Xəbərlər / Müəllim
02 oktyabr 2018
3 131


Müəllimlərə qadağa

Müəllimlərə  qadağa

 

 
"MİQ nəticəsində qəbul olunduqları vakant yerdən imtina edənlərin növbəti turda iştirakına icazə vermirik. Qoy anlasınlar ki, bunu etmək olmaz. Çünki imtina etdikləri yer kiminsə haqqı idi”

Bu sözləri AzEdu.az-a açıqlaması zamanı İnsan Resursları Mərkəzinin müdir müavini Tükəzban Məmmədova deyib.

Onda artıq gec olur...

O, qəbul olunduğu vakant yerdən imtina edən müəllimlər haqqında danışarkən bu kimi halların baş vermə səbəbini izah edib:

"Müəllimlər vakant yerləri ilk sıralarda yazanda orada mütləq işləyəcəklərindən əmin olurlar. Sonrakı vakant yerləri isə məktəblə maraqlanmadan, ehtimallara əsasən yazırlar. Elə bilirlər ki, yazdıqları təhsil müəssisəsi şəhər tipli məktəbdir. Məktəbi tanımadan, onun harada yerləşdiyini bilmədən, avtobuslarla bağlı məlumat almadan vakansiya xətrinə məktəb yazırlar ki, təki qəbul olunsunlar. Sonradan araşdırıb görürlər ki, məktəb tam başqa yerdədir və ya ora avtobus sayı azdır. Onda isə artıq gec olur”.

O bildirib ki, işə qəbul olunub imtina edənlər o qədər də çox deyil. Amma belə faktlar var:

"İmtinaetmə halları əsasən ucqar kəndlərlə bağlıdır. Məktəbin ucqarlarda, vakant saatın az olması səbəbindən işdən imtina edirlər. Bu problemin yaşandığı konkret ərazi deyə bilmirik. Amma əsasən regionlarda müşahidə olunur. Bu hal şəhər mərkəzindən çox uzaqda yerləşən məktəblərə aiddir”.

İmtina etdikləri yer kiminsə haqqıdır...

Tükəzban xanım bu kimi halların qarşısını almaq üçün atılan addımlardan da danışıb:

"Artıq müddətli müqavilə ilə işə qəbulda iki vakant  yer seçmək hüququnu tətbiq edirik. Belə olduqda  namizədlər yalnız bütün ciddiyyətləri ilə istədikləri vakant yerləri yazırlar. Bu yenilik problemi az da olsa aradan qaldırıb. Bundan əlavə, imtina edənlərin növbəti turda iştirakına icazə vermirik.

Qoy anlasınlar ki, bunu etmək olmaz. Çünki imtina etdikləri yer kiminsə haqqı idi...”

Onun sözlərinə görə, dərslər başlanmamış imtina etdikləri üçün bu, tədrisə təsir göstərmir:

"Onlara vaxt qoyuruq. Qəbul olunduğu gündən etibarən 3 gün ərzində İnsan Resursları Mərkəzinə gəlib, şəxsiyyət vəsiqəsini təqdim etməklə tutduqları vakant yerdən imtina edirlər. Bu zaman namizədlər həmin ərizədə səbəb göstərirlər. Səbəblər isə adətən eyni olur: "araşdırmadan yazmaq”.

Turları da davamlı edirik ki, bu, tədrisə maneə yaratmasın”.

"Bəs vakant yerdən imtina edən müəllimlərin yaratdığı boşluq necə doldurulur?”

"Həmin vakant yer tutulana qədər dərs eyni ixtisaslı müəllimlər arasında paylanır. Yəni, diaqnostikası yüksək olan müəllimlər burada əvəzedici qismində iştirak edirlər. Həmin vakantın onlara verilməsində məqsəd dərsin boş keçməməsidir. Bu, yalnız DQ balı yüksək olan müəllimlərər aidddir.

İnsan Resursları Mərkəzinin səlahiyyətlisi sonda müəllimlərə professional seçim etmələri ilə bağlı çağırış edib:

"Elə seçim etsinlər ki, hədəfləri boşa getməsin. Anlasınlar ki,onların  imtina etdikləri yer başqalarının haqqıdır”.
 
 

Müəllimlərə  qadağa

 


Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
Vakansiyaya düşüb imtina edən şəxslər növbəti yerləşdirmədə iştirak edə bilməyəcəklər

Vakansiyaya düşüb imtina edən şəxslər növbəti yerləşdirmədə iştirak edə bilməyəcəklər

İşə qəbul olmaq istəyən müəllimlərə - XƏBƏRDARLIQ

İşə qəbul olmaq istəyən müəllimlərə - XƏBƏRDARLIQ

"Keçid ballarının aşağı salınması istisna edilmir"....Müsahibə mərhələsi avqustun 13-ü başlayacaq

"Keçid ballarının aşağı salınması istisna edilmir"....Müsahibə mərhələsi avqustun 13-ü başlayacaq

Vakant yerlərin sayı açıqlandı.

Vakant yerlərin sayı açıqlandı.

MİQ-in vakansiya seçimindəki səhv etiraf edildi – RƏSMİ

MİQ-in vakansiya seçimindəki səhv etiraf edildi – RƏSMİ

Müəllimlərin işə qəbulu üçün YENİ QAYDA

Müəllimlərin işə qəbulu üçün YENİ QAYDA

Bu il vakant müəllim yerlərini yerli təhsil şöbələrinin elan etməsinə icazə verilməyib

Bu il vakant müəllim yerlərini yerli təhsil şöbələrinin elan etməsinə icazə verilməyib

Orta məktəblərdə ən çox bu fənn müəllimlərinə ehtiyac var - NAZİRLİKDƏN AÇIQLAMA

Orta məktəblərdə ən çox bu fənn müəllimlərinə ehtiyac var - NAZİRLİKDƏN AÇIQLAMA

DİM-in sədr müavini: “Dövlət orqanlarında vakant vəzifələrin sayı mindən çoxdur”

DİM-in sədr müavini: “Dövlət orqanlarında vakant vəzifələrin sayı mindən çoxdur”

Bu müəllimlər ancaq müqavilə ilə işləyəcəklər

Bu müəllimlər ancaq müqavilə ilə işləyəcəklər

Qabiliyyət imtahanlarına 2 minədək müəllim cəlb olunub

Qabiliyyət imtahanlarına 2 minədək müəllim cəlb olunub

"Sentyabrın 15-dək bir necə dəfə bu cür mərkəzləşdirilmiş qaydada yerləşdirmə aparılacaq”

"Sentyabrın 15-dək bir necə dəfə bu cür mərkəzləşdirilmiş qaydada yerləşdirmə aparılacaq”

Bu müəllimlər müddətsiz müqavilə ilə işə qəbul ediləcəklər...II tur vakant yerlər tam siyahı

Bu müəllimlər müddətsiz müqavilə ilə işə qəbul ediləcəklər...II tur vakant yerlər tam siyahı

Müəllimlərin işə qəbulu üzrə əlavə yerləşdirməyə start verilir

Müəllimlərin işə qəbulu üzrə əlavə yerləşdirməyə start verilir

MİQ  imtahanında tutduğu vakant yerlə bağlı problemlə üzləşən  müəllimlərə  şad xəbər - Həll  olundu!

MİQ imtahanında tutduğu vakant yerlə bağlı problemlə üzləşən müəllimlərə şad xəbər - Həll olundu!

Vakant yerlərin aqibəti necə olacaq?

Vakant yerlərin aqibəti necə olacaq?

Müəllimlərlə bağlı yeni qaydalar

Müəllimlərlə bağlı yeni qaydalar

Müsahibə mərhələsində müəllim olmaq istəyən 3627 namizəd uğur qazanıb

Müsahibə mərhələsində müəllim olmaq istəyən 3627 namizəd uğur qazanıb

Müəllimlərin işə qəbulu haqqında yeni MƏLUMAT - VAKANT yerlər ...

Müəllimlərin işə qəbulu haqqında yeni MƏLUMAT - VAKANT yerlər ...

Müəllimlərin işə qəbulunda yenilik - NAZİRLİK AÇIQLAMA VERDİ

Müəllimlərin işə qəbulunda yenilik - NAZİRLİK AÇIQLAMA VERDİ

İş gözləyən müəllimlərə müjdə

İş gözləyən müəllimlərə müjdə

İdman müəllimlərin fiziki bacarıqları yoxlanılıb

İdman müəllimlərin fiziki bacarıqları yoxlanılıb

DİQQƏT! Yerdəyişməsi uğurla başa çatmış müəllimlər üçün...

DİQQƏT! Yerdəyişməsi uğurla başa çatmış müəllimlər üçün...

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin vakansiya seçimi mərhələsi davam edir.

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin vakansiya seçimi mərhələsi davam edir.