Xəbərlər, Valideyn, Direktor, MÜƏLLİM
21 sentyabr 2018
1195

Müəllim və valideynlərlə saçyolduya çıxan qadın direktor barədə yeni faktlar üzə çıxıb.


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş


 

 
Xəbər verildiyi kimi,  Abşeron rayonu Ceyranbatan qəsəbəsində yerləşən 2 nömrəli tam orta məktəbdə bir qrup qadın arasında qarşıdurma yaranıb. İnsidentin görüntülərini əks etdirən videomaterialın qısa zaman ərzində sosial şəbəkələrdə paylaşılması məsələnin ictimailəşdirilməsində böyük rol oynayıb. İddiaya görə, məktəbin direktoru ilə müəllimlər arasında ciddi problemlərin olduğu bildirilir. Həmçinin, sözügedən qarşıdurmanın da məhz məktəb direktoru ilə orada təhsil alan şagirdlərin valideynlərinin arasında baş verdiyi vurğulanır.

 Hadisə ilə əlaqədar olaraq, İnterpress.az-ın əməkdaşı sözügedən məktəblə əlaqə saxlamağa çalışıb. Telefonumuza cavab verən orta məktəb direktoru Leyla İsmayılovanın özünü təqdim etməyən katibəsi əvvəlcə hadisə barədə məlumat vermək istəmədi, daha sonra isə telefonu qışqıraraq söndürdü. Dəfələrlə katibə ilə əlaqə saxlamağa çalışsaq da, cəhdlərimiz alınmadı.

Daha sonra insident baş verən məktəbin digər əlaqə nömrəsi ilə bağlantı yaratdıq. Telefonda cavab verən məktəbin xanım müəllimi olduğunu bildirdi. Özünü təqdim etməkdən çəkinən xanım müəllim əvvəlcə sözügedən məktəbdə heç bir hadisənin baş vermədiyini, görüntülərin isə digər məktəbdə qeydə alındığını desə də, sonradan insidentin elə məhz Ceyranbatan qəsəbəsində yerləşən 2 saylı məktəbdə reallaşdığını təsdiqlədi: "Görüntülərdə aydın görünür ki, mübahisə və dava direktorla deyil, valdiyenlər arasında baş verib. Burada söhbət direktorla müəllimlər arasında gedən davadan bəhs etmir. Direktor sadəcə şura iclasını keçirirdi. Valideynlər iclasımızı keçirməyə imkan vermədilər”.

Ötən gün baş verən bu olay ictimaiyyətdə də birmənalı qarşılanmayıb. Bəziləri pedoqoq adına yaraşmayan davranışların baş verdiyini əks etdirən görüntülərin araşdırılmasını və günahkarların cəzalandırılmasının zəruri olduğunu bildirib. Amma məsələnin əsl mahiyyətinin nə olduğu isə sirli olaraq qalıb. Bəzi məlumatlara görə, Ceyranbatan qəsəbəsində yerləşən 2 nömrəli tam orta məktəbdə bəzi müəllimlərlə direktor arasında yanaşan münaqişəyə daha sonradan valideynlər də qoşulub. Belə ki, iddia olunur ki, sözügedən təhsil müəssisəsində bir neçə fənni tədris edən müəllimlərin dərs saatının azaldılması onların Leyla İsmayılovaya qarşı etiraz etməsi ilə nəticələnib. Bildirilir ki, L.İsmayılova diaqnostik qiymətləndirmə zamanı müsbət nəticə göstərməyən müəllimlərin 2018-2019-cu tədris ili üçün təyin olunan dərs saatlarını azaldıb. Direktor müəllimlərin dərs saatının azaldılmasını onların təhsilinin yüksək səviyyədə olmaması ilə əlaqələndirib. Hər şeydən bundan sonra baş verib. Dərs saatlarının azaldılması ilə üzləşən bir qrup müəllim sentyabrın 18-də 2 nömrəli tam orta məktəbdə direktora qarşı etiraz aksiyası keçirməyi planlaşdırıb. Etiraz aksiyasına isə valideynlər də qoşulub.

Qarşıdurma ilə bağlı görüntülər yayılandan sonra Abşeron Rayon İcra Hakimiyyətinin nümayəndələri məktəbə gəliblər, direktor və narazı müəllimlərdən izahat alınıb.

Artıq sözügedən məktəbin direktoru olan Leyla İsmayılova bu gündən məktəbə gəlmədiyi də məlum olub. Əldə etdiyimiz məlumata görə, L.İsmayılova məktəbdə baş verən olaya görə işdən çıxarılıb. Məktəbin müəllimləri bildirib ki, L.İsmayılova öz ərizəsi ilə direktor vəzifəsindən istefa verib.

Qeyd edək ki, bir neçə ay bundan öncə həmin məktəbin daha bir qrup müəllimi direktor Leyla İsmayılovanın qanunsuz əməllərindən ölkə başçısına müraciət edib. Müəllimlər direktorla bağlı ölkə başçısı İlham Əliyevə də şikayət məktubu ünvanlayıblar. Təhsil ocağının işçiləri daha çox rüşvətxorluqdan şikayətçi olduqlarını bildiriblər.

Xatırladaq ki, Təhsil Nazirliyi hələlik məsələyə rəsmi münasibət bildirməyib.

 

Müəllim və valideynlərlə saçyolduya çıxan qadın direktor barədə yeni faktlar üzə çıxıb.

 








Whatsapp'ta Paylaş

Загрузка...
loading...

