən yeniyetmələrdə cinsi əlaqə istəyi yarana bilər ki, bu da xoşagəlməz haldır. Bununla belə hazırda cəmiyyətin üzləşdiyi kriminalın, erkən nikahların, boşanmaların, eləcə də zorakılıq faktlarının kökündə insanların seksual tərbiyəsinin olmamasının durmasını iddia edənlər də var.


"Nazirlər Kabineti qanundan “tərbiyə” sözünü çıxarır, biz çinsi tərbiyə barədə “baş sındırırıq”" 

 

 

 "Üç ildir pilot layihə kimi orta məktəblərdə keçirilən cinsi tərbiyə dərsinin bu ildən ölkə üzrə tam tətbiqinə başlanacaq. Məqsəd demoqrafik vəziyyəti qorumaq, infeksyon xəstəliklərin qarşısını almaq üçün reproduktiv sağlamlıq haqqında gənclərin biliklərinin artırılmasına nail olmaqdır”,"Kitab yoxlanılması və tədrisi üçün Təhsil Nazirliyinə təqdim olunub. Dərsliyin hazırlanmasında nazirliyin məsləhətçiləri, ekspertləri və Səhiyyə Nazirliyinin məsləhətçiləri - pediatr, psixoloq və ginekoloqlar iştirak ediblər” kimi açıqlamalardan sonra isə məsələnin mahiyyəti bir az da ciddi xarakter alıb.


Baxmayaraq ki, Azərbaycanda məktəblərdə cinsi tərbiyə dərsinin tədris olunmasına Təhsil nazirliyi rəsmi münasibət bildirilib: "Azərbaycanda ümumi təhsil pilləsində tədris olunan fənlərin siyahısı Nazirlər Kabinetinin 2010-cu il 3 iyun tarixli, 103 nömrəli qərarı ilə təsdiq edilmiş "Ümumi təhsil pilləsinin dövlət


standartları və proqramları (kurikulumları)” sənədində ümumi təhsilin heç bir səviyyəsində reproduktiv sağlamlığın tədrisi ilə bağlı ayrıca fənn nəzərdə tutulmayıb. Bununla belə, Azərbaycan prezidentinin 2011-ci il 7 iyul tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı”nda "Gənclərin sağlamlığının qorunması və həssas qruplardan olan gənclərin dəstəklənməsi” məqsədilə sağlam həyat tərzi və reproduktiv sağlamlıq sahəsində maarifləndirmə işinin genişləndirilməsi ciddi və vacib məsələ kimi qeyd olunub. Məsələnin aktuallığı nəzərə alınaraq, maarifləndirmə işinin davamlı xarakter daşıması məqsədilə Səhiyyə Nazirliyi, Təhsil Nazirliyi, İctimai Səhiyyə və İslahatlar Mərkəzi və "Ümidli Gələcək” Gənclər İctimai Birliyinin birgə səyi ilə həkim, metodist və müəllimlərdən ibarət yaradılmış İşçi qrupu tərəfindən "Ümumtəhsil məktəblərinin ümumi orta təhsil səviyyəsində reproduktiv sağlamlığın tədrisi üzrə” hazırlanıb. Hazırda vəsaitin yekun variantı üzərində son tamamlanma işləri həyata keçirilir. Vəsait tam hazırlanıb təsdiq olunduqdan sonra ümumtəhsil müəssisələrinin istifadəsinə veriləcək”.


Bəli, dərslik ayrı şeydir, metodik tövsiyə tamam başqa şey, eynilə maarifləndirmənin və dərsin, tədrisin ayrı anlayışlar olduğu kimi. Bunun üçün "Biologiya” və "Həyat bilgisi” kimi tədris fənləri var. Ən çıxılmaz vəziyyətdə fakultativ məşğələlərin imkanlarından yararlanmaq olar. Tədris proqramı və təhsil proqramlarının həddən artıq yüklü olduğu bir vəziyyətdə, valideynlərin və təhsil içtimaiyyətinin uşaqların həddən artıq yüklənməsi barədə həyacan təbili çaldığı bir şəraitdə əlavə polemikalar açmaq, gərəksiz ajiotaj yaratmaq nə dərəcədə məntiqə uyğundur? Hər sinifdə 40-50 uşaq oturarkən, siniflərin bölünməsində ciddi problemlərlə üzləşdiyimiz halda, "Reproduktiv sağlamlığı tədris” edərkən oğlanlar və qızlar üçün dərslərin ayrı-ayrılıqda aparılmasından çıxış yolnu necə tapılacaq?


Onu da xatırlatmaq yerinə düşər ki, qonşu "Rusiyanın bəzi orta məktəblərində pilot layihə kimi reproduktiv sağlamlıq haqqında vəsait tədris olunub. 8 -11-ci siniflərə şamil edilən bu dərslikdə cinsi tərbiyə, ailə həyatı quran, dünyaya uşaq gətirən gənclərin davranış qaydaları kimi mövzulara toxunulub. Bir-iki ildən sonra aparılan araşdırmalardan sonra müəyyən edilib ki, layihə orta məktəb şagirdlərinin davranışlarında ciddi nöqsanlara səbəb olub. Bu dərsliyi oxuyan orta məktəb şagirdləri öyrəndiklərini praktikada həyata keçirməyə başlayıblar. Rus məktəblilərinin əxlaqına və davranışına neqativ təsir edən bu dərsliyin ümumtədrisinə rəy verilmədi”


Uzağa niyə gedirik, elə ötən əsrin 90-cı illərdə Respublikamızın orta məktəblərdə əlavə vəsait kimi tədris olunan, ailə və nikah məsələlərindən bəhs edən "Ailə” dərsliyinin müqəddəratı necə oldu, erkən nikahların sayı azaldımı, əksinə erkən boşanmaların sayı bir az da artmış oldu. Uşaqlarımızın sağlamlığını qorumaq istəyiriksə, onları lazımlı-lazımsız materiallarla yükləmək yox, onları bu ağir yükdən azad etməliyik.


