Summativ Qiymətləndirmələrlə bağlı ehtimal olunan dəyişikliklər
Hazırda məktəbdaxili qiymətləndirmə ilə bağlı yeni qaydalar hazırlanır. "Ümumi təhsil pilləsi üzrə təhsilalanların qiymətləndirilməsi (yekun qiymətləndirmə istisna olmaqla) qaydaları” adlanan bu layihədə qiymətləndirmə ilə bağlı bir sıra köklü dəyişikliklər həyata keçiriləcək.
Məktəbdaxili qiymətləndirmə əvvəlki kimi diaqnostik, formativ və summativ olmaqla 3 növdən ibarət olacağı gözlənilir. Əsas dəyişiklikər summativ qiymətləndirmələr və onların formatı ilə bağlı olacaq. Belə ki, I siniflərdə summativ qiymətləndirmə nəzərdə tutulmur. II-III siniflərdə kiçik summativlər nəzərdə tutulsa da, böyük summativ qiymətləndirmə aparılmayacaq. IV sinifdə isə Azərbaycan dili , riyaziyyat və ingilis dili fənnindən həm KSQ, həm BSQ, digər fənlərdə isə yalnız KSQ keçiriləcək.
V-VIII siniflərdə bütün fənlərdən yalnız kiçik summativ qiymətləndirmə, IX, X, XI siniflərdə isə summativ qiymətləndirmə eynən IV sinifdə olduğu kimi aparılacaq. Yəni Azərbaycan dili , riyaziyyat və ingilis dili fənnindən həm KSQ, həm BSQ, digər fənlərdə isə yalnız KSQ keçiriləcək.
Yarımil qiymətləri böyük summativ qiymətləndirmə aparılmayan fənlər üzrə KSQ ballarının ədədi ortası və ona uyğun qiymətə ("5” ballıq) əsasən yazıla bilər.
BSQ aparılan fənlər üzrə isə yarımil balı məktəbdaxili qiymətləndirmə ilə bağlı yeni qaydalar düsturuna əsasən çıxarılır. Həmçinin, "5” ballıq şkala ilə də qiymətləndirilir. Şagirdin illik balı onun yarımillik ballarının ədədi ortası kimi müəyyənləşdirilir və "5” ballıq şkalaya uyğunlaşdırılaraq sinif jurnalının müvafiq qrafasının ikinci sütunun qiymət yazılır.
Qeyd edək ki, məktəblərdə bütün siniflər üzrə Böyük summativ qiymətləndirmə mərkəzləşdirilmiş qaydada və eyni gündə keçiriləcəyi nəzərdə tutulur. Yəni, BSQ keçiriləcəyi nəzərdə tutulan fənn həmin günün dərs proqramında olmasa da, qiymətləndirmə keçiriləcək.
Mənbə Azedu.az
Məktəbdaxili qiymətləndirmə ilə bağlı yeni qaydalar
Məktəblərdə summativ qiymətləndirmələr ləğv olunur - Təhsil Nazirliyində müzakirələr başlayıb
"Bizi düşündürür ki, aşağı siniflərdə summativ qiymətləndirmə nə dərəcədə vacibdir?"-qiymətləndirmələrdə dəyişikliklər olacaq
Bakı məktəblərində I yarımil üzrə yekun qiymətləndirmə aparılır
Ümumi təhsil məktəblərində məktəbdaxili qiymətləndirmənin aparılmasına dair MÜVƏQQƏTİ TƏLİMAT
Məktəblilərin və valideynlərin arzuları reallaşır - Bu qiymətləndirmə ləğv edilə bilər - VİDEO
Təhsil Nazirliyi summativ qiymətləndirmə ilə bağlı təklif olunan yenilikləri açıqlayıb
Təhsil Nazirliyindən summativ qiymətləndirmə barədə AÇIQLAMA
Ümumtəhsil məktəblərində məktəbdaxili qiymətləndirmənin aparılması QAYDALARI
Kurikulum üzrə məktəbdaxili qiymətləndirmə : Diaqnostik , Formativ , Summativ
Məktəblərdə summativlər ləğv olunur: Yazı işləri də azalacaq
"...ŞAGİRDLƏRİN DƏRS VƏ İMTAHAN YÜKÜ AZALACAQ" - NAZİRLİK
“Məktəblərdə daxili qiymətləndirmə ilə yekun qiymətləndirmənin nəticələri üst-üstə düşmür”
Təhsil Nazirliyi: "İmtahanların sayı azaldılır"
Azərbaycanda imtahan sisteminin dəyişdirilməsi təklif edilir
Aşağı siniflərdə summativ qiymətləndirmələrin həcmi azalmalıdır- AÇIQLAMA
Ümumtəhsil məktəblərində qiymətləndirmə
Məktəbdaxili qiymətləndirmə növlərinin təşkilinin təkmilləşdirilməsi haqqında
Ümumtəhsil Məktəblərində Məktəbdaxili Qiymətləndirmənin Aparılması barədə TƏLİMAT
Növbəti diaqnostik qiymətləndirmə keçiriləcək
Bizdə bu qiymətləndirmə mexanizmində çox böyük səhvlər var..EKSPERT RƏYİ
Məktəbdaxili qiymətləndirmə növlərinin təşkilinin təkmilləşdirilməsi haqqında TƏLİMAT 2016
Şagirdlərin qiymətləndirliməsində dəyişikliklər olunacaq
Təlimin mərhələləri-Təlimdə müvəffəqiyyətin hesaba alınması və qiymətləndirilməsi.