Xəbərlər, MÜƏLLİM
11 oktyabr 2018
181

Yaxşılara yaxşı deməyi bacarmalıyıq…


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

 

 
 
5 oktyabr Beynəlxalq Müəllimlər günündə müəlimlərimizi xatırlayır, onların əməyini dəyərləndirir, barələrində xoş sözlər yazırıq.
 
Etiraf edək ki, bayram günü yada düşən fənn müəllimləri, xüsusən də ibtidai sinif müəllimləri olur.Unuduruq ki, təhsil prosesinin ağırlığını təkcə müəllim çəkmir, bu yük həm də orta ümumtəhsil məktəblərində direktorların, ali təhsil müəssisələrində isə rektorların çiynindədir. Amma onlar haqqında yazmağa həmişə çəkinirik-qorxuruq ki, bizi yaltaqlıqda, rəhbərə yarınmaqda və s.suçlasınlar, damğalansınlar.Və beləliklə də təhsil ordusunun rəhbər hissəsinin əməyi həmişə kənarda qalır, ya da ancaq neqativ hallar baş verəndə yada düşür.Bu, çox pis tendensiyadır.Uzun illərin təcrübəsi göstərir ki, təhsil müəəssisələrinin düzgün idarə olunması, işə yaradıcı münasibət, təşəbbüskarlıq , kollektivin düzgün yönləndirilməsi qazanılan uğurların təminatına çevrilir.

Müəssisə rəhbəri yerində deyilsə, idarəetmə düzgün aparılmırsa, hansı uğurlardan söz açmaq olar?Yaxşı ilə pisi ayıran,işçini maddi və mənəvi cəhətdən stimullaşdıran, kollektivi uğurlu fəaliyyətə istiqamətləndirən, bir araya gətirən onlardır-məktəb direktorları, ali məktəb rektorları. Pedaqoji cəhbənin flaqmanlarını 5 oktyabr Beynəlxalq Müəllimlər günündə ürəkdən təbrik edir, çətin və məsuliyyətli işlərində uğurlar arzulayıram.

Bayram günündə çalışdığım ali təhsil müəssisəsinin-Lənkəran Dövlət Universitetinin rektoru vəzifəsini icra edən riyaziyyat üzrə elmlər doktoru, professor Natiq İbrahimovdan söz açmaq istəyirəm.Uzun illərin pedaqoji işçisi olan Natiq müəllimin müəllimlik, eləcə də Respublika Təhsil Nazirliyindəki fəaliyyətindən , elmi uğurlarından yox- məhz idarəetmə bacarığından danışmağım isə təsadüfi deyil.Yaxşılara yaxşı deməyi bacarmalıyıq-vaxtında, məqamında!

Qeyd edim ki, Natiq müəllim cənub bölgəsində ən xətirli adamlarından biri sayılır. Niyə? LDU-da iki illk fəaliyyəti dövründə rüşvətin kökünü tam kəsdiyinə, saf, obyektiv təhsil mühiti yaratdığına görə.Elə bir mühit ki, çox ali məktəblərdə çox tələbələr-müəllimlər arzusundadır.Digər amilsə , tələbələrin biliyinin, təşəbüskarlığının düzgün dəyərləndirilməsi, istedad və bacarıqlarının vaxtında

aşkara çıxarılıb onlardan səmərəli istifadədir. Sözsüz ki, Natiq müəllim bu işləri tək görmür, düzgün seçib yerləşdirdiyi, önəm dəyər verdiyi müəllimlərlə, kollektivlə birgə görür, hamını bir məqsədə kökləyir-biz LDU-nu ölkənin ən nüfuzlu ali təhsil müəssisəsi etməliyik və bunu bacaracağıq.Düzgün idarəetmə isə uğurun yarısıdır.

Qeyd edim ki, son iki ildə LDU-ya tələbə qəbulu təqribən ikiqat artıb.Bu ilki 2018-2019-cu tədris ilində universitetə min nəfərə yaxın tələbə qəbul olunub, hazırda burada 3min 500-ə yaxın tələbə və magistr təhsil alır.Cəmi iki il bundan əvvəl isə bu rəqəm 500 nəfərə yaxın idi.Bəli , inkişaf var və bu inkişaf yüksələn xətlə gedir.

Bilmirəm , bu yerdə qədim el məsəlimiz- " Çörəyi ver çörəkçiyə, birini də üstəlik”- nə dərəcədə yerinə düşür, amma Natiq müəllimin timsalında bütün kollektiv aydın görür ki, düzgün seçilmiş rəhbər gələcək uğurların təminatçılarından biridir.