Nadir İsrafilov

moderator.az

 

"Nazirlər Kabineti qanundan “tərbiyə” sözünü çıxarır, biz çinsi tərbiyə barədə “baş sındırırıq”"

 




Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
Azərbaycanda məktəblilərə cinsi tərbiyə aşılanacaq

Azərbaycanda məktəblilərə cinsi tərbiyə aşılanacaq

Təhsil Nazirliyi: – Orta məktəblərdə din tədrisi ilə bağlı heç bir fənn nəzərdə tutulmayıb

Təhsil Nazirliyi: – Orta məktəblərdə din tədrisi ilə bağlı heç bir fənn nəzərdə tutulmayıb

Ötən il Azərbaycanda əhali daha çox bu xəstəlikdən ölüb

Ötən il Azərbaycanda əhali daha çox bu xəstəlikdən ölüb

“Orta məktəblərdə din heç vaxt tədris olunmayacaq” – AÇIQLAMA

“Orta məktəblərdə din heç vaxt tədris olunmayacaq” – AÇIQLAMA

Təmayül siniflər həftəlik 30 saat dərs keçəcəklər ?

Təmayül siniflər həftəlik 30 saat dərs keçəcəklər ?

Şagirdləri daim zəif nəticə göstərən müəllimlər... - Təhsil naziri

Şagirdləri daim zəif nəticə göstərən müəllimlər... - Təhsil naziri

Sumqayıtda yalnız bu məktəbdə: həsəd aparılan siniflər...

Sumqayıtda yalnız bu məktəbdə: həsəd aparılan siniflər...

“Sosial şəbəkələrdə “ağ atlı oğlan” axtarırlar”

“Sosial şəbəkələrdə “ağ atlı oğlan” axtarırlar”

604 uşağın internata düşməsinin qarşısı alınıb

604 uşağın internata düşməsinin qarşısı alınıb

Azərbaycanda evdə təhsil alan nə qədər əlil uşaq var? - Nazirlik AÇIQLADI

Azərbaycanda evdə təhsil alan nə qədər əlil uşaq var? - Nazirlik AÇIQLADI

TƏHSİL EKSPERTLƏRİ ƏLEYHİNƏ ÇIXDILAR

TƏHSİL EKSPERTLƏRİ ƏLEYHİNƏ ÇIXDILAR

Qax rayonu ümumtəhsil məktəblərində yerli səhiyyə orqanları ilə birgə maarifləndirmə tədbirləri davam edir

Qax rayonu ümumtəhsil məktəblərində yerli səhiyyə orqanları ilə birgə maarifləndirmə tədbirləri davam edir

Azərbaycanda dərsliklər pulla satılır?

Azərbaycanda dərsliklər pulla satılır?

"Sağlam gələcəyimiz üçün şagirdləri sağlam düşüncədə yetişdirməliyik"..Kant-ın həyat "bilgisi"

"Sağlam gələcəyimiz üçün şagirdləri sağlam düşüncədə yetişdirməliyik"..Kant-ın həyat "bilgisi"

Ümumi təhsil sistemində dərsik siyasəti- Ümumi müddəalar

Ümumi təhsil sistemində dərsik siyasəti- Ümumi müddəalar

Prezident məktəb-liseydə yaradılan şəraitlə tanış oldu

Prezident məktəb-liseydə yaradılan şəraitlə tanış oldu

"Formal təhsilin təşkili Qaydaları"  NK-nın 6 avqust 2010-cu il  tarixli № 147-li QƏRARI

"Formal təhsilin təşkili Qaydaları" NK-nın 6 avqust 2010-cu il tarixli № 147-li QƏRARI

"Əxlaqsız şagirdlə bağlı fikrimi təhrif edənlər…" - Millət vəkili

"Əxlaqsız şagirdlə bağlı fikrimi təhrif edənlər…" - Millət vəkili

Məktəblərdə Psixoloq ştatı ləğv olunur ...əvəzində ?

Məktəblərdə Psixoloq ştatı ləğv olunur ...əvəzində ?

Bir sinifdə 24-dən çox şagirdin olması sağlamlıq üçün zərərlidir – Mütəxəssis təhlili

Bir sinifdə 24-dən çox şagirdin olması sağlamlıq üçün zərərlidir – Mütəxəssis təhlili

Məktəblərdə dini biliklərin verilməsi dini dəyərlərlərlə dini fanatizm və mövhumatın tam fərqli şeylər olduğunu anlatmaq deməkdir

Məktəblərdə dini biliklərin verilməsi dini dəyərlərlərlə dini fanatizm və mövhumatın tam fərqli şeylər olduğunu anlatmaq deməkdir

V sinif şagirdlərinə İT sistemləri öyrədilir – 45 məktəbdə möhtəşəm layihə

V sinif şagirdlərinə İT sistemləri öyrədilir – 45 məktəbdə möhtəşəm layihə

Uşaq intiharı: günahkar təhsildir, yoxsa din?

Uşaq intiharı: günahkar təhsildir, yoxsa din?

Məktəblilər üçün yeni dərs vəsaiti  - " Yaşıl paket"in təqdimatı keçirilib

Məktəblilər üçün yeni dərs vəsaiti - " Yaşıl paket"in təqdimatı keçirilib