Həmçinin oxuyun:
Azərbaycanda məktəbdə biabırçılıq - Qadın direktor və müəllimə davaya çıxdı (VİDEO)

Azərbaycanda məktəbdə biabırçılıq - Qadın direktor və müəllimə davaya çıxdı (VİDEO)

Məktəbdə direktor-müəllim konflikti –“Sinfim əlimdən alınıb, xəstə uşağıma baxa bilmirəm”

Məktəbdə direktor-müəllim konflikti –“Sinfim əlimdən alınıb, xəstə uşağıma baxa bilmirəm”

Bakı məktəblərinə yeni təyin olunan direktorların adları - TAM SİYAHI

Bakı məktəblərinə yeni təyin olunan direktorların adları - TAM SİYAHI

Təhsil Şöbəsi məktəb direktorunun döyülməsini təsdiqlədi:

Təhsil Şöbəsi məktəb direktorunun döyülməsini təsdiqlədi: "Hazırda xəstəxanadadır"

Gənc müəllimdən məktəbdə yığılan pula etiraz - Dərsi boykot etdi

Gənc müəllimdən məktəbdə yığılan pula etiraz - Dərsi boykot etdi

“Uşağım polisin köməyi ilə dərsə gedir...” - Məktəbdə nə baş verir?

“Uşağım polisin köməyi ilə dərsə gedir...” - Məktəbdə nə baş verir?

Bakıda direktor və müəllim şagirdi döydü? - Valideynlər belə iddia edir - VİDEO

Bakıda direktor və müəllim şagirdi döydü? - Valideynlər belə iddia edir - VİDEO

Valideynlər HƏR ŞEYİ ÜZƏ ÇIXARTDI - Son günlər gündəmdə olan məktəbdən - VİDEO

Valideynlər HƏR ŞEYİ ÜZƏ ÇIXARTDI - Son günlər gündəmdə olan məktəbdən - VİDEO

Direktora deyilən nalayiq sözlər kameraya düşüb - Açıqlama

Direktora deyilən nalayiq sözlər kameraya düşüb - Açıqlama

Nizami Namazovdan ərizə alındı: Müddətli müəllim ştatına götürülənlərin aqibəti necə olacaq?

Nizami Namazovdan ərizə alındı: Müddətli müəllim ştatına götürülənlərin aqibəti necə olacaq?

Sumqayıt şəhər 9 saylı tam orta məktəbdə direktor özbaşınalığı davam edir -

Sumqayıt şəhər 9 saylı tam orta məktəbdə direktor özbaşınalığı davam edir -"Burada mənəm... "

Müəllimlərdən rüşvət istəyən direktor işdən çıxarıldı

Müəllimlərdən rüşvət istəyən direktor işdən çıxarıldı

Müəllimlərdən rüşvət istəyən direktorla bağlı rəsmi AÇIQLAMA

Müəllimlərdən rüşvət istəyən direktorla bağlı rəsmi AÇIQLAMA

Bakıdakı 14 nömrəli məktəbdə nə baş verir? – TƏFƏRRÜAT

Bakıdakı 14 nömrəli məktəbdə nə baş verir? – TƏFƏRRÜAT

Bakıda 3-cü sinif şagirdi məktəbi bir-birinə qatıb: Valideynlər etiraz edir – VİDEO

Bakıda 3-cü sinif şagirdi məktəbi bir-birinə qatıb: Valideynlər etiraz edir – VİDEO

Novxanıdakı 2 nömrəli məktəb təşviş içində: Şagirdləri qorxuya salan kimdir? - VİDEO

Novxanıdakı 2 nömrəli məktəb təşviş içində: Şagirdləri qorxuya salan kimdir? - VİDEO

Tbilisidə azərbaycanlı şagirdi təhqir etmiş müəllimə qarşı etiraz aksiyası keçirilib

Tbilisidə azərbaycanlı şagirdi təhqir etmiş müəllimə qarşı etiraz aksiyası keçirilib

Bakı məktəbində valideynlərdən sinif otaqlarını təmizləmək tələb olunur - İDDİA

Bakı məktəbində valideynlərdən sinif otaqlarını təmizləmək tələb olunur - İDDİA

Azərbaycanda şok - Baytar məktəb direktoru təyin edildi

Azərbaycanda şok - Baytar məktəb direktoru təyin edildi

Cəlilabadda növbəti özbaşınalıq - Direktor əvəzi müəllim Təhsil Nazirliyinə zəng etdiyi üçün dərs saatlarını əlindən aldı - SƏS YAZISI

Cəlilabadda növbəti özbaşınalıq - Direktor əvəzi müəllim Təhsil Nazirliyinə zəng etdiyi üçün dərs saatlarını əlindən aldı - SƏS YAZISI

Sumqayıtda müəllim milli mənsubiyyətini bilmədi

Sumqayıtda müəllim milli mənsubiyyətini bilmədi

TƏHSİL NAZİRLİYİ: Jurnalisti söyən direktorla bağlı araşdırmalar başladı

TƏHSİL NAZİRLİYİ: Jurnalisti söyən direktorla bağlı araşdırmalar başladı

Yenicə təyin olunmuş direktor müzakirələrə səbəb oldu – Əslində onun...-FOTO

Yenicə təyin olunmuş direktor müzakirələrə səbəb oldu – Əslində onun...-FOTO

Bakıda məktəb rəhbəri jurnalisti hədələdi: “Sənin başın bədəninə ağırlıq edir!” - SƏS YAZISI

Bakıda məktəb rəhbəri jurnalisti hədələdi: “Sənin başın bədəninə ağırlıq edir!” - SƏS YAZISI