Xəbərlər, H/N sənədlər, Kitabxanaçı, MÜƏLLİM
11 sentyabr 2018
420

Nümunəvi Əsasnamə

Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

Nümunəvi   Əsasnamə

1 . Ümumi müddəalar

1.1.Bu Nümunəvi Əsasnamə Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 6 oktyabr tarixli 3072 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı"nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 2.5.1-ci yarımbəndinə əsasən hazırlanmışdır və tabeliyindən, mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasının ərazisində yerləşən bütün ümumi təhsil müəssisələrinin kitabxanalarının (bundan sonra - kitabxana) fəaliyyətini tənzimləyir.

1.2.Ümumi təhsil müəssisənin kitabxanası (bundan sonra - kitabxana) tədris və tərbiyə prosesinin informasiya təminatını həyata keçirən, biliyi, elmi, mədəniyyəti yeni metodlarla təbliğ edən, çap məhsullarını və elektron resursları toplayıb mühafizə edən, onların müəllim və şagird kontingenti tərəfindən sistemli istifadəsini təşkil edən sosial institutdur.

1.3.Kitabxana, minimum kitabxana fondu (azkomplektli ümumi təhsil müəssisəsində 500, tamkomplektli ümumi təhsil müəssisəsində 1000 çap vahidindən az olmamaqla), müvafiq sahə (oxu zalı və fond üçün otaqlar), avadanlıq və kadr potensialı olduqda, müəssisənin struktur bölməsi kimi onun infrastrukturuna daxil edilir.

1.4.Kitabxana öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının "Kitabxana işi haqqında" və "Təhsil haqqında" qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikası Təhsil Nazirliyinin əmrlərini, kollegiya qərarlarını, struktur bölməsi olduğu ümumi təhsil müəssisəsinin nizamnaməsini və bu Nümunəvi Əsasnaməni rəhbər tutur.

1.5.Bu Nümunəvi Əsasnamə hər bir kitabxana üçün fərdi Əsasnamənin hazırlanmasında əsas hesab olunur.

1.6.Kitabxananın fondundan və informasiya resurslarından bütün oxucular və istifadəçilər (bundan sonra - oxucular) tərəfindən tam istifadə edilməsi üçün müvafiq şərait yaradılır.

1.7.Kitabxana, tərkibində fəaliyyət göstərdiyi ümumi təhsil müəssisəsinin adını tam şəkildə əks etdirən kitabxana ştampına malikdir.

2.Kitabxananın fəaliyyətinin əsasları

2.1.Kitabxana ümumi təhsil müəssisəsinin təlim-tərbiyə prosesində fəal iştirak edir, müəllim və şagird kontingentinə, valideyn-müəllim assosiasiyalarının üzvlərinə kitabxana xidmətləri göstərir. Həmin xidmətlər kitab fondunun, dövri nəşrlərin, elektron resursların və s. oxuculara təqdim edilməsi vasitəsilə həyata keçirilir.

2.2.Kitabxana görülən işlərin məzmununu, fondunu və informasiya resurslarını ümumi təhsil müəssisəsinin məqsəd və vəzifələrinə, oxucuların informasiya tələbatına uyğun olaraq təşkil edir.

2.3.Kitabxananın fonduna aşağıdakılar daxildir:

2.3.1.dərsliklər, dərs vəsaitləri;

2.3.2.tədris-metodik ədəbiyyat;

2.3.3.elmi-pedaqoji ədəbiyyat;

2.3.4.bədii ədəbiyyat;

2.3.5.universal məzmunlu kitablar (ensiklopediyalar, məlumat kitabları, soraq kitabçaları, biblioqrafik nəşrlər);

2.3.6.dövri nəşrlər (dövri nəşrlərin sayı ümumi təhsil müəssisəsinin növündən, şagird kontingentinin sayından və milli tərkibindən asılı olaraq müəyyənləşdirilir);

2.3.7.müəllim üçün metodik vəsaitlər;

2.3.8.elektron resurslar;

2.3.9.digərləri.

3.Kitabxananın idarə olunması

3.1.Kitabxananın idarə olunması bu Nümunəvi Əsasnaməyə və ümumi təhsil müəssisəsinin nizamnaməsinə uyğun olaraq həyata keçirilir.

3.2.Kitabxana ümumi təhsil müəssisəsinin direktoruna tabedir və direktor kitabxana xidmətinin təşkilinə və bu xidmətin keyfiyyətli olmasına görə məsuliyyət daşıyır.

3.3.Kitabxananın fəaliyyəti üçün lazımi şəraitin yaradılması və fəaliyyətinə nəzarət ümumi təhsil müəssisəsinin direktoru tərəfindən həyata keçirilir.

3.4.Kitabxanaya rəhbərlik öz işinə görə məsuliyyət daşıyan kitabxananın müdiri (və ya kitabxanaçı) tərəfindən həyata keçirilir.

3.5.Kitabxananın müdiri (və ya kitabxanaçı) ümumi təhsil müəssisəsinin direktoru tərəfindən qanunla müəyyən edilmiş qaydada vəzifəyə təyin və vəzifədən azad olunur və işlədiyi müddətdə müəssisənin pedaqoji kollektivinin üzvü hesab edilir.

3.6.Kitabxananın müdiri (və ya kitabxanaçı) ümumi təhsil müəssisəsinin Pedaqoji Şurasının tərkibinə daxil edilir.

3.7.Kitabxananın ştat vahidlərinin müəyyənləşdirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 may tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası ibtidai, əsas, orta ümumtəhsil məktəblərinin, liseylərin və gimnaziyaların rəhbər işçilərinin, inzibati-təsərrüfat, tədris, yardımçı və xidmət işçiləri heyətinin nümunəvi ştatları"na uyğun olaraq həyata keçirilir.

3.8.Kitabxananın işçiləri ilə əmək münasibətləri Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun tərtib edilmiş əmək müqaviləsi əsasında tənzimlənir.

3.9.Kitabxananın işçiləri Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq attestasiyadan keçirilirlər.

4.Kitabxana işinin elmi-metodik və kadr təminatı

4.1. Azərbaycan Respublikasının Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində kitabxana işinin elmi-metodik təminatı onların elmi-metodik əlaqələndirmə mərkəzi statusuna malik olan Azərbaycan Respublikası Təhsil Nazirliyinin Respublika Elmi Pedaqoji Kitabxanası tərəfindən həyata keçirilir.
 
Nümunəvi   Əsasnamə

Whatsapp'ta Paylaş

loading...

Загрузка...
Həmçinin oxuyun:
Pedaqoji Şura  haqqında  Əsasnamə

Pedaqoji Şura haqqında Əsasnamə

Məktəbəqədər təhsil müəssisələrində təhsilalanlara tibbi xidmətin göstərilməsi qaydası təsdiq edilib

Məktəbəqədər təhsil müəssisələrində təhsilalanlara tibbi xidmətin göstərilməsi qaydası təsdiq edilib

AMEA vitse-prezidenti: “Mərkəzi Elmi Kitabxana AMEA-nın müstəqil elmi mərkəzinə çevrilir”

AMEA vitse-prezidenti: “Mərkəzi Elmi Kitabxana AMEA-nın müstəqil elmi mərkəzinə çevrilir”

Gürcüstan Tbilisi Dövlət Universiteti Milli Elmi Kitabxanasının təmsilçiləri AMEA Mərkəzi Elmi Kitabxanasını ziyarət ediblər

Gürcüstan Tbilisi Dövlət Universiteti Milli Elmi Kitabxanasının təmsilçiləri AMEA Mərkəzi Elmi Kitabxanasını ziyarət ediblər

Mərkəzi Elmi Kitabxanada oxucular ən çox hansı mənbələrə müraciət edirlər?

Mərkəzi Elmi Kitabxanada oxucular ən çox hansı mənbələrə müraciət edirlər?

Azərbaycanda

Azərbaycanda "İlin ən yaxşı kitabxanası"nı Siz də tanıyın

Mərkəzi Elmi Kitabxana bölmələrin hesabatı üzrə müsabiqəsi keçirib

Mərkəzi Elmi Kitabxana bölmələrin hesabatı üzrə müsabiqəsi keçirib

Ümumi təhsil müəssisəsinin kitabxanasının Nümunəvi Əsasnaməsi

Ümumi təhsil müəssisəsinin kitabxanasının Nümunəvi Əsasnaməsi

Psixoloji-tibbi-pedaqoji komissiya barədə ƏSASNAMƏ

Psixoloji-tibbi-pedaqoji komissiya barədə ƏSASNAMƏ

Müdrikliyə gedən yol- Kitabxanadan keçir...

Müdrikliyə gedən yol- Kitabxanadan keçir...

Tələbələrə Rusiyanın elektron kitabxana sisteminin resurslarından istifadə imkanı yaradılıb

Tələbələrə Rusiyanın elektron kitabxana sisteminin resurslarından istifadə imkanı yaradılıb

Onlayn kitabxana bazasında audiokitabların sayı artırılıb

Onlayn kitabxana bazasında audiokitabların sayı artırılıb

Təhsil müəssisəsinin əlavə gəlir əldə etmək məqsədi ilə məşğul olmasına yol verilən sahibkarlıq fəaliyyəti növlərinin müəyyən edilməsi haqqında

Təhsil müəssisəsinin əlavə gəlir əldə etmək məqsədi ilə məşğul olmasına yol verilən sahibkarlıq fəaliyyəti növlərinin müəyyən edilməsi haqqında

Nazir:

Nazir: "İşləməyən, özünü doğrultmayan kitabxanaların bağlanmasının tərəfdarıyıq”

Dünyada ən çox kitabxanası olan şəhərlər bunlardı- SİYAHI

Dünyada ən çox kitabxanası olan şəhərlər bunlardı- SİYAHI

Ümumi təhsil müəssisəsinin Pedaqoji Şurası haqqında Əsasnamə

Ümumi təhsil müəssisəsinin Pedaqoji Şurası haqqında Əsasnamə

Sumqayıt Mərkəzi Kitabxanasından fiziki imkanları məhdud uşaqlara tövhə

Sumqayıt Mərkəzi Kitabxanasından fiziki imkanları məhdud uşaqlara tövhə

Azərbaycan Respublikası ibtidai, əsas, orta ümumtəhsil məktəblərinin, litseylərin və gimnaziyaların rəhbər işçilərinin, inzibati-təsərrüfat, tədris yardımçı və xidmət işçiləri heyətinin nümunəvi ştatları

Nazirlər Kabineti

Nazirlər Kabineti "Ümumi təhsil müəssisəsinin kitabxanasının Nümunəvi Əsasnaməsi"ni təsdiq edib.

İşdən çıxarılan müavini direktorun razılığı olmasa ....... ƏMR № 205

İşdən çıxarılan müavini direktorun razılığı olmasa ....... ƏMR № 205

Ümumi təhsilin təhsil səviyyələri üzrə müddəti, bir səviyyədən digər səviyyəyə keçid qaydaları

Ümumi təhsilin təhsil səviyyələri üzrə müddəti, bir səviyyədən digər səviyyəyə keçid qaydaları

Ümumi təhsil müəssisələrində və peşə liseylərində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların yerdəyişməsi və işə qəbulu QAYDALARI

Ümumi təhsil müəssisələrində və peşə liseylərində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların yerdəyişməsi və işə qəbulu QAYDALARI

Ümumi təhsil müəssisəsinin Pedaqoji Şurası haqqında Əsasnamə

Ümumi təhsil müəssisəsinin Pedaqoji Şurası haqqında Əsasnamə

Xüsusi hallar barədə məlumatların verilməsi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri

Xüsusi hallar barədə məlumatların verilməsi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri