Xəbərlər / Məktəb Güşəsi
09 oktyabr 2018
5 681


İbtidai sinif dərsliklərində hər kitabın yanında 2-3 "balası" olmasa olmaz...İŞ DƏFTƏRLƏRİ lazımdırmı?

 

Yeni tədris ilə başlar-başlamaz özü ilə qayğıları da gətirdi. Xüsusilə orta məktəblərdə dərs vəsaitlərindəki çalışma və tapşırıq azlığı bəhanə gətirilərək, şagirdlərdən tələb edilən testlər, iş dəftərlərinə xərclənən əlavə pul ailə büdcəsinə ciddi şəkildə təsir edir. Ümumlikdə valideynlər əlavə vəsaitlərdəki tapşırıqların, testlərin övladlarına faydalı olmasına şübhə etmir, məsələ bu qədər əlavə vəsaitin uşaq beynin necə qəbul etməsindədir. Həm də müəllimlərin israrla müəllifi riyaziyyatdan Mübariz Namazaov, azərbaycan dilindən Aygün Məcidova olan əlavə dərs vəsaitlərinin alınmasını məsləhət görür. Əgər doğrudan da bu müəlliflərin hazırladılqarı kitablar bu qədər maraqlıdırsa, niyə Təhsil Nazirliyi onları dərsliklərin hazırlanmasına cəlb etmir?
 
Təsəvvür edin, əgər iki şagird oxudursunuzsa, hər fəndən ən azı 2-3 əlavə kitab almalısınız. Qiymətlər isə sinifdən və kitabın həcmindən asılı olaraq, 3 manat 50 qəpikdən 7 manat 50 qəpik arasında dəyişir.

Aztehsil.com xəbər verir ki, bu barədə Modern.az-a danışan təhsil eksperti Kamran Əsədov bildirib ki, ölkə prezidenti İlham Əliyevin 2004-cü ildə imzalaığı sərəncama əsasən orta məktəblərdə şagirdlər tərəfindən istifadə olunan bütün dərs vəsaitləri dövlət tərəfindən pulsuz olaraq verilir:
 

İbtidai sinif dərsliklərində hər kitabın yanında 2-3 "balası" olmasa olmaz...İŞ DƏFTƏRLƏRİ lazımdırmı?

 

"Həmin dərs vəsaitində şagirdin keçdiyi mövzunu mənimsəməsi üçün bütün suallar və tapşırıqlar var. Dünya təcrübəsində də iş dəftəri kimi əlava vəsaitlər arzuolunan deyil. Çünki, bu, şagirdlərin əlavə yüklənməsinə səbəb olur. Ümumilikdə isə, hesab edirəm ki, iş dəftərlərinin məcburi tələb olunması, sadəcə olaraq, kimlərinsə şəxsi maraqlarına xidmət edir. 2010-cu ilə qədər iş dəftərlərinin istifadəsi bu qədər geniş hal almamışdı. Həmin zamanla müqayisə etsək, şagirdlərin bilik və bacarıqlarında elə bir fərqin olmadığını görərik”.

"1 iş dəftərinin çap xərci 1 manatdan yüksək deyil”

Ekspert də iş dəftərlərinin qiymətinin baha olduğu qənaətindədir:

"Apardığımız araşdırmalar göstərir ki, məktəblilər üçün nəzərdə tutulan iş dəftərlərinin qiyməti olduqca bahadır. Düşünürəm ki, qiymətlərin yüksək olmasının başlıca səbəbi marketinq xərclərinin düzgün hesablanmamasıdır. Bir iş dəftərinin maksimum qiyməti 1 manatı keçə bilməz. Çünki çap xərcləri buna imkan yaradır. Qiymətdən əlavə, testlər, iş dəftərləri uşaqların çantalarının ağırlaşmasına səbəb olur. Təsəvvür edin ki, bir şagird azı 6 fənn keçirsə, hər fənnin ayrıca iş, test və qiymətləndirmə dəftəri varsa, bu, çantanın xeyli ağırlaşması deməkdir”. 

"İş dəftərlərindən imtina etmək lazımdır”

K.Əsədov hesab edir ki, iş dəftərlərindən imtina etmək lazımdır:

"Çünki bunların heç birinin təhsilin müsbət yöndə inkişafına təsiri yoxdur. Adicə olaraq, kurikulumun başlıca tələbi ondan ibarətdir ki, şagirddə nitq mədəniyyəti, danışıq qabiliyyəti yüksək səviyyədə olsun. Sadaladığımız bu ləvazimatlar isə, uşaqları bu bacarıqlardan məhrum edir. Təhsil Xidmətləri Araşdırma Mərkəzi olaraq, paytaxt Bakıda kitab, məktəb ləvazimatları satışı həyata keçirilən yerlərdə apardığımız monitorinqlər zamanı ortaya çıxan qiymətlər keçən illər müqayisədə artıb.

Hazırda ibtidai sinif şagirdləri üçün tələb olunan bəzi iş dəftərləri və testlərin qiymətləri isə belədir:

1-ci sinif üçün sinifdən xaric oxu - 3,50 AZN;

2-ci sinif üçün yarpaq test - 3,50 AZN;

4-cü sinif üçün qiymətləndirmə - 4 AZN;

4-cü sinif üçün Azərbaycan dili və riyaziyyatdan iş dəftəri - 5,50 AZN;

4-cü sinif testləri - 2,80 AZN;

5-ci sinif riyaziyyadan çalışmalar 6 manat 50 qəpik;

5-ci sinif Dövlət İmtahan Mərkəzinin testləri 6 manat və s.
 

İbtidai sinif dərsliklərində hər kitabın yanında 2-3 "balası" olmasa olmaz...İŞ DƏFTƏRLƏRİ lazımdırmı?

 

İş dəftərlərinin sayının çox olması təkcə ailə büdcəsinə ağırlıq etmir, qeyd etdiyim kimi . gündə ən azı 5-6 fənn keçən şagirdlər də məktəbə gedib - gələn zaman bu ağırlığı qaldırmq məcburiyyətində olurlar. Müşahidələrimiz əsanasında onu deyə bilərik ki, çox ağır olduğu üçün, əksər hallarda valideynlər övladlarının çantalarını özləri daşımalı olur. Orta məktəbdə şagirdi oxuyan valideynlə apardığımız mənzərə də bunu göstərdi.

4-cü sinfin iş dəftərlərinin birinin qiyməti 5 manat 50 qəpikdir. Azərbaycan dili və riyaziyyat fənninə 3 əlavə vəsait tələb olunur: yarpaq test, iş dəftəri və qiymətləndirmə. Hətta musiqi və təsviri incəsənət üçün belə iş dəftəri tələb olunur. Hesab edirəm ki, müəllimlər iş dəftərlərini aldırmamalı, kitablarda olan tapşırıqlar ilə şagirdlərə mövzunu mənimsədməlidirlər”.

Qeyd edək ki, "Namazov” kimi tanınan riyaziyyatçı Mübariz Namazov Bakının Texniki-Humanitar Liseyində dərs deyir.Riyaziyyatdan çalışma kitabını yazan Mübariz Namazovun 60-dan çox vəsaitin müəllifidir. Mətbuatda gedən məlumatlara görə, o, dərslik yazmaq təklifindən hər dəfə imtina edib:

"Dərslik üçün çox tələblər qoyulur. Çalışma belədir ki, yazırsan, birinin xoşuna gələcək, birinin gəlməyəcək. Sovet dövründəki kimi əlavə çalıışmalar vardı, mən də bu yolu davam elətdirirəm”.
Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
Qiyməti “od tutub yanan” pulsuz təhsilimiz - Valideynlər hər ay nə qədər xərcə düşür? - SİYAHI

Qiyməti “od tutub yanan” pulsuz təhsilimiz - Valideynlər hər ay nə qədər xərcə düşür? - SİYAHI

Valideynlər NƏZƏRİNƏ: İş dəftərləri məcburi deyil!

Valideynlər NƏZƏRİNƏ: İş dəftərləri məcburi deyil!

Şagirdləri çökdürən əlavə dərsliklər – “Özləri onları alır, sonra deyirlər ki,  biz məcbur edirik”

Şagirdləri çökdürən əlavə dərsliklər – “Özləri onları alır, sonra deyirlər ki, biz məcbur edirik”

Məktəblərdə uşaqlarımızın hüququ kobud şəkildə pozulur

Məktəblərdə uşaqlarımızın hüququ kobud şəkildə pozulur

Şagirdlər üçün alış-verişə az qalır..VALİDEYNLƏR DİQQƏT!

Şagirdlər üçün alış-verişə az qalır..VALİDEYNLƏR DİQQƏT!

Özəl məktəblərdə təhsilin qiyməti - ARAŞDIRMA

Özəl məktəblərdə təhsilin qiyməti - ARAŞDIRMA

“Riyaziyyatdan düşən suallar çox qəliz idi...” - İmtahan verən doqquzuncular narazıdır

“Riyaziyyatdan düşən suallar çox qəliz idi...” - İmtahan verən doqquzuncular narazıdır

Qəbul imtahanı PROBLEMİ - "Son dəyişikliklər abituriyentlərin işini çətinləşdirəcək"

Qəbul imtahanı PROBLEMİ - "Son dəyişikliklər abituriyentlərin işini çətinləşdirəcək"

DİM dərs vəsaitlərini niyə bahalaşdırır? - Valideynlər NARAZIDIR

DİM dərs vəsaitlərini niyə bahalaşdırır? - Valideynlər NARAZIDIR

Bakıda saxta dərsliklər satışa çıxarıldı – FOTO

Bakıda saxta dərsliklər satışa çıxarıldı – FOTO

İbtidai siniflər üzrə məşhur vəsaitlər müəllifi kitablarının sirrini açdı - MÜSAHİBƏ

İbtidai siniflər üzrə məşhur vəsaitlər müəllifi kitablarının sirrini açdı - MÜSAHİBƏ

Müəllimin dəyişməsi şagirdlərə necə təsir edir?

Müəllimin dəyişməsi şagirdlərə necə təsir edir?

Direktorla bağlı RƏSMİ AÇIQLAMA

Direktorla bağlı RƏSMİ AÇIQLAMA

“Ev tapşırıqları həddindən artıq çox olur” - EKSPERT

“Ev tapşırıqları həddindən artıq çox olur” - EKSPERT

II qrupa hazırlaşanlar  əlavə 12 kitab da oxuyacaqlar – Müəllif çətinlikləri sadaladı

II qrupa hazırlaşanlar əlavə 12 kitab da oxuyacaqlar – Müəllif çətinlikləri sadaladı

Bakı məktəblərində 6-cı sinif şagirdlərinin bilikləri təhlil edilib

Bakı məktəblərində 6-cı sinif şagirdlərinin bilikləri təhlil edilib

Kirayədə qalan tələbələr - “Kommunal xərcləri də biz ödəyirik”

Kirayədə qalan tələbələr - “Kommunal xərcləri də biz ödəyirik”

“Şagirdin öz ana dilindən “2” alması biabırçılıqdır”- Nazirlikdən və ekspertdən şərh

“Şagirdin öz ana dilindən “2” alması biabırçılıqdır”- Nazirlikdən və ekspertdən şərh

İbtidai siniflərə əlavə dərs saatı müəyyən olunsunmu?- yeni müzakirə obyekti

İbtidai siniflərə əlavə dərs saatı müəyyən olunsunmu?- yeni müzakirə obyekti

Təhsil Nazirliyi summativ qiymətləndirmə ilə bağlı təklif olunan yenilikləri açıqlayıb

Təhsil Nazirliyi summativ qiymətləndirmə ilə bağlı təklif olunan yenilikləri açıqlayıb

Məktəbdə və sinifdə şagird DAVRANIŞ QAYDALARI

Məktəbdə və sinifdə şagird DAVRANIŞ QAYDALARI

Mənəvi-psixoloji yük azmış kimi, “çanta yükü” də bir yandan - TƏHLİL...

Mənəvi-psixoloji yük azmış kimi, “çanta yükü” də bir yandan - TƏHLİL...

“Ədəbiyyat fənninin bütün V-XI sinif proqramı qəbul imtahanına düşə bilər” – Abituriyentlərə bəd xəbər

“Ədəbiyyat fənninin bütün V-XI sinif proqramı qəbul imtahanına düşə bilər” – Abituriyentlərə bəd xəbər