Xəbərlər, MÜƏLLİM
09 oktyabr 2018
243

Müəllimlərin də ipoteka ilə mənzil almaq şansları reallaşır


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

 

"Mənzil şəraiti ağır vəziyyətdə olan və ya evsizlikdən əziyyət çəkən pedaqoqların sayı az deyil, onlara dəstək olmaq lazımdır”
Kamran Əsədov: "Müəllimlərə daha az faizlə, ilkin məbləğ üçün müəyyən edilən vəsait az olmaqla və uzunmüddətli ipoteka krediti verilərsə…”
 

"Bu gün müəllimlərimizin ən böyük problemlərindən biri mənzil problemidir. Ev almaq və tikmək onlar üçün çox çətindir. İpoteka kreditlərinin şərtləri isə onlar üçün ağır olduğuna görə bundan yararlana bilmirlər”. Bunu millət vəkili Qənirə Paşayeva Milli Məclisin plenar iclasındakı çıxışında deyib.
 
Xanım millət vəkili vurğulayıb ki, ipoteka kreditləri, o cümlədən Prezidentin sosial evlərlə bağlı imzaladığı sənədlər və tapşırıqlar çox önəmli bir məsələdir: "İnanırıq ki, bu istiqamətdə işlər müvafiq qurumlar tərəfindən sürətlə aparılacaq, çünki buna böyük ehtiyac var. Amma bu layihənin şərtlərinə görə, ondan yalnız 35 yaşdan az yaşı olan müəllimlər, gənc ailələr yararlana biləcəklər. Mən ipotekadan yararlana bilməyən müəllimlər barədə danışmaq istəyirəm. Gələcəyimiz olan gənc nəsilləri yetişdirən müəllimlərin mənzil problemlərini həll edə bilmək üçün güzəştli ipotekadan istifadə edə bilməsi çox vacib məsələdir. Amma bu gün orta məktəb müəllimləri ipotekadan yararlanaraq öz mənzil problemlərini həll edə bilmirlər. Özəlliklə orta məktəb müəllimləri ipoteka üçün müraciət edəndə onların əməkhaqlarının ipotekanın ödənişi üçün lazım olan standartlardan aşağı olması və s. şərtlər əsas gətirilir və onların əksəriyyəti bu sistemdən yararlana bilmirlər. Ona görə də orta məktəb müəllimlərinin sosial ipotekadan lazımi səviyyədə öz mənzil problemlərinin həlli istiqamətində yararlana bilməsi üçün mexanizmlərə ehtiyac var, onların da güşətli ipotekadan güzəştli qaydada yararlana bilən qrupa daxil edilməsinə böyük ehtiyac var".
 

 

Ekspertlər də müəllimlərə güzəştli şərtlərlə ipoteka kreditinin verilməsi təklifini dəstəkləyirlər.
 
Təhsil eksperti Kamran Əsədov "Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, bu gün mənzil şəraiti aşağı səviyyədə olan müəllimlərin sayı kifayət qədərdir: "Dünya ölkələrində müəllimlərin sosial vəziyyətinin yaxşı olması üçün müəyyən işlər görülür. Təbii ki, məlum problemlə bağlı Azərbaycanda da zamanla işlər görülüb. Regionlarda çalışmağa yollanan müəllimlər üçün dövlət tərəfindən həvəsləndirmə 1 və həvəsləndirmə 2 tədbirləri həyata keçirilir. Həmin müəllimlər rayon mərkəzindən 20 kilometr aralıda yaşayırlarsa, onlara torpaq sahəsi ayrılır, ev tikmək üçün müəyyən dəstək göstərilir. Həmçinin, həmin müəllimlərin əməkhaqqına 100 manat əlavə olunur”.
 
Həmsöhbətimiz hesab edir ki, müəllimlər üçün güzəştli ipoteka kreditinin ayrılması yaxşı olardı: "Nəzərə almaq lazımdır ki, Azərbaycanda müəllimlərin orta əməkhaqqı 250-400 manat arasında dəyişir. Bu məbləğlə ipotekanın ödənməsi reallığı əks etdirməyəcək. Eyni zamanda, ilkin məbləğin ödənilməsi müəllimlər üçün əlçatan deyil”.

K.Əsədovun sözlərinə görə, mənzil şəraiti ağır vəziyyətdə olan və ya evsizlikdən əziyyət çəkən pedaqoqların sayı az deyil. Onlara dəstək olmaq lazımdır: "Yaxşı olar ki, ipoteka ilə mənzil alan müəllimlərin aylıq əməkhaqqı özlərində qalsın. Bunun üçün bəzi işlər görülməlidir. İlk növbədə, müəllim kommunal və nəqliyyat xərcindən azad olunmalıdır ki, onun aldığı məvacib ipotekaya yönələ bilsin. Çarəsizlikdən müəllimlər sosial ehtiyaclarını ödəmək üçün digər sahələrdə çalışırlar. Hesab edirəm ki, müəllimlərə daha az faizlə, ilkin məbləğ üçün müəyyən edilən vəsait az olmaqla və uzunmüddətli ipoteka krediti verilərsə, bu, pedaqoqların həm evsizlik problemini həll edər, həm də onların sosial həyatı normal səviyyədə olar”.