Bu gün LDU məhz onun rəhbərliyi altında dünyanın ən nüfuzlu ali təhsil ocaqları ilə əməkdaşlıq edir, ən mötəbər beynəlxalq elmi konfranslara ev sahibliyi edir.Ölkə ali təhsil müəssisələri arasında mənz bizim LDU-da ilk turizm tədris bazası yaradılıb, kənar yerdən dəvət olunan professor-müəllium heyəti üçün xidməti mənzillər inşa olunaraq ötən ildən onların istifadəsinə verilib.Xaricdən 4 ən müasir tədris labaratoriyaları alınıb, əcnəbi mütəxəssislərin köməyi ilə quraşdırılıb.Yeni inşa olunmuş bir tədris korpusu tələbələrin istifadəsindədir, daha birinin və tələbə yataqxanasının inşası gedir.Yeri gəlmişkən, universitetin hər iki korpusunda tam müasir yeməkxana fəaliyyət göstərir.Aqrar ixtisaslarda təhsil alan tələbələr universitetin ötən il saldığı çay, sitrus plantasiyasında təcrübə dərslərini keçir.5 hektar sahədə bostan və tərəvəz əkinlərinin keçirilməsi planlaşdırılıb.Bu siyahını uzada da bilərik.Amma məqsədimiz görülənlərlə fəxr etmək deyil, bu işin təşkilatçılarına dəyər verməkdir.Bütün bu işlər cəmi iki ilin ərzində yorulmaz fəaliyyətiniz,təşəbbüskarlığınız, əzmkarlığınız sayəsində mümkün olub, hörmətli Natiq müəllim!Yaxşılara yaxşı demək yarınmaq yox, yaxşı təcrübədən digərlərini barındırmaqdır.

5 oktyabr –Beynəlxalq Müəllimlər günü münasibəti ilə sizi , təhsil nazirliyinin rəsmisindən tutmuş sıravi işçisinə kimi hamını-bu sektorun bütün əməkdaşlarını təbrik edirik! Bayramınız mübarək!

 

Yaxşılara yaxşı deməyi bacarmalıyıq…

 








Whatsapp'ta Paylaş

Загрузка...
loading...

Həmçinin oxuyun:
Tələbə yataqxanalarında son vəziyyət - ARAŞDIRMA

Tələbə yataqxanalarında son vəziyyət - ARAŞDIRMA

Təhsil naziri müəllimləri təbrik edib

Təhsil naziri müəllimləri təbrik edib

Məktəb direktorları üzərlərinə düşən məsuliyyəti düzgün dəyərləndirməlidirlər

Məktəb direktorları üzərlərinə düşən məsuliyyəti düzgün dəyərləndirməlidirlər

ADPU –nun nümayəndə heyəti LDU-ya səfər edib

ADPU –nun nümayəndə heyəti LDU-ya səfər edib

Lənkəran Dövlət Univversitetində “Məzun günü” keçirilib- FOTO

Lənkəran Dövlət Univversitetində “Məzun günü” keçirilib- FOTO

Ceyhun Bayramov gənc müəllimlərdən danışdı

Ceyhun Bayramov gənc müəllimlərdən danışdı

Neft və Sənaye Universitetinin rektoru tələbələrə əlçatandırmı...

Neft və Sənaye Universitetinin rektoru tələbələrə əlçatandırmı...

Türkiyə universiteti LDU ilə birgə işləyəcək

Türkiyə universiteti LDU ilə birgə işləyəcək

LDU Çukorova universiteti ilə əlaqələrini genişləndirir

LDU Çukorova universiteti ilə əlaqələrini genişləndirir

Beynəlxalq Müəllimlər günü LDU-da təntənə ilə qeyd olundu.

Beynəlxalq Müəllimlər günü LDU-da təntənə ilə qeyd olundu.

Mikayıl Cabbarov müəllimləri təbrik etdi

Mikayıl Cabbarov müəllimləri təbrik etdi

5 Oktyabr...Müəllim nüfuzu...Thomas...

5 Oktyabr...Müəllim nüfuzu...Thomas...

Bakıda direktorlar iclasa başladı – Bir həftədir nə axtarırlar?

Bakıda direktorlar iclasa başladı – Bir həftədir nə axtarırlar?

Lənkəran Dövlət Universitetində  professor-müəllim heyəti üçün hazırlanmış xidməti mənzillərin açarları bu  gün təntənəli şəkildə sahiblərinə təqdim olunub.

Lənkəran Dövlət Universitetində professor-müəllim heyəti üçün hazırlanmış xidməti mənzillərin açarları bu gün təntənəli şəkildə sahiblərinə təqdim olunub.

Bakıdakı universitetlər: “Tələbələrimizə yer verə bilmirik” - PROBLEM

Bakıdakı universitetlər: “Tələbələrimizə yer verə bilmirik” - PROBLEM

LDU-da 20 ildən sonra görüş.

LDU-da 20 ildən sonra görüş.

LDU-da   tyutor kurslarının bu ilki nəticələri sevindirici oldu-10 nəfər LDU-da işləmək imkanı qazandı!

LDU-da tyutor kurslarının bu ilki nəticələri sevindirici oldu-10 nəfər LDU-da işləmək imkanı qazandı!

LDU -ən düzgün seçimdir!

LDU -ən düzgün seçimdir!

Lənkəran Dövlət Universitetində Məzun günü keçirilib

Lənkəran Dövlət Universitetində Məzun günü keçirilib

"Bu onu göstərir ki, Azərbaycan təhsil sistemi çox yaxşı inkişaf edib"

Meksika səfiri Lənkəran Dövlət Universitetində olub

Meksika səfiri Lənkəran Dövlət Universitetində olub

ADPU-nun rektoru, professor Cəfər Cəfərov Tarix və coğrafiya fakültəsinin tələbələri ilə görüş keçirib

ADPU-nun rektoru, professor Cəfər Cəfərov Tarix və coğrafiya fakültəsinin tələbələri ilə görüş keçirib

5 Oktyabr - Müəllim ən böyük təbrikə layiqdir !

5 Oktyabr - Müəllim ən böyük təbrikə layiqdir !

Şimali Kiprdə 28 May Respublika Günü qeyd olunub

Şimali Kiprdə 28 May Respublika Günü qeyd olunub