Xəbərlər / Direktor / Müəllim
19 oktyabr 2018
2 633

Təhsil şöbəsinin müdiri həyətində pambıq əkilən məktəbdən danışdı – “Bunun nəyi pisdir ki?!”

"Orada pambıq da, yonca da əkilir. Bu, başqa məqsədlə əkilmir. Bunu əminliklə deyirəm”.

Bu sözləri AzEdu.az-a Beyləqan Təhsil Şöbəsinin müdiri Xuraman Rüstəmova I Şahsevən kənd orta məktəbinin həyətində pambıq becərilməsi iddiası haqda danışarkən deyib. O qeyd edib ki, ərazidə pambıq da, yonca da əkilir. Üstəlik bağ da var:

"Çünki məktəbin ərazisi böyükdür. Buradan gələn gəlir məktəbin abadlaşması, ağac əkimi, gül kollarının alınması üçün istifadə edirlər. Bu, başqa məqsədlə əkilmir. Bunu əminliklə deyirəm. Bunun nəyi pisdir?!

Həmin sahə isə məktəblə yaxın deyil. Məktəbin arxa hissəsindədir. Sadəcə, qonşuluqda bir-iki nəfər o məktəblə didişir. Deyirlər ki, bu yoncanın yarısını mənə verəcəksən”.

Təhsil Şöbəsinin müdiri bildirib ki, bura dövlət özü maliyyə ayırır. Dövlət  də kombaynla biçir. Bu, məktəbin abadlığına xidmət edir:

"İki il əvvəl bu barədə mənə də müraciət olub. Gedib maraqlandım və gördüm ki, məktəbin arxasında xeyli boş qalan torpaq var.  Məktəbin ora giriş-çıxışı yoxdur. Bu kiməsə xidmət etmir və bir qəpiyi kənara çıxa bilməz”.

Şagird və ya müəllimlərin əməyinin istismarı məsələsinə gəlincə isə bildirilib ki, məktəb daxilində  bir nəfərə də pambıq yığımına get deyən olmayıb.

Qeyd edək ki, bu barədə iqtisadçı-ekspert  Qubad İbadoğlu feysbuk hesabında yazıb. O bildirib ki, pambıq sahəsi Beyləqanın I Şahsevən kəndinin Gəray Əsədov adına 1 nömrəli orta məktəbinin həyətindədir:

"Məktəbin direktoru ikiqat qazanc yeri tapıb, bir tərəfdən məktəbdən, digər tərəfdən də ucuz işçi qüvvəsinin cəlbi yolu ilə pambıqçılıqdan qazanır. Şagirdlərin də gələcəkləri göz qabağındadır, uzağa getmək lazım deyil, hər gün dərsə gedəndə də, dərsdən gələndə də pambıq sahəsini görür, hətta onun zəhərli havası ilə nəfəs də alırlar”.

Təhsil şöbəsinin müdiri həyətində pambıq əkilən məktəbdən danışdı – “Bunun nəyi pisdir ki?!”

Məqalə Göndər

Загрузка...
Həmçinin oxuyun:
Regionların təhsil dərdi: pambıq, yoxsa təhsil?

"Əgər Bakı Tikiş Evinin tikdiyi geyimlər gigiyenik normalara cavab verirsə alın, yoxsa məsləhət deyil”

“İlan görüldüyü” deyilən məktəbin təmirinə başlanılıb

"20 nömrəli məktəb fəaliyyətə başlayacaq" -AÇIQLAMA

6-cı sinif şagirdi məktəbin həyətində öldü

Ekspertdən Təhsil Nazirliyinə irad - Bu sualları düşmən yazıb?

Sumqayıtda uşaqların oğurlandığı deyilən məktəbdən AÇIQLAMA

Ölən direktordan əvvəl məktəbin bir hissəsi restorana satılmışdı

Təhsil Nazirliyi bir kəndi məktəbsiz qoydu- ŞİKAYƏT+VİDEO

İlham Əliyev: "Dövlət Aqrar Universitetində pambıqçılıq ixtisasının yaradılması məqsədəmüvafiq sayıla bilər"

Bakı Təhsil İdarəsindın “itkin şagird”lə bağlı AÇIQLAMA

Azərbaycanda şok - Baytar məktəb direktoru təyin edildi

Yaralı şagirdin vəziyyəti normaldır" - Təhsil şöbəsinin müdiri

"Vaxtında övladlarına forma almağa gəlsinlər ki, sonra uzun növbədə dayanmasınlar”

Vandam kənd tam orta məktəbinin satılması ilə bağlı şaiələr yayılıb

Azərbaycanda orta məktəbdə faciə: şagird öldü

TƏHSİL NAZİRLİYİ: Jurnalisti söyən direktorla bağlı araşdırmalar başladı

Tahir Kərimlinin “ilan gördüyü” məktəbin direktoru: “Valideynləri geri qaytarırıq”

İki qardaş iki həftədir dərsə gedə bilmirlər

Nizami Namazovdan ərizə alındı: Müddətli müəllim ştatına götürülənlərin aqibəti necə olacaq?

"İndi də deyirlər ki, idman müəllimi ayaqyolunun pəncərəsindən qızlara baxır" — Məktəbdə daha bir qalmaqal

Məktəbdə direktor-müəllim konflikti –“Sinfim əlimdən alınıb, xəstə uşağıma baxa bilmirəm”

"Kim nə deyir, mənə maraqlı da deyil" - Məktəb direktorundan konkret cavab + Səsyazısı

Bakıda valideynlər etiraz etdi

Bakıda valideynlər etiraz etdi