Xəbərlər, MÜƏLLİM, Ekspert
02 oktyabr 2018
1255

Məktəblərdə ölmüş “vəzifə” - “Sinif nümayəndəsinin işi bu səbəbdən təcili gücləndirilməlidir”


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

 

 
Məktəb şagirdin beyninə elmi biliklər yerləşdirməklə yanaşı, həm də insan yetişdirən, ona şəxsiyyət qazandıran müəssisədir. Bu baxımdan ümumtəhsil məktəblərdə sinif nümayəndələrinin seçilməsi, onların düzgün fəaliyyəti  xüsusi əhəmiyyət kəsb edir.

Lakin Azərbaycanda adətən, şagirdlərə sinif nümayəndəsi seçmək hüququ verilmir, həmin şəxslər valideynlərin və ya başqalarının müdaxiləsi ilə  təyin edilir.

Belə olduğu halda,  sinif nümayəndəsinin kollektiv arasında nüfuzu olacaqmı? Əslində sinif nümayəndələri hansı şərtlərə cavab verməlidir?

Təhsil eksperti Nadir İsrafilov AzEdu.az-a açıqlamasında bildirib ki, məktəblərdə sinif nümayəndələrinin fəaliyyətinə diqqət artırılmalıdır:

"Hər şeydən əvvəl qeyd edim ki, təhsil sahəsində dövlət siyasətinin əsas prinsiplərindən biri də təhsilalanların azad düşüncə ruhunda tərbiyə edilməsi, təhsilin dövlət-ictimai əsaslarla təşkilində və idarə edilməsində səlahiyyət və azadlıqların genişləndirilməsidir. Digər bir məsələ, ümumtəhsil məktəbinin idarə olunması aşkarlıq, şəffaflıq və demokratik prinsiplərinə əsaslanır. Yəni ümumtəhsil məktəbinin idarə olunmasının  demokratikliyini və şəffaflığını təmin etmək məqsədi ilə məktəbdə idarə və özünüidarə orqanları yaradıla bilər.

Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsinə əsasən təhsilalanlar - şagirdlər, təhsilverənlər - müəllimlər, tərbiyəçilər, praktik psixoloqlar, sosioloq-pedaqoqlar, loqopedlər, dərnək və musiqi rəhbərləri, uşaq birliyi rəhbərləri, çağırışaqədərki hazırlıq rəhbərləri, pedaqoji fəaliyyətlə məşğul olan digər işçilər, valideynlər və ya digər qanuni nümayəndələr, təhsili idarəetmə orqanları ümumtəhsil məktəbləri üzrə təhsil prosesinin iştirakçıları hesab olunurlar. Başqa sözlə, bu subyektlərin təhsil prosesinin təşkilində və idarə olunmasında iştirak etmək, öz fikir və mülahizələrini sərbəst ifadə etmək hüququ təhsil qanunvericiliyi ilə bilavasitə tənzim olunur. Pedaqoji prosesin iştirakçıları arasında qarşılıqlı münasibətlərin, özünə münasibətin, pedaqoji və şagird kollektivlərində şəxsiyyətlərarası münasibətlərin, bu kollektivlərin məqsədyönlü formalaşdırılması və idarə olunması təhsil müəssisələrində idarəetmənin əsas funksiyalarından biridir.

Bu mənada "sinifkom"lara nəinki ehtiyac var, əksinə onların fəaliyyətinə diqqət daha da artırılmalıdır. Onların qabiliyyət və bacarığını aşkara çıxarmaq, məktəbin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı təşəbbüslə çıxış etmək, təkliflər irəli sürmək, işgüzar, yaradıcı, tənqidi fikir söyləmək, sinif kollektivi ilə razılaşdırılmış fikir və mülahizələri ümumiləşdirmək, sinif rəhbəri və uşaq birliyi rəhbəri ilə qarşılıqlı əməkdaşlığı üçün onlara imkan və şərait  yaradılmalıdır”.

Ekspert qeyd edib ki, bu istiqamətdə valideynlərin müdaxiləsi yolverilməzdir:

"Hazırda orta məktəblərdə sinif nümayəndəsi, ali məktəblərdə qrup nümayəndəsi ("starosta") adlanan  "sinifkom"lar sovet təhsil sistemində də olub. Hətta o dövrlər "təmizkom”lar, sinif  divar qəzetlərinin redaktorları  və  redaksiya heyətinin üzvləri də sinif ictimai özünüidarə forması kimi fəaliyyət göstəriblər və bunun da şagirdlərin erkən idarəetmə vərdişlərinə yiyələnməsində az əhəmiyyəti olmayıb.

O ki qaldı sinif nümayəndələrinin seçiminə, əlbəttə, təhsil göstəriciləri ilə yanaşı, seçiləcək sinif nümayəndəsinin liderlik xüsusiyyətləri də nəzərə alınmalıdır. Bu seçimdə valideynlərin məktəb direktoruna, direktorun sinif rəhbərinə, sinif rəhbərinin sinfin  yekdil rəyinə yersiz müdaxilələri yolverilməzdir. Bir də ki, bütün sahələrdə "kapitan” olduğu halda "sinfin kapitanı” niyə olmamalıdır…?”.

 

Məktəblərdə ölmüş “vəzifə”  - “Sinif nümayəndəsinin işi bu səbəbdən təcili gücləndirilməlidir”

 






Whatsapp'ta Paylaş



Загрузка...
loading...

Həmçinin oxuyun:
Sinif rəhbərinin zəhməti düzgün qiymətləndirilməlidir

Sinif rəhbərinin zəhməti düzgün qiymətləndirilməlidir

Sinif rəhbərləri işlərinin öhdəsindən gələ bilirlərmi? - Valideynlər cavab verdilər - SORĞU

Sinif rəhbərləri işlərinin öhdəsindən gələ bilirlərmi? - Valideynlər cavab verdilər - SORĞU

Ümumtəhsil məktəblərində dövlət-ictimai xarakterli  idarəetmə

Ümumtəhsil məktəblərində dövlət-ictimai xarakterli idarəetmə

Ümumtəhsil məktəbinin valideyn komitəsi haqqında Əsasnamə

Ümumtəhsil məktəbinin valideyn komitəsi haqqında Əsasnamə

Pedaqoji idarəetmənin təşkili

Pedaqoji idarəetmənin təşkili

Sinif rəhbəri haqqında əsasnamə

Sinif rəhbəri haqqında əsasnamə

Ümumi təhsilin idarə olunmasının dövlət standartları

Ümumi təhsilin idarə olunmasının dövlət standartları

TƏHSİL MÜƏSSƏLƏRİNDƏ  İDARƏETMƏNİN ƏSAS FUNKSİYALARI

TƏHSİL MÜƏSSƏLƏRİNDƏ İDARƏETMƏNİN ƏSAS FUNKSİYALARI

Orta ümumtəhsil məktəbində İDARƏRTMƏNİN QURULUŞU

Orta ümumtəhsil məktəbində İDARƏRTMƏNİN QURULUŞU

Dərnəklər,HBƏT,indi də SİNİF RƏHBƏRLİYİ ?

Dərnəklər,HBƏT,indi də SİNİF RƏHBƏRLİYİ ?

Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi

Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi

Məktəb direktoru və  digər rəhbərlər tərəfindən sinif rəhbərinə  münasibət göstərilmirsə....

Məktəb direktoru və digər rəhbərlər tərəfindən sinif rəhbərinə münasibət göstərilmirsə....

MƏKTƏB DİREKTORU VƏ SİNİF RƏHBƏRİ

MƏKTƏB DİREKTORU VƏ SİNİF RƏHBƏRİ

Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi

Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi

Əgər sinifdə 15 nəfər şagird olarsa, həmin sinif bağlanılmalı və ya paralel sinfə birləşdirilməlidirmi ?

Əgər sinifdə 15 nəfər şagird olarsa, həmin sinif bağlanılmalı və ya paralel sinfə birləşdirilməlidirmi ?

Ümumtəhsil məktəbinin idarə olunması - Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsindən

Ümumtəhsil məktəbinin idarə olunması - Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsindən

.Sinifin ad gününü qeyd etmək  , Xeyriyyə günləri , Dəyirmi masalar-Sinif rəhbəri ilə şagirdlər arasında əməkdaşlığı prinsipləri...

.Sinifin ad gününü qeyd etmək , Xeyriyyə günləri , Dəyirmi masalar-Sinif rəhbəri ilə şagirdlər arasında əməkdaşlığı prinsipləri...

Məktəbdə sinif rəhbərlərinin reytinq cədvəlini  necə qurmalı ?..

Məktəbdə sinif rəhbərlərinin reytinq cədvəlini necə qurmalı ?..

Məktublar -  Sinif rəhbərinin şagirdlərlə iş prinsiplərindən bir kimi

Məktublar - Sinif rəhbərinin şagirdlərlə iş prinsiplərindən bir kimi

Məktəb rəhbərləri ! Sinif rəhbərinin reytinq cədvəlini necə hazırlamalı ?

Məktəb rəhbərləri ! Sinif rəhbərinin reytinq cədvəlini necə hazırlamalı ?

Məktəb direktoru və sinif rəhbəri

Məktəb direktoru və sinif rəhbəri

Sinif rəhbəri və müəllim əməkdaşlığı

Sinif rəhbəri və müəllim əməkdaşlığı

Məktəbi idarəetmə sisteminin strukturunda dörd səviyyəli idarəetmə hansılardır ?

Məktəbi idarəetmə sisteminin strukturunda dörd səviyyəli idarəetmə hansılardır ?

SİNİF RƏHBƏRİ HAQQINDA ƏSASNAMƏ...........

SİNİF RƏHBƏRİ HAQQINDA ƏSASNAMƏ...........