Xəbərlər / Müəllim
05 sentyabr 2018
3 149


“Aşağı bal toplayanlarla eyni statusu bölüşmək məni biraz narahat edir” ...Qəbulda 600 dən çox bal toplayan müəllimlər

 
Yüksək balla müəllimliyi seçən tələbə: ”Kəndimizdəki məktəbdə işləyəcəyəm, orada mənə daha çox ehtiyac var”

Artıq ali təhsil müəssisələrinə qəbul imtahanları yekunlaşıb. Son illərin göstəricilərinə əsasən, müəllimlik ixtisasını könüllü seçənlərin sayında artım müşahidə olunur. Bəzi abituriyenlər isə 600-dən yuxarı bal toplasalar da, seçimləri məhz müəllimlik olub.

AzEdu.az onların bir neçəsi ilə əlaqə saxlayaraq, müəllimliyi seçmələrinin səbəbini öyrənib.

648 bal toplayan Afət Sadıqova müəllimliyə görə bundan əvvəl bir universitetdən imtina etdiyini bildirib:

"Mən əvvəl 660 balla Azərbaycan Tibb Universitetinə qəbul olunmuşdum. Sonra bəzi problemlərim yarandı və təhsilimi davam etdirmək alınmadı. Tibb Universitetində bircə il oxuyub, oradan  imtina etməli oldum. İkinci dəfə imtahan  verərək müəllimliyi seçdim. Birinci dəfə qəbul imtahanı verəndə də müəllimliyi seçmək fikrim vardı. Amma alınmadı. Ona görə də ikinci dəfə sırf müəllimliyi seçdim. Həmişə müəllim olmaq istəmişəm. Məncə, hazırda müəllimlərə də, həkimlərə də iş şansları çoxdur. Hər ikisinə ehtiyac var.

"200 bal toplayanların gələcəkdə yaxşı müəllim olacaqlarına  inanmıram”

Azərbaycan Dövlət Pedaqoji Universitetinə qəbul olunmuşam.  Cəmi üç ixtisas yazdım, hamısını da bu universitetdə. Seçdiyim ixtisasa keçid balı 512 olub”.

O qeyd edib ki, müəllimliyi seçməyinə valideynlərinin müdaxiləsi səbəb olmayıb:

"Gələcəkdə şəhərdə işləməyi daha üstün tuturam, nəinki bölgələrdə. Çünki bölgələrdə müəllimliyə çox da üstünlük verilmir.  Bundan əlavə, məktəbdən çox kurslarda, universitetlərdə çalışmaq istəyərəm.

600-dən çox balla müəllimliyi  seçməyimdə valideynlərimin rolu olmayıb. Yalnız  öz fikrimdir. Bəzən, 200 bal toplayanlar da müəllimliyi seçirlər. Belələrinin gələcəkdə yaxşı müəllim olacaqlarına o qədər də inanmıram. Aşağı bal toplayan müəllimlərlə eyni statusu bölüşmək isə məni heç də narahat etmir. Amma müəllim savadlı olmalıdır. Savadlı müəllimlərim olmasa, mənim bu balı toplamaq şansım da olmazdı.

Öz müəllimlərim mənimlə necə davranıblarsa, mən də gələcəkdə şagirdlərimlə elə olmaq istəyirəm. Çox ciddi deyil, şagirdlərlə səmimi olmağa çalışaram. Amma müəyyən həddə”.

"Aşağı bal toplayanlarla eyni statusu bölüşmək məni biraz narahat edir” 

Qəbul imtahanlarında 643 bal toplayan Təhminə Məmmədova müəllimliyi seçməsinin səbəbini belə izah edib:

"Həmişə həkim olmaq istəyirdim, amma alınmadı. Mən də müəllimliyi seçdim. Bunun hansısa xüsusi səbəbi yoxdur. Ödənişli əsaslarla qəbul oluna bilərdim. Amma buna razı olmadıq. Bilmirəm niyə, amma növbəti  illərdə yenidən imtahan verib tibbə qəbul olunmaq haqqında düşünməmişəm. Gələcəkdə öz kəndimizdə müəllim kimi çalışmaq istərəm. Mən Masallıdanam, burada mənə daha çox ehtiyac var. Üstəlik kimya və biologiya fənlərini həmişə sevmişəm”.

O qeyd edib ki, aşağı bal toplayanlarla eyni məkanda təhsil almaq və işləmək onu narahat edir:

"Məncə müəllimlərin intellekt və dünyagörüşləri getdikcə yaxşılaşır.

Aşağı bal toplayanlarla eyni statusu bölüşmək məni biraz narahat edir. Səbəbini bilmirəm. Həkimliyi sevməyimin isə səbəbi çox idi. İnsanların həyatını qurtarmaq, onlara yeni şans vermək istəyirdim. Qismət olmadı. Pedaqoji Universitetdə oxuyacam”.
Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
Yüksək balla kənd məktəbini seçən gənc müəllim

Yüksək balla kənd məktəbini seçən gənc müəllim

Bu il 500-dən yuxarı bal toplayan 1500 nəfər BDU-nu seçib  Böyüt

Bu il 500-dən yuxarı bal toplayan 1500 nəfər BDU-nu seçib Böyüt

"Bİliyi məhsuldar şəkildə istifadə edəcək keyfiyyətli müəllimlərə ehtiyac var"MAGİSTRATURA təhsili olan müəllimlərin əslində fərqli üstünlükləri..

"Bİliyi məhsuldar şəkildə istifadə edəcək keyfiyyətli müəllimlərə ehtiyac var"MAGİSTRATURA təhsili olan müəllimlərin əslində fərqli üstünlükləri..

“I qrupda aşağı bal toplayanların bəziləri universiteti qırmızı diplomla bitirir” - MARAQLI GÖSTƏRİCİ

“I qrupda aşağı bal toplayanların bəziləri universiteti qırmızı diplomla bitirir” - MARAQLI GÖSTƏRİCİ

669 bal topladı, universitetə qəbul ola bilmədi - AZƏRBAYCANDA İNANILMAZ OLAY

669 bal topladı, universitetə qəbul ola bilmədi - AZƏRBAYCANDA İNANILMAZ OLAY

HƏM ÖDƏNİŞSİZ, HƏM DƏ AZ BAL...

HƏM ÖDƏNİŞSİZ, HƏM DƏ AZ BAL...

Azərbaycan Dövlət Universiteti yeni tədris ili ərəfəsində

Azərbaycan Dövlət Universiteti yeni tədris ili ərəfəsində

Elə bu kənddə müəllimlik fəaliyyətimi davam etdirməyi çox istərdim - Kənd məktəbini seçən Samirə Məmmədli

Elə bu kənddə müəllimlik fəaliyyətimi davam etdirməyi çox istərdim - Kənd məktəbini seçən Samirə Məmmədli

Poylu qəsəbə tam orta məktəbin yeni müəllimi-  Arzu Xəlilova

Poylu qəsəbə tam orta məktəbin yeni müəllimi- Arzu Xəlilova

9-cu sinifdən orta ixtisas müəssisələrinə qəbul olmaq istəyənlərin nəzərinə...

9-cu sinifdən orta ixtisas müəssisələrinə qəbul olmaq istəyənlərin nəzərinə...

MİQ-in  müsahibə mərhələsinin eksperti: “Burada gördüklərimə mat qalmışam, cəmi bircə müəllim...”

MİQ-in müsahibə mərhələsinin eksperti: “Burada gördüklərimə mat qalmışam, cəmi bircə müəllim...”

Yüksək bal toplayan abituriyentlər sonradan niyə uğurlu nəticə göstərə bilmirlər? -EKSPERT

Yüksək bal toplayan abituriyentlər sonradan niyə uğurlu nəticə göstərə bilmirlər? -EKSPERT

686 bal toplayan qız universitetdən imtina etdi: Hər kəs ondan danışır

686 bal toplayan qız universitetdən imtina etdi: Hər kəs ondan danışır

600-dən çox bal toplayıb ali məktəbə daxil ola bilmədilər

600-dən çox bal toplayıb ali məktəbə daxil ola bilmədilər

700 bal toplayan tələbə: Yaxşı ki, Bakı Ali Neft Məktəbini seçdim

700 bal toplayan tələbə: Yaxşı ki, Bakı Ali Neft Məktəbini seçdim

500-700 bal toplayan abituriyentlərin ən çox seçdiyi ixtisas hansıdır?

500-700 bal toplayan abituriyentlərin ən çox seçdiyi ixtisas hansıdır?

Qızı ilə birlikdə eyni fakültəyə qəbul oldu

Qızı ilə birlikdə eyni fakültəyə qəbul oldu

"Amma əlbəttə ki, zibildən konfet düzəltmək olmaz"..ekspertin fikirləri

"Amma əlbəttə ki, zibildən konfet düzəltmək olmaz"..ekspertin fikirləri

Dünyanın bütün dillərini öyrənmək istəyən tələbə

Dünyanın bütün dillərini öyrənmək istəyən tələbə

700 bal toplayan tələbələrdən qış imtahanlarında kimlər kəsildi...

700 bal toplayan tələbələrdən qış imtahanlarında kimlər kəsildi...

36 illik təcrübəsi olan müəllimlə müsahibə

36 illik təcrübəsi olan müəllimlə müsahibə

600 ballı abituriyentlərin şərəfli “müəllim” seçimində tərəqqi var…

600 ballı abituriyentlərin şərəfli “müəllim” seçimində tərəqqi var…

621 balla BDU-ya qəbul olundu: Ancaq pulsuzluğa görə oxuya bilməyəcək: Atasının son arzusunu yerinə yetirmək istəyən qız kömək gözləyir

621 balla BDU-ya qəbul olundu: Ancaq pulsuzluğa görə oxuya bilməyəcək: Atasının son arzusunu yerinə yetirmək istəyən qız kömək gözləyir

Bu fənlər üzrə vakansiyalarda rəqabət daha çox olacaq - Təhsil Nazirliyi açıqladı

Bu fənlər üzrə vakansiyalarda rəqabət daha çox olacaq - Təhsil Nazirliyi açıqladı