Xəbərlər, Magistr
12 sentyabr 2018
330

Azərbaycan Texniki Universitetində magistratura pilləsi üzrə axşam dərsləri ləğv olundu - RƏSMİ


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş


 

"Azərbaycan Texniki Universitetinin magistrantları AzTU-nu seçməyə peşman olub" başlığı ilə yazılar tirajlayan bəzi media orqanları və sosial şəbəkə nümayəndələrinə cavab olaraq bildirirəm ki, AzTU-da axşam növbəsinin ləğv olunması qanunun tələbinə uyğun olaraq həyata keçirilib".

AzEdu.az xəbər verir ki, bunu universitetin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nicat Abdullayev magistratura pilləsi üzrə axşam dərsləri ləğv olunması ilə bağlı məsələyə aydınlıq gətirərkən deyib:

"Azərbaycan Respublikasının Təhsil Haqqında Qanununda əyani təhsilin birmənalı olaraq gündüz olması təsbit olunub. Bu o deməkdir ki, əyani olaraq ali təhsil alanlar üçün axşam növbəsinin təşkili qanuna ziddir! 

Axşam təhsilinin əvvəl təşkil olunması, indi isə ləğv edilməsi məsələsinə gəlincə isə onu deyə bilərəm ki, Universitetin axşam növbəsini təşkil etməsi əvvəldən səhv addım olub və indi bu yanlışlıq düzəldilir. Bununla bağlı olaraq AzTU-nun rektor əvəzi, professor Xalıq Yahudov 2017-2018-ci tədris ilində həm magistrantlara, həm onların valideyinlərinə, həm də yeni qəbul olunacaq magistrlara sosial şəbəkələr, media və birbaşa görüş vasitəsi ilə xəbərdarlıq edib ki, növbəti tədris ilindən axşam növbəsi ləğv olunacaq. Bundan əlavə olaraq rektor əvəzi sonuncu görüş 2 gün bundan öncə olmaqla 3 dəfə magisrtlarla görüşüb və onlara axşam növbəsinin ləğv olunacağını bildirib, eləcə də növbənin ləğv olunma səbəbini izah edib. 

DİGƏR MƏSƏLƏ - "Həm də magistratura pilləsinin 2-ci kursunda təhsil alan tələbələrin bir qismi təyinatla respublikanın müxtəlif zavodlarında işləyənlərdir. Universitetin təyinat verərək magistr tələbələrini işlə təmin etməsi və daha sonra dərs saatlarının vaxtında dəyişiklik edərək 17:45-dən 12:30-a keçirilməsilə, magistr tələbələrinin işləməyinə mane olması paradoks təşkil edir".- yazaraq etiraz edənlərin bu arqumentinə cavab olaraq bildirmək istəyirəm ki, AzTU-da yalnız Xüsusi Texnika və texnologiya fakültəsinin tələbələri təyinatla zavodlarda işlə təmin olunub. Onların iş prosesinin tənzimlənməsi üçün universitet 2 növbəli tədris prosesi təşkil edib. Yəni 1-ci növbə çalışanlar 2-ci növbə təhsil alacaqlar. 2-ci növbə çalışanlar isə əksinə 1-ci növbə təhsil alacaqlar. Magistrların tam iş günü işləməsi isə qanunsuzdur. Azərbaycan Respublikası Qanunun Əmək Məcəlləsinin tələbinə uyğun olaraq əyani təhsil alan şəxslər tam iş günü işləyə bilməz. Dolaysı ilə bildirim ki, Universiteti qanunsuzluqda, tələbələrin haqqını pozmaqda günahlandıranlar özləri qanunun tələblərinə əməl etmirlər. 

Xüsusi qeyd olaraq vurğulamaq istəyirəm ki, bütün dünyada magistr təhsili bakalavr təhsilindən ayrıdır və bakalavr təhsili natamam ali təhsil hesab olunsa da istehsalat üçün yetərli hesab olunur. Magistr təhsili isə əsasən elmi fəaliyyət üçün lazımdır və magistrların tədris prosesi, disertasiya işi yazması, müdafiə etməsi üçün kifayyət qədər zaman lazımdır. Yəni bütün günü işləyib, axşam dərsə gələn tələbə disertasiya işini nə zaman yazacaq? Elmi rəhbəri ilə heç olmasa həftədə 1-2 dəfə görüşməlidir, nə zaman görüşəcək?"







Whatsapp'ta Paylaş

Загрузка...
loading...

Həmçinin oxuyun:
Texniki Universitetə yeni prorektor təyin olundu

Texniki Universitetə yeni prorektor təyin olundu

Bu universitetlərdə yaşı 70-i ötmüş müəllimlər də çalışır - SİYAHI

Bu universitetlərdə yaşı 70-i ötmüş müəllimlər də çalışır - SİYAHI

"Nobel" mukafatçıları Azərbaycanda dərs deyəcək

Azərbaycanın bu universitetində latın dili ləğv olundu - Elmi Şuranın qərarı

Azərbaycanın bu universitetində latın dili ləğv olundu - Elmi Şuranın qərarı

AzTU-da magistratura səviyyəsinə hazırlaşan tələbələr üçün ödənişsiz sınaq imtahanı keçirilib

AzTU-da magistratura səviyyəsinə hazırlaşan tələbələr üçün ödənişsiz sınaq imtahanı keçirilib

İşsizlik müavinəti ləğv edildi

İşsizlik müavinəti ləğv edildi

AzTU-da Milli Qəhrəmanın anım tədbiri keçirilib

AzTU-da Milli Qəhrəmanın anım tədbiri keçirilib

Magistr olmaq istəyənlərə ödənişsiz hazırlıq kursları təşkil edilib

Magistr olmaq istəyənlərə ödənişsiz hazırlıq kursları təşkil edilib

Texniki Universitetdə ciddi pozuntular aşkarlandı

Texniki Universitetdə ciddi pozuntular aşkarlandı

Universitet müəllimlərinin əməkhaqları artırılacaq

Universitet müəllimlərinin əməkhaqları artırılacaq

Texniki Universitetdə əmək haqqı artırıldı

Texniki Universitetdə əmək haqqı artırıldı

DQ-nin nəticəsindən narazı müəllim:

DQ-nin nəticəsindən narazı müəllim: "Nəticələrim ləğv olundu və..."

Hansı ali məktəbin güzəştli tələbəsi çoxdur? - SİYAHI

Hansı ali məktəbin güzəştli tələbəsi çoxdur? - SİYAHI

Xaricdə dövlət universitetlərinin təhsilhaqqı aşağı salınır, Azərbaycanda isə qaldırılır

Xaricdə dövlət universitetlərinin təhsilhaqqı aşağı salınır, Azərbaycanda isə qaldırılır

Bəzi univeritetlərdə təhsil haqqları artırıldı – SİYAHI

Bəzi univeritetlərdə təhsil haqqları artırıldı – SİYAHI

Hansı universitetlər təhsil haqlarını artırıblar?

Hansı universitetlər təhsil haqlarını artırıblar?

Ən çox məzun yenə bu universitetimizdə oldu/Universitetləri nə qədər tələbə bitirdi

Ən çox məzun yenə bu universitetimizdə oldu/Universitetləri nə qədər tələbə bitirdi

Qiyabi təhsil alanların sayında kəskin azalma müşahidə olunur

Qiyabi təhsil alanların sayında kəskin azalma müşahidə olunur

Ali məktəblərdə yay imtahanları başlayıb - Hansı təhsil ocağından şikayət var...

Ali məktəblərdə yay imtahanları başlayıb - Hansı təhsil ocağından şikayət var...

Rektor etirazçılardan danışdı: “Onlar oxumayan tələbələrdir...”

Rektor etirazçılardan danışdı: “Onlar oxumayan tələbələrdir...”

Milli Qəhrəmanın qardaşı təhsil haqqından azad olundu

Milli Qəhrəmanın qardaşı təhsil haqqından azad olundu

AzTU-da magistr olmaq istəyən tələbələrə böyük fürsət yaradılıb

AzTU-da magistr olmaq istəyən tələbələrə böyük fürsət yaradılıb

Nazirlik 11 illik məktəblərin ləğv olunması ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib  Böyüt

Nazirlik 11 illik məktəblərin ləğv olunması ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib Böyüt

Magistr və doktorantlara möhlət hüququ verildi

Magistr və doktorantlara möhlət hüququ verildi