Xəbərlər / Valideyn / Müəllim
22 oktyabr 2018
4 107


Məktəblərdəki valideyn hegemonluğu, şagird özbaşınalığı,müəllim laqeydliyi – İtmiş ənənələrin acı fəsadları

Məktəblərdəki valideyn hegemonluğu, şagird özbaşınalığı,müəllim laqeydliyi  – İtmiş ənənələrin acı fəsadları

 

 
"Bizim nəsil bunların çoxunu yaşadı. Düşünürəm ki, belə ənənələri "köhnədir”, "lazım deyil” deyib kənara atmaq olmaz. Çünki bu idarəetmə bacarıqları şagirdlərə ömrün istənilən dövründə lazım olacaq”.

"Təmizkom”, "Sinifkom”, "Növbətçi” sözləri çoxlarını bugündən çıxarıb məktəb illərinə aparır. Sinifdən bir şagirdin sıra ilə gəzərək yoldaşlarının təmizliyini yoxlaması yəqin ki, çoxlarının xatirindədir.

Kurikulumda başqa formada təzahür edən, getdikcə unudulan ənənə...

Bu sözləri AzEdu.az-a açıqlamasında təhsil məsələləri üzrə mütəxəssis Məlahət Mürşüdlü məhz bir zamanlar məktəblərdə mövcud olan  kiçik vəzifə bölgüləri haqqında danışarkən deyib.

O, qeyd edib ki, hazırda ləğv olunan bu nümayəndəliklər əslində, şagird özünüidarəsinin inikası idi:

"Bu yolla məktəb idarəetməsində şagirdlərin fəallığı təmin edilir, nəticə isə çox yaxşı olurdu. Şagirdə həm gələcək həyata hazırlanma, həm də idarəetmə bacarıqlarının formalaşması istiqamətində ilkin məlumatlar verilirdi. Bu nümayəndəliklər eyni zamanda, məktəblilərin öz həmyaşıdları ilə diskussiya aparması, tolerantlıq kimi müsbət keyfiyyətlər aşılayırdı.

Təmizlik komissiyasının rəhbəri, növbətçi bu idarəetmənin ən vacib elementləri idi. Müstəqillikdən sonra bu nümayəndəliklər daha geniş vüsət alaraq "şagird-sinif parlamentləri”nə çevrilmişdi. İdarəetmə bacarıqları həm də indiki  kurikulumun tələblərini ödəyir. Buna görə də bəzi məktəblərdə bu metoddan əvvəlki kimi kütləvi  olmasa da, indi də istifadə edilir. Sinif nümayəndələri saxlanılıb, amma digər vəzifə bölgüləri yavaş-yavaş sıradan çıxır. Bu ənənə getdikcə unudulur”.

Ekspert vurğulayıb ki, bu ənənələr yenidən tətbiq edilsə, nəticəsi çox yaxşı olacaq. Bu, həm də şagirdləri tənəffüs zamanı bayağı hərəkət və davranışlardan çəkindirəcək.

"Bu ənənələri "köhnədir”, "lazım deyil” deyib kənara atmaq olmaz”

"Əvvəl reytinq cədvəlləri hazırlanır, hər sinifdə bu funksiyaları yerinə yetirən uşaqlar qiymətləndirilirdi.  Cədvəldə hansı sinif davranışlara daha yaxşı  riayət etməsi qeyd olunurdu. Məktəb formalarına, dərsə gecikənlərə  nəzarət üçün bir şagird ayrılırdı. Belə məktəblilər idarəetmədə sinif rəhbərinin tərəfdaşına çevrilirdilər. Sinfin təmizliyi, dərsdən sonra partaların yerində, lövhənin isə təmiz olması "Təmizkom”un səlahiyyəti idi. O, həm də sinif yoldaşlarının təmizliyini, saç və dırnaqlarını yoxlayırdı. Bir şagird güllərə qulluq etmək üçün ayrılırdı.

Bizim nəsil bunların çoxunu yaşadı. Düşünürəm ki, bu ənənələri "köhnədir”, "lazım deyil” deyib kənara atmaq olmaz. Bu, bütün məktəb kollektivinin əməkdaşlığı deməkdir.  Şagirdləri obyekt formasından çıxarıb subyektə çevirən üsuldur. Sinfin timsalında cəmiyyətin, dövlətin idarəetməsi üçün insanlar yetişdiririk. Bu idarəetmə bacarıqları onlara ömürlərin istənilən dövründə lazım olacaq”.

"Bir şagirdin il ərzində ilk sırada oturması düzgün deyil”

Hansısa şagirdin yoldaşlarından bu şəkildə fərqləndirilməsinin digər məktəblilər tərəfindən necə qarşılanması məsələsinə gəldikdə isə Məlahət xanım bildirib ki, bu, yolverilməzdir və hər şey seçki yolu ilə olmalıdır:

"Mən sinif rəhbəri olanda bu səlahiyyətləri şagirdlərə seçki yolu ilə verirdim. Beləcə, hər şagirdin bu vəzifələri yerinə yetirmək imkanı olurdu.

Nəinki bu, hətta bir şagirdin il ərzində ilk sırada eyni yerdə oturması da düzgün deyil.  Bu, digər şagirdlərin hüquqlarının pozulması deməkdir. Şagird bilik səviyyəsindən asılı olmayaraq, birinci və ya sonuncu sırada otura bilər. Bunları mütləq rotasiya ilə müəyyənləşdirmək lazımdır. Bu səlahiyyətlər həftə, yarımil ərzində növbə ilə sinfin bütün şagirdlərinə verilməlidir.

Xüsusilə də ipə-sapa yatmayan şagirdlər bu vəzifələri daşıyanda tam başqa cür olur, müəllimlərin onlara güvəndiyini hiss edirdilər. Onlar dərsə gecikmir, tənəffüsdə məktəbin qayda-qanunlarına riayət edirdilər. Bu metod belələrini nümunəvi şagirdə çevirirdi”.

Ləğv olunan nümayəndəliklərin orta məktəblərdə hansı boşluqları buraxması sualının cavabında isə ekspert bu yaxınlarda məktəbdə partladılan bibər qazını misal gətirib:

"Bundan əlavə, tənəffüs zamanı uşaqlar bir-birini incidirlər. Bəzən sinifdə şüşənin sınması, tənəffüsdə kiminsə burnunun sınması hallarına rast gəlirik. Bunlar hamısı boşluqdan yaranır. Uşaq 45 dəqiqə dərsdə oturur. 15 dəqiqəlik tənəffüsdə isə boşluqdan istifadə edib enerjisini biruzə verir”.
 
 
 

Məktəblərdəki valideyn hegemonluğu, şagird özbaşınalığı,müəllim laqeydliyi  – İtmiş ənənələrin acı fəsadları

 


Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
Məktəbdə və sinifdə şagird DAVRANIŞ QAYDALARI

Məktəbdə və sinifdə şagird DAVRANIŞ QAYDALARI

Sinif rəhbərinin şagirdləri və sinif kollektivini öyrənmə metodları

Sinif rəhbərinin şagirdləri və sinif kollektivini öyrənmə metodları

Məktəblərdə ölmüş “vəzifə”  - “Sinif nümayəndəsinin işi bu səbəbdən təcili gücləndirilməlidir”

Məktəblərdə ölmüş “vəzifə” - “Sinif nümayəndəsinin işi bu səbəbdən təcili gücləndirilməlidir”

Məktəbdə və sinifdə  şagird davranış qaydaları

Məktəbdə və sinifdə şagird davranış qaydaları

Məktəb direktoru və  digər rəhbərlər tərəfindən sinif rəhbərinə  münasibət göstərilmirsə....

Məktəb direktoru və digər rəhbərlər tərəfindən sinif rəhbərinə münasibət göstərilmirsə....

"İdarəetmə pomidor şitili deyil ki, onu əkəsən, sonra başqa bir pomidora calayıb yeni bir hibrid alasan"

"İdarəetmə pomidor şitili deyil ki, onu əkəsən, sonra başqa bir pomidora calayıb yeni bir hibrid alasan"

DAVRANIŞ QAYDALARI

DAVRANIŞ QAYDALARI

Sinif rəhbəri və sinifdə nizam-intizam qaydaları...

Sinif rəhbəri və sinifdə nizam-intizam qaydaları...

Sinif rəhbərinin işinin məzmunu və əsas istiqamətləri

Sinif rəhbərinin işinin məzmunu və əsas istiqamətləri

Məktəb direktoru və sinif rəhbəri

Məktəb direktoru və sinif rəhbəri

Sinif rəhbərinin 2 əsas istiqaməti var:

Sinif rəhbərinin 2 əsas istiqaməti var:

MƏKTƏB DİREKTORU VƏ SİNİF RƏHBƏRİ

MƏKTƏB DİREKTORU VƏ SİNİF RƏHBƏRİ

Məktublar -  Sinif rəhbərinin şagirdlərlə iş prinsiplərindən bir kimi

Məktublar - Sinif rəhbərinin şagirdlərlə iş prinsiplərindən bir kimi

Sinif rəhbərləri üçün-Sinif kollektivi ilə işin təşkili

Sinif rəhbərləri üçün-Sinif kollektivi ilə işin təşkili

Sinif rəhbərləri  oxuyun - Sinif rəhbərinin fəaliyyətinin dövrü qrafiki..

Sinif rəhbərləri oxuyun - Sinif rəhbərinin fəaliyyətinin dövrü qrafiki..

Şagirdlərimiz niyə oxumur?

Şagirdlərimiz niyə oxumur?

Bəzi məktəblərdə bütün fənnlər ləğv edilib -  Finlandiya təhsili haqda BİLMƏDİKLƏRİNİZ + FOTOLAR

Bəzi məktəblərdə bütün fənnlər ləğv edilib - Finlandiya təhsili haqda BİLMƏDİKLƏRİNİZ + FOTOLAR

Psixoloqdan müəllim və valideynlər üçün qızıl qaydalar

Psixoloqdan müəllim və valideynlər üçün qızıl qaydalar

Valideynlərlə əlaqə  Sinif rəhbəri sinfin baş tərbiyəçisidir

Valideynlərlə əlaqə Sinif rəhbəri sinfin baş tərbiyəçisidir

Müəllim-valideyn münasibətləri necə tənzimlənməlidir?

Müəllim-valideyn münasibətləri necə tənzimlənməlidir?

Dərnəklər,HBƏT,indi də SİNİF RƏHBƏRLİYİ ?

Dərnəklər,HBƏT,indi də SİNİF RƏHBƏRLİYİ ?

İbtidai siniflərdə alternativ qiymətləndirmə üsullarından istifadə

İbtidai siniflərdə alternativ qiymətləndirmə üsullarından istifadə

"...ŞAGİRDLƏRİN DƏRS VƏ İMTAHAN YÜKÜ AZALACAQ" - NAZİRLİK

"...ŞAGİRDLƏRİN DƏRS VƏ İMTAHAN YÜKÜ AZALACAQ" - NAZİRLİK

Şagirdlərdə idarəetmə vərdişlərinin formalaşdırılmasında sinifdənxaric və məktəbdənkənar tədbirlərin əhəmiyyəti

Şagirdlərdə idarəetmə vərdişlərinin formalaşdırılmasında sinifdənxaric və məktəbdənkənar tədbirlərin əhəmiyyəti