Xəbərlər, Psixoloq, Valideyn
10 sentyabr 2018
903

İlk dərs günlərinin psixoloji səhvi


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş


İlk dərs günlərinin psixoloji səhvi

 

 
17 sentyabrda yeni dərs ili başlanır. Məktəb həyatına yeni başlayacaq uşaqların isə bu dönəmdə xüsusi qayğıya ehtiyacları olur. Mütəxəssislər uşağın psixoloji  adaptasiyası üçün lazım olan vaxta diqqət çəkir, onun məktəbdə özünü rahat və güvəndə hiss etməsi  üçün zamana ehtiyacı olduğunu bildirirlər.

AzTehsil.com xarici mediaya istinadən xəbər verir ki, şagirdin məktəbə tez və ya gec uyğunlaşmasına təsir edən bəzi şərtlər var. Bunlara onun xarakter olaraq   yetişməsi, ailədaxili mühit, məktəbəhazırlıq dövrü, məktəb haqqında nə dərəcədə məlumatlı olması və s. aiddir.

Şagirdin dərs mühitinə tez uyğunlaşması onun davamlı olaraq məktəbə getməsi ilə əlaqədardır. Məktəbə davamlı gedən şagirdlər mütəmadi dərs buraxanlarla müqayisədə  mühitə daha tez alışırlar. Bu müddət ərzində heç bir problem yaşamadan dönəmi rahatlıqla başa vuran şagirdlərlə bərabər, məktəb fobiyası olan, hətta ilk vaxtlar böyük psixoloji sarsıntı keçirənlər də az deyil.

Ata-ananın uşağı məktəbə yola salarkən hüzurlu üz ifadəsi ilə yanaşması, sözləri ilə ona dəstək verməsi, uşaqda məktəbə güvən hissinin yaranmasına səbəb olur. Valideynin övladından xəbərsiz ayrılması, "Kaş məktəbə daha gec gedəydin” mesajını verən üz ifadəsi onun məktəbə adaptasiya müddətinin də uzadılmasına səbəb olur. Belə uşaqlar ilk dərs günü xoşbəxtliyi zorla əlindən alınmış və güvənsizlik duyğusu ilə aşıb-daşan təsiri bağışlayırlar. Valideynin öz məktəb illərində baş verən hansısa uğursuz hadisəni övladına danışması onda "görəsən məktəbdə başıma nə gələcək?” fikri yaradır.

Şagird məktəb fobiyası yaşayarsa, öncə bunun səbəbini araşdırmalı, onu məktəbə davam etməklə bağlı ürəkləndirmək lazımdır. Valideynlər də uşağa məktəblə bağlı bilgi verərkən öz qayğılarını hiss etdirməməli, məktəbin yeni və əyləncəli şeylər öyrətdiyini, yeni dostlar qazandıran bir ortam olduğunu  başa salmalıdırlar.

İlk dərs günündən sonra evdə valideynin şagirdlə nə dərəcədə maraqlı vaxt keçirməsindən də çox şey asılıdır. Məsələn, evə gələn azyaşlını ilk dərs günü münasibətilə təbrik edərək onu hansısa ciddi uğur qazandığına inandırmaq olar. Ona məktəbdə vaxtının necə keçdiyini sərbəst şəkildə izah etməsi üçün şərait yaratmaq lazımdır. Yeni düşdüyü mühitdə özünü daha güvənli hiss edə bilməsi üçün bu günlərdə ona daha çox qayğı göstərmək tələb olunur. Övladını digər şagirdlərlə müqayisə etmək isə valideynlərin ən böyük yanlışıdır.

 

İlk dərs günlərinin psixoloji səhvi

 








Whatsapp'ta Paylaş

Загрузка...
loading...

Həmçinin oxuyun:
Övladı 1-ci sinifə gedəcək valdeynlərin diqqətinə...Psixoloqların AÇIQLAMASI

Övladı 1-ci sinifə gedəcək valdeynlərin diqqətinə...Psixoloqların AÇIQLAMASI

Valideynlərin nəzərinə - məktəb seçərkən bunlara diqqət edin

Valideynlərin nəzərinə - məktəb seçərkən bunlara diqqət edin

Məktəbə hazırlıq üçün PSİXOLOQ MƏSLƏHƏTİ:“Evdən ayrılabilmə bacarığını göstərməyən uşaqların məktəbə uyğunlaşması  çətinləşir

Məktəbə hazırlıq üçün PSİXOLOQ MƏSLƏHƏTİ:“Evdən ayrılabilmə bacarığını göstərməyən uşaqların məktəbə uyğunlaşması çətinləşir"

BU DÖVRDƏ YARANAN MƏNFİ HALLAR.

BU DÖVRDƏ YARANAN MƏNFİ HALLAR.

Ailədaxili münaqişənin uşaqlara dəhşətli təsiri – TEZ-TEZ XƏSTƏLƏNMƏ, ÖZÜNÜTƏCRİD...

Ailədaxili münaqişənin uşaqlara dəhşətli təsiri – TEZ-TEZ XƏSTƏLƏNMƏ, ÖZÜNÜTƏCRİD...

Uşaqlarda davranış və hiperaktivlik

Uşaqlarda davranış və hiperaktivlik

KİÇİK YAŞLI MƏKTƏBLİLƏRİN EMOSİONAL İNKİŞAFI - BU DÖVRDƏ YARANAN MƏNFİ HALLAR

KİÇİK YAŞLI MƏKTƏBLİLƏRİN EMOSİONAL İNKİŞAFI - BU DÖVRDƏ YARANAN MƏNFİ HALLAR

Şagird dünyası və psixologiyası - Bu dövrdə uşaq...

Şagird dünyası və psixologiyası - Bu dövrdə uşaq...

Uşaqlarda anadan ayrılmaq qorxusu -Nəyə görə uşaqlar...

Uşaqlarda anadan ayrılmaq qorxusu -Nəyə görə uşaqlar...

Uşaqların dərs uğursuzluqları və səbəbləri

Uşaqların dərs uğursuzluqları və səbəbləri

Dərsə gedən bir uşaq, əlində telefon qoçaq…

Dərsə gedən bir uşaq, əlində telefon qoçaq…

Evdə təhsil sistemi- Azərbaycanda da mümkünmü?

Evdə təhsil sistemi- Azərbaycanda da mümkünmü?

Məktəb təşvişi nədir - Qarşısını necə alaq?

Məktəb təşvişi nədir - Qarşısını necə alaq?

Uşaqlarda məktəb fobiyası - Təhsil həyatının bitməsinə səbəb ola bilər

Uşaqlarda məktəb fobiyası - Təhsil həyatının bitməsinə səbəb ola bilər

Kiçik məktəblilərdə məktəb dezatapsiyasını yaradan səbəblər

Kiçik məktəblilərdə məktəb dezatapsiyasını yaradan səbəblər

Valideynlərin məktəb həyatına cəlb edilməsinin əhəmiyyəti

Valideynlərin məktəb həyatına cəlb edilməsinin əhəmiyyəti

Uşağa

Uşağa "mən" olmağa icazə verin - MƏSLƏHƏT

Uşaqlar məktəbdən niyə qorxur?- Psixoloqdan valideynlərə məsləhət

Uşaqlar məktəbdən niyə qorxur?- Psixoloqdan valideynlərə məsləhət

Uşaqların dərs uğursuzluğu nə ilə bağlıdır?

Uşaqların dərs uğursuzluğu nə ilə bağlıdır?

Müqaviləsiz məktəb direktoru- Nazirlik isə susur

Müqaviləsiz məktəb direktoru- Nazirlik isə susur

Dərs ilinin ilk günü ağlayan birincilər - Məktəbdə onlarla necə davranmaq lazımdır?

Dərs ilinin ilk günü ağlayan birincilər - Məktəbdə onlarla necə davranmaq lazımdır?

Uşağınızı məktəbə belə hazırlayın – PSİXOLOQ YOLLARI GÖSTƏRİR

Uşağınızı məktəbə belə hazırlayın – PSİXOLOQ YOLLARI GÖSTƏRİR

Müəllim və psixoloqların  şagirdlərin həyata baxışlarının formalaşmasında rolu

Müəllim və psixoloqların şagirdlərin həyata baxışlarının formalaşmasında rolu

Kiçik məktəblilərin psixoloji xüsusiyyətləri

Kiçik məktəblilərin psixoloji xüsusiyyətləri