Xəbərlər, Direktor, MÜƏLLİM
17 sentyabr 2018
566

Kənd məktəbində direktor müəllim mübahisəsi – “Vakansiyalar gizlədilir, qanunsuzluqlar var”


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş


 

 
"Məktəbə yeni müəllim gəlmir. Halbuki, yeni müəllim yeni ruh deməkdir. Nə qədər müəllim  sənəd verib, vakansiya da az… Xeyli müəllim havada qalır. Görün nə qədər gizlədilən vakansiyalar var”.

Bu sözləri AzEdu.az-a Ağsu rayon Kalva kənd sakini Əfəndiyev Elgün deyib. İşə yeni qəbul olunduğu məktəbdə vakant  dərs saatlarının gizlədilməsindən (müsahibin təbirincə desək)  narahat olan Elgün Əfəndiyev araşdırma apararaq, məktəbdə xeyli qanunsuzluqlar aşkarladığını deyib:

"2013-cü ildə ali məktəblərə III ixtisas qrupu üzrə keçirilən qəbul imtahanında 507 bal toplayaraq Azərbaycan Dillər Universitetinin Azərbaycan dili və ədəbiyyatı ixtisasına qəbul olunub,  2017-cı ildə oranı bitirdim. Həmin ildən Ağsu rayonu Dilman kənd orta məktəbində pedaqoji fəaliyyətə başladım.

Bu il də müəllimlərin işə qəbul (MİQ)  imtahanında iştirak edib, 46 bal topladım. Bu balla müqavilə əsasında 6 saat dərslə Kalva kənd orta məktəbinə qəbul olundum. Amma təəssüf ki, məktəb direktoru vakansiya saatlarını gizlədib və mənə dərs vermir. Kiçik araşdırma aparıb, xeyli qanunsuzluqlar aşkarladım. Xahiş edirəm ki, bu barədə ölçü götürlüsün”.

Onun sözlərinə görə, direktor dərs saatlarını öz yaxınlarına verib:

"25 ildir,  Sübhan Şükürov adına Kalva kənd orta məktəbinin direktoru işləyən Rubət Əsgərov 39 saat Azərbaycan dili dərsinin 33-nü həyat yoldaşı  Balacaxanım Əsgərovaya verib. Qalan 6 saatını isə vakansiyaya çıxarıb. Xanımı isə diaqnostik qiymətləndirilmədə cəmi 27 bal toplayıb. Belə olanda "Təhsil haqqında” qanuna əsasən, 33 saat dərs verilməli deyildi”.

Gənc müəllim 6 saat dərsin məqsədli şəkildə vakansiyaya çıxarıldığını düşünür:

"Mənə 6 saat dərs verilib. Bilirəm ki, orada müəllimə ehtiyac olan, vakansiyaya çıxarılacaq saatlar çoxdur. Amma direktor bütün saatları öz xanımına verir. 6 saat dərs vakansiyasını da,  qəsdən verir ki, kəndə gələn olmasın. Çünki aydındır ki, 6 saat dərs üçün heç kim bura gəlməz. Mən sırf  burada yaşadığıma görə həmin məktəbi seçdim. Yoxsa, 6 saat dərs kimə sərf edir axı? Orada daha çox müəllimə ehtiyac var”.

Onun sözlərinə görə, bu barədə direktorla arasında danışıq olub:

"Bu gün işə çıxdım. Direktor deyir ki, sənə maksimum 6 saat əlavə dərs verə bilərəm. Məsələ burasındadır ki, əgər 6 saat əlavə dərs var idisə, onda niyə vakansiyaya çıxarmamışdı? Mən 12 saatla  razılaşmıram. Çünki bilirəm ki, müəllimə ehtiyac var. Niyə saatı artırmır? Axı mən 46  bal toplamışam.  Nə vaxtdır, o məktəbə müəllim gəlmir. Çünki dərsləri onun həyat yoldaşı keçir. Fənn üzrə iki müəllimik, başqası yoxdur.

Direktorla aramda başqa bir problem olmayıb. Mən gördüyümü deyirəm. Bu, gəncliyimizin  məhvidir. Tarix müəlliminə  Coğrafiya dərsini verib, onun pulunu alır. Məktəbə yeni müəllim gəlmir. Halbuki, yeni müəllim yeni ruhdur. Nə qədər müəllim  sənəd verib, vakansiya  da  az.  Xeyli müəllim havada qalır. Görün nə qədər gizlədilən vakansiyalar var”.

O qeyd edib ki, yerli təhsil şöbəsi də məsələdən xəbərdardır:

"Rayon Təhsil Şöbəsində problemi bilsələr də, kömək etmirlər. Xəbərsiz kimi davranırlar. Halbuki direktorun verdiyi saatları vakansiyaya təhsil şöbəsi çıxarır. Necə xəbərsiz ola bilərlər?!

Məni düzgün başa düşün, davam yalnız  6 saat dərsə görə deyil! Məktəbdə,  hər yerdə ədalətin bərqərar olunmasını istəyirəm, başqa heç nə! Məktəbdə yeni müəllimlərə ehtiyac var. Bu, yalnız  mənim problemim deyil. Araşdırmaq lazımdır.

Burada çox problemlər var. 1-2 valideyn heç övladını ibtidai sinfə göndərmək istəmirdi. Çünki Əmək təlimi müəllimi (hazırda Texnologiya fənni) ibtidai sinfə dərs deyir. Valideynlər düşünür ki, "əmək müəllimi " ibtidai sinif üzrə mənim övladıma nə öyrədəcək?! Bu kimi problemlər çoxdur”.

AzEdu.az məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini öyrənib. S.Şükürov adına Kalva kənd orta məktəbinin direktoru Rubət Əsgərov bildirib ki, vakansiya açılarkən o bundan xəbərsiz olub:

"O, gənc müəllimdir. Bizim məktəbdə vakansiyanı yazıb və qəbul olunub. O vakansiyanı mən verməmişdim. Rayon Təhsil şöbəsində dedilər ki, guya  nazirlikdən verilib.  6 saat dərs ayrılıb.  O da gəlib müddətli  müqavilə  ilə bu məktəbə  düşüb.  Elgün  müəllimlə  elə bir kənddənik. O gəldi, mən də dedim ki, buyur, 6 saat dərsini verirəm, müqavilə bağlayırıq. Çünki vakansiyada belə göstərilib.

O isə çox iddialar etdi. Dedi ki, mən 6 deyil, 20 saat və sinif rəhbərliyini istəyirəm. Bu isə bizim məktəbdə mümkün olmadı.

İndi isə Elgün müəllimlə razılaşmışıq. Bu gün gəldi, ona 12 saat dərs verdim. Sinif rəhbərliyini də söz vermişəm. İmkan olsa, onu da verəcəyəm. Artıq razılaşmışıq və bugündən işə başlayıb. Elgün müəllimə söz verdim ki, məktəbdə onun üçün yaxşı şərait yaratmağa çalışacağam. Yəni, burada bir anlaşılmazlıq var və onu mən özüm araşdıracağam”.

Direktor məktəbdə müəllimə ehtiyac olduğu halda vakansiyaların  gizlədilməsi məsələsinə belə aydınlıq gətirib:

"Xeyr! Bura yerli kənd məktəbidir. Fizikadan vakansiya versək də, müəllim gəlməyib. Amma başqa bütün fənlər qaydasındadır. Bunu Təhsil Nazirliyi  də, Rayon Təhsil Şöbəsi də bilir. Hamısı yerli kadrlardır. Keçən il Biologiya və Rus dilindən vakansiya açmışdıq və müəllim gəldi. Bu gün məktəbdə bircə Fizika müəlliminə ehtiyac var. Onun üçün də vakansiya vermişik. Amma müəllim gəlməyib. Yəqin ki,  heç kim düşməyib. Qalan başqa müəllim və fənlər-hamısı öz yerindədir”.
 

Kənd məktəbində direktor müəllim mübahisəsi – “Vakansiyalar gizlədilir, qanunsuzluqlar var”

 








Whatsapp'ta Paylaş

Загрузка...
loading...

Həmçinin oxuyun:
18 ilin müəllimi Ceyhun Bayramovdan kömək istədi - Təhsil Şöbəsindən ŞİKAYƏT

18 ilin müəllimi Ceyhun Bayramovdan kömək istədi - Təhsil Şöbəsindən ŞİKAYƏT

Məktəbdə direktor-müəllim konflikti –“Sinfim əlimdən alınıb, xəstə uşağıma baxa bilmirəm”

Məktəbdə direktor-müəllim konflikti –“Sinfim əlimdən alınıb, xəstə uşağıma baxa bilmirəm”

MİQ imtahanlarında müəllimlərin ən çox üzləşdiyi problem: “Vakansiya verilir, sonra “yoxa çıxır”

MİQ imtahanlarında müəllimlərin ən çox üzləşdiyi problem: “Vakansiya verilir, sonra “yoxa çıxır”

Müsabiqədən keçməyən müəllim:

Müsabiqədən keçməyən müəllim:"Cavabımdan razı qaldıqları üz ifadələrindən bəlli idi"

"Deyək ki, 35 yaşa kimi 5 ildən bir rayon - rayon gəzdik. Bəs ondan sonra?Özümüzə başqa iş axtarmalıyıq”

21 bal toplayan işsiz müəllim Təhsil Nazirliyinə səsləndi..

21 bal toplayan işsiz müəllim Təhsil Nazirliyinə səsləndi.."9 bal toplayan ədəbiyyat müəllimi bu dəqiqə direktor kimi çalışır"

"Digər məmurlar dərs dediyi halda niyə təhsil işçiləri dərs deməsinlər?"

Təhsil Şöbəsi məktəb direktorunun döyülməsini təsdiqlədi:

Təhsil Şöbəsi məktəb direktorunun döyülməsini təsdiqlədi: "Hazırda xəstəxanadadır"

Gənc müəllimdən məktəbdə yığılan pula etiraz - Dərsi boykot etdi

Gənc müəllimdən məktəbdə yığılan pula etiraz - Dərsi boykot etdi

Azərbaycanda şagird məktəbdə öldürülüb? - Şok iddia + Foto

Azərbaycanda şagird məktəbdə öldürülüb? - Şok iddia + Foto

Növbəti ildən dərslər saat 9-da başlayacaq? - Nazirlikdən reaksiya

Növbəti ildən dərslər saat 9-da başlayacaq? - Nazirlikdən reaksiya

Şamaxı məktəbində QALMAQAL- Direktor ittihamlara cavab verdi

Şamaxı məktəbində QALMAQAL- Direktor ittihamlara cavab verdi

Cəlilabadda təyinat: İmtahandan kəsildi, yenə direktor oldu

Cəlilabadda təyinat: İmtahandan kəsildi, yenə direktor oldu

Azərbaycanda şok - Baytar məktəb direktoru təyin edildi

Azərbaycanda şok - Baytar məktəb direktoru təyin edildi

Müəllimlərə vəd edilən dərs saatından xəbər var

Müəllimlərə vəd edilən dərs saatından xəbər var

Cəlilabadda növbəti özbaşınalıq - Direktor əvəzi müəllim Təhsil Nazirliyinə zəng etdiyi üçün dərs saatlarını əlindən aldı - SƏS YAZISI

Cəlilabadda növbəti özbaşınalıq - Direktor əvəzi müəllim Təhsil Nazirliyinə zəng etdiyi üçün dərs saatlarını əlindən aldı - SƏS YAZISI

İki qardaş iki həftədir dərsə gedə bilmirlər

İki qardaş iki həftədir dərsə gedə bilmirlər

Təhsil Nazirliyinin böyük saxtakarlığı üzə çıxdı-Nazirlik müsabiqədə müəllimləri aldadır?

Təhsil Nazirliyinin böyük saxtakarlığı üzə çıxdı-Nazirlik müsabiqədə müəllimləri aldadır?

Sumqayıtda müəllim 1-ci sinfə gedən uşağı döyüb — Valideyn şikayəti

Sumqayıtda müəllim 1-ci sinfə gedən uşağı döyüb — Valideyn şikayəti

Təhsil Şöbəsi: Masazırdakı müəllim çatışmazlığı problemi tezliklə həll olunacaq

Təhsil Şöbəsi: Masazırdakı müəllim çatışmazlığı problemi tezliklə həll olunacaq

Müəllim işləyə-işləyə yeri vakant göstərilib?-Sumqayıt məktəbində qəribə olay

Müəllim işləyə-işləyə yeri vakant göstərilib?-Sumqayıt məktəbində qəribə olay

Azərbaycanın bu kəndində 24 ildən sonra ilk dəfə dərs keçiriləcək

Azərbaycanın bu kəndində 24 ildən sonra ilk dəfə dərs keçiriləcək

Direktor və müavinlər məktəbdə dərs deyə biləcəklərmi?-ekspertlərin rəyi

Direktor və müavinlər məktəbdə dərs deyə biləcəklərmi?-ekspertlərin rəyi

Müəllim olmaq fədakar olmaq deməkdir - Gənc müəllim Zahir Abbasov.

Müəllim olmaq fədakar olmaq deməkdir - Gənc müəllim Zahir Abbasov.