Ekspert onu da vuirğuladı ki, bu gün ali təhsil müəssisələrində 30 min, orta məktəblərdə 151 min müəllim çalışır. Onların arasında mənzil problemi yaşayanlar yetərincədir: "Bəzi ali məktəblər zaman-zaman əməkdaşlarının mənzil təminatını həyata keçiriblər. Ancaq bu, ümumilikdə, pedaqoqların çox aşağı faizini təşkil edir”.






Whatsapp'ta Paylaş

Загрузка...
loading...

Həmçinin oxuyun:
Qənirə Paşayevadan müəllimllərlə bağlı Milli Məclisdə TƏKLİF

Qənirə Paşayevadan müəllimllərlə bağlı Milli Məclisdə TƏKLİF

Müəllimlər üçün minimal qiymətlərlə mənzillər - 430 manatdan

Müəllimlər üçün minimal qiymətlərlə mənzillər - 430 manatdan

Azərbaycanlı müəllimlər 1 milyon dollar qazana bilər - SON TARİX...

Azərbaycanlı müəllimlər 1 milyon dollar qazana bilər - SON TARİX...

Sosial evlər mənzili olmayan elmlər doktorlarına  təklif edilsin -Ekspertdən təklif

Sosial evlər mənzili olmayan elmlər doktorlarına təklif edilsin -Ekspertdən təklif

“Alimlər şəhərciyi”ndən təhsil işçiləri də ev ala biləcək

“Alimlər şəhərciyi”ndən təhsil işçiləri də ev ala biləcək

"Bu müəllimlər işdən azad olunmalıdır"

Deputatdan müəllim və həkimlərin maaşı ilə bağlı

Deputatdan müəllim və həkimlərin maaşı ilə bağlı

BU MÜƏLLİMLƏR İXTİSAR OLUNACAQ - TƏHSİL NAZİRLİYİ

BU MÜƏLLİMLƏR İXTİSAR OLUNACAQ - TƏHSİL NAZİRLİYİ

“Tələbələr təhsil haqqından azad edilsin… – QƏNİRƏ PAŞAYEVA

“Tələbələr təhsil haqqından azad edilsin… – QƏNİRƏ PAŞAYEVA

Tələbələrə şad xəbər -Kreditlərlə bağlı yeni qanun layihəsi hazırlanacaq

Tələbələrə şad xəbər -Kreditlərlə bağlı yeni qanun layihəsi hazırlanacaq

Kirayədə qalan tələbələr - “Kommunal xərcləri də biz ödəyirik”

Kirayədə qalan tələbələr - “Kommunal xərcləri də biz ödəyirik”

Diaqnostik Qiymətləndirmədən keçən müəllimlərin əməkhaqqı nə qədər artdı?

Diaqnostik Qiymətləndirmədən keçən müəllimlərin əməkhaqqı nə qədər artdı?

Təhsil işçilərinə mənzil veriləcək - EKSPERT

Təhsil işçilərinə mənzil veriləcək - EKSPERT

MİDA təhsil işçilərinə də güzəştli mənzil satacaq - YENİLİK

MİDA təhsil işçilərinə də güzəştli mənzil satacaq - YENİLİK

“Orta məktəb müəllimləri ipotekadan yararlansın” - TƏKLİF

“Orta məktəb müəllimləri ipotekadan yararlansın” - TƏKLİF

Təhsil haqqını ödəyə bilməyən tələbələr nə etməli?- TƏHSİL EKSPERTİNDƏN TƏKLİF

Təhsil haqqını ödəyə bilməyən tələbələr nə etməli?- TƏHSİL EKSPERTİNDƏN TƏKLİF

Dünyada müəllimə ən yüksək maaş verən ölkələr- Təəccübləndirəcək rəqəmlər

Dünyada müəllimə ən yüksək maaş verən ölkələr- Təəccübləndirəcək rəqəmlər

Təhsillə bağlı qanunlarda dəyişiklik gözlənilir

Təhsillə bağlı qanunlarda dəyişiklik gözlənilir

"Yetər artıq, müəllimlərin "imtahan-imtahan" oyununu bitirmək lazımdır"

AMEA əməkdaşlarının mənzil problemi..-İsa Həbibbəyli aydınlıq gətirib

AMEA əməkdaşlarının mənzil problemi..-İsa Həbibbəyli aydınlıq gətirib

Millət vəkili müəllimlərin müraciətini Təhsil Nazirliyi ilə müzakirə edəcəyinə söz verdi

Millət vəkili müəllimlərin müraciətini Təhsil Nazirliyi ilə müzakirə edəcəyinə söz verdi

Qənirə Paşayeva Tovuz məktəblərində

Qənirə Paşayeva Tovuz məktəblərində "Son Zəng"lərində iştirak etdi

DİM Gəncədə tədbir keçirib

DİM Gəncədə tədbir keçirib

Dövlət müəllimlərə ev verir ?

Dövlət müəllimlərə ev verir ?