Xəbərlər / Müəllim
30 avqust 2018
6 370


Müəllimi dərs saatından edən direktora hansı cəza verilə bilər? – Hüquqi rəy

 

 
"Direktor haqsızlıq edibsə, prokurorluq, əmək müfəttişini vəzifə səlahiyyətlərindən sui istifadəyə  görə işə cəlb etmək olar. Müəllimin işə götürəni kimdir və əmək müqaviləsini kim bağlayırsa, o, məsuliyyətə cəlb olunmalıdır. Hətta müəllim hüquqlarını məhkəmədə də bərpa edə bilər. İnzibati Xətalar Məcəlləsində bunun üçün külli miqdarda cərimələr nəzərdə tutulub”. 

Bu sözləri AzEdu.az-a açıqlamasında hüquqşünas Anar Ramazanov deyib. O, MİQ imtahanı verərək, işə yeni qəbul olunan müəllimlərlə direktorlar arasında dərs saatları ilə bağlı yaranan problemin hüquqi tərəflərini izah edib. Anar Ramazanov qeyd edib ki, buna görə məktəb cərimələnə və ya icrası məcburi olan hansısa göstəriş verilə bilər:

"Məncə burada yalnız direktorun məsuliyyəti yoxdur. Əgər ona dərs bölgüsü, saatların miqdarı Təhsil Nazirliyi və ya Bakı Şəhər Təhsil İdarəsindən göndərilibsə, bu zaman direktor sudan quru çıxa bilər. Deyə bilər ki, mən adi əmr quluyam. Mənə nə deyilirsə, onu da edirəm.

Əksinə, direktor bunu özbaşına edirsə, təbii ki, o məsuliyyət daşıyır. Ən azından ortada əmək hüququnun pozulması halı var. Müəllimin əmək hüququnun pozulması onun maaşına təsir edib. Həmin pozuntunu aradan qaldırmaq üçün əmək müfəttişinə belə şikayət etmək olar. O gəlib həmin məktəbi cərimələyə və ya icrası məcburi olan hansısa göstəriş verə bilər.

Direktor vəzifə səlahiyyətlərindən sui-istifadə edibsə, polisə şikayət edərək  bu qanunsuzluğu aradan qaldırmaq olar. Amma təcrübəmə əsasən deyə bilərəm ki, bu göstəriş onlara Təhsil Nazirliyi və ya Bakı Şəhər Təhsil İdarəsindən gəlirsə, direktorların nə günahı ola bilər? Ona verilir ki, sənin məktəbində bu qədər dərs saat var və bunu fənnlər üzrə bölüşdür”.

"Bununla bağlı müəllim müsabiqəni elan edənə qarşı sırf  mülkü qaydada  iddia qaldıra bilər”.

"Göstərişin haradan gəlməsindən asılı olmayaraq, burada işə qəbul olunan müəllimin hüquqları pozulub. İşəgötürmənin şərtlərində müəyyən olunub ki, müəllim bu qədər dərs saatı, maaş və əlavə ilə işə götürüləcək. Buna əməl olunmalıdır.

Bu, hər yerdə gördüyümüz iş elanlarına bənzəyir. Elan verirlər ki, 1000 manat əməkhaqqı ilə işçi axtarılır. İşə başlayandan sonra məlum olur ki, 1000 deyil, 500 manat verirlər. Belə hallar çox olur. Bu, ən azından şəxsə maddi və mənəvi zərər vurulmasına səbəb olub. Bununla bağlı zərərçəkən müsabiqəni elan edənə qarşı sırf mülkü qaydada iddia qaldıra bilər. O deyə bilər ki, mən müəyyən şərtləri nəzərə alaraq işə qəbul olunmuşam. Amma gəlib məktəbdə bunu  görmədim.

Fikrimcə məsələ ilə bağlı daha çox Təhsil Nazirliyi və digər qurumları məsuliyyətə cəlb etmək lazımdır. Araşdırmaq lazımdır ki, əsas işi kim görməlidir. Əgər direktor bunu özbaşına edibsə, prokurorluq, əmək müfəttişini vəzifə səlahiyyətlərindən sui istifadəyə görə işə cəlb etmək olar”.

"Dərs saatları nəyə əsasən nizamlanmalıdır?”

Onun sözlərinə görə, qanunvericilikdə dərs saatlarını kimin müəyyən etməli olduğu yazılmayıb:

"Bu, nə təhsil, nə də əmək qanunvericiliyində var. Saatlar çox güman ki, Təhsil Nazirliyinin hansısa daxili əmri və ya göstərişi ilə  müəyyən olunur. Daha sonra iş Bakı Şəhər Təhsil idarəsinə, oradan isə məktəblərə tapşırılır. Müəllimin işə götürəni kimdirsə, əmək müqaviləsini kim bağlayırsa, o, məsuliyyətə cəlb olunmalıdır. Hətta müəllim hüquqlarını məhkəmədə də bərpa edə bilər.

Əmək hüquqlarının pozulması ilə bağlı İnzibati Xətalar Məcəlləsinin 192-ci maddəsi var. Orada külli miqdarda cərimələr nəzərdə tutulub. Bu, hansı əmək hüququnun pozulmasından asılı olaraq dəyişir. Orada məzuniyyət, əmək hüqququnun şərtləri, əməyin təhlükəsizliyi ilə bağlı 10-12 şərt var. Cərimənin miqdarının nə qədər olmasını yalnız onlara əsasən demək mümkündür”.

İşə qəbul olunduqdan sonra lazımi dərs yükü ilə təmin edilməyən müəllim hüquqlarını bərpa etmək üçün öncə hansı addımı atmalıdır?

A.Ramazanov məsələyə hüquqi aydınlıq gətirilməsi üçün öncə rəsmi müraciət etməyi  məsləhət görüb:

"Bu problemlə üzləşən müəllim direktor və ya Bakı Şəhər Təhsil İdarəsinə rəsmi müraciət edərək məsələni deməlidir. Ona verilən rəsmi cavabdan çox şey aydın olacaq. Bəlkə Təhsil İdarəsi deyəcək ki, bu, bizlik deyil, Təhsil Nazirliyindən gəlib. Bəlkə deyir ki, nazirliyin yeni əmri var və onlara müraciət etməyi məsləhət görür. Hər şey o cavabdan asılıdır.

Mən təcrübəmdə də müşahidə etmişəm. Belə halla bağlı birbaşa məhkəməyə müraciət edəndə sonradan qeyri-müəyyənlik yaranır. Biz bilmirik ki, kimi məhkəməyə verək. Direktor, Rayon Təhsil Şöbəsi, nazirlik- hamısı məsuliyyətdən yayınır. Buna görə də öncə rəsmi müraciət edib, surəti Təhsil Nazirliyinə qoymaq məsləhətdir. İşin sonrakı gedişatını isə həmin müəllimə verilən rəsmi cavabın əsasında aparmaq olar. Rəsmi cavabda onun hüquqlarını kimin pozduğu daha dəqiq bilinəcək”.

 

Müəllimi dərs saatından edən direktora hansı cəza verilə bilər? – Hüquqi rəy

 


Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
Müəllim 3 açıq dərs aparmalıdır.  - Ekspert rəyi

Müəllim 3 açıq dərs aparmalıdır. - Ekspert rəyi

"Kursda iştirak etməsəm dərs saatı verilməyəcək, mənə kömək edin"Müəllimdən müraciət

"Kursda iştirak etməsəm dərs saatı verilməyəcək, mənə kömək edin"Müəllimdən müraciət

Hamilə qadını işdən çıxarmaq olarmı? - QANUN

Hamilə qadını işdən çıxarmaq olarmı? - QANUN

4 500 məktəbin direktorları və direktor müavinləri çaşqınlıq içindədirlər.Bu əndrabadi  təlimata açıqlama verən yoxdur??

4 500 məktəbin direktorları və direktor müavinləri çaşqınlıq içindədirlər.Bu əndrabadi təlimata açıqlama verən yoxdur??

Vakant müəllim yerini gizlədənlər CƏRİMƏLƏNƏCƏK - 1 YER 50 MANAT

Vakant müəllim yerini gizlədənlər CƏRİMƏLƏNƏCƏK - 1 YER 50 MANAT

Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan ,Əmək şəraitinin təmin edilməsi

Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan ,Əmək şəraitinin təmin edilməsi

Direktor və müavinlər məktəbdə dərs deyə biləcəklərmi?-ekspertlərin rəyi

Direktor və müavinlər məktəbdə dərs deyə biləcəklərmi?-ekspertlərin rəyi

"Bu müəllimlər işdən azad olunmalıdır" - Ekspert

"Bu müəllimlər işdən azad olunmalıdır" - Ekspert

Cəlilabadda növbəti özbaşınalıq - Direktor əvəzi müəllim Təhsil Nazirliyinə zəng etdiyi üçün dərs saatlarını əlindən aldı - SƏS YAZISI

Cəlilabadda növbəti özbaşınalıq - Direktor əvəzi müəllim Təhsil Nazirliyinə zəng etdiyi üçün dərs saatlarını əlindən aldı - SƏS YAZISI

İntizam tənbehi verilən gündən sonra nə qədər müddətdə qüvvədə qalır?

İntizam tənbehi verilən gündən sonra nə qədər müddətdə qüvvədə qalır?

Müəllim işləyə-işləyə yeri vakant göstərilib?-Sumqayıt məktəbində qəribə olay

Müəllim işləyə-işləyə yeri vakant göstərilib?-Sumqayıt məktəbində qəribə olay

Müəllimlərin iş saatı direktorların şərti bölgüsü ilə müəyyən olunur

Müəllimlərin iş saatı direktorların şərti bölgüsü ilə müəyyən olunur

Müsabiqə yolu ilə işə qəbul zamanı əmək müqaviləsinin bağlanması.

Müsabiqə yolu ilə işə qəbul zamanı əmək müqaviləsinin bağlanması.

Uşaq çantası ağırdır - valideyn nazirliyi məhkəməyə verir

Uşaq çantası ağırdır - valideyn nazirliyi məhkəməyə verir

"Digər məmurlar dərs dediyi halda niyə təhsil işçiləri dərs deməsinlər?"

"Digər məmurlar dərs dediyi halda niyə təhsil işçiləri dərs deməsinlər?"

Əmək intizamını pozmağa görə məsuliyyət

Əmək intizamını pozmağa görə məsuliyyət

İşçi üçün əmək şəraitinin təmin olunması dedikdə nə nəzərdə tutulur?

İşçi üçün əmək şəraitinin təmin olunması dedikdə nə nəzərdə tutulur?

İşçinin əmək funksiyası , İşçinin işdən kənar edilməsi

İşçinin əmək funksiyası , İşçinin işdən kənar edilməsi

Cəlilabad rayonunda müəllimlər üsyana qalxdı - İşləyən müəllimin yerini vakant etdilər

Cəlilabad rayonunda müəllimlər üsyana qalxdı - İşləyən müəllimin yerini vakant etdilər

Fərdi əmək mübahisələri

Fərdi əmək mübahisələri

Direktor və müavinləri də DQ-də iştirak edəcək..6 saatdan çox dərs saatı veriləcək

Direktor və müavinləri də DQ-də iştirak edəcək..6 saatdan çox dərs saatı veriləcək

İşçi üçün əmək şəraitinin təmin olunması dedikdə nə nəzərdə tutulur?

İşçi üçün əmək şəraitinin təmin olunması dedikdə nə nəzərdə tutulur?

"Onu deyim ki, bu gün Azərbaycanda, müəllimin əməyindən sui-istifadə hallarına rast gəlinmir"

"Onu deyim ki, bu gün Azərbaycanda, müəllimin əməyindən sui-istifadə hallarına rast gəlinmir"

TN MİQ-dənkənar işə qəbul edilən müəllimlərlə bağlı hansı qərar qəbul edəcək ?

TN MİQ-dənkənar işə qəbul edilən müəllimlərlə bağlı hansı qərar qəbul edəcək